dedikdə turşuluğu, mineral tərkibi, çürüntülərin tərkibi nəzərdə
tutulur.
Fiziki və mexaniki xassə dedikdə mexaniki tərkib, kəsəklilik
yəni hamar olmamaq, məsaməlilik, hava, su keçirmək
qabiliyyəti, hava və suyu tutma qabiliyyəti, sıxlığı, rəngi və s.
nəzərdə tutulur.
v)Relyef və ya topoqrafik amillər- yaşadığı yerin dənizdən
hündürlüyü, yaşadığı yerin ekvatora görə genişliyi , üfüqə görə
canlının yaşadığı yerin əyilmə bucağı, işığın tərəflərinə görə
yerləşməsi.
q) hidrofizioloji amillər- bu suyun bütün hallarda (maye, qaz,
bərk)
və
mühitin
fiziki
amillərinin
(səs,
titrəyiş,
qravitasiya(cazibə) , maqnit və elektromaqnit sahəsinin,
ionlaşmış şüaların) orqanizmə təsiridir.
Abiotik faktorlar təsir etmə mexanizminə görə 2 yerə
bölünür:düz və dolayı yolla. Düz faktorlar orqanizmə birbaşa
təsir edir. Məs.,havanın , torpağın rütubətliyi, temperatur, işıq,
torpağın məhsuldarlığı, suyun axma sürəti,suyun mineral
elementləri və s.
Dolayı yolla təsir edən faktorlar orqanizmə düz faktorlar
vasitəsilə təsir edir. Məs., suyun şəffaflığı, torpağın dənəvərliyi,
yerin dənizdən hündürlüyü. Torpağın dənəvərliyi bitkilərə və
heyvanlara qida elementlərinin dinamikası və rütubətlik
formaları bilavasitə təsir edir.
Dostları ilə paylaş: