tələb olunur. Bu, torpaq resurslarını «nisbi bərpa olunan»
resurslar qrupuna aid etməyə əsas verir. Hazırda sənaye
əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu
hal ən çox tropik meşələrdə müşahidə olunur. Bir çox inkişaf
etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand,
İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin
sahəsinin azalması çox sürətlə gedir. Belə meşələrin bərpasına
azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii
halında bərpa olunması qeyrimümkündür. Bitki örtüyünün
intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması
və məhv edilməsi onların bərpa olunmayan resurs qrupuna
keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə
qədər mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır.
Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən silinmiş
olur.
Dostları ilə paylaş: