Üçölçülü qrafik redaktorlar. Üçölçülü qrafika (3D-3 Dimensions) kom-püter qrafikasının bir bölməsi olmaqla, üçölçülü sahədəki obyektlərlə əməliyyatlar üçün alqoritm və proqram təminatını əhatə edir. Üçölçülü qrafika-dan ən çox arxitektur vizuallaşdırmada, kinomatoqrafiyada, televiziyada, kompüter oyunlarında, çap məhsullarında və həmçinin elmdə təsvirlərin yaradılmasında istifadə olunur. Üçölçülü təsvirin alınması üçün aşağıdakı mərhələlər tələb olunur:
modelləşdirmə - səhnə və onun obyektlərinin riyazi modelinin yaradılması;
renderinq – seçilən fiziki modelə uyğun proyeksiyanın qurulması.
Üçölçülü modelləşdirmənin əsas məsələsi işıq mənbəyinin, kürə, kub, konus və s., maye, qaz və s. kimi obyektlərin təsviri və onların səhnədə yerləşdirilməsidir.
Ikinci mərhələdə riyazi model müstəvi şəkilə çevrilir. Renderinq verilənlərin üçölçülü vektor strukturunu müstəvi piksellər matrisinə çevirir.
Üçölçülü qrafikanın emalına imkan verən, yəni virtual obyektləri mo-delləşdirən və onların əsasında təsvirin modelini yaradan proqram vasitələri çox müxtəlifdir. Son zamanlar bu sahədə lider olan kommersiya məqsədli məhsullara Autodesk 3D Studio Max, Maya, Newtek Lightwave, Softimage XSI, Rhinoceros 3D, Cinema 4D va ZBrush-u misal göstərmək olar. Bunlardan başqa, Blender və Wing3D kimi paketlər açıq məhsul olmaqla sərbəst yayılır.
Bu paketlərdən bəzilərini qısa şərh edək.
Dostları ilə paylaş: |