1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ


Narkomaniya və toksikomaniya



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   29   30   31   32   33   34   35   36   37
Ekoloji təhlil mühazirələr

Narkomaniya və toksikomaniya
Hesablamalara görə 
hazırda dünyada 50 mln. narkoman verdır. Narkomanlıq 
bütün bəşəriyyət üçün təhlükəlidir. Yunanca narke- donma, 
donub qalma, mania – ağılsızlıq, dəlilik deməkdir. 
Narkomaniyanın mahiyyəti (həmçinin onun sosial mənası) 
daha tam şəkildə aşağıdakı kimi ifadə olunur: narkomaniya – 
sosial təhlükəli psixi xəstəlik olub, əsası bu və ya digər 
kimyəvi birləşmələr qəbul etmək yolu ilə mərkəzi sinir 
sistemində «komfort sahəsi»ni süni olaraq stimullaşdırmaq 
üçün (şövqləndirməklə) fərdin (şəxsin) qarşısıalınmaz cəhd 
göstərməsidir. Narkomaniya zamanı deformasiya baş verir
sonra sübutlar (səbəblər) sistemi dağılır, əvvəlki sosial 
əlaqələr kəsilir və xəstədə narkotik maddə əldə etmək 
məqsədilə istənilən qeyri hüquqi əmələ əl atmaq davranışı 
formalaşır. 
«Narkomaniya» termini daha ümumi olan «toksikomaniya» 
termini ilə müqayisədə xüsusidir. İş ondadır ki, narkotik 
vəziyyəti psixikaya (ruhi aləmə) təsir göstərən bir çox 
maddələr yarada bilər. Onların hamısı olduqca zəhərlidir. 


Narkotik maddələrdən asılılığın 
ilk (birinci) mərhələsində
onu qəbul edən adam hər hansı bir məsuliiyyətsizlik, arzusuna 
çatmaq hissiyyatı keçirir, nəyinsə çatışmazlığı barədə 
həyəcanlanır, psixoloji diskomfort duyğusuna məruz qalır. 
Belə vəziyyəti kənarlaşdırmaq üçün yeni narkotik üsulları 
qəbul etdikdən sonra həmin şəxsdə artıq ona qarşı inam 
yaranır və narkotikdən asılılıq inkişafının
ikinci
– psixoloji 
mərhələsi başlayır. Bu psixikanın xüsusi xəstəlik vəziyyəti 
narkomaniyanın əsası və mahiyyəti hesab olunur. 
Narkotikdən 
asılılığın 
üçüncü
mərhələsində 
narkotik 
maddələrə kəskin qarşısı alınmaz fiziki aclıq başlayır. 
Narkotik maddələr yalnız kimyəvi quruluşuna görə deyil, həm 
də psixikaya təsir xarakterinə, yaranan asılılığın sürəti və 
dərinliyinə, müxtəlif orqanlara və fizioloji sistemlərə təsirinə 
görə də fərqlənir. Məsələn, nikotindən asılılıq nisbətən tez baş 
verir, lakin siqaret çəkmə psixikanın pozulmasına səbəb 
olmur. Bununla yanaşı, o, ürək-damar və tənəffüs sisteminə 
ziyandır, çox vaxt ağciyər və mədədə xərçəng xəstəliyinə 
səbəb olur. Alkoqol isə əksinə, psixi pozuntulara aparır, 
ondan asılılıq inkişafı nikotinə və digər narkotik maddələrə 
nisbətən yavaş (tədrici) olur. Narkotiklər (ilk növbədə heroin, 
kokain) alkoqol və nikotindən də təhlükəli olub tez və 
intensiv asılılıq törədir, bu isə müxtəlif orqan və toxumaların 
distrofiyasına səbəb olur. İlk yoxlamalarda (dadına baxmada) 
narkotikdən 
effekt 
alınmaya 
da 
bilər, 
lakin 
«eksperimentator»-şəxs necə olur olsun, yeni narkotiki qəbul 
etməyə israrlıdır. 2-5 yoxlamadan sonra həmin şəxs dadına 
varır və sonralar heç bir məsləhətə ehtiyacı olmadan narkotiki 
sərbəst qəbul etməyə başlayır. Narkotik maddələri ilk dəfə 
qəbul edən şəxs öz vəziyyətində heç bir dəyişiklik hiss etmir. 


Bəzən mühafizəedici reaksiyalar – baş ağrıları, ürək bulanma 
və digər xoşagəlməz hissiyyatlar müşahidə olunur. Lakin 
narkotikin tədricən qoruyucu reaksiyası zəfiləyir. Bir neçə 
nümunədən, yoxlamadan (mərkəzi sinir sisteminin fərdi 
xüsusiyyətindən, həmçinin narkotik maddənin xassəsindən 
asılı olaraq 1-2-dən 5-8-ə qədər) sonra alınan belə xüsusi 
vəziyyətin təzahürü eyforiya adlanır. Bir dəfə eyforiya 
vəziyyətini keçirən adam artıq narkotik maddədən psixoloji 
asılı olur. Bu zaman mərkəzi sinir sistemində patoloji ehtiyac 
mənbəyi yaranaraq, özünü mühafizə etmək (saxlamaq) 
narkotikin yeni porsiyasını tələb edir. İnsan narkotik 
maddənin qəbulunu davam etdirərsə, göstərilən hadisələr 
möhkəmlənir, güclənir və o , artıq dərk edir ki, narkotik 
maddəsiz keçinə bilməyəcək. 
Narkomaniyanın üçüncü, yəni fiziki asılılıq və orqanizmin 
zəifləməsi mərhələsində – zəiflik, zehni və fiziki işə 
bacarıqsızlığı və həddən artıq arıqlama baş verir. Orqanizmin 
ağır zəhərlənməsi əlamətləri – dərinin quruluğu və saralması, 
saçlar və dırnaqların kövrəkliyi, parıltısızlığı açıq-aşkar 
görünür, adam öz yaşından daha çox yaşlı görünür və 
həqiqətən ölüm onu sürətli addımlarla yaxalayır. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin