1. Giriş Fəal təlim metodlarının mahiyyəti və məzmunu 3


Müasir təhsil prosesində fəal təlim metodlarının tətbiqi



Yüklə 53,45 Kb.
səhifə3/7
tarix02.01.2022
ölçüsü53,45 Kb.
#36355
1   2   3   4   5   6   7
referat 3333

Müasir təhsil prosesində fəal təlim metodlarının tətbiqi

Fəal (interaktiv) təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

Təlimin səmərəliliyi (daha qısa müddətdə daha çox informasiyanı mənimsəmək imkanı) xeyli artır. Bunun aşağıdakı səbəblərini göstərmək olar:


  • şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına;

  • təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə edilməsi və mənimsənilməsi sayəsində.

Fəal (interaktiv) təlimin tətbiq edilməsi məktəbdə şəraiti dəyişərək şagirdlərin özünə inamını artırır, şəxsiyyətarası münasibətləri yaxşılaşdırır, məktəbə və oxumağa olan münasibəti daha müsbət edir, biliklərə müstəqil yiyələnmək və yenilərini əldə etmək, onlardan həyat məqsədlərinə çatmaq üçün istifadə etmək vərdişlərini formalaşdırır.

Təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində həmçinin:



  • bilikləri daha müstəqil, sərbəst qavranılır və mənimsənilir,

  • məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlər formalaşdırılır,

  • elmi -tədqiqat vərdişləri formalaşdırılır,

  • qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.

Beləliklə, fəal (interaktiv) təlimin zəruriyyəti birinci növbədə ondan ibarətdir ki, şəxsiyyətdə belə bir qabiliyyətlərinin formalaşdırılması daim dəyişən şəraitə uyğunlaşma və onun həyata effektiv daxil olmasına imkan yaradır.

Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) təlim metodu müəllim üçün dərsin keyfiyyətini artırmaq üçün vacib bir vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal (interaktiv) təlim həm təlimin məzmunun öyrənilməsini, həm də bu məzmunun tətbiqini daha səmərəli edir, şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır. Şagirdlərin öyrənməyə həvəsi və nailiyyətləri artdıqca, müəllimin də fəaliyyəti yüngülləşir. Lakin bu o demək deyil ki, müəllimin zəhməti azalır. Fəal/interaktiv dərsin hazırlanması müəllimdən planlaşdırma mərhələsində daha çox zəhmət tələb edir.

Fəal(interaktiv) təlimin üstünlüklərinə baxmayaraq, müəllim ənənəvi (izahedici-illüstrativ və reproduktiv) metodlardan istifadəsindən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir. Məsələn, müəllim bacarıq və vərdişlərin formalaşması məqsədini qoyursa, o daha çox reproduktiv (təkrarlama və model üzrə iş) metodu üstün tuta bilər. Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayda yeni anlayış və məlumatları bilməyi tələb edirsə bu zaman ənənəvi izahedici-illüstrativ metod daha şox səmərə verə bilər. Lakin ənənəvi dərsin gedişində də interaktiv elementləri (düşündürücü suallar vermək, cütlüklərdə qısa fikir mübadiləsi etmək, müşahidə olanları şərh etmək və s.) salmaq mümkündür və məqsədəuyğundur.

Konstruktiv təlimlə qurulan və keçirilən dərslər öz quruluşu etibarı ilə fəal və interaktiv təlimlə qurulan dərslərdən seçilir.

Aktiv təlim - şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir, onu əks etdirir, yenidən tətbiq edir və yadda saxlayır, uyğunluğu tapır.

İnteraktiv təlim – təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır, fikir mübadiləsi aparılır, yeni fikir formalaşdırılır, işlərin düzgün bölgüsü aparılır, məsuliyyət hissi artır, sosial bilik və vərdişlər aşılanır.

Konstruktiv təlimdə - təhsil alan təfəkkür əməliyyatlarının köməkliyi ilə təlim prosesində sərbəst hərəkət edir, əvvəlki biliklərə istinad edərək «yeni biliklər» sistemi yaradır. Konstruktiv təlim yaradıcı xarakter daşıyır. Təhsil alanlar öyrədəndən, dərslikdən və digər mənbələrdən əldə etdiyi informasiyalar üzərində məntiqi əməliyyatlar apararaq öz daxili duyumu, qavrayışı, başa düşmə qabiliyyəti hesabına xüsusidən ümumiyə istiqamətlənərək yeni biliklər formalaşdırır.

Dərsdə müasir təlim texnologiyalarını tətbiq etməklə, ənənəvi təlim sistemini dəyişərək ona tədqiqat xarakteri verməkdən və biliklərin mənimsənilməsi prosesində şagirdi (tələbəni) əsas sima etmək və onu təlimin subyektinə çevirmək mümkündür. Belə ki, bu prosesdə müəllim biliklərin əldə edilməsi yolunun bələdçisi, şagird isə tədqiqatçı, bilikləri kəşf edən rolunu oynayır. Müasir təlim texnologiyaları tədrisin səmərəliliyini artırmağa kömək edir. Əgər öyrənilən biliklər müasir həyatla, cəmiyyətin inkişafı ilə əlaqələndirilmirsə həmin bilik şagird üçün mənasız yükə çevrilir. Belə olduqda şagirdlərin elmi biliyə marağı azalır, şüurluluq və fəallıq səviyyəsi aşağı düşür. Ona görə də müəllim ayrı-ayrı mövzuların öyrənilməsi zamanı keçirilən materialın həyati əhəmiyyətini şagirdlərə başa salmalıdır. Hər kəsə məlumdur ki, ənənəvi izahedici – illüstrativ izahetmə metodu ilə şagirdlər passiv olaraq müəllimin hazır şəkildə verdiyi bilikləri əzbərləmiş olur. Bu da uşaqlarda müstəqilliyi, sərbəstliyi məhdudlaşdırır, şagird təlim prosesinin tam hüquqlu ıştirakçısı yox, təlim prosesinin obyekti olur. Beləliklə, şagirdlər təlimə yaradıcılıqla yanaşmır, onların elmə, elm öyrənməyə maraqları azalır və təlimin səviyyəsi aşağı düşür. Bütün bu çatışmazlıqların aradan qaldırılmasında müasir təlim texnologiyalarından istifadə etmək daha məqsədəuyğundur.

Bir sözlə, müasir təlimi səciyələndirən yeni strukturu, məzmun və forma ilə yanaşı, müasir metodlar - yeni təlim texnologiyaları - interaktiv təlim metodları artıq məktəblərdə özünə geniş yer tapmışdır.

Dərslərin interaktiv üsullarla həyata keçirilməsində fəal təlimin bir neçə geniş yayılmış üsullarından, o cümlədən müsahibə, diskusiya və debatlardan istifadə olunur. Bu üsullar biliklərin müstəqil mənimsənilməsi və yeniliklərin kəşf edilməsi, qazanılmış biliklərin yaradıcılıqla yenidən işlənilməsi, təcrübədə onlardan istifadə edilməsi, problemi həll etmək üçün yoldaşları ilə əməkdaşlıq etməyi bacarmaq, özünürealizə yollarını axtarıb tapmaq kimi keyfiyyətlələrin əldə edilməsinə şərait yaradır. Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompyuterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. "Ağıllı" lövhə, həmçinin kompyuterə qoşulan mikroskop, skaner, pəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır.

Son illər respublikamızda interaktiv təlim metodlarının mənimsənilərək iş prosesinə tətbiqi sahəsində müəyyən nəticələr əldə olunmuşdur. Tədris prosesində fəal-interaktiv təlim texnologiyalarının tətbiqi dərslərin səmərəliliyini yüksəldən ən vacib şərtlərdəndir.

Bu gün müəllimlər qarşısında yeni pedaqoji texnologiyalara yiyələnmək kimi ciddi vəzifələr durur. Təlim o vaxt effektli alınır ki, pedaqoq şagirdin fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş şagirdin şəxsiyyət keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir.


Müəllimlə belə qarşılıqlı münasibətlərdə olan şagirdin daha aktiv və sərbəst olmaq imkanı yaranır. Bundan başqa, bu aktivliyi düzgün idarə etməklə şagird şəxsiyyətində müsbət yönümlü dəyişikliklərin baş verdiyini görmək olar.


Yüklə 53,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin