Basqa melumat👇👇 Dil vacib ünsiyyət vasitəsi kimi xidmət edən sosial nəzərdə tutulmuş əlamətlər sistemidir. Dilin işarə sistemi səslər toplusu ilə mənalar toplusu arasında uyğunluq yaratmaqdan ibarətdir. Dil iki formada mövcuddur: səsli və yazılı. Səs forması yazıya münasibətdə əsasdır. Nitq- bu, şifahi və ya yazılı şəkildə baş verən, həyata keçirilməsi dil vasitələrindən istifadə etməklə həyata keçirilən xüsusi nitqdir.
DİL FUNKSİYALARI: 1. Ünsiyyət vasitələri (rabitə alıcısından asılı olaraq bu funksiyanın növləri fərqləndirilir: kommunikativ (insanlarla ünsiyyət vasitəsi) və sehrli (Allahla və ya təbiət qüvvələri ilə ünsiyyət vasitəsi)). 2. Şifahi bədii obrazların yaradılması vasitəsi. 3. Emosiyaların, insanın daxili hallarının və iradəsinin ifadə vasitəsi. 4. Bilik vasitəsi. 5. Dil altsistemlərinin yeni vahidlərinin yaradılması vasitəsi. 6. İctimai təcrübə və biliklərin toplanması və saxlanması vasitəsi.
NİTQ FUNKSİYALARI: 1. Ünsiyyət prosesinin həyata keçirilməsi (funksiya növləri: kommunikativ (insanlarla ünsiyyət prosesinin həyata keçirilməsi) və sehrli (Allahla və ya təbiət qüvvələri ilə ünsiyyət prosesinin həyata keçirilməsi) 2. Bədii obrazların, əsərlərin yaradılması prosesinin həyata keçirilməsi (estetik funksiya). 3. Emosiyaların, insanın daxili hallarının və iradəsinin ifadəsi prosesinin həyata keçirilməsi. 4. Koqnitiv proseslərin həyata keçirilməsi. 5. Dil altsistemlərinin yeni vahidlərinin yaradılması proseslərinin həyata keçirilməsi. 6. Sosial təcrübə və biliklərin toplanması və saxlanması prosesinin həyata keçirilməsi.
26. Nitqin formaları. Yazılı nitqin tələbləri 27 Şifahi nitqin tələbləri Müasir Azərbaycan ədəbi dilinin formaları Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı
Şifahi ədəbi dil.Eşitmə vasitəsi ilə dərk olunan ədəbi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm dialoji, həm də monoloji olur. Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio və televizorda müəyyən mətnin oxunması və s. isə monoloji şifahi ədəbi dilə misal ola bilər. Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan asılı olaraq müxtəlif şəkildə olur. Hazırda ədəbi dilimizin şifahi forması, əsasən, radionun, televizorun, ali və orta məktəblərin vasitəsi ilə daha da inkişaf etdirilir.
2. Yazılı ədəbi dil. Yazı vasitəsilə ifadə olunan ədəbi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması monolojidir. Yazı ədəbi dilin təşəkkülündə və inkişafında yeganə vasitə deyil, başlica vasitələrdəndir. Ilk dəfə şifahi yolla formalaşmağa başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir. Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən XIII əsrdən başlayır. Bu dil zaman keçdikcə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazılı ədabi dilimizin inkişaf etdirilməsində matbuatın böyük rolu vardır. Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətlərı mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir.
1) şifahi ədəbi dil danışılır və eşidilir, lakin yazılı ədəbi dil isə yazılır və oxunur. 2) şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə daha çox yer verilir. Lakin yazıli ədəbi dildə elmi, texniki, siyasi və digər terminlər çox olur. 3) şifahi ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur, lakin yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə olunur. 4) şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mühafizə olunaraq yarımçıq cümlələrdən, qısa replikalardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağlayıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer verilir. 5) şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə bunların əvəzində, imkan daxilində, işarələr işlədilir. 6) şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mimika,jestlər və hərəkətlərdən də istifadə olunur. Aydın məsələdir ki,yazı bu əlavə vasitələrdən məhrumdur. 7) şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən-nəslə keçməsində əsas rol oynayır. 8) şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq "şifahi dillə yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır".
Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı formaları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə qarşılıqlı şəkildə inkişafdadır. Adətən, bəzən ədəbi dilin formalarından biri çox, digəri isə az inkişaf edə bilir. Lakin müasir Azarbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, eyni səviyyədə inkişaf edir. Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üslubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçirmişdir