1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Plotinin ideyalarına görə



Yüklə 340,51 Kb.
səhifə31/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   27   28   29   30   31   32   33   34   ...   115
felsefeimtahansualları

Plotinin ideyalarına görə, bütün dünya iyerarxik sistem olub, hər bir aşağıda yerləşən pillə öz mövcudluğuna görə yuxarıdakına borcludur. Hər bir pillə ən ali pillədə dayanan Vahidin emanasiyasıdır (şüalanmasıdır). Belə ki, iyerarxiyanın zirvəsində duran Vahid (o, həm də Tanrı, Xeyirdir, başqa sözlə, bütün möcudluğun xaricindədir). Vahid hər varlığın səbəbidir, onun özü isə varlıqla bilavasitə əlaqəli olmadığı üçün əqlyetməzdir. İkinci pillə Ağıl və onda mövcud olan əqlyetər mahiyyətlər –ideyalardır, bu xalis varlıq olub Vahid tərəfindən törədilir. Üçüncü pillədə Can (ruh) yerləşir, o artıq ağıl kimi təkcə olmayıb, canlı bədənlər arasında bölünür; bundan əlavə o, hərəkətdədir, can bütün hərəkətlərin, o cümlədən həyəcan və ehtirasın mənbəyidir. Lap aşağı pillədə isə, bədən, cisim yerləşir. Canın zəkalılıq, harmoniya kimi müsbət keyfiyyətləri ağıldan aldığı kimi, bədən də canın sayəsində formaya malik olur; onun digər keyfiyyətləri –cansızlıq, fəaliyyətsizlik, ətalətlilik –materiyaya bənzərdir. Materiya mövcud deyil, onun ağıla, yəni varlığa aidiyyəti yoxdur, ona görə də zəka ilə dərk olunmur. Onun haqqında biz inkari yolla bilirik: hər bir cisimdən formanı götürsək, yerdə nə qalsa o materiyadır.
Neoplatonizmin Yamvlix və Prokl kimi görkəmli hümayəndələri olmuşdur. Sonrakı dövr Qərb fəlsəfəsinə böyük təsir göstərmişdir.

15.Orta əsrlərdə müsəlman Şərqində fəlsəfə
VIII-XII əsrlərdə Qərbi Avropada mənəvi həyatın bütün sferaları üzərində kilsənin total nəzarəti güclənir. Fəlsəfə mənəvi-intellektual yaradıcılıq forması olaraq müstəqilliyini itirir, onu “ilahiyyətin qulluqçusu” etmək cəhdləri daha da artır. Məhz bu ərəfədə Şərqdə –İslam dinin yaranıb yayıldığı arealda özünəməxsus və güclü ərəb mədəniyyəti təşəkkül tapır. Mədəni-intellektual inkişaf fəlsəfədən də yan keçmir: ərəb-müsəlman fəlsəfəsi yaranır və sürətlə inkişaf edir.
Ərəb-müsəlman fəlsəfəsinin yaranması və inkişafı xarici və daxili olmaqla əsasən iki amillə şərtlənir. Birinci, xarici amil Antik fəlsəfənin ərəb dünyasında yayılması ilə bağlıdır. Belə ki, xristianlığın Qərbdə və xüsusilə Bizans imperiyasında güclənməsi Antik fəlsəfənin və onun nümayəndələrinin özünə başqa ölkələrdə sığınacaq axtarmağa vadar edir. 489-cu ildə Bizans imperatoru Zenonun fərmanı ilə Afinada fəaliyyət göstərən aristotelçi peripatetiklər məktəbi bağlanır və bu təlimin öyrənilməsi yasaqlanır. 529-cu ildə isə Bizansın digər imperatoru Yustinianın fərmanı ilə Afinada Antik fəlsəfənin son qalası hesab edilən Platon Akademiyası qapadılır. Bu səbəbdən bir çox filosoflar Yaxın Şərqin qeyri-xristian ölkələrinə köçməyə məcbur olurlar.
Qərbdə bütpərəstliyin qalığı kimi dəyərləndirilən Antik fəlsəfə bilicilərinin sığındığı əsas şəhərlərdən biri də Dəməşq olur. Bu heç də təsadüfi deyildi. Belə ki, o dövrün əsas fəlsəfi cərəyanı olan neoplatonizmin bir çox nümayəndələri, o cümlədən Porfiri, Yamvlix əslən suriyalı olmuşlar. Əvvəlcə Suriyada, sonra isə İranda Antik dövrün fəlsəfi məktəbləri öz fəaliyyətlərini davam etdirir, zəngin kitabxanalar buraya köçürülür. Belə kitabxanaların əsas xəzinəsi isə Platonun, Aristotelin, antik riyaziyyatçıların, həkim və astronomların əsərləri idi.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin