11.ATMOSFERİN
NƏQLİYYAT
VƏ
SƏNAYE
TULLANTILARI İLƏ ÇİRKLƏNMƏSİ
Fotokimyəvi
duman
(fotokimyəvi
smoq)
Sənaye
müəssisələrindən və əsasən avtomobillərdən atmosferə buraxılan
azot oksidləri, karbon qazı, kükürd qazı, qurğuşun birləşmələri,
toz və his havada toplanaraq dumanla birləşir, insana və bütün
canlı orqanizmlərə öldürücü təsir göstərən «fotokimyəvi
duman» və ya «smoq» adlanan qarışıq əmələ gətirir. Smoqun
əsas səbəbi avtomobillərin iş zamanı buraxdıqdarı qazlardır.
Hazırda dünyada daxili yanacaq mühərrikli avtomobillərdə il
ərzində 2 mlrd. tondan artıq neft yanacağı işlədilir. Avtomobil
mühərrikləri ilə şəhər havasına 25%-dən artıq CO2, 65%
karbohidrogenlər və 30% azot oksidləri atılır. Yüngül
avtomobillər hər km-də 10 qrama qədər azot oksidi ayırır.
Smoqun tərkibinin ən təhlükəli birləşməsi azot oksidləri sayılır.
Azot oksidləri – monooksid NO və dioksid NO2 bütün yanacaq
növlərinin yandırılması zamanı yaranır və insanın sağlamlığına
xüsusilə təhlükəlidir. Atmosferə buraxılan azot oksidləri
tullantılarının əsas mənbəyi daxili yanacaq mühərrikləri,
nəqliyyat, aviasiya, İES-lər, sənayenin metallurgiya və digər
sahələri hesab olunur.
İki cür smoq ayrılır: • duman və qaz tullantılarının qarışığı olan
sıx duman;
• yüksək konsentrasiyalı zəhərli qazların və aerozolların
yaratdığı örtük.
1930-cu illərdən başlayaraq ABŞ-ın Los-Anceles şəhəri
üzərində ilin isti vaxtlarında «smoq», yəni 70% nəmliyi olan
duman görünməyə başladı. Bu hadisə «fotokimyəvi duman»
adlandırıldı. Belə ki, «smoqun» əmələ gəlməsi üçün günəş şüası
lazımdır. Bu şüalar avtomobillərin havaya buraxdığı karbon və
azot oksidi qarışığından mürəkkəb fotokimyəvi çevrilmələr,
maddələr yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə
atmosferdə olan digər çirkləndirici maddələrdən dəfələrlə
yüksək olur. Fotokimyəvi duman pis qoxuya malik olub
görünüşü kəskin aşağı salır, adamların gözləri, burun və boğaz
qişalarını xəstələndirir, boğulma, ağciyər və bronx asma
xəstəliyini kəskinləşdirir. Fotokimyəvi duman bitkiləri də
zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini alır,
sonra isə solur. Fotokimyəvi dumanlar metalları korroziyaya
uğradır, rezin və sintetik rənglərin çatlamasına səbəb olur,
paltarı korlayır, nəqliyyatın işinə maneçilik törədir.
Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş qazlar
toplanır, günortaya yaxın fotokimyəvi duman əmələ gəlir.
Günün 2-ci yarısında istiliyin artması nəticəsində inversiya
zəifləyir, «smoq» yuxaryıa doğru qalxır. Hazırda dünyanın bir
sıra böyük şəhərlərində – Nyu-York, Çikaqo, Boston, Tokio,
Milan və başqalarında da fotokimyəvi duman əmələ gəlir. Bu
əsasən avtomobillərin həddən çox olması ilə bağlıdır. Məs:
bütün dünyanın yollarında 300 mln-dan artıq avtomobil hərəkət
edir. Los-Ancelesin havasını 3,0 mln, Parisin havasını 1 mln-a
qədər avtomobil çirkləndirir. Belə şəhərlərdə avtomobillərin
buraxdığı qazların dərəcəsi 90%-ə qalxır. «Smoq» hadisəsi acı
nəticələr vermişdir. London şəhərində sıx dumanlar 1948, 52,
56, 57 və 1962-ci illərdə qeydə alınmışdır. 1952-ci il dekabrın 5-
9 arasında Londonun üzərində dayanan «smoqdan» 4 mindən
çox adam ölmüşdür. İngiltərə mütəxəssisləri müəyyən etmişlər
ki, bu qarışığın tərkibiində bir neçə yüz ton tüstü və sulfat
anhidridi olmuşdur. Bu səbəbdən 1956-cı ilin yanvarında Nyu-
York şəhərinin üzərində 26 saat qalan «smoq» nəticəsində 400-ə
yaxın adam zəhərlənib ölmüşdür. Zəhərli qazların miqdarı
(kükürd
anhidridi,
azot
oksidləri,
aldehidlər,
xlorlu
karbohidrogenlər) havada adi haldakından 5-6 dəfə çox
olmuşdur. Smoqun ən zərərli komponentlərindən biri də ozon
sayılır. İri şəhərlərdə smoq əmələ gələn zaman onun təbii
konsentrasiyası (1
⋅
10-8) 10 dəfə və daha çox artır. Ozon burada
insanın ağ ciyərlərinə və selikli qişalarına, həmçinin bitki
örtüyünə mənfi təsir göstərir.
Fotokimyəvi dumanın əmələ gəlməsinin qarşısını almaq üçün
atmosferin avtomobil nəqliyyatı tərəfindən çirklənməsinə qarşı
aşağıdakı tədbirlər həyata keçirilir: • Tullantıların zəhərlilik
dərəcəliyinin
qiymətləndirilməsi.
•
Daxili
yanma
mühərriklərinin təkmilləşdirilməsi. Bu məqsədlə Avropa və
ABŞ-ın qabaqcıl firmaları az yanacaq işlədən və havaya az
zərərli qaz buraxan yeni avtomobillər buraxır. • Avtomobil
benzininin keyfiyyətinin artırılması. Bu məqsədlə tərkibində etil
spirti, qurğuşun və ətraf mühit üçün zərərli olmayan benzin
növləri aşkar edilir. • Neytrallaşdırıcılar. Avtomobillərin qaz
tullantısı yollarında neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən
buraxılan toksik maddələrin miqdarını azaldır. Bu sahədə
yüksək nailiyyətlər əldə edilmişdir. • Dizel yanacağı. Dizel
mühərriki benzin mühərrikinə nisbətən 20-30% az yanacaq
işlədir. Dizel yanacağı ilə işləyən avtomobillərdə işlənmiş
qazların zəhərlilik dərəcəsi xeyli az, yəni komponentlərin
cəminə görə benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az
olur. • Qazla işləyən avtomobillər. Avtomobillərin qaz
yanacağına keçməsi atmosferə kanserogen maddərin atılmasını
100 dəfəyə qədər azalmasına şərait yaradır. Neft tullantılarına
çəkilən xərc də azalır: hər min ədəd qaz balonlu avtomobillər:
yük daşıyanlar ildə 12 min ton, taksimator avtomobilləri 6 min
ton, sərnişin daşıyan avtobuslar 30 min ton neftə qənaət edir.
Təbii qaz maşınlar üçün əla yanacaq sayılaraq hava ilə yaxşı
qarışır, o, mühərrikdə tam yanır, bunun nəticəsində işlənmiş
qazlarda zərərli maddələrin miqdarı azalır. • Elektromobillər
havanı çirkləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü
deyil. • Yanacağın alternativ növləri. Tədqiqatların nəticələrinə
əsasən avtomobillərdə benzin, qaz deyil, ekoloji təmiz yeni
yanacaq növləri təklif olunur. • Ekoloji vəziyyəti yaxşılaşdırmaq
üçün avtomobil hərəkətinin təşkili. İri şəhərlərdə tıxacları
azaltmaq məqsədilə yeraltı yollar, şaxələnmiş yeraltı tunellər,
yerüstü körpülər, şəhərin girəcəyində iri yük maşınları üçün
xüsusi terminallar yaradılır, çoxmərtəbəli qarajların, avtomobil
estakadalarının tikilməsi tövsiyə olunur.
Dostları ilə paylaş: |