42. Nitqin sürəti Xoşagələn, asanlıqla qavranılan nitq orta sürəti, ritmliliyi, mülayim qüvvəsi və səsin orta yüksəkliyi keyfiyyətləri ilə xarakterizə olunur. Uşaqların nitqinin sürəti və səsinin keyfiyyəti kifayət qədər dəqiq, çevik və elastik olmalıdır ki, müxtəlif hal, vəziyyət və hissələri ifadə edə bilsin; başqa sözlə uşaqlar pıçıltı ilə, ucadan, alçaqdan, sürətlə danışa bilməlidirlər.Adətən, məktəbəqədər yaşlı uşaqların əksəriyyəti sürətlə danışır. Onların danışığındakı tələskənlik tələffüzü pisləşdirir, bəzən səslərin, hecaların hətta söz lərin düşməsi ilə nəticələnir. Bununla da nitqin səlisliyi və dəqiqliyi pozulur.Uşaqlara öz səsinin gücünü onu əhatə edən şərtlə uzlaşdırmağı; səsini qorumağı öyrətmək lazımdır. Tərbiyəçi uşaqlara qrup otağında ucadan deyil, orta səs gücü ilə danışmağı ictimai yerlərdə artıq səs-küyə yol ver məməyi öyrətməlidir. Yalnız orta nitq sürətində səslərin dəqiq, aydın tələffüz olunduğunu nəzərə alaraq tərbiyə çi tələsik danışan uşağa «Yavaş-yavaş de görüm nə istəyirsən?» sözləri ilə müraciət etməli, öz nitqini müşayiət etməyə çalışdırmalıdır: «Gəl kuklaya birlikdə layla çalaq». Tərbiyəçi uşaqlarda qrupda, qonaq qarşısında, bayram şənliyində, gimnastika zamanı cavab verərkən səsin tonunu qaldırmaq bacarığını inkişaf etdirməlidir. Xorlu-hərəkətli oyunların, nitq hərəki məşqlərin (heyvan, quş səslərini çıxarmaq, təbiət hadisələrinin səsini yamsılamaq və müsabiqənin keçirilməsi bu baXımdan çox faydalıdır. «Saat» oyunu keçirilərkən tər biyəçi qrup otağına divar saatı, stolüstü saat, qol saatı qoyub hər bir uşağın növbə ilə qulaq asması üçün şarait yaradır. Uşaqlar her bir saata qulaq asarkən onun sürətinə uyğun tik-tak, tik-tak: çiq-çıq, çiq-çıq birləşmələrini tələffüz edirlər. Beləliklə, səsin məzmununa uyğun yaranan yeyin, aramla və yavaş sürəti üzrə məşq gedir. Bu, uşağı şeir oxuyarkən məzmununa müvafiq sürət seçməyə hazır layır. «Qatar» oyununda isə diqqəti sərnişin və yük qata rının təkərlərinin səsinə, sürətinə yönəltmək üzrə iş gedir.Səslənən nitqin ən mühüm keyfiyyəti onun ifadəliliyidir. Tərbiyəçi uşaqlar üçün xarakterik olan təbii ifadəliliyi inkişaf etdirməlidir. Uşağa səsin keyfiyyətindən ifadəliliyin vasitəsi kimi istifadə etməyi, mətnin məzmununa uyğun sürət seçməyi, başqasının, həmçinin müəllifin fikrini verməyi öyrətmək lazımdır.