1.4. Işçi kitabın çapı
İşçi kitabın çapa hazırlıq prosesinə aşağıdakı mərhələlər daxildir:
xaric ediləsi səhifələr ardıcıllığının, diapazonunun və nömrələnmənin təyini.
İşçi kitabın çapının təşkili ilə bağlı aşağıdakılara baxaq.
1. Kitabın bir və ya bir neçə vərəqələrini çap etmək mümkündür. Çap olunan informasiya əvvəldən seçilməlidir. Sonra Файл-Печать...(File Print...) əmrinin yerinə yetirilməsi ilə eyni adlı dialoq pəncərəsi açılır.
Печать (Print) dialoq pəncərəsində printer seçilərək, Вывести на печать (Print What) sahəsindəki açarlardan biri seçilir:
qonşu olmayan bir neçə xanalar diapazonunu seçib Выделений диапозон (Selection) аçarı qeyd olunur. Hər bir diapazonun çapı yeni sahifədən başlayır.
Выделенные листы (Selected Sheet (S)) düyməsinin köməyi ilə cari vərəqə çap olunur.
- Всю книгу (Entire Workbook) açarı ilə bütün kitab çap olunur.
Число копий (Number of copies) sahəsi çap olunan sənədin nüsxələrinin sayını təyin edir. Bce (All) açarı vərəqin bütün səhifələrinin çapına imkan verir.
Страницы с...по... (Pages from ...to...) açarı isə səhifələrin başlanğıc və son nömrələrinin verməklə, sənədin bir hissəsi çap olunur.
2. Vərəqələrin səhifələrə bölünməsi avtomatik baş verir. Burada Параметры страницы (Page Setap) dialoq pəncərəsindəki dörd tərəfdən-Страницы (Page), Поля (Margins), Колонтитулы (Header/Footer), Лист (Sheet) istifadə olunur.
Istifadəçinin aşağıdakı parametrləri vermək imkanı var:
səhifənin oriyentasiyası;
kağızın ölçüsü;
avtomatik nömrələnməsi davam edən səhifələrdən, birinci səhifənin nömrəsi;
- işçi kitabın xarici edilən vərəqinin faizlə miqyası;
- sahələrin ölçüsü və səhifələrin kolontitulu;
- səhifələrin xaric edilmə ardıcıllığı, yəni yuxarıdan aşağı, sonra sağa və ya soldan sağa, sonra aşağı;
- xanaların işçi cədvəlinin, sətir bölgünün (1,2... və sütun başlığının
(A,B,C...) çap olunması və ya çap olunmaması.
Dostları ilə paylaş: |