1. Əməliyyat sistemi haqqında anlayış



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix10.05.2022
ölçüsü1,08 Mb.
#57042
1   ...   6   7   8   9   10   11   12   13   ...   76
ƏS sual-cavab 75

Tətbiqi proqramlar- hər hansı bir məsələni həll etmək üçün istifadə olunur( mətin redaktorları 

elektron  cədvəllərdə  işləmək  üçün  proqramlar,  verilenler  bazası,  tərcümə  proqramları,  tərcümə 

proqramları  ,  komputer  qrafikası  ,  arxiv  proqramları  və  s.)  Tətbiqi  proqramlar  özləridə  tiplərə 

bölünürlər. Əsas tətbiq proqramlar və köməkçi proqramlar (utilitlər). Utilit- konkrer işi görən və ofis 



proqramlarına daxil edilen xüsusi proqramdir.  

Alqoritmik diller proqramı 

Alqoritmik  diller  proqramı-  hər  hansı  proqram  dili  üçün  nəzərsə  tutulmuş  proqramlar.  Hal 

hazırda çolu sayda proqramlaşdırma dilləri var. 

Proqramlaşdırma dilləri 5 qrupa bölünür: 

 

Çoх yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoхPro, Paradoх,Visual Basic. 



 

Yüksək səviyyəli dillər: Pascal, Visual Basic, Fortran. 



 

Aşağı səviyyəli proqlamlaşdırma dilləri: Assembler, Avtokod və.s 



 

Orta səviyyəli proqlamlaşdırma dilleri: C++, Java 



Maşın dili: Ən aşağı səviyyəli dil olub 0 və 1-lərdən ibarətdir.     

 

11.  Əməliyyat sisteminin iş vahidi.  



12.  Proses və axın. 

Multiproqramlaşdırmanı  dəstəkləmək  üçün,  əməliyyat  sistemi  prosessor  və  kompüterin 

resursları  arasında  iş  vahidini  təyin  etməlidir.(Multiproqramlaşdırma-çoxməsələlik  deməkdir). 

Əməliyyat sisteminin iki növ iş vahidi var: Proses və axın.  



Proses-icra  mərhələsində  olan  proqramdır  və    əmrlər  sayğacının,  reqistrlərin  və  dəyişənlərin 

cari qiymətləri daxil olmaqla, yerinə yetirilən proqramın nüsxəsidir. Proseslərin uzlaşdırılması ilə bağlı 

məsələlər əməliyyat sisteminin  nüvəsində yerləşən planlaşdırıcı və dispetçer proqramları tərəfindən 

həyata keçirilir. 

Planlaşdırıcı  dərhal  gedən  proseslərin  hesabatını  aparır,  yeni  prosesləri  qeydə  alır  və  bitmiş 

prosesləri yaddaşdan silir. Proseslərə nəzarət etmək üçün planlaşdırıcı bütün proseslər haqqında olan 

məlumatı proseslər cədvəli adlanan əməli yaddaşın bir hissəsinə yerləşdirir. Kompüterə yeni tapşırıq 

veriləndə  planlaşdırıcı  onun  üçün  proses  yaradır  və  cədvələ  yeni  verilənləri  yerləşdirir.  Proseslər 

cədvəlində  prosesə  ayrılmış  yaddaş,  onun  prioriteti,  hazır  olması  və  ya  gözləməsi  haqqında 

məlumatlar saxlanılır. 




 

 



 Əgər  prosesin  işini  davam  etdirmək  olursa,  onda  bu  proses  hazırlıq  vəziyyətində  sayılır.  Əgər 

prosesin  davamı  üçün  xaricdən  digər  proseslərdən  müəyyən  məlumatlar  gəlməlidirsə,  onda  o, 

gözləmə vəziyyətindədir.  

Dispetçer  –  əməliyyat  sisteminin  nüvəsinin  bir  hissəsidir.  O,  planlaşdırılmış  proseslərin  yerinə 

yetirilməsinə nəzarət edir.  




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin