qovluqlar üzrə hərəkət etmə üçün nəzərdə tutulmuş xüsusi qovluq pəncərəsi açılır.
Windows Explorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri
kateqoriyasına aiddir. WINDOWS EXPLORER kompüterin fayl strukturu üzrə naviqasiyası
(naviqasiyanın məqsədi lazımi qovluğa və onun içindəkilərə müraciəti təmin etməkdir.Fayl strukturu
23
ilə naviqasiya bələdcinin sol panelində aparılır.) və xidməti üçün, yəni fayl və qovluqlarla işləmək üçün
nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır.
Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə, işçi
masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının dəyişdirilməsi,
silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa düşülür. Bu işlərin
səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan asılıdır. Belə texnologiyalara
nümunə kimi Windows Explorer proqramını göstərmək olar.
Windows Explorer proqramını yükləmək üçün:
1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).
2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).
3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer).
4.İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır.
Windows Explorer proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki
paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol
paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+”
işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını
göstərir.
Windows Explorer pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu
açmaq üçün mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki
panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir.
51. Fayl və onun tipləri.
Fayl
– informasiyanın diskdə
tutduğu yerdir.
Yaddaşın müəyyən hissəsində bir ad altında qeyd
olunaraq saxlanılan verilənlər yığımına fayl deyilir. Komputerdə yazılıb saxlanılan və istifadə edilən
bütün mövcud informasiyalar (mətnlər, sənədlər, proqramlar,şəkillər,elektron cədvəllər və.s)
fayllarda saxlanılır. Kompüter
üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur.
Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun.
Faylın adında * / : < > ? \ | “ simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat
sistemi üçün xüsusi anlamı var.
İki cür fayllar olur:
1.
Sistem
faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları
digərlərilə əvəz olunduqda dəyişilirlər (*.sys).
2.
İnformasiya
faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:
24
mətn
redaktorlarında yaradılan fayllar (*.doc, *.odt, *.txt),
verilənlər bazasın
ın faylları (*.mdb, *.odb),
elektron cədvəll
ərinin faylları (*.xls, *.ods),
mediya
-fayllar (səs faylları: *.wav, *.mp3, *.ogg, *.midi, *.au, video-fayllar: *.avi, *.mov),
qrafik fayllar
(*.jpg, *.gif, *.bmp, *.tif, *.png),
prezentasiyalar
(*.ppt, *.pps, *.odp),
web-fayllar
(*.htm, *.html),
konfiqurasiya
faylları (sistem reestr,
DHCP
,
WINS
,
DNS
və Active Directory verilənləri).
Hər bir fayl yarandığı
proqramdan
asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.
Hər bir faylın öz unikal adı və ünvanı vardır.
Ünvan
faylın harada yerləşdiyini göstərir. Eyni
məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa
imkan verir.
52. Fayl üzərində aparılan əməliyyatlar
Dostları ilə paylaş: