Səsin yuxuya təsiri.
Yuxu prosesində insan orqanizminin bütün sistemi
bərpa olunur. Səsin daim təsiri zamanı belə funksiyalar, yəni beynin
aktivlik funksiyası və yuxu zamanı ürək-damar sistemi üçün dinclik
dövrünün təmin olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi
gündüz vaxtı insanın fəaliyyətinə pis təsir göstərə bilər. Məişət səsi
yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən axşam və
gecə saatlarında hələ təzə yuxuya getmiş adamlara səs olduqca pis təsir
göstərir. Bu, təzə yuxuya gedən adamın «hipnoz» fazası vəziyyətində
olması ilə izah edilir. Yuxu vaxtı qəflətən olan səs (yük maşınının
gurultusu, radionun ucadan səsi) çox vaxt, xüsusən, uşaq və xəstələrdə
qorxu yaradır. Səs yuxunun davamiyyətini və dərinliyini azaldır.
Səs yuxunun müxtəlif mərhələlərinə təsir göstərir. Belə ki, yuxunun
yuxugörmə ilə müşayiət olunan paradoksal mərhələsi, ümumi yuxu
dövrünün 20%-dən az olmur; yuxunun bu mərhələsinin qısalması əsəb
sisteminin və zehni fəaliyyətin ciddi pozulmasına səbəb olur. Dərin yuxu
mərhələsinin qısalması hormonal pozuntulara, depressiyaya və digər
psixi pozuntulara səbəb olur. 50 dBA intensivlikli səsin təsirindən
yuxuya getmə müddəti bir saat və daha çox uzanır, yuxu çox səthi (ötəri)
olur, oyandıqdan sonra isə adam özünü yorğun hiss edir, başı ağrıyır,
çox vaxt isə ürəyi döyünür. Əmək günündən sonra normal istirahət
olmadıqda, işdən sonra olan yorğunluq aradan götürülmür, tədricən
xroniki süstlüyə keçir və bir sıra xəstəliklərin (əsəb sisteminin
pozulması, hipertoniya xəstəliyi) əmələ gəlməsinə səbəb olur. • Səsdən
mühafizənin əsas istiqamətləri. Ətraf mühitin akustika çirklənməsini
aşağı salmaq məqsədilə aşağıdakılardan istifadə edilir: • Çoxsəsli
mənbələr texnologiyası azsəslilərlə əvəz olunmalıdır; 350 • Səs mənbəyi
şüalanmasının istiqamətinin dəyişdirilməsi; • Mənbəyindən başlayaraq
mühafizə olunduğu yerə qədər səsin yayıldığı yolda intensivliyinin
azaldılması; • Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunması
üçün kompleks tədbirlərin görülməsi; • Yaşayış tikintilərində arxitektur-
planlaşdırma işləri; • Təşkilati tədbirlər; • Qəbul edilən səsin
keyfiyyətinin yaxşılaşdırılması; • Yeni akustik texnologiyanın tətbiqi;
Göstərilən tədbirlərin «Mühəndis ekologiyası və ekoloji menedcet» (M.
«Loqos», 2004) kitabında ətraflı izahı verilir.
Dostları ilə paylaş: |