Nəticə və təkliflər
Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Təlimin subyekt-subyekt xarakter daşıması, tədqiqat üsulu vasitəsi ilə keçirilməsi, dərsin dialoq şəklində aparılması, müəllim və şagirdlər arasında qarşılıqlı əməkdaşlığın, qrup işindən geniş istifadə, şagirdlərin birgə fəaliyyəti, təlim vasitələrinin və tapşırıqların müxtəlifliyi və yeniliyi və s. fəal təlimin üstün xüsusiyyətlərindəndir ki, ümumi təhsil məktəblərində tətbiqinə səy göstərilir.
Müəllimlərin ixtisasartırma təhsilinin yeni modeli əsasında nəzərdə tutulmuş peşə fəaliyyətinin ümumi əsasları, ixtisas sahələri və innovasiyalar üzrə təlimlərdə iştirakına diqqət daha da artırılmalıdır.
Ümumi təhsil məktəblərində kompyuter sayının artırılmasına, laboratoriyaların zənginləşdirilməsinə və sayının çoxaldılmasına, müəllim və laborantların təlim kurslarına cəlb olunmasına və təlim kurslarının keyfiyyətinin yüksəldilməsinə ehtiyac vardır.
İKT-nin tətbiqi innovativ bacarıqların inkişaf etdirilməsi üçün metod kimi təklif edilməlidir.
Tədris-təlim prosesində rəqəmsal texnologiyaların geniş istifadəsinə maneçilik törədən amillərin aradan qaldırılması üçün rəqəmsal şəbəkə infrastrukturunun inkişaf etdirilməsinə, təhsil müəsissələrinin ölkədaxili internet şəbəkəsi ilə əhatə olunmasına və sürətli internet əlaqəsi ilə təmin edilməsinə şərait yaradılmalıdır.
Multimediya xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesinə tətbiq olunması sürətləndirilməlidir.
Respublikanın rayonlarında təhsili idarəedənlər və informatika müəllimləri mərkəzləşmiş qaydada, uzunmüddətli kreditlə kompüter dəstləri və noutbuklarla təmin edilməlidir.
Dostları ilə paylaş: |