(Вырезать) , (Ctrl+X) əmrini yerinə yetirdikdən sonra lazım olan yeri seçib, Paste (Вставить) , (Ctrl+V)
əmrini yerinə yetiririk.
Faylın surətinin çıxarılması : bu əməliyyat faylın surətini yaradıb onu başqa yerdə yadda
saxlamaq üçündür. Bunun üçün həmin faylı qeyd edib kontekst menyudan Copy (Копировать) ,
(Ctrl+C) əmrini yerinə yetirmək, sonra surətin yerləşəcəyi qovluğu və ya diski açıb kontekst menyudan
Paste (Вставить) , (Ctrl+V) əmrini yerinə yetirmək lazımdır.
Faylın ləğv edilməsi : bu əməliyyat lazımsız faylları silmək üçündür. Bunun üçün faylı qeyd edib,
kontekst menyudan Delete (Удалить) , (Del) əmrini seçmək , və ya klaviaturanın Delete düyməsini
sıxmaq lazımdır. Ləğv edilmiş fayllar səbətə (Recycle Bin, Корзина )düşür. Əgər faylları səbətə
göndərilmədən ləğv etmək lazımdırsa, Shift+Del kombinasiyasından istifadə edilməlidir.
Dostları ilə paylaş: |