1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


/Yerin təbii resursları – insanın həyat faktoru kimi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
Ekoloji təhlil mühazirələr

9/Yerin təbii resursları – insanın həyat faktoru kimi
Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün 
insanın təbii mühitdən əldə etdikləri hər bir şey nəzərdə tutulur. 
İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii 
resurslardan istifadə etdikdə o, müəyyən qədər insanın mənəvi 
tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»), 
rekreasiya və s. Lakin onun əsas təyinatı, məqsədi – insanın 
maddi tələbatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır. 
Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr 
olub, insan onlardan maddi nemət kimi istifadə edir. Bu isə 
bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən 
həyatın keyfiyyətinin yüksəlməsini təmin edir. İnsan tərəfindən 
istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların 


təyinatı, mənşəyi, istifadə üsulları müxtəlifdir. Bu isə onları 
müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii 
resursları 
təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar 
mövcuddur. Onlar aşağıdakılardır. Mənşəyinə görə təbii 
resurslar bioloji, mineral və energetik resurslara bölünür. 
 Bioloji 
resurslar
– 
bura 
biosferin 
bütün 
canlı 
mühitəmələgətirən komponentləri (produsentlər, konsumentlər 
və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir .Onlar 
insanların maddi və mənəvi nemətlərinin mənbəyi sayılır. Bura 
mədəni 
bitkilər, 
ev heyvanları, mənzərəli landşaftlar, 
mikroorqanizmlər, bitki resursları, heyvanat aləmi resursları və 
s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət kəsb edir.
Mineral resurslar
– Bura litosferi təşkil edən istifadə üçün 
yararlı bütün maddələr daxildir. Onlar təsərrüfatda mineral 
xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal 
filiz halında olub ondan metal alınır və qeyri filiz halında olub, 
ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud 
da tikinti materialı kimi istifadə olunur. Mineral ehtiyatlar 
yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, 
oduncaq, atom enerjisi) istifadə edilməklə yanaşı, buxar və 
elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu 
oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin