44. Emosional nitq Emosiya — insanın üzvü tələbatının təmin olunubolunmaması ilə əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və xarici təsirlərinin bioloji
əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlıdır.Emosiyalar insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri
zənginləşdirir və xatirələrə dinamiklik verir.Azərbaycan dilçiliyində emosionallıq və ekspressivlik, demək olar ki, yalnız nidalarda, nida cümlələrində, bəzən vokativlər,
alqış və qarğışlarla bağlı araşdırmalarda diqqət mərkəzinə çəkilmişdir. Emosionallığın verbal və qeyri-verbal vasitələri dilçiliyimizdə tədqiq olunmamış Mövzu kimi qalmaqdadır. Nidalarla yanaşı emosional dildə ədatlar, modal sözlər də Özünəməxsus yer tutur. Emosiyonallıq və ekspressivliyin linqvistik statusu üçün əhəmiyyətli rol oynayan vasitələr sırasında intensivləşdiricilər Ayrıca qrup təşkil edir.İntensivləşmə üçün istiqamət səciyyəvidir. Intensivləşmə istiqamətləri bir-birinin əksidir.
Onlardan biri zəifləməyə, digəri isəgüclənməyə, şiddətlənməyə yönəlir. Emosiya yaranaraq müəyyən həddə qədər inkişaf edir. Kommunikasiya prosesi davam
etdikcə,həmin emosional vəziyyətdə dəyişmələr baş verir. Adresantın yeni realikası formalaşmış emosional vəziyyəti müəyyən istiqamətə yönəldir. Məsələn, hirslənmiş adamı sakitləşdirmək olduğu kimi, onu daha da qızışdırmaq mümkündür. Intensivləşdirmə də müxtəlif vasitələrlə gerçəkləşir. Onun da verbal və qeyriverbal
ifadə vasitələri vardır. Yazılı dildə intensivləşmə ədatların, nidaların, modal sözlərin, digər leksik vasitələrin, frazeologizmlərin, bəzi sintaktik vahidlərin köməyi ilə göstərilir. Məsələn, qorxdu, çox qorxdu, lap çox qorxdu; Axır cana yetirərsiz Vaqifi, O qədər gəzərsiz əliçıraqlı.Ekspressivlik leksik, eləcə də dilin başqa səviyyə vahidlərinin
xassəsidir. Ekspressivlik sistem və nitq statusuna malikdir. O, inqerent və adqrent ola bilər. Ekspressivlik linqvistik deyil, sırf psixoloji hadisədir. Ona görə də, ekspressivlik fəaliyyətə, yəni nitqə aiddir. O,sözün işlənməsi zamanı üzə çıxır. Sözün işlənməsi ilə onun mənası sıx bağlıdır