komponentlər torpaqda üstünlük təşkil edib mineral və üzvi
hissələrdən ibarətdir.
Torpağın üzvi hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan
ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının
fizikibiokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli
üzvi hissəsidir. Humusda mikroorqanizmlərin köməyi ilə
bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd,
karbon və s.) vardır. Humus torpağın məhsuldarlığını artırır,
onun bioloji aktivliyini yüksəldir. Qaratorpaq humusla ən zəngin
və ən münbit torpaq hesab olunur. Torpağın maye komponenti
müxtəlif vəziyyətlərdə ola bilər: 1) azad su – torpağın daha iri
məsamələrini tutaraq öz ağırlıq qüvvəsi ilə tədricən aşağı sızır;
2) əlaqəli (hiqroskopik və pərdə suyu) su – torpaq
hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların
üzərində pərdə əmələ gətirir; 3) kapilyar su-kiçik məsamələri
tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar
suyu – torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi
üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və kapilyar,
çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab
olunur,buxar halında olan su isə böyük rol oynamır. Torpağın
bütün maye komponentləri torpağın məhlulu adlanır. Onun
tərkibində nitratlar, bikarbonatlar, fosfatlar, sulfatlar və digər
duzlar, həmçinin suda həll olan üzvi turşular, onların duzları,
əsasən azad və kapilyar suda olan şəkər olur. Əlaqəli suda
maddələr çətin həll olur. Məhlulun konsentrasiyası torpağın
rütubətliyindən asılıdr.
Dostları ilə paylaş: