“Kitabi-Dədə Qorqud” on iki boydan (dastandan) ibarətdir. Bunlardan hər birioğuz elinin həyatınınmühüm cəhətlərini işıqlandıran bədii salnamədir.Buabidə
Azərbaycan xalqının etnoqrafiyasını, tarixi coğrafiyasını, dilini, düşüncə tərzini, dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını,
mədəniyyətiniəksetdirən misilsiz qaynaqdır.“Kİtabi-DədəQorqud”da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir.
.Böyükalim,görkəmli filosof NəsirəddinTusi (1201-1274) zəngin həyat yolu keçmiş, dəyərli əsərlər yazmışdır. Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Nəsirəddin
Tusinin fəlsəfi sistemində bir-biri iləbağlıdır.
XII əsrdəən böyük sənətkar NizamiGəncəvi (1141-1209) mükəmməl təhsil görmüş, ciddi mütaliə etməklə, xalq müdriklərinin söhbətlərini dinləməklə biliyini
artırmağa səy göstərmişdir. Nizami saraylarda yaşamaqdan boyun qaçırmış, yoxsul həyat sürmüşdür.
Hürufiliyin meydana çıxması XIV əsrə təsadüf edir. Onun banisi FəzlullahNəimi (1339-1394) papaqçılıqla məşğul olmuş, öz təlimini geniş şəkildə yaymağa
başlamışdır. O, Hürufi ideyalarına görə 1394-cü ildə Şirvanda həbsə alınmış və “Cavidannamə” əsərinioradayazmışdır. XIII-XIV əsrlərdə Azərbaycanda ədəbiyyat
ərəb və fars dilləri ilə yanaşı doğma dildə də yaranır. Hürufilik təlimi Nəimidən sonra Nəsimi və başqaları tərəfindən təbliğ olunmuşdur.
Nəsimi(1369-1417) uşaqlıq və gənclik illərini doğma Şamaxı şəhərində keçirmiş, dövrün dini və dünyəvi elmlərinə də burada yiyələnmişdir. Nəsimi din, fəlsəfə və
onların tarixini dərindən bilmiş, elmlərə möhkəm yiyələndikdən sonra ədəbi fəaliyyətə başlamışdır.Nəsimi vətəndən didərgin düşmüş,-İraq, Türkiyə və Suriyada
yaşamağa məcbur olmuşdur. O, hürufilik təlimi əsasında irəli sürdüyüideyaları üstündə Hələb şəhərində edam edilmişdir. İmadəddin Nəsimi üç dildə - Azərbaycan
(türk), fars və ərəb dillərində yazıb-yaratmışdır.
.Məhəmməd Füzuli mədəniyyət tarixində misilsiz lirik şair kimi məşhurdur. Füzulinin fəlsəfəyə (varlığa və idraka) dair baxışlarının araşdırılmasında “Sağlamlıq və
xəstəlik”, “Tiryək və Şərab”, “Kefcil və Zahid”, “Leyli və Məcnun” və b.əsərlərininöz yeri vardır.Füzulinin ədəbi yaradıcılığı, xüsusən qəzəllərigeniş məna tutumuna
malikdir.
XVII-
XVIII əsrlərdə Azərbaycan ədəbiyyatının şifahi və yazılı qolları inkişafedirdi. “Koroğlu” qəhrəmanlıq eposu, “Əsli və Kərəm”, Aşıq Qərib” kimidastanlar xalqın
mənəviyyatını, etik-əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərdir. Aşıq ədəbiyyatı güclənmiş, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım və başqa el sənətkarlarının
şeirləri dillər əzbəri olmuşdur.
Orta əsrlər müsəlman Şərqində, o cümlədən Azərbaycandaöz intibah dövrünə qədəm qoymuşdur.Şərq mütəfəkkirləri tibb, riyaziyyat, astronomiya, musiqi, məntiq və
fəlsəfəyə dair möhtəşəm orijinal əsərlər yaratmışlar.
Dostları ilə paylaş: