edilmişdir. Zərərçəkmiş adamların hamısı Minamata körfəzində
tutulmuş balıq və molyuskalarla qidalanmışdır. Hərəkət
koordinasiyasının pozulması pişik və quşlarda da müşahidə
olunmuşdur. Onlarla insan ölmüş, bir çoxları sinir sistemində
ağır zədələr almışdır. 1955- 1959-cu illərdə Minamatada
doğulan hər üç uşaqdan birində mərkəzi sinir sisteminin
pozulması, fiziki və əqli inkiaşfın kənara çıxması müşahidə
olunmuşdur.
Civə ilə çirklənmiş artmosfer havasının təsiri civətərkibli
lampalar istehsal olunan Saranski şəhərinin yaxınlığında
yaşayan uşaqlarda xəstəliklərin artmasına və civə istehsal olunan
dünyada nəhəng sayılan Nikitov zavodunun (Ukrayna) yanında
yaşayan qadınlarda reproduktiv sağlamlığın pozulmasına səbəb
olmuşdur.
Dostları ilə paylaş: