30
ya gizlətmək üçün istifadə olunur.
Bir dildən başqa dilə keçmə əməliyyatı Mouse göstəricisini indikatorun nişanı üzərində vurub
açılan menyudan lazım olan dili seçməklə həyata keçirilir. Bundan başqa klaviaturadan düymələrin
kombinasiyalarından da istifadə edilir. Bu panelə yeni dil əlavə etmək üçün dil paneli üzərində sol
düyməni sıxdıqda açılan menyudan Language Preferences əmri seçilir. Adi halda, yəni əlavə sazlama
olmadan Alt + Shift düymələri vasitəsilə dil rejimini dəyişə bilərik.
Tapşırıqlar panelində vaxt/tarix oblastının üzərində mausun sol düyməsini sıxdıqda vaxt/tarixi
sazlamaq üçün pəncərə açılır.
İstənilən proqramın piktoqramını tapşırıqlar panelinə bərkitmək olar. Bunun üçün:
1.
Mausun sol düyməsi ilə proqramın piktoqramını tutub Taskbara sürükləmək, Taskbarda Pin
to Taskbar (Tapşırıq panelinə daxil et) əmri aktivləşəndə maus buraxılır;
2.
Aktiv proqramın piktoqramı üzərində kontekst menyunu açıb
Pin to Taskbar (Tapşırıq
panelinə daxil et) əmrini icra etməklə.
Bərkidilmiş proqramları Taskbar – dan çıxarmaq üçün həmin proqramın üzərində mausun sağ
düyməsini sıxıb açılan kontekst menyudan Unpin this program from Taskbar (Bu proqramı tapşırıq
panelindən çıxar) əmrini seçmək lazımdır. Tapşırıq panelindəki piktoqramları sağa və ya sola
sürüşdürməklə yerlərini dəyişmək olar.
Tapşırıq paneli üzərində mausun sağ düyməsinı sıxdıqda Tapşırıq panelinin kontekst menyusu
açılır:
Dostları ilə paylaş: