1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
  1   2   3   4   5   6   7   8   9   ...   37
Ekoloji təhlil mühazirələr



1/ EKOLOGİYANIN İNKİŞAF TARİXİ, MƏQSƏD VƏ 
VƏZİFƏLƏRİ. 
Ekologiya XIX əsrin ortalarında biologiyanın bir hissəsi kimi 
yaranmış, sərbəst olaraq bir elm kimi XX əsrin əvvəllərində 
fəaliyyət göstərmişdir.
Ekologiyanın inkişaf tarixini 5 etapa bölmək olar. 
I etap bitki və heyvanların ətraf mühitlə qarşılıqlı münasibətləri 
haqqında məlumatların toplanması dövrüdür. Bu etap XVIII 
əsrin axırlarına qədər davam etmişdir. I etap ekologiya tarixində 
ən uzun müddətli olmaqla 3 dövrə ayrılır: 
1)Qədim yunan filosoflarının dövrü. 
Aristotel öz yazılarında 500-dən çox heyvan növlərinin özlərini 
yaşadıqları mühitdə necə aparmaqlarını qeyd etmiş. Onun 
yazılarında quşların isti ölkələrə uçub getməsi, balıqların qış 
yuxusuna getməsi, heyvanların tikinti işlərindəki fəaliyyəti 
haqqında məlumatlar vardır.
Aristotelin davamçısı olan Teofrast o dövrdə botanikanın atası 
sayılırdı. O , müxtəlif şəraitdə inkişaf edən bitkilərin xüsusiyyəti 
haqqında yazmışdır. O ,bitkinin boyunun və formasının hava 
şəraitindən, torpaq növündən asılı olmasını qeyd etmişdir. 


Başqa bir filosof Empedokl biykilərin ətraf mühit şəraiti ilə 
qarşılıqlı münasibətlərini qeyd etmişdir. 
Bu dövrdə qədim yunan filosofu Hippokrat ətraf mühit 
faktorlarının insan sağlamlığına təsirini özünün elmi işlərində 
göstərmişdir. 
2)Orta əsrlərin durğunluq dövrüdür. Bu dövrdə elmdə həyatın 
əmələ gəlməsi haqqında ilahiyyat teoriyası hökm sürdüyü üçün 
, heç bir ekoloji materiallar yox idi. Bu dövrdə ətraf mühitin 
təsiri inkar olunurdu. 
3)Dirçəliş dövrü. Bu dövrdə edilən coğrafi kəşflər təbiət 
elmlərinin o cümlədən ekologiya elminin inkişafı üçün təkan 
oldu. 
XVI-XVIII əsrlərdə ekoloji məlumatlar elmi ekspedisiyalarının 
hesabatlarının əsas hissəsini təşkil edirdi. Kraşennikovun, 
Lepexinin, Pallasın və s.rus tədqiqatçılarının elmi işlərində yer 
kürəsinin müxtəlif hissələrində olan flora, fauna və atmosferdə 
baş verən dəyişiliklərin qarşılıqlı asıllığı göstərilmişdir. Bu
dövrdə biocoğrafiya inkişaf etməyə başlayır.
II etap botaniki və zooloji coğrafiya çərçivəsi altında ekoloji 
istiqamətlərin formalaşması etapıdır. Bu etap XVIII əsrin 
axırlarından XIX əsrin ortalarına kimi davam etmişdir. Bu 
dövrdə biocoğrafiya yüksək sürətlə inkişaf edir. Bu dövrlərdə 


yaşayıb yaratmış olan Lamark “Zoologiyanın fəlsəfəsi” 
kitabında göstərmişdir ki, bitki və heyvanların təkamülünün əsas 
səbəblərindən biri, ətraf mühitin təsiridir. 
Moskva universitetinin proffessoru Rulye heyvan ekologiyasının 
banisi hesab edilirdi. Onun 160-a yaxın elmi əsərləri vardır. Bu 
əsərlərin hamısında aparıcı ideya ondan ibarət idiki, üzvi aləmin 
inkişafı dəyişən ətraf mühitin təsirinə əsaslanır. 
III .Orqanizmlərin yaşadıqları mühitə adaptasiya olunması 
baxımından bitki və heyvan ekologiyasının formalaşması 
etapıdır. Bu etap XIX əsrin ortalarından XX əsrin 20-ci illərinə 
qədər olan dövri əhatə edir. 
Bu dövr Darvinin fəaliyyəti ilə əlaqədardır. Darvindən də qabaq
ilk dəfə ekologiya terminini elmə Ernest Heggel 1866-cı ildə 
gətirmişdir. Sonradan bu termin Varminq tərəfindən botanika 
elminə daxil edilir. Və nəhayət bu etap autekologiya
biosenoz,fitosenologiya, 
sinekologiya 
kimi 
terminlərin 
yaranması ilə fərqlənir. 
IV.Bu etap ekologiyanın ümumi biologiya elmi kimi 
formalaşması ilə fərqlənir. XX əsrin 20-ci illərindən 60-cı illərə 
qədərki dövri əhatə edir. Bu dövrdə Vernadski biosferin qlobal 
bioloji sistem kimi öyrənilməsini həyata keçirir. Populyasiyanın
ekologiyası yəni demekologiya istiqaməti yaranır. Bu dövrdə 


biogeosenoz və ekosistem terminləri elmə gətirilir. Bu dövrdə 
yaşayıb yaratmış alimlər:Elton, Naumov, Dogel olmuşdur. 
V.Antropoekologiya çərçivəsi altında qlobal ekologiyanın 
inkişafı etapı. Antropoekologiya insan ekologiyası deməkdir. 
60-cı illərdən indiki dövrə qədər davam edir. 
Bu dövrdə ekoloji biokimya, ekoloji fiziologiya, riyazi 
ekologiya və s. kimi elmlər yaranır. Ekologiya insan 
fəaliyyətinin bütün sferalarına daxil olur. Beləliklə, sənaye 
ekologiyası, kənd təsərrüfatı ekologiyası,
tibbi ekologiya, mühəndislik ekologiyası, iqtisadi ekologiya
sosial ekologiya və hüquqi ekologiya kimi sahələr əmələ 
gəlmişdir. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin