1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi


Azərbaycan dilinin orfoqrafiya qaydaları



Yüklə 227,5 Kb.
səhifə24/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   20   21   22   23   24   25   26   27   ...   84
????AZƏRBAYCAN DİLİ

22. Azərbaycan dilinin orfoqrafiya qaydaları
Orfoqrafiya, yazı qaydaları— yazıda nitqin qrammatik formaları və sözlərin həmahəng ifadəsi. Həmçinin, bu həmahəngliyi təmin edən qaydalar toplusudur və bununla
məşğul olan dilçiliyin sahəsidir. Orfoqrafiya — sözlərin düzgün yazılışını öyrənən, bir
linqvistikanın sahəsidir.Yazılışın həmahəngliyi deyilişin individual və dialektik xüsusiyyətlərini aradan qaldırır, bu isə öz növbəsində təkrar soruşmaq imkanı olmadıqda qarşılıqlı anlaşmaya gətirib çıxarır. Orfoqrafiya ilə yazının bilavasitə əlaqəsi olduğundan, yazının əmələ gəlməsi orfoqrafiyanın prinsiplərin formalaşmasında əsas təsir göstərən amildir. Bəzi dillərdə yazı çox qədimdir və
heç vaxt islahat keçirilməyib, bu zaman demək olar ki, yazı dilin qədim formasını ifadə edir və həyatdan geri qalıb Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı:Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.Bu sözlərə samitlə başlanan şəkilçi əlavə olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.
İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır:
ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.
Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı:
Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.
Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.
Sözün sətirdən sətrə keçirilməsi:Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lərBir saitdən ibarət hecalar istisnadır: ai-lə-li…
İxtisarlar (abreviaturlar):İxtisarlar üç cür yazılır:Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR
(Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı),
MM (Milli Məclis), m.(metr), c. (cild)..;Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik
yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət İnformasiya Agentliyi)..;Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)
İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin