1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi


Natiqlik sənəti ilə bağlı düşüncələriniz



Yüklə 227,5 Kb.
səhifə26/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   22   23   24   25   26   27   28   29   ...   84
????AZƏRBAYCAN DİLİ

24. Natiqlik sənəti ilə bağlı düşüncələriniz
Natiqlikn sənəti ilə bağlı düşüncəm odur ki, Natiq aşağıdakı keyfiyyətlərə malik olmalıdır: nitqinin ifadəliliyi, aydınlığı, zənginliyi, düzgünlüyü, dəqiqliyi, nitqini qarşısındakı şəxsə yormadan, aydın şəkildə çatdırma bacarığı, Natiqin görkəmi, jest və mimikadan yerli-yerində istifadə etmə və s. Natiq dilimizdəki səslərin spesifik xüsusiyyətlərini, səs və fonemi, fonetik hadisə və qanunları (ədəbi dildə sabitləşənlər qanun adlanır; belə sözlər necə yazılırsa, elə də oxunur; yazıda sabitləşməyənlər isə fonetik hadisə adlanır).Natiq lüğət tərkibinə yaxşı bələd olmalı, hamı üçün aydın və başa düşülən sözləri seçib işlətməlidir. Natiq nitqində qrammatik qaydaları gözləməli, sözlərdə şəkilçilərin düzgün işləməsini, şəkilçilərin variantını, növlərini düzgün şəkildə müəyyənləşdirməlidir. Natiq müasir dilçilik elminə aid yazılmış lüğətlərdən, ensiklopediyalardan istifadə edib nitqini əsaslandırmalıdır. Sözlər natiqin nitqində özünə yer tapmamalıdır. Natiq çətin anlaşılan ərəb, fars sözlərindən, həmçinin rus-Avropa mənşəli sözlərdən uzaq olmalıdır. Lüzumsuz sözləri nitqə gətirmək ədəbi dil normalarının pozulması deməkdir.
Natiqlik sənətində hər bir sözün işlənmə yeri, məqamı gözlənilməlidir. Məhz, belə olduqda natiq geniş xalq kütləsinin ürəyinə yol tapır, xalqın sevimlisinə çevrilir. Natiq nitqini şərh edərkən özünü elə aparmalıdır ki, onun sözü ilə əməli düz gəlsin. Yersiz öskürmələr, boğaz arıtlamaq, məncə, doğrudan, belə ki, deməli, filan, nəhayət və s. Sözlərdən tez-tez istifadə etmək onun söz ehtiyatının zəifliyindən xəbər verir. Hətta bəzi natiqlər nitqi şərh edən zaman gözlərini kağızdan çəkə bilmir, bu da öz növbəsində nitqin təsir qüvvəsini nəinki azaldır, bəlkə də anlaşılmaz bir söz yığnağına çevirir. Natiqin ən yüksək mədəniyyəti odur ki, o, həm özünə, həm də qarşıdakı dinləyicilərə böyük hörmət göstərib nitqi başa düşdüyü şəkildə, öz sözləri ilə sadə, aydın, düzgün şəkildə şərh etsin. Belə olduqda, dinləyicilərlə öz arasında möhkəm bir əlaqə, bir növ, körpü yaradan natiq auditoriyanı ələ alır və istədiyinə nail olur. Mövzunun ideyasını dinləyicilərə təlqin edir.
Natiqin mədəniyyəti onun nitqi ilə ölçülür. Hər bir natiq nitqi hazırlayıb şərh edərkən öz xarakterini yazıya köçürür. Hətta, bəzən əsəbi adamların nitqində hövsələsizlik, tələskənlik özünü biruzə verir. Odur ki, natiq nitq söylərkən nitqə verilən tələblərdən səmərəli istifadə etməyi bacarmalıdır. Natiqlikdə əsas amillərdən biri də danışanın səsidir. Natiq səs tembrindən düzgün istifadə etməyi bacarmalıdır. Bəzi natiqlər nitq söylərkən ucadan danışmağı üstün tutur. Nəticədə nitqin sonuna qədər boğazları quruyur, onları tər basır, həm özlərini, həm də dinləyiciləri yorub əldən salırlar. Bu, danışanın ən uğursuz cəhətidir. Natiq öz məharətini, yüksək mədəniyyətini məhz, səsi vasitəsi ilə bildirməlidir. Bəzən də əksinə, böyük auditoriya qarşısında çıxış edən natiq aşağı tonda danışır. Bu dinləyicilərin zövqlərini oxşamır. Yəni, auditoriyanın qabaqda oturan dinləyiciləri nitqi eşidir, arxadakılar isə yalnız nitqin nə vaxt qurtaracağını gözləyirlər. Natiq elə etməlidir ki, səsi bütün auditoriyanı təmin etsin, səsinin ahəngdarlığı, musiqililiyi, gözəlliyi səslənməsi dinləyiciləri valeh etsin. Yeri gəldikcə səsin tonunu yüksəltməli, aşağı tondan məharətlə istifadə olunmalıdır. Natiq səsinin tonuna uyğun olaraq mimikasını, duruşunu da nizamlamalıdır. Bu əlamətlər natiqin əldə etdiyi müvəffəqiyyətlərdəndir. Natiqin xarici görkəmi də diqqətəlayiq olmalıdır. Natiq görkəmi ilə, səliqəsi, mədəni səviyyəsi ilə dinləyicinin diqqətini cəlb etməlidir. Çünki dinləyicilər natiqlə əlaqə yaratmamış onun xarici görkəmi ilə müəyyən təsəvvür əldə etməyə nail olur. Əgər natiq təsəvvürü (nitq başlanmamış) müsbət mənada doğruldursa, yəni gözəl davranışı ilə diqqəti cəlb edirsə, şübhəsiz ki, ilk anlarda auditoriya ilə ünsiyyət yarada biləcəkdir. Belə halda dinləyicilərin natiqi sakitliklə dinləməsi, nitqə maraqla qulaq asmaları imkan yaradır ki, natiq bütün ustalığını, bacarığını və təcrübəsini nümayiş etdirsin. Natiq xarici görkəmini elə etməlidir ki, o, dinləyicilərdə gülüş doğurmasın. Məsələn, həddindən artıq bər-bəzəyə meyl eləmək, əlini başına çəkmək, üzünə sığal çəkmək, burnunu çəkmək, tez-tez öskürmə və s. Natiqə yad olmalıdır. Bəzən üzdən kobud görünən, simaları xoş təsir bağışlamayan natiqlərlə də rastlaşırıq. Dinləyicilərdə ilk baxışda mənfi emosiyalar yaradan belə natiqlər çox zaman sənətinin ustası kimi yüksək səviyyəli çıxış edir və onun haqqında olan mənfi təəssüratları alt-üst edir. O, nitqin sonunda dinləyicilərin hüsn-rəğbətini qazanır. Deməli, dərin düşüncə, ağıl, kamal, gözəl dil qabiliyyəti insanı gözəlləşdirir, mədəniyyətini, səviyyəsini artırır və onu insanların sevimlisinə çevirir. Natiqin jesti nə qədər təbii olarsa, fikri bir o qədər dəqiq, sərrast və əyani olar. Çünki jest natiqin fikirlərinin hərəkətlə təsdiqi deməkdir. Natiqin jestləri də ondan asılı olmayaraq dinləyicilərlə əlaqə yaradır, danışır, fikir aşılayır.
Bəzi natiqlər çıxış edərkən dinləyiciləri özü ilə birlikdə kədərləndirir, onları göz yaşı tökməyə sövq edir.sözlərlə birləşən jestlər nitqin emosional səslənməsini daha da qüvvətləndirərək ünsiyyət vasitəsinə çevrilir.


Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin