İşıq mühüm ekoloji faktor olub, böyük əhəmiyyət kəsb edir, o,
fotosintez prosesləri üçün enerji mənbəyi olub Yerin qeyri-üzvi
bitki örtüyündən üzvi birləşmələrin yaranmasında iştirak edir.
İşıq özünün fiziki xassələrinə görə heyvanların
müxtəlif həyat
proseslərində böyük və çoxşaxəli rol oynayır. Planetdə enerji
mənbəyi,maddələr dövranı,su mübadiləsi,mühitin formalaşması,
quşların köçməsi, heyvanların qış
yuxusuna getməsi, çoxalma
işıqla əlaqədardır.
Ekologiyada işıq termini dedkdə günəş şüalanmasının
bütün
diapazonları nəzərdə tutulur. Günəş şüaları spektral tərkibinə
görə 3 sahəyə bölünür: UB, infraqırmızı və görünən.
UB
-şüalar ən yüksək kimyəvə fəallığa malik olan şüalardır.
Qısadalğalı UB uzunluğu 0,29
mkm dan az , uzundalğalı UB
0,30-0,40 mkm olur. Qısadalğalı UB təsiri zamanı zülal
maksimum denaturasiya (zülalların təbii xassələrinin dəyişməsi)
uğrayır. UB şüaların təsiri onun dozasından asılıdır: artıq
şüalanma orqanizmə mənfi təsir göstərir. Qısa dalğalı
radiasiyaya qarşı xüsusilə bölünən hüceyrələr davamsız olur. Bu
səbəbdən də onlar öldürücü olurlar. kanserogen təsir göstərir.
Bu şüalar atmosferin ozon qatı tərəfindən tutulduğu üçün Yerdə
həyat mümkündür. Bunun nəticəsində ozon qatı
tərəfindən
tutulduğu üçün, yerə az miqdarda uzundalğalılar gəlib çatır- bu
isə canlılar üçün zəruridir. UB- heyvanların məhsuldarlığını
artırır, orqanizmdə Ca və P –un mübadiləsini tənzimləyir, D
vitamini
sintez olunur, bu da skeletin inkişafına tesir edir. D
vitamini raxit xəstəliyi üçün əhəmiyyətlidir.
UB şüalar qismən hüceyrə sintezi proseslərini stimullaşdırır. D
vitamininin böyüməkdə olan cavan heyvanlar üçün əhəmiyyəti
böyükdür. Odur ki, yuvalarda
doğulan məməlilərin çoxu
müntəzəm olaraq (çox vaxt səhər çağları) yuvanın yaxınlığında
günəşlə işıqlanan yerə aparılır. Bir çox quşlar da bu məqsədlə
«günəş vannası» qəbul edirlər.
Orqanizmlərin UB şüaların yüksək dozasına qarşı uyğunlaşması
nəticəsində bir çox növlərdə bu şüaları
udan tünd piqmentlər
formalaşır. İnsanda günəş altında yanma da (qaralma) bu
qəbildəndir. Ultrabənövşəyi radiasiya yer səthinə çatan ümumi
radiasiyanın təxminən 5-10%-ni təşkil edir.
Dostları ilə paylaş: