1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
Ekoloji təhlil mühazirələr

Səhiyyə – qoruyucu
zonası sənaye və nəqliyyat obyektlərinin 
ətraf yaşayış yerlərinə mənfi təsirini azaltmaq üçün 
müəyyənləşdirilir. 
Səhiyyə-qoruyucu zonanın ərazisində və müəssisələr arasında 
mövcud yaşıllıqlar saxlanmalı və onların sahəsi daha da 
artırılmalıdır. Səhiyyə-qoruyucu zonada və sənaye müəssisələri 
arasında qaza-toza dözümlü ağac cinslərindən istifadə 
olunmalıdır 
Kommunal-anbarların yerləşdiyi zona – ticarət anbarlarının 
(ümumi, ixtisaslaşdırılmış və s.), tərəvəz, kartof və meyvə 
anbarları; nəqliyyata xidmət edən (tramvay deposu, avtobus, 
trolleybus və taksimotor parkları, 135 tədarük maşınları parkı); 
məişət xidməti müəssisələri (camaşır fabriki, kimyəvi təmizləmə 
fabriki); təkrar xammalın istifadəsi müəssisələri, maddi-texniki 
təchizat və s. Kommunal-anbar zonası yaşayış ərazisindən aralı 
yerləşdirilir, 
imkan 
daxilində 
bu 
məqsədlə 
sənaye 
müəssisələrinin səhiyyə-mühafizə ərazisindən istifadə olunur. 


Xarici nəqliyyat zonası. Bu zona nəqliyyat qurğularının 
yerləşdirilməsinə xidmət edir (sərnişin və yük stansiyaları, 
limanlar, gəmilərin yan alması üçün körpü və s.). Meşə-park və 
yaşıllıq zonası. Bu zona müasir şəhərlərdə yaşıl ağaclıqların 
başlıca sanitar-gigiyena, rekreasiya, quruluş-planlaşdırma, bədii 
dekorativ, estetik funksiyları daşıyır. 
Yaşıllıqlar havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı 
zəhərli qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini 
artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, 
yayın qızğın vaxtlarında sərinlik yaradır. Bununla yanaşı, yaşıl 
xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə 
və digər yaşayış məntəqələrinin abadlaşdırılması və memar-
bədii tərtibatının mühüm elementlərindən biri sayılır. Yaşıl 
ağaclıqlar şəhər ərazisində mikroiqlimi yaxşılaşdırır, açıq 
havada istirahət üçün əlverişli şərait yaradır, torpağın, binaların 
divarlarının, asfaltın hədsiz qızmasının qarşısını alır. Qızmar 
havada bağda kölgəlikdə açıq sahəyə nisbətən temperatur 7-80 
C aşağı olur. Yay günü küçədə havanın temperaturu 300 C-dən 
yüksəkdirsə, mikrorayonun bağında termometr 22-240 C-ni 
göstərir 
Bir çox bitkilər fitonsid deyilən bioloji aktiv maddələr əmələ 
gətirir. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox 
zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, 
bununla da havanı saflaşdırır. Şam, ardıc, qovaq, cökə, tozağac, 
palıd, dəfnə, qaraçöhrə xəstəlik törədən virusları, mikrobları 
azvay (aloya), sarımsaq, soğan və istiotdan da tez məhv edir. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin