aparatda baş verən pozuntularla və dəyişən mühitə adaptasiya
ilə əlaqədardır. Fizioloji yetişməzlik,
güclü transformasiyaya
məruz qalan mühitlə kəskin disbalansın nəticəsindədir.
Bunlar digər nəticələrə də, o cümlədən akselerasiya və
insanda boyun artmasında digər dəyişkənliyə də səbəb ola
bilər.
Akselerasiya
– bədənin ölçülərinin artması
və daha
erkən yaşlarında cinsi yetişkənliyin olması deməkdir. Bunun
əsas səbəbi həyat şəraitinin yaxşılaşması, ilk növbədə yaxşı
qidalanmaqdır. Akselerasiya uşaqların pisixi və fiziki
inkişafının tezləşməsində təzahür olunur. Cinsi yetişmə
tempində də tezləşmə müşahidə olunur.
Akselerasiya sosial
şəraitin və qidalanma xarakterinin dəyişməsi, əhalinin
miqrasiyası, irqlərin və millətlərin qarışma imkanlarının
artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də
ehtimal olunur:
günəş aktivliyinin dəyişməsi; radiasiya
fonunun yüksəlməsi; radio və televiziya şəbəkəsinin artması
ilə əlaqədar atmosferin elektromaqnit tərəddüdü ilə doyması.
Dostları ilə paylaş: