1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə33/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   29   30   31   32   33   34   35   36   ...   84
????AZƏRBAYCAN DİLİ

33. Nitqin ahəngdarlığı
Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı gözlənilməklə materialın alçaq tondan başlayaraq, uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlbetmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.Estetikakın ən mühüm kateqoriyalarından biri də ahəngdarlıqdır. Estetika ədəbli, incə, mülayim, hazırcavab və bədii-emosional müxtəliflikdir. Nitqdə ahəngdarlıq deyəndə nitqin uyğunluğu, səlisliyi, gözəlliyi başa düşülür. Ahəngdarlığı təmin edən xüsusiyyətlər bunlardır: 1. Azərbaycan sözləri üçün açıq hecalar səciyyəvidir. Açıq hecalar yüksək intonasiya ilə tələffüz olunur. Bu da, şübhəsiz, nitqin ahəngdarlığına, uyğunluğuna, axıcı və musiqili olmasına təsir göstərir. 2. Azərbaycan sözlərində saitlər, sonor və cingiltili samitlər işlənmə tezliyinə və kəmiyyətinə görə fərqlənir. 3. Ahəng qanununun nitqin uyarlığında rolu böyükdür. 4. Cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması nitqin ahəngdarlığına imkan yaradır. K.S.Stanislavskinin dediyi kimi, “danışıq, şeir özü də musiqi kimidir, mahnıdır. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır. Skripka kimi səslənməlidir, taxtaya dəyən noxud kimi taqqıldamamalıdır”.


34. Nitqin bədiiliyi-ədəbi əsərlərin (şeirnəsrdramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıqmətbuatelmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir. Dilə yaradıcı münasibət təkcə bədii dildə deyil, başqa nitq növlərində də özünü göstərə bilər. Bununla belə, nitq yaradıcılığı, yalnız bədii dildə həlledici amilə çevrilir.
Nitq yaradıcılığında fikrin məntiq və dil qanunları baxımından uğurlu ifadəsinin, obrazlı ümumiləşdirmə ilə əlaqələndirilməsi və bunun obrazlı emosional təcəssümünün rolu mühümdür. Bütün bu amillərin qarşılıqlı əlaqəsi nəticəsində əsərdəki emosional funksiyalar estetik funksiyaya çevrilir. Estetik funksiya bu və ya digər dərəcədə başqa nitq üslublarına da məxsusdur. Lakin ümumxalq dilinin başqa nitq üslublarında dilin kommunikativ (əlaqə, ünsiyyət) və təfəkkür (düşüncə) funksiyası başlıca rol oynadığı halda, bədii nitqdə estetik qayə ön plana keçir. Söz sənətinin estetik keyfiyyəti ilk növbədə nitqin quruluşu ilə məzmunu arasında harmonik uyğunluq, nitqin obrazlı və emosional ifadə forması, sözlərin müxtəlif məna çalarları və sosial boyalarından bədii məqsədlərlə istifadə edilməsi, nitqin poetik və ritmik səslənməsi kimi amillərin qarşılıqlı əlaqəsindən yaranır. Bədii dilin estetik təsviri poetik əsərlərdə daha aydın surətdə nəzərə çarpır. Poetik əsərlərdə dil vasitələri şeirin bitkin sisteminə daxil olaraq, onun poetik intonasiya tərzinə uyğunlaşır, hər bir söz, ibarə ritmin tələbi ilə başqa söz və ifadələrlə assosiativ əlaqələrə girərək, yeni məna və üslub çalarları kəsb edir, daha aydın və ahəngdar səslənir. 


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin