77. Televiziya və biz Müasir həyatın formalaşmasında televiziyanın rolu danılmazdır. Azərbaycan televiziyası da örnək ola biləcək mənalı yol keçib. Yəni sənətlə istedadın birgə qaynayıbqarışdığı peşəkarlığın uğurlu xəritəsini çəkib desək, yanılmarıq. Bu gün sosial şəbəkələr sürətli informasiya vasitəsi kimi, televiziyaları üstələsə də, televiziyaların cəmiyyətin həyatındakı rolunu və əhəmiyyətini azaltmayıb.Bu gün televiziyanın cəmiyyət qarşısındakı məsuliyyəti öz xəttdindən çıxıb və tamaşaçının dünyagörüşünün, etik-əxlaqi, mənəvi-estetik dəyərlər sisteminin, dünyaya pozitiv baxışların formalaşmasındakı rolu ölçüyəgəlməzdir. İnformasiyanın strateji məhsula çevrildiyi müasir cəmiyyətdə tamaşaçı televiziya ekranında gördüyünün total psixoloji təsirinə düşür və özünü “efir qəhrəmanı” ilə sanki dəyişik salır, öz hərəkət və yaşamını ona uyğunlaşdırmağa çalışır. Bir sözlə, həyatın ssenarisi ilə, filmin ssenarisini dəyişik salır.Hazırda Azərbaycanda 20-dən çox televiziya kanalları fəaliyyət göstərir. Bu kanalların təşkil etdiyi verilişlərin keyfiyyəti barədə daim tənqidi fikirlər söylənilib. Tənqidi fikirlərin çoxluq təşkil etməsi isə təsadüfü deyil. Çünki bütün sahələrdə olduğu kimi, ölkə tamaşaçılarının dünyanın ən inkişaf etmiş ölkələrinin telekanallarını seyr etmək imkanı genişdir. Müşahidələr təsdiq edir ki, ölkə telekanallarını seyr edən tamaşaçıların böyük əksəriyyətini verilişlərin forma vəməzmunu qane etmir.Araşdırmalar zamanı məlum olur ki, Azərbaycan televiziya kanallarında ən çox izlənilən xəbər proqramıdır. Digər ölkələrin xəbərlər proqramı ilə müqayisədə bəsitliyi ilə seçilən və xəbərlərin əsasını təşkil edən süjetlərin ölkəyə aid deyil, xarici xəbərlərdən ibarət olması tamaşaçı auditoriyasını lazımınca təmin etməsə belə, digər verilişlərin izlənmə kəmiyyətinə görə, xəbərlər proqramı ölkə daxilində daha çox seyrçi cəlb etməsilə fərqlənir.Televiziya kanallarımız həm müasir tələbləri təmin etmək, həm də tamaşaçıların zövqünü ödəmək baxımından çox geri qalır.Bu isə, inkişaf etməkdə olan ölkə üçün çox böyük qüsurdur. Bu qüsurları doğuran səbəblər barədə mövzular isəbaşqa silsilə yazıların materialıdır.