1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Mövzu 10 : ANTROPOGEN EKOSİSTEMLƏR



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
Ekoloji təhlil mühazirələr

Mövzu 10 : ANTROPOGEN EKOSİSTEMLƏR
İnsan və ekosistemlər
«Ekosistem» terminini elmə ilk dəfə 1935-ci ildə ingilis botaniki 
Artur Corc Tensli daxil etmişdir. Termin müəyyən sahədə 
(biotopda) bütün orqanizmlər (yəni biosenoz) daxil olmaqla 
istənilən vahidi (olduqca mütəlif həcmdə) və onun sistem 
daxilində fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji 
axınının müəyyən dəqiq trofiq strukturunu, növ müxtəlifliyini və 
maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında 
mübadilə- ni) ifadə edir. Sadə desək, biosferdə maddələr 
mübadiləsi gedən üzvi və qeyri üzvi komponentlərin istənilən 
məcmusu ekosisem adlanır. Tenslinin fikrincə ekosistem yer 
səthində əsas təbiət vahididir. O, ekosistemə biotop və 
biosenozun tam vahidi kimi baxır 


İnsan təbii ətraf mühitdə həyat uğrunda konkret mübarizədə 
özünün süni antropogen ekosistemlərini yaradır. Təxminən on 
min il əvvəl o, bilavasitə öz əmək fəaliyyəti ilə kənd təsərrüfatı 
(bitkiçilik, heyvandarlıq) yaradaraq sovqatlar əldə etməyə 
başladı. Müasir mərhələdə o, daim artan tələbatını ödəmək üçün 
təbii ekosistemləri dəiyşməyə və özü istəməsə də, hətta onu 
dağıtmaq məcburiyyətində qaldı. Enerji – həm təbii, həm də 
antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi 
olmuşdur. Bu sistemlərin energetik resursları həm tükənməz – 
Günəş, külək, qabarma, həm də tükənən – yanacaq-energetik 
(daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə 
edərək insan sistemə enerji əlavə edə bilər və ya hətta onu enerji 
ilə təmin edə bilər. 
Dörd «fundamental ekosistem» tipi ayırır: 1. Günəşlə hərəkətə 
gətirilən təbii ekosistemlər; 2. Günəşlə hərəkətə gətirilən və 
digər təbii mənbələrlə yardım olunan ekosistemlər; 3. Günəşlə 
hərəkətə gətirilən və insan tərəfindən yardım olunan 
ekosistemlər; 4. Yanacaqla (yeraltı qazıntılar, üzvi və ya nüvə) 
hərəkətə gətirilənlər. 1-ci və 2-ci tipləri təbii ekosistemlərə, 3- 
cü və 4-cü tipləri isə antropogen ekosistemlərə aid etmək 
lazımdır.
Birinci ekosistem tipinə okeanlar, yüksək dağlıq meşələri aid 
olub Yer Planetində həyatın təmin olunmasının əsası hesab 
edilir .
İkinci ekosistem tipinə dənizləri, çay ekosistemləri aiddir. 
Beləliklə, təbii ekosistemlər insan tərəfindən heç bir qayğı 
göstərilmədən və xərc çəkilmədən öz həyat qabiliyyətini 
saxlayır və inkişaf edir. Bununla belə, bu ekosistemlərdə xeyli 
miqdarda qida məhsulları və digər materiallar yaranır, bu isə 
insanın özünün həyatı üçün zəruridir. Ən başlıcası isə, məhz 
burada havanın böyük həcmi təmizlənir, dövrana şirin su 
qayıdır, iqlim formalaşır və s.


Antropogen ekosistemlər isə tamamilə başqa cür fəaliyyət 
göstərir. Bura 3-cü tipə aid olan ekosistemlər yalnız Günəş 
enerjisi hesabına deyil, həmçinin insan tərəfindən qida 
məhsulları və lifli materiallar istehsal edən aqroekosistemlər
daxildir. Bu sistemlər təbii sistemlərə oxşayır, çünki vegetasiya 
dövründə mədəni bitkilərin inkişafı təbii proses olub onlara təbii 
Günəş enerjisi ilə həyat verilir. Lakin torpaq hazırlığı, səpin, 
məhsulun yığılması və s. insanın enerji sərfidir. Münbit torpaq 
yaradır Münbit torpağı kasatlaşdırır və ya onun üçün təhlükə 
yaradır Rütubət toplayır, onu təmizləyir və tədricən ondan 
istifadə edir Çox sü sərf edir və onu çirkləndirir .Yabanı təbiətin 
müxtəlif növləri üçün məskunlaşma şəraiti yaradır. Yabanı 
təbiətin bir çox növlərinin yaşama yerini dağıdır Çirkləndirici və 
tullantıları heç bir xərc çəkmədən süzür.
Heyvandarlıq da ekosistemin sadələşməsinə gedən bir yol 
sayılır, insan özü üçün faydalı kənd təsərrüfatı heyvanlarını 
(inək, camış, toyuq və s.) qoruyub, qida resurslarına rəqib çıxan 
otyeyən vəhşi heyvanları və ev heyvanlarını məhv edən 
yırtıcıları yoxa çıxarır. Qiymətli balıq növlərinin ovlanması su 
hövzələrinin 
ekosistemlərini 
sadələşdirir. 
Hava və su 
hövzələrinin çirklənməsi də ağacların, balıqların məhv olmasına 
səbəb olur və təbii ekosistemlər «talanır».
Dördüncü ekosistemlərdə, yəni sənaye-şəhər sistemlərində 
hadisə tamamilə başqa cür baş verir. Burada yanacaq enerjisi 
Günəş enerjisini bütvölüklə əvəz edir, təbii ekosistemlərlə 
müqayisədə enerji axınının sərfi iki- üç dəfə artıqdır. 
Adambaşına illik qidaya olan tələbat – 1 mln. kkal-a yaxındır. 
Əgər enerji sərfi əhalinin sayına görə hesablanarsa, bu 10 dəfə 
yüksək olar (məs. ABŞ-da o, 86 dəfə çoxdur).
Kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər) İnsan kənd 
təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik 
resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin 
edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir 


göstərir. XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 
250 min insan gəlir və onları yedizdirmək, geyindirmək və evlə 
təmin etmək lazımdır. Yer əhalisinin kifayət miqdarda qida 
məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı 
əlaqəli problem sayılır. Digər mühüm problem isə qidanın 
keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər 
və s.-dir. Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı 
bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət 
olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı 
istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas mənbəyidir. 
Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida 
məhsulunun əldə edilməsində olduqca az rola malikdir. 
Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız 
heyvanlar və yosun əldə edir. Quruda hazırda 80 min qida bitkisi 
növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı 
bitkisi ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas 
bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir.
İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır. Bitkilərin 
becərilməsi üçün torpağın hazırlanması üsulları və mal-qaranın 
saxlanma texnologiyası təkmilləşdirilir. Kənd təsərrüfatının 
genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt isə 
faciəli təsir göstərir. Geniş ərazilərdə meşələrin məhv edilməsi, 
mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə 
edilməməsi tarixən formalaşmış ekosistemlərin birdəfəlik 
dağılmasına 
səbəb 
olmuşdur. 
Təbii 
biosenozların, 
ekosistemlərin, 
landşaftların 
yerində 
aqrosferlər, 
aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir. 
Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində 
dəyişilmiş bütün sahələrin məcmusunu əks etdirən qlobal 
sistemdir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin