1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə1/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
  1   2   3   4   5   6   7   8   9   ...   115
felsefeimtahansualları


1. Fəlsəfənin predmeti və sosial funksiyaları
Fəlsəfə” termini iki yunan: “fileo” –sevmək, məhəbbət və “sophia” müdriklik sözlərinin birləşməsindən yaranıb “müdriksevərlik” anlamını verir. İlk dəfə bu sözü qədim yunan filosofu Pifaqor(m.ö. V əsr) işlədib. Görüşdüyü çarlardan birinin ona “Səndəmi müdriksən?” sualına: “Xeyr, mən müdriksevərəm” cavabını verib.
Fəlsəfənin predmeti. Fəlsəfənin predmetininin müəyyənləşdirilməsi “Fəlsəfə nəyi öyrənir?” sualına cavab verməyi, yəni gerçəkliyin fəlsəfi vasitələrlə mənimsəniləcək və fəlsəfi biliklər sistemində inikas etmiş hadisə, obyekt və proseslərin məcmusunun dəqiqləşdirilməsini tələb edir.
Fəlsəfənin predmeti –təbii, sosial və mənəvi gerçəkliyin ən ümumi inkişaf qanunları və varlıq formaları, onların insan şüurunda təkrar istehsal xüsusiyyətləri və insanın həyat mövqeyini seçimindəki roludur. Dünyanı vəhdət və bütövlükdə əhatə etməyə çalışan fəlsəfə son dərəcə ümumi səciyyəli suallar qoyur: Dünyanın mahiyyət necədir? Onun ilk mənbəyi nədir? İnsan nə üçün mövcuddur? Cəmiyyət tarixinin mənası nədir? İnsanın birgəyaşayış varlıqlarının fundamental əsasları nədən ibarətdir? İnsan həyatının mənası varmı? və s.
Fəlsəfə öz metoduna görə gerçəkliyin şərhinin rasional üsuludur. O, emosional simvollarla kifayətlənməyib məntiqi arqumentləşdirmə və əsaslandırmaya cəhd edir. Fəlsəfənin dünyanı bütövlükdə təhlil edən, lakin qarşısında onu rasional şərh etmə məqsədi qoymayan din, incəsənət və mifologiyadan fərqi də bundadır. Fəlsəfə inam, və yaxud, bədii obraza deyil, zəkaya əsaslanan biliklər sistemi qurmağa çalışır. Bədii obraz, metafora, müqayisə və s. fəlsəfədə köməkçi rol oynayır.
Fəlsəfənin əsas funksiyaları.
Dünyagörüşü funksiyası –fəlsəfənin bu funksiyası dünyagörüşünün bütün növ və səviyyələrindən fərqli olaraq dünyanı mücərrəd-nəzəri, anlayışlı şərhi ilə bağlıdır.
Metodoloji funksiya –fəlsəfə metod haqqında ən ümumi təlim kimi, idrakın və insanın gerçəkliyi mənimsəməsinin ən ümumi metodlarının məcmusu kimi çıxış edir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin