1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə20/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   16   17   18   19   20   21   22   23   ...   84
????AZƏRBAYCAN DİLİ

18. Məhkəmə natiqliyi
Məhkəmə natiqliyi. Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqoriyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur. İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur. Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etməlidir. Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey, Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar. XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqcıl ziyalıları, alimlər və başqaları məşhur vəkillərin, ittihamçıların, bəzən də müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirlər. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmiş, təqdir olunmuşdur. Uzun illər xalq hakimi, sonra da vəkil işləmiş adlı-sanlı ədliyyə müşaviri İman İmanovun natiqliyi barədə dəfələrlə eşitmişdik. Bir dəfə təsadüfən ali məhkəmə zalında bir müdafiəçi kimi onun çıxışını dinləmək bu sətirlərin müəllifinə müyəssər oldu. Bir qədər pafosla söylənilən bu nitq adamı valeh edirdi. O, söz alıb ayağa qalxdı, ani olaraq susdu. Bu başlanğıc fasiləsində natiq auditoriya ilə əlaqə yaradır, diqqəti cəlb edir, özü haqda ilk təəssürat yaradırdı. Natiq nisbətən yavaş, bir qədər asta templə ifadə etdiyi “Möhtərəm hakimlər” müraciəti ilə nitqinə başladı. Natiq fikrini aydın ifadə edə bilmək üçün olduqca münasib sözlər, ifadələr işlədir, dediklərini əsaslandırmaq məqsədilə yeri gəldikcə faktlara, dəlillərə müraciət edir, şərhini məntiqi əsasda qurmağa çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini tamamlayır, ikinci dərəcəli məsələlər əsas fikrin, mətləbin açılmasına, dinləyiciyə çatdırılmasına xidmət edirdi. Natiq yeri gəldikcə obrazlı ifadələrdən, zərbi-məsəllərdən, aforizmlərdən, rəngarəng müraciət formaları və sairdən istifadə edirdi. Bu nitq intonasiya cəhətdən zəngin və xoşagəlimli idi. Nitqin sonu başlanğıcla əlaqələndirildi ki, bu onun kompozisiya baxımından tamlığını təmin etdi. Natiqə qulaq asan dinləyicilər hiss etdilər ki, daha hər şey aydındır.
Məhkəmə natiqliyindən söhbət düşəndə İ.İmanov onun uğurlu nəticələr verməsi üçün aşağıdakıları əsas sayırdı: natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri natiq üçün aydın olmalıdır; natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır; yalan danışmamalıdır. Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Təəssüf ki, onların natiqlik məharəti ilə bağlı müəyyən bir vəsait yazılmamışdır. Hazırda ədliyyə sistemində işləyənlərin, xüsusilə hüquq təhsili verən müəssisələrin məhkəmə natiqliyinə dair vəsaitə böyük ehtiyac vardır. Bu gün universitetlərin hüquqşünas fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar.
Basqa material
Məhkəmə natiqliyində əsas məsələlərdən biri müttəhimin son söz söyləməsidir. Bu son söz adətən ibrətamiz xarakter daşıyır. Müttəhim törətdiyi əmələ görə peşmançılığını bildirir. Bir də heç vaxt cinayət törətmədiyinə söz verir. Bəzən bu fikrin əksilə də rastlaşırıq. Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynayır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttəhimin törətdiyi cinayətə görə cəza almasını hakimdən tələb edir. Hakim isə müttəhimin cavanlığını və ya qocalığını, uşaqlarını, ata-anasını və digər cəhətləri nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir.
Məhkəmə natiqliyi öz məzmun və formasına görə, quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, bu prosesdə bir neçə adam iştirak edir. Hər birinin də nitqi bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, prokuror ədalətin bərpası, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir. Vəkil isə qanunların aliliyini gözləyərək, müttəhimin hüquqlarını müdafiə edir. Həm də şahidlərin nitqini düzgün və dəqiq izləməlidir. Üst-üstə düşməyən fikirləri təkzib etməlidir. Məhkəmə natiqliyi əsasən rəsmi xarakter daşıyır. Hadisələrin gedişi, sübutlardəlillər, faktlar, əşyayi-dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. Məhkəmə natiqliyinin yaranmasında və inkişaf etdirilməsində respublikamızda fəaliyyət göstərən hüquq işçilərinin, prokurorların əməyi yüksək qiymətləndirilməlidir.


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin