1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


İşıq və onun orqanizmlərin həyatında rolu



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
Ekoloji təhlil mühazirələr

 4. İşıq və onun orqanizmlərin həyatında rolu 


 İşıq mühüm ekoloji faktor olub, böyük əhəmiyyət kəsb edir, o, 
fotosintez prosesləri üçün enerji mənbəyi olub Yerin qeyri-üzvi 
bitki örtüyündən üzvi birləşmələrin yaranmasında iştirak edir. 
İşıq özünün fiziki xassələrinə görə heyvanların müxtəlif həyat 
proseslərində böyük və çoxşaxəli rol oynayır. Planetdə enerji 
mənbəyi,maddələr dövranı,su mübadiləsi,mühitin formalaşması, 
quşların köçməsi, heyvanların qış yuxusuna getməsi, çoxalma 
işıqla əlaqədardır. 
Ekologiyada işıq termini dedkdə günəş şüalanmasının bütün 
diapazonları nəzərdə tutulur. Günəş şüaları spektral tərkibinə 
görə 3 sahəyə bölünür: UB, infraqırmızı və görünən. 
UB
-şüalar ən yüksək kimyəvə fəallığa malik olan şüalardır. 
Qısadalğalı UB uzunluğu 0,29 mkm dan az , uzundalğalı UB 
0,30-0,40 mkm olur. Qısadalğalı UB təsiri zamanı zülal 
maksimum denaturasiya (zülalların təbii xassələrinin dəyişməsi) 
uğrayır. UB şüaların təsiri onun dozasından asılıdır: artıq 
şüalanma orqanizmə mənfi təsir göstərir. Qısa dalğalı 
radiasiyaya qarşı xüsusilə bölünən hüceyrələr davamsız olur. Bu 
səbəbdən də onlar öldürücü olurlar. kanserogen təsir göstərir.
Bu şüalar atmosferin ozon qatı tərəfindən tutulduğu üçün Yerdə 
həyat mümkündür. Bunun nəticəsində ozon qatı tərəfindən 
tutulduğu üçün, yerə az miqdarda uzundalğalılar gəlib çatır- bu 
isə canlılar üçün zəruridir. UB- heyvanların məhsuldarlığını 
artırır, orqanizmdə Ca və P –un mübadiləsini tənzimləyir, D 
vitamini sintez olunur, bu da skeletin inkişafına tesir edir. D 
vitamini raxit xəstəliyi üçün əhəmiyyətlidir. 
UB şüalar qismən hüceyrə sintezi proseslərini stimullaşdırır. D 
vitamininin böyüməkdə olan cavan heyvanlar üçün əhəmiyyəti 
böyükdür. Odur ki, yuvalarda doğulan məməlilərin çoxu 
müntəzəm olaraq (çox vaxt səhər çağları) yuvanın yaxınlığında 
günəşlə işıqlanan yerə aparılır. Bir çox quşlar da bu məqsədlə 
«günəş vannası» qəbul edirlər.


Orqanizmlərin UB şüaların yüksək dozasına qarşı uyğunlaşması 
nəticəsində bir çox növlərdə bu şüaları udan tünd piqmentlər 
formalaşır. İnsanda günəş altında yanma da (qaralma) bu 
qəbildəndir. Ultrabənövşəyi radiasiya yer səthinə çatan ümumi 
radiasiyanın təxminən 5-10%-ni təşkil edir. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin