79. Azərbaycanda natiqlik məktəbləri və nümayəndələri Xalq yaradıcılığının incilərindən olan natiqlik sənəti cəmiyyətdə mühüm yer tutur. Natiqlik sənəti hər bir insanın qabiliyyətini, istedadını üzə çıxarır. Natiqlik sənətinin ən böyük rolu ondan ibarətdir ki, bu sənət vasitəsilə yeni natiqlər və cəmiyyətə xidmət edən təbliğatçılar yetişir. Natiqliyin əsas xüsusiyyətlərindən biri odur ki, bu sənət ilə məşğul olan hər bir adam hansı mövzuda nitq söyləyirsə, həmin elmi dərindən öyrənir və müşahidələr aparır. Bu da fikrin elmi əsaslarla ifadə olunmasına xidmət edir. Millətindən asılı olmayaraq hər bir natiq xalqına yaxından bağlı olur və həqiqətlərin üzə çıxarılmasında, kütləyə çatdırılmasında öz məharətlərindən istifadə edirlər. Bu bir danılmaz faktdır ki, XX əsr Azərbaycanda natiqlik sənəti və onun inkişafı yeni mərhələyə qədəm qoydu. Bu dövrdə natiqlik sənəti, üslub və üslubiyyat haqqında dəyərli fikirlər, elmi məqalələr, kitablar, dərsliklər yazılıb çap olunmuşdur. Dünya natiqlik sənəti, onun ən gözəl nümunələri Azərbaycan dilinə çevrilmiş və onlardan layiqincə istifadə olunmuşdur. Məhz, bu illərdə M.İbrahimov, S.Vurğun, Ə.Sultanlı, H.Araslı, Ə.Dəmirçizadə, H.Mirzəzadə, M.Cəlal, M.Quluzadə, A.Qurbanov, Y.Seyidov, A.Axundov, T.Hacıyev və başqa görkəmli dilçilər, söz ustaları, uslub və üslubi prinsiplər haqqında, ədəbi dil, dil tarixi haqqında elmi əsərlər, kitablar, məqalələr yazıb çap etdirmişlər. Natiqlik sənətini hamı bilməlidir (ziyalılar nəzərdə tutulur).
80. H.Əliyevin natiqlik məharəti Nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissələrindən biridir.Azərbacyan dili dövlətimizin rəsmi dilidir. Qrammatik quruluşuna görə türk dilləri ailəsinin oğuz qrupuna aiddir. Sovet hakimiyyəti dövründə sıxışdırılır,dövlət dili kimi formal xarakter daşıyırdı,rəsmi tədbirlərdə rus dili işlədilirdi.Belə bir vaxtda H.Əliyev çox fədakar addım atdı. 1978-i ildə qəbul olunan Azərbaycan SSRİ konstitusiyasının 73- cü maddəsində qəbul olundu ki,Azərbayan dili Azərbaycan Respublikasının dövlət dilidir. Heydər Əliyevin 2-ci böyük xidməti gənclərin Azərbaycan dilində təhsil alması üçün gözəl şərait yaratması idi. Respublikamız müstəqillik qazandıqdan sonra ana dilimiz həqiqi dövlət dili hüququnu qazandı. Müstəqil Azərbaycan 1995-ci ildə yeni konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli statusunu aldı. Konstitusiyanın 21-ci maddəsində göstərilir: “Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. H. Əliyev Azərbaycan dilinin inkişafının tətbiqinin genişlənməsinə xüsusi qayğı göstərmiş, 18 iyun 2001-ci ildə Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman verildi.Burada dil sahəsindəki qüsurlar və onların aradan qaldırılması göstərilirdi. Avqustun 1-də Respublikada latın qrafikalı Azərbaycan əlifbasına keçid haqqında qərar verildi. 2 yanvar 2003-cü ildə "Azərbaycan Respublikasının Dövlət dili haqqında" fərman verildi. Bu da dilə olan böyük qayğının nəticəsi idi. H. Əliyev Azərbaycan dilini çox sevirdi və bu dildə danışmağı ilə fəxr edirdi. O deyirdi :"Azərbaycan dilini bilməmək, Azərbaycan dilini qiymətləndirməmək şüphəsiz ki, xalq qarşısında böyük qəbahətdir”.
"Öz ana dilini bilməyən insanlar şikəst insanlardır". " Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur" "Dil yoxdursa, xalqda yoxdur" "Hər bir xalq öz dili ilə yaranır, ancaq dilini yaşatmaq, inkişaf etdirmək,və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının elm, bilik, fəaliyyəti nəticəsində mümkün olur".
Heydər Əliyev dilə bu qədər qiymət verməklə yanaşı, çox gözəl natiq olub. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışdığı nitqi ilə də bu dilin keşiyində dururdu. Bənzərsiz insan, böyük alim Əliyev xalqla onun öz dilində danışırdı. Cümlələrinin quruluşu, sözlərin, ifadələrin, işlənməsində orijinallığ daima diqqəti cəlb edirdi. Heydər Əliyevin bir natiq kimi zəngin söz ehtiyyatı var idi. Danışarkən fikirləşməz,söz axtarmaz,duruxmazdı.O,nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməz,yerində işlədilən ifadə vasitələri ,sinonimlər,antonimlər,nidalar,ritorik suallar və s. onun nitqini daha da mənaı edirdi. “Hər bir Azərbaycan vətəndaşı ,hər bir azərbaycanlı öz ana dilini,dövlət dilini mükəmməl bilməlidir”-deyən Heydər Əliyevə bu dil müqəddəs və əziz idi.O,heç bir qeydə baxmadan saatlarla faktlar,sübutlər gətirərək dinləyiciləri qane edəcək şərhlər verirdi. İti yaddaşa malik H.Əliyevə dinləyiclər maraqla qulaq asar və onu anlayardılar. H.Əliyev yüksək nitq mədəniyyətinə,cəlbedici nitq,danışıq,jest,mimika və s. iləauditoriyanı ələ alar,öz ideyalarını dinləyicilərə çatdırardı.