1. Fəlsəfənin predmeti və funksiyaları


Materiyanın elmi fəlsəfi anlamı



Yüklə 69,24 Kb.
səhifə24/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
Fəlsəfə 1-25

21.Materiyanın elmi fəlsəfi anlamı
Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər sistemində mühüm yer tutur. Bu onunla bağlıdır ki, bütün təbiət elmləri materiyanın konkret növlərini, onların strukturunu, xassələrini, hərəkət və inkişaf qanunlarını öyrəndiyi kimi, heç bir fəlsəfi tə’lim də “materiya” anlayışına və onunla bağlı olub mühüm dünyagörüşü əhəmiyyəti kəsb edən varlıq və təfəkkür, təbiət və ruh, maddi və ideal, habelə hərəkət, məkan və zaman kateqoriyalarına müraciət etmədən keçinə bilməz.
Materiya anlayışı mühüm fəlsəfi kateqoriya kimi insanı əhatə edən aləmin öyrənilməsi prosesində işlənmişdir. Öz əməli fəaliyyətində canlı və cansız təbiətin bir-birlərindən kəmiyyət və keyfiyyətcə fərqlənən çox müxtəlif predmet və hadisələri ilə qarşılaşan insanları lap qədimdən belə bir məsələ düşündürmüşdür: Dünyadakı müxtəlif cisim və hadisələri bir-birilə bağlayan maddi əsas varmı, dünyanın sonsuz müxtəlifliyinin vəhdəti haqqında danışmaq olarmı? Həyat təcrübəsinin, sonralar, isə həm də elmi biliklərin inkişafı gedişində filosoflar belə bir ümumi əsasın olması fikrinə gəlmişlər. Bu ümumi əsas onların hamısının insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olmalarıdır. Məhz insan şüurundan xaricdə və ondan asılı olmadan obyektiv reallıq kimi mövcud olanı ifadə etmək üçün fəlsəfədə materiya anlayışı işlədilir. Onun haqqında ilk təsəvvürlər hələ qədim fəlsəfədə irəli sürülmüşdür.
Materiyanın növləri, quruluşu və xassələri barədə o zaman irəli sürülən və təbiətşünaslığa aid olan bu məsələ onun tərəfindən, həm də təbiətin eksperimental tədqiqi əsasında, təbiət haqqında məsələləri zəruri təcrübi faktlara əsaslanmayan əqli quraşdırmalar vasitəsi ilə həll etməyə çalışan və özünü “elmlər elmi” kimi qələmə verən naturfəlsəfə mövqeyindən həll olunurdu. Həmin mövqedən çıxış edərək bütün mövcudatın ilk əsasını tapmağa çalışan Qədim Dövr materialistləri belə əsas kimi götürdükləri materiyanı onun bilavasitə duyğu ilə qavranılan konkret növlərindən birinə, yaxud bir neçəsinə müncər edirdilər.
Materiya insana öz duyğusu ilə verilən, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızla surəti alınan, şəkli alınan, əks olunan obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır.
Materiyanın bu tə’rifi fəlsəfənin əsas məsələsinin hər iki ontoloji və qnoseoloji tərəflərinin materialistcəsinə həllini əks etdirən aşağıdakı müddəalara əsaslanır:

  1. materiya insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan obyektiv reallıqdır;

  2. obyektiv reallıq olan materiya hiss üzvlərimizə tə’sir edərək duyğularımızda əks olunur, yə’ni o, dərkediləndir.



Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin