1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi


Nitqi dinləmə və diskusiya mədəniyyəti



Yüklə 227,5 Kb.
səhifə29/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   25   26   27   28   29   30   31   32   ...   84
????AZƏRBAYCAN DİLİ

28. Nitqi dinləmə və diskusiya mədəniyyəti
Mədəniyyətin ayrılmaz tərkib hissəsi olan nitq mədəniyyəti dil normalarının toplusu kimi təzahür edir. Hər bir şəxs elə danışmlı, nitqini elə qurmalıdır ki, dinləyicilər onu aydın başa düşsün, həm də onun nitqinə həvəslə qulaq assın, danışıqdan xüsusi həss alsınlar. Doğrudur, bu heç də asan başa gəlmir, hamıda yaxşı alınmır, bunun üçün böyüklə böyük, kiçiklə kiçik dilində danışmaq, nə barədə, nə məqsədlə, harada, hansı şəraitdə, kiminlə və ya kimlərlə danışdığını bilmək və bunları mütləq nəzərə almaq lazımdır. Bu, nitq mədəniyyətinin əsas şərtidir. Deməli, nitq mədəniyyəti qrammatik cəhətdən düzgün cümlələr qurmaq, fikri aydın, dəqiq, məntiqi ardıcıllıqla çatdırmaq, ədəbi dilin tələffüz, intonasiya, vurğu, fasilə kimi tələblərinə praktik əməl etmək bacarığıdır. Nitq mədəniyyəti cəmiyyətin müəyyən dövründə danışıq qaydalarını öyrənən və insanlar arasında əsas ünsiyyət vasitəsi kimi formalaşdırma və ifadə etmə qaydalarının elmi əsaslarını müəyyənləşdirən dilşılik sahəsidir.
Hər bir insan kiçik yaşlarından başlamış ömrünün sonuna qədər danışır, yazır, nitq söyləyir, çıxış edir. O, illər keçdikcə danışıq tərzini təkmilləşdirir, arzuedilən qədər öz sözünü deyir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-yeni sözlər hesabına zənginləşdirir, başqalarından daha yaxşı, müdrikcəsinə danışmağa, nitqini gözəl, ifadəli, rəvan çatdırmağa çalışır. İnsanın danışıq vərdişləri formalaşdıqca, söz ehtiyyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxldıqca özü üçün daha rəvan, səlis, düzgün danışanları nümunə kimi qəbul edərək açıq cıxış etmək qbiliyyətinə yiyələnir. Nitq mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz seçmək mədəniyyəti, düzgün danışmaq və yazmaq mədəniyyəti olmasını zaman-zaman məhşur natiqlər öz şəxsi həyatlarında, öz üzərlərində illərlə gərgin çalışmaqla sübut etmişlər. Hər adam rəssam, bəstəkar, heykəltaraş, şair ola bilmədiyi kimi, natiq də ola bilməz. Natiq olmaq üçün də fitri qabiliyyət istedad lazımdır, zəngin dünyagörüşünə malik olmaq vacibdir.Eradan əvvəl Qədim Yunanıstanda və Romada natiqlik bir elm kimi inkişaf etmiş və görkəmli filosof və natiqlər bu sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmişlər. Qədim Romada natiqlik sənətinin inkişafında böyük rolu olmuş M.T.Siseron mədəni nitqin qarşısında üç əsas tələb qoyurdu.Nitq öyrətməli, bilik verməlidir; Nitq dinləyənlərə güclü müsbət təsir göstərməlidir; Nitq söylənilən zamanı qulaq asanlara ləzzət verməlidir.


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin