Mövzu:7 POPULYASİYA. XASSƏLƏRİ VƏ TİPLƏRİ.
Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə
yerləşən ,bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində
uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər
qrupudur. Populyasiya növün quruluş vahidi , təkamül vahidi və
yaşama forması sayılır. Beləliklə, bioloji növün konkret ərazidə
yerləşən, çoxlu nəsillər boyunca real imkanlar əsasında bir-biri
ilə sərbəst cütləşib öz sayını tənzim edə bilən coğrafi, ekoloji,
etoloji səddlər ilə bir-birindən az çox ayrılan fərdlər qrupuna
“populyasiya” deyilir.
Populyasiya sözünün mənası xalq ,əhali deməkdir.
Populyasiyanın 3 əsas tipi vardır.
1.Coğrafi populyasiya. – bioloji növün yayıldığı coğrafi ərazidə
yerləşən fərdlər qrupudur. Coğrafi ərazi populyasiyanın
mənşəyi, təkamülü və ekologiyası ilə sıx əlaqədardır. Coğrafi
populyasiyalar arasında gen mübadiləsi zəifdir. Ona görə belə
populyasiyada etoloji, ekoloji, biokimyəvi, morfoloji fərdlər
vardır.
2.Ekoloji populyasiya.- növün yayıldığı eyni coğrafi ərazidə,
lakin ekoloji şəraiti müxtəlif olan sahədə yerləşən fərdlər
qrupudur. Ekoloji populyasiyanı fərqləndirən mexanizmlər:
fərdlərin yuva yeri, onların sutkalıq fəaliyyət ritmi, qidalanma
xarakteri, enerji balansı və başqa ekoloji xüsusiyyətlərdir.
3. Etoloji populyasiya. Və ya elementar populyasiya- eyni eyni
coğrafi ərazidə, eyni ekoloji şəraitdə eyni növə aid olan , lakin
davranışına görə fərqlənən fərdlər qrupudur. Belə qrupların
özünəməxsus davranışı onları qonşu qruplardan fərqləndirir,
ayırır və gen mübadiləsini az da olsa zəiflədir.
Populyasiya qrup halında birləşmə olduğu üçün mühitə
uyğunlaşma qabiliyyəti ayrı-ayrı fərdlərə nisbətən daha geniş
olub, bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan
ibarətdir:
1.Populyasiyanın sayı.- onun tutduğu ərazi vahidində yayılmış
həmin növdən olan fərdlərin sayı ilə ifadə olunur. Müxtəlif
növlərin populyasiyalarında fərdlərin sayı müxtəlifdir. Lakin
müəyyən həddən aşağı ola bilməz. Fərdlərin sayı müəyyən
həddən az olarsa populyasiyanı məhv edər.
Populyasiyanın sayı mövsüm və illər üzrə kəskin dəyişə bilər.
Məs., xırda gəmiricilər, adi çəyirtkə, xəstəlik törədən
bakteriyalar, bəzi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi
çoxalır.
Əgər populyasiyanın sayı olduqca böyük olub,saymaq
q/mümkün
olarsa
onda
populyasiyanın
sıxlığını
müəyyənləşdirib, onun tutduğu sahəyə vurmaqla sayını tapmaq
olar.
Bir çox növlərin populyasiyaları öz sayını tənzimləmək
xassəsinə malikdir. Konkret şəraitdə populyasiyanın ən çox
optimal (əlverişli) sayına onun homeostazı deyilir.
2.Populyasiyanın sıxlığı. –çox vacib göstərici olub,onun məkan
vahidinə düşən miqdarıdır; yəni sahə və ya həcm vahidinə
düşən populyasiya fərdlərinin sayı və biokütləsidir. Populyasiya
öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır.
Populyasiyanın quruluşu. Hər növ müəyyən ərazini tutaraq
orada populyasiya sistemini yaradır. Ərazi nə qədər çox
parçalanmış olarsa , orada məskunlaşan növün ayrı-ayrı
populyasiyalara ayrılma imkanları çoxalır.lakin növün
populyasiya strukturunu onun bioloji ayrılması- yəni onu təşkil
edən fərdlərin hərəkətliyi və əraziyə bağlılığı, təbii maneələri
dəf etmək qabiliyyəti müəyyənləşdirir.
Növün üzvləri geniş ərazidə daima yerini dəyişərsə, belə növ az
miqdarda iri populyasiyalara malik olur.
Populyasiyanı təşkil edən fərdlər cinsiyyətə -erkək və dişi, ailə-
valideynlər və balaları; yaşa- cavan və qocalara görə qruplar
əmələ gətirə bilərlər. Belə qruplaşmalar ekoloji şəraitdən
səmərəli istifadə etməyə və özünü qurmağa imkan verir, rəqabəti
azaldır. Məs., cüt-cüt yaşayan heyvanlar sahədə elə yerləşirlər
ki,onlar bir-birindən uzaq düşüb əlaqəsiz qalmasın, nə də çox
yaxın olub,aralarındakı rəqabəti gücləndirməsin. Hər cütün
müəyyən sahəsi olur və onlar qida üçün oradan uzağa getmirlər.
Qida bazası, yuva yeri müəyyən bir sahədə olan heyvanlar
koloniyalar əmələ gətirirlər. Məs., arılar, qarışqalar, göyərçinlər,
qağayılar, antiloplar və s.
Heyvanların populyasiyada koloniya əmələ gətirməsinin əsas
səbəbi normal nəsil verməyi təmin etməkdir.
Populyasiyanın strukturu sabit deyildir. Orqanizmlərin böyümə
və inkişafı, müxtəlif səbəbdən ölümü, ətraf mühitin dəyişməsi,
düşmənlərinin sayının artması, azalması- bütün bunlar
populyasiya daxilində müxtəlif nisbətlərin dəyişməsinə səbəb
olur.
Təbiətdə populyasiyanın sayı və sıxlığı heç vaxt sabit qalmır.
Bütün populyasiyalar öz sayını dinamik balansda saxlamağa
çalışır. Antropogen faktorlar populyasiyanın dinamikasını çox
sürətləndirir, digərinin sıxlığını isə aşağı düşürür.
Populyasiyanın sayının və sıxlığının dinamikası 4 əsas səbəbdən
asılıdır:
1.populyasiyanın nəsil verməsi-doğum
2.populyasiyanın ölüm faizi
3.populyasiyanın fərdlərinin köçməsi
4. populyasiyanın fərdlərinin köçürülməsi
Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni
fərdlərinin həyata gəlməsi hadisəsidir. Doğum çox olduqda
ərazi vahidinə düşən fərdlərin sayı artaraq, sıxlıq yüksəlir. Bu
zaman ərazi üstündə,dişilər və yem üstündə fərdlərarası rəqabət
güclənir. Ətraf mühitin çirkləndirilməsi populyasiyanın nəsil
vermə qabiliyyətinə neqativ təsir göstərir. Nəticədə fərdlər
arasında ölüm halları artır.
Ümumiyyətlə nəsilvermə qabiliyyətinə görə populyasiyada 3
ekoloji qrup mövcuddur:
1.prereproduktiv-nəsilvermə qabiliyyəti yaşına çatmamış fərdlər
qrupu
2.reproduktiv- yeni fərdlər törədə bilən fərdlər qrupu
3.postreproduktiv- yeni nəsil törətmə qabiliyyətini itirmiş fərdlər
qrupu
Ömrün ümumi uzunluğuna görə bu yaş qruplarının davamiyyəti
müxtəlif orqanizmlərdə dəyişkəndir. Müasir insanda hər 3 yaş
qrupu eyni nisbətdədir, hər biri ümumi həyatın 1/3-ə bərabərdir
Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını
göstərir. Ölüm əlverişsiz şəraitdən,yırtıcılar və parazitlərdən,
xəstəliklərdən asılıdır.Ən ideal şəraitdə belə fərdlər qocalır və
ölürlər. Qocalıq –həyatın bəzən orta ekoloji müddətini üstələyən
fizioloji müddətinin yaşıdır. Bir nəslin fərdlərinin hamısının
bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal
hadisə sayılır. Bura insanlar və məməlilər aiddir. Təbiətdə tez-
tez rast gəlinən variant həyatının erkən dövründə fərdlərin
yüksək ölümü hesab olunur. Yaşlı fərdlər daha çox dözümlü
olur. Insanlarda da bütün tarix boyu uşaq ölümü yüksək
olmuşdur. Son vaxtlar səhiyyənin inkişafı ilə əlaqədar uşaq
ölümü azalmışdır.
Populyasiyada fərdlərin köçməsi və ya onun yerinin gəlmələrlə
dolması növün mühüm bioloji xüsusiyyətlərindən biridir. Hər
bir populyasiyada fərdlərin bir hissəsi müntəzəm olaraq onu tərk
edərək qonşu sahədəki populyasiyanı doldurur və ya həmin növ
olmayan yeni əraziyə köçür. Yerdəyişmədə növün ümumi arealı
genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət
qazanılır. Populyasiyanın sıxlığı artdıqda bu proses də güclənir.
Populyasiyanın sabitliyinin saxlanılmasını 3 yerə bölmək olar:
1.ərazi strukturunun saxlanılması
2.genetik strukturun saxlanılması
3.fərdlərin sıxlığının nizamlanması
Qidalanma xarakterinə görə, çoxalmanın biologiyasına görə,
abiotik faktorlara olan münasibətinə görə hər bir növ özünə
məxsus ərazidən istifadə edir. Ərazini zəbt etmək genetik
təcavüz davranışı olub, öz növünün fərdlərinin sahəyə daxil
olmasıdır. Ərazi davranışı birbaşa hücum, döyüş və təqiblə
bitmir. Belə sərt mühafizə formalarına nisbətən az rast gəlinir.
Birbaşa təcavüz çox vaxt davranışın ritual formaları ilə ,
spesifik səs siqnalları ilə müşayiət olunur.
Ərazi strukturunun saxlanılması üçün ərazinin nişanlanmasıdır.
Məs., quşlarda sahənin nəğmə oxuma və başqa səs siqnalları
şəklində nişanlanması aydın təzahür olunur. Ərazinin səslə
nişanlanması su iti üçün də xarakterikdir. Cənubi Amerika
meymunu və digər primatlar sahəni səsləri ilə nişanlayır.
Bəzi məməlilər sahəni iy vasitəsilə nişanlayırlar. Onların dəri
vəziləri xüsusi iy-qoxu ifraz edir ki, bununla da həmin ərazinin
tutulduğunu bildirirlər. Məs., çöl siçanları, dırnaqlılar.
Populyasiyanın genetik strukturu onun genefondunun zənginliyi
ilə təyin edilir. Bura həm ümumi növ xassələri, həm də
populyasiyanın məskunlaşdığı konkret şəraitə uyğunlaşması ilə
əlaqədar baş xüsusiyyətlər daxildir.
Fərdlərin ərazidə yayılmasının 3 tipi var:
1.bərabər
2.diffuz yəni təsadüfi
3.mozaik
Bərabər paylanma tipində hər bir fərd qonşu fərdlərdən bərabər
məsafədə yayılır. Belə yayəlma tipində minimal rəqabətlik
dərəcəsində resurslardan tam istifadə edilməsinə uyğun gəlir.
Təbiətdə fərdlərin bərabər paylanmasına çox nadir halda
təsadüf olunur. Belə yayılma eyni növlü bitki qruplarına aiddir.
Diffuz tipli yayılmaya təbiətdə daha çox təsadüf olunur. Burada
fərdlər ərazidə q/bərabər , təsadüfi yayılmışlar. Bu zaman fərdlər
arasında məsafə eyni olmur, bu əsasən mühitin eyni cinsli
olmamasından irəli gəlir.
Mozaik yayılmada yaranmış fərd qrupları arasında böyük boş
ərazilər qalır. Bioloji cəhətdən belə yayılma tipi ya mühitin
kəskin müxtəlif cinsli olması, yaxud da fərdlərin bir-birinə aktiv
yaxınlaşmasından asılıdır.
olunmur.
Dostları ilə paylaş: |