KitabYurdu.az
50
Azərbaycan Respublikasında dinin, dini birliklərin dövlətdən ayrılması heç
də birlik üzvlərinin cəmiyyətin və dövlətin idarə olunmasında, dövlət orqanları və
yerli özünüidarəetmə orqanlarına seçkilərdə, siyasi partiyaların və digər birliklərin
fəaliyyətində iştirak etmək kimi vətəndaş hüquqlarını məhdudlaşdırmır.
Din vicdan azadlığının ifadə forması kimi, onun siyasi institut kimi dövlətlə
münasibətlərinin qanunvericilik tənzimi bütövlükdə cəmiyyətin ahəngdar inkişafı
üçün mühüm əhəmiyyət kəsb edir.
TƏKRAR ÜÇÜN SUALLAR
1. Konstitusiya dövlətin ali qanunu kimi hansı xüsusiyyətlərə malikdir?
2. Konstitusiyanın mahiyyəti dedikdə nə başa düşülür?
3. Konstitusiyanın forma və strukturu necədir?
4. Konstitusiyaları hansı meyarlara görə necə təsnifləşdirmək olar?
5. Konstitusiyaların qəbulu, onlara əlavə və dəyişikliklərin edilməsi qaydası
necədir?
6. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri haqqında danışın?
7. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsas prinsipləri
hansılardır?
8. Azərbaycan dövlətinin mahiyyətini Konstitusiyada təsbit edən əsas əlamətlər
haqqında danışın.
9. Azərbaycan dövlətinin demokratik xarakteri hansı elementlərdə öz ifadəsini
tapmışdır?
10. "Xalq hakimiyyəti", "hakimiyyətin bölgüsü", "siyasi plüralizm" və "yerli
özünüidarəetmə" anlayışlarına aydınlıq gətirin.
11. Xalq hakimiyyəti hansı formalarda həyata keçirilir?
12. Referendum nədir?
13. Hüquqi dövlətin prinsipləri haqqında danışın?
14. Azərbaycan Respublikasının dünyəvi dövlət xarakteristikası özünü hansı
amillərdə göstərir?
15. İnsan və vətəndaşın hüquqi statusunun anlayışını verin, prinsipləri haqqında
danışın.
16. İnsan hüquqları hansı əlamətlərlə xarakterizə olunur?
17. İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatını verin. «Hüquq» və
«azadlıq» kimi istilah və anlayışlar arasındakı fərqi göstərin.
18. Vətəndaşlıq nədir?
19. Azərbaycan Respublikası vətəndaşlığının prinsipləri haqqında danışın.
20. Azərbaycan Respublikası vətəndaşlığı hansı üsullarla əldə edilir və xitam
olunur?
21. İctimai birliklərin anlayışı və növləri haqqında danışın.
22. İctimai birliklər hansı üsullarla təşkil edilir və xitam olunur.
23. Respublikamızda hansı birliklərin təşkili qanunla qadağandır?
24. Siyasi partiyalar digər ictimai birliklərindən hansı cəhətlərinə görə fərqlənir?
25. Siyasi partiyaların funksiyalarına nələr daxildir?
26. Respublikamızda fəaliyyət göstərən dini birliklər haqqında nə bilirsiniz?
Mövzu 4. AZƏRBAYCAN RESPUBLİKASINDA
QANUNVERİCİLİK, İCRA VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİ
.
KitabYurdu.az
51
P L A N
1. Qanunvericilik hakimiyyətinin hakimiyyət bölgüsü sistemində yeri və onun
digər hakimiyyət qolları ilə qarşılıqlı əlaqəsi.
2. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri.
3. Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları.
4. Milli Məclis deputatının hüquqi statusu.
5. Qanunvericilik prosesi.
6. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya
statusunun əsasları.
7
. Azərbaycan Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin
xitam edilməsi qaydaları.
8. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur.
9. Hakimlərin hüquqi statusu.
10. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə
hüququ və məhkəmə üsulunun formaları.
11. Azərbaycan Respublikası Prokurorluğu.
1. Qanunvericilik hakimiyyətinin hakimiyyət bölgüsü sistemində yeri və
onun digər hakimiyyət qolları ilə qarşılıqlı əlaqəsi
«Parlament» termini ingilis sözüdür. İngilislər isə bu termini fransızca
«parler» - «danışmaq» sözündən götürüblər. Lakin məhz Fransada deyil, İngiltərədə
qanunverici orqan «parlament» adlandırılmışdır. Onu da qeyd edək ki,
inqilabaqədərki Fransada parlament əyalət məhkəməsinə deyilirdi və yalnız
sonralar bu termin ingilis sözünün ekvivalentinə çevrilmişdi. Parlament
Monteskyönün ayırdığı üç hakimiyyətdən birini -qanunvericilik hakimiyyətini
həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın
mənafelərini ifadə edir.
Dünyada ilk parlamentli dövlət sayılan İngiltərə, parlamentarizm ənənəsinə
malik bir ölkədir. Müstəqil Azərbaycan Respublikası da İngiltərənin və digər
qabaqcıl dövlətlərin parlamentarizm ənənəsini özündə təcəssüm etdirir. Buna görə
də Azərbaycan parlamentarizminin tarixi dünya təcrübəsi ilə qarşılıqlı əlaqədə
öyrənilməlidir.
Müasir parlamentlərin, ümumdövlət əhəmiyyətli nümayəndəli orqan
olmaqla, hakimiyyətin bölüşdürülməsi sistemində əsas funksiyası qanunvericilik
hakimiyyətinin həyata keçirilməsidir. Parlament, həmçinin, dövlət xəzinəsinə də
KitabYurdu.az
52
nəzarət edir. Yəni dövlət büdcəsini qəbul edir və onun icrasına nəzarəti həyata
keçirir. İdarəetmə formasından asılı olaraq parlament az və ya çox dərəcədə icra
hakimiyyəti üzərində də nəzarəti həyata keçirir.
Parlamentarizm, daha çox dövlətlərin fəaliyyətində özünü göstərir. Bu,
parlamentə üstünlük verməklə qanunverici və icra funksiyalarının bölüşdürülməsi
ilə səciyyələnir. Parlamentarizm dövlət rejiminin mövcud olduğu zaman hökumət
parlamentdə çoxluq qazanmış partiyanın üzvlərindən təşkil edilir və onun
qarşısında məsuldur. Belə ki, dövlət hakimiyyəti və idarəetməsi mexanizmində
parlamentarizm seçkili orqanın aparıcı rolunun olmasını bildirir. Parlamentarizm və
parlament, üzvi surətdə bağlı, qarşılıqlı anlayışlardır. Parlamentarizm parlamentin
hökumətdən asılılığını azaldır. Parlamentin hökumətə nəzarət etməsi, bəzi hallarda
isə etimadsızlıq votumu çıxarmaqla onu dəyişməsi parlamentin keyfiyyətidir.
Parlamentarizm, parlamentin öz hüquqlarmı praktikada həyata keçirməsi deməkdir.
Azərbaycan Respublikası Konstitusiyasının təhlili zamanı parlamentarizmin
bəzi cəhətləri diqqəti cəlb edir. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 14-cü
bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Nazirlər Kabinetinə etimad məsələsini həll edə bilər. Bu müddəa
praktiki olaraq hələ ki, həyata keçirilməyib. Lakin bir məsələni də qeyd etmək
lazımdır ki, Konstitusiyanın 95-ci maddəsində belə bir müddəanın nəzərdə
tutulması hələ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan
Respublikası Nazirlər Kabinetini istənilən vaxt, avtomatik olaraq istefaya göndərə
bilməsi demək deyil. Bu maddənin mahiyyətini açmaq üçün Konstitusiyanın digər
maddələrinə istinadən qanunvericilik və icra hakimiyyətləri arasındakı
münasibətlərin xarakterini kompleks, sistemli şəkildə təhlil etmək lazımdır. Belə ki,
Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə və 99-cu maddəsinə görə Azərbaycan
Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə
mənsubdur. Konstitusiyanın 114-cü maddəsinə görə isə Azərbaycan
Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı
icra orqanıdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. Konstitusiyanın
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin təsbit olunduğu 109-cu
maddəsinin 6-
CI
bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
istefası haqqında qərarı Azərbaycan Respublikası Prezidenti qəbul edir. Deməli,
Konstitusiyanın 95-ci maddəsinə görə Milli Məclisin Nazirlər Kabinetinə
münasibətdə etimad məsələsi ilə bağlı çıxardığı qərar birbaşa hüquqi nəticə
doğurmur. Çünki Nazirlər Kabineti Milli Məclis deyil, məhz prezident qarşısında
cavabdehdir və hesabat verir, digər bir tərəfdən Nazirlər Kabinetinin istefası
haqqında qərarı məhz Prezident qəbul edir. Odur ki, Milli Məclisin Nazirlər
Kabinetinə etimadla bağlı qərarı Azərbaycan Respublikası Prezidentinə Azərbaycan
Respublikasının Nazirlər Kabinetini istefaya göndərmək təklifidir. Prezident isə bu
təkliflə razılaşaraq Nazirlər Kabinetini istefaya da göndərə bilər, bu qərarla
razılaşmaya da bilər.
Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan Respublikasında dövlət
KitabYurdu.az
53
idarəçiliyi prezident üsul-idarəsinə əsaslanır. Prezident idarəçiliyində hökuməti
buraxmaq bilavasitə, prezidentin səlahiyyətinə aiddir. Lakin faktiki bu səlahiyyətin
parlamentə də aid edilməsi parlamentarizmin Konstitusiyamızda labüd sübutudur.
Parlament hər şeydən əvvəl nümayəndəli xarakterə malikdir. Bu parlamentin
xalqın, yəni dövlətin bütün vətəndaşlarının cəminin maraq və iradəsinin ifadəçisi
olmasını ehtiva edir. Buradan da onun milli və ya xalq nümayəndəliyi olması
xüsusiyyəti irəli gəlir.
Hələ XVIII-XIX əsrlərdə əsası qoyulmuş xalq nümayəndəliyi nəzəriyyəsi
aşağıdakı prinsiplərin məcmusu kimi nəzərdən keçirilə bilər:
1) xalq nümayəndəliyi Konstitusiya ilə təsis olunur;
2) xalq, suverenliyin daşıyıcısı kimi, parlamentə onun adından
qanunvericilik hakimiyyətini həyata keçirməyi həvalə edir. Bu bəzən
suverenliyin həyata keçirilməsinin həvalə edilməsi kimi də göstərilir;
3) bu məqsədlə millət (xalq) parlamentə öz nümayəndələrini-deputatları,
senatorları və başqalarını seçir;
4) parlamentin üzvü - bütün millətin (xalqın) nümayəndəsidir, yalnız onu
seçənlərin yox.
Belə hesab olunur ki, parlament özü xalqın (millətin) dəqiq nə istədiyini bilir
və onun iradəsini qanunlarda və digər aktlarda ifadə edir. O, bu münasibətlərdə heç
kimin tərəfindən nəzarət altında deyil (əlbəttə Konstitusiya çərçivəsində, lakin
Konstitusiyanın özünün dəyişdirilməsi səlahiyyəti bir çox hallarda parlamentə
məxsus olur).
Dünya təcrübəsi göstərir ki, parlament o zaman xalqın, millətin əsl
nümayəndəli orqanı olur ki, onun tərkibinə cəmiyyətin mühüm təbəqələrinin
maraqlarını ifadə edən deputatların iri siyasi birlikləri daxil olmuş olsun.
Parlament nümayəndəli orqan kimi dövlət hakimiyyət orqanları sistemində
çox mühüm yer tutur. Parlamentin əsas funksiyası qanunvericilik fəaliyyətidir. Bu
onun, qanunverici hakimiyyətin daşıyıcısı olmasından irəli gəlir. Cəmiyyət
həyatının bütün sahələrinə aid qanunlar parlament tərəfindən qəbul olunur.
Parlamentin qanunvericilik səlahiyyətləri dedikdə - bu qanunların qəbulu
sahəsindəki səlahiyyətlərin məcmusu başa düşülür, hansı ki, parlamentin
səlahiyyətlərinin əsas hissəsini təşkil edir və parlamentin fəaliyyətində çox böyük
yer tutur. Qanunların qəbulundan söhbət getdikdə qeyd etmək lazımdır ki, bu
prosesdə ilk növbədə dövlət başçısı da daxil olmaqla tez-tez parlamentdənkənar
orqanlar iştirak edir. Məsələn, 1975-ci il Yunanıstan Konstitusiyasının 26-cı
maddəsində deyilir: «Qanunvericilik hakimiyyətini deputatlar palatası və
Respublika Prezidenti həyata keçirir». «Vestminster modeli»nin tərəfdarı olan
ölkələrdə, ilk növbədə isə Böyük Britaniyada, həmçinin, əvvəllər onun
müstəmləkə əraziləri olmuş ölkələrdə dövlət başçısı, palatalarla bərabər
parlamentin tərkib hissəsi kimi çıxış edir.
Belə ki, Britaniya parlamenti kraldan, Lordlar Palatasından və İcma
Palatasından ibarətdir. 1947-ci il Hindistan Respublikası Konstitusiyasının 79-cu
maddəsində deyilir: «Prezidentdən və iki palatadan - Ştatlar Şurasından və Xalq
Palatasından ibarət İttifaq Parlamenti təşkil olunur». Təbiidir ki, qanunvericilik
hakimiyyəti, yəni qanun vermək səlahiyyəti onların hamısına mənsubdur.
KitabYurdu.az
54
«Sosialist» ölkələrində hökumətlər bir qayda olaraq qanunvericilik
hakimiyyətini də yerinə yetirirdilər. Hökumət və nazirliklər qanunvericilik
sahəsindəki boşluqları özləri, hətta arabir qanunvericilik normalarının pozulması ilə
də doldururdular.
Azərbaycanda birinci parlamentarizm təcrübəsi 20-ci yüzilliyə təsadüf edir.
Onun bərqərar olması və inkişafı xronikası aşağıdakı kimidir. Məlumdur ki, ölkəmiz
hələ XIX yüzillikdə Rusiya imperiyasının tərkibinə qatılmışdır. Ona görə də
respublikamızda parlamentarizm ənənələrinin inkişafı Rusiyada bu institutun
inkişafı ilə demək olar ki, eyni tarixi xronikaya uyğundur.
Hələ II Nikolay 1917-ci ilin 17 oktyabrında dövlət qaydalarını
təkmilləşdirmək üçün Manifest vermişdi ki, bununla Dövlət Dumasının yaradılması
nəzərdə tutulurdu.
IV Dövlət Dumasında isə 1912—1917-ci illər müsəlman qrupunu - 6 deputat
təmsil edirdi. 1917-ci il oktyabr inqilabı təşəkkül tapmış demokratik təsisatların
inkişafını dayandırmış oldu və bu dayanma 70 ildən artıq davam etdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində, yəni
28 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək olan qısa bir dövrdə milli parlamentin
formalaşdırılması və həmin dövr üçün ən demokratik prinsiplərə əsaslanan 21 iyul
1919-cu il tarixli parlamentə seçkilər haqqında qanunun qəbul edilməsi Azərbaycan
tarixində parlamentarizmin formalaşması və inkişafı üçün hüquqi irs qoymuş oldu.
Azərbaycan Respublikasının tarixində yeni dövr 1991-ci il avqustun 30-da
Azərbaycan Respublikası Ali Soveti tərəfindən «Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyinin bərpası haqqında» Bəyannaməsi ilə başladı. Bu
Bəyannamənin ardınca 1991-ci il 18 oktyabr tarixində «Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edildi.
Məhz bu Konstitusiya Aktında ilk dəfə olaraq respublikamızda hakimiyyətin
bölünməsi prinsipi tanındı.
«Dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının 13-cü maddəsində
deyilir: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi
prinsipinə əsaslanır:
- qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının Parlamenti
tərəfindən həyata keçirilir.
Yeri gəlmişkən qeyd edək ki, «parlament» termini bizim qanunvericilikdə
ilk dəfə məhz bu Konstitusiya aktında işlədilmişdir.
Bu aktın ardınca keçid dövrü elan olunması ilə və Ali Sovetin (qanunverici
orqanın) fəaliyyətinin yaxşılaşdırılması məqsədilə əlaqədar 1991-ci il oktyabrın
30-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən «Azərbaycan
Respublikasının Milli Məclisi haqqında» Azərbaycan Respublikasının Konstitusiya
Qanunu qəbul edilmiş oldu.
Hakimiyyətin bölgüsü prinsipi ilk dəfə «Dövlət müstəqilliyi haqqında»
Konstitusiya aktında təsbit olunsa da, bu akt heç də tam olaraq ali dövlət
hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin konstitusion əsaslarını əhatə etmir,
hakimiyyət budaqları arasında konstitusion münasibətləri tam ifadə etmirdi.
Bütövlükdə, ali dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin
bütün konstitusion səlahiyyətlərini, hakimiyyətin bölgüsü prinsipi baxımından
KitabYurdu.az
55
tənzimləyən ilk mühüm sənəd, 1995-ci il 12 noyabrda referendum (ümumxalq
səsverməsi) yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası
hesab olunur.
Məhz 12 noyabr 1995-ci il Konstitusiyası respublikamızda
konstitusionalizmin inkişaf dinamikasını müəyyən etmiş oldu.
Konstitusiya dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipinə
əsaslandığını
göstərməklə,
qanunvericilik
hakimiyyətinin
Azərbaycan
Respublikasının parlamenti - Milli Məclisi tərəfindən həyata keçirildiyini təsbit
etmişdir.
Dünya parlamentlərinin başlıca xüsusiyyətlərini özündə ehtiva edən
Azərbaycan parlamentini - Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından
fərqləndirən başlıca xüsusiyyət, məhz onun nümayəndəlik xarakterinin olması və
qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu
gün tam məsuliyyətlə qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və
hüquqi dövlət quruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan
parlamenti - Milli Məclisi öz töhvələrini vermişdir.
2. Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyətləri.
Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini
təmin edən elementlər - səlahiyyətlərdir. Məhz bu səlahiyyətlərin bir-birinə olan
münasibətindən, onların həcmindən asılı olaraq hakimiyyət bölgüsünün mövcud
olub olmadığını demək olar. Ona görə də hakimiyyət bölgüsünü analiz edərkən,
əsas diqqət onlara yetirilməlidir. Hakimiyyət bölgüsünün elementləri bu və ya
digər hakimiyyət budağına aid edilən bütün səlahiyyətləri əhatə etmir. Buraya
məhz o səlahiyyətlər aiddir ki, hakimiyyət budaqlarının bir-birinə təsir etməsi, bir-
birinin fəaliyyətinə müdaxilə etməməsi və nəzarət etməsini təmin edir. Bu
səlahiyyətlər istisnasız olaraq məhz hakimiyyət bölgüsü mexanizminin həyata
keçirilməsi naminə müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət
mütləq digər hakimiyyət budağına yönəlməli, ən başlıcası onun fəaliyyət sahəsinə
təsir etməyə imkan verməlidir. Lakin iş sadəcə olaraq bununla bitmir. Ayrı-ayrı
hakimiyyət budaqlarının bölgüsü sistemində tutduğu yeri müəyyənləşdirmək üçün
onların formalaşdırılması əsaslarını, təyinatını müəyyən edən normalar da nəzərə
alınmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyətin bölünməsi ilə
əlaqədar səlahiyyətlər yalnız bir hakimiyyət budağına münasibətdə kəskin
fərqləndirməklə təsbit edilmişdir. Bu da qanunverici hakimiyyəti həyata keçirən
Milli Məclisdir. Milli Məclisin səlahiyyətinə aid edilən məsələlər 94 və 95-ci
maddələrdə öz əksini tapmışdır. 94-cü maddədə əks olunan müxtəlif fəaliyyət
sferalarına dair Milli Məclis qanunlar qəbul edir. Bu maddənin hakimiyyətin
bölgüsü sistemi ilə özünəməxsus bir bilavasitə əlaqəsi mövcuddur. Əslində burada
qanunverici orqanın ən əsas səlahiyyətinin - qanun qəbul etmək səlahiyyətinin
məzmunundan söhbət gedir. Qanunverici orqanın konkret hansı məsələlər üzrə öz
qanunvericilik fəaliyyətini həyata keçirə bilməsi müəyyənləşdirilir. 94-cü maddədə
təsbit olunan səlahiyyətlər nə məhkəmə, nə də icra hakimiyyətinin fəaliyyətinə hər
hansı şəkildə müdaxilə etməyə imkan vermir. Bundan fərqli olaraq 95-ci maddə
KitabYurdu.az
56
bilavasitə hakimiyyət bölgüsü mexanizminə aiddir və elə onun üçün də nəzərdə
tutulmuşdur. 95-ci maddə Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu
və ya digər şəkildə icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməyə imkan verən
məsələlər əks olunmuşdur. Milli Məclisin həll etdiyi məsələlər içərisində 1-5-ci
bəndlər istisna olmaqla yerdə qalan bütün məsələlərin həlli üçün qərar qəbul edilir.
95-ci maddədə əsasən prezidentin vəzifəyə təyin etdiyi ayrı-ayrı şəxslərin və irəli
sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət gedir. Bu
maddədə əks olunan məsələlərin bir qismi investitura institutu ilə əlaqədardır.
İnvestitura - konkret şəxslərin vəzifəyə təyin olunması ilə bağlı səlahiyyətlər
məcmusudur. İnvestitura icra hakimiyyətinə müəyyən üstünlüklər verən
institutdur. Belə ki, vəzifəyə təyin edilən şəxslərin şəxsi keyfiyyətləri nəzərə
alındığından, bir çox hallarda icra hakimiyyətinin bundan sui-istifadə ehtimalı
mövcud olur. Yəni icra hakimiyyəti başçısı təyin edilən şəxslərin peşəkarlıq,
təcrübəlilik meyarları ilə yanaşı, onların sədaqətlilik, partiya mənsubiyyəti və sair
keyfiyyətləri də nəzərə alınır. 95-ci maddədə nəzərdə tutulmuş prezidentin
vəzifəyə təyin etdiyi şəxslərin, təklif etdiyi proqramların təsdiqlənməsi bir növ icra
hakimiyyətinin fəaliyyətinə təsiretmə vasitəsi kimi nəzərdə tutulmuşdur. 95-ci
maddəyə görə Milli Məclis prezidentin təqdim etdiyi hərbi doktrinanı, dövlət
büdcəsini təsdiq edir, Baş nazirin təyin olunmasına razılıq verir, yuxarı instansiya
məhkəmələrinin - Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, apelyasiya
məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir, Baş prokurorun təyin olunmasına
və vəzifədən kənarlaşdırılmasına razılıq verir, beynəlxalq müqavilələri, Milli
Bankın İdarə Heyətinin üzvlərini təsdiq edir. Bundan başqa qanunverici orqan
Nazirlər kabinetinə etimad, prezidentin impiçment qaydasında vəzifədən
kənarlaşdırılması, prezidentin müraciətinə əsasən müharibə və sülhə razılıq
verilməsi, ordunun təyinatı ilə bağlı olmayan işlərə cəlb edilməsi məsələlərinə
razılıq verir. Bunların da içərisində ən təsirlisi dövlət büdcəsinin təsdiqi və onun
icrasına nəzarətdir. Dövlət büdcəsini təsdiq etməklə qanunverici orqan bütövlükdə
icra hakimiyyətinə təsir edə bilir və çox vacib faktor olan maliyyə sferasında bu
hakimiyyət budağının fəaliyyətinə müdaxilə edir. Lakin bu səlahiyyətdən ildə,
ancaq bir dəfə istifadə edilməsi dövlət büdcəsinin icrası zamanı baş verən
dəyişikliklərə Milli Məclisin əsaslı və adekvat cavab vermək imkanını
məhdudlaşdırır. 95-ci maddənin 1-5-ci bəndlərində nəzərdə tutulan məsələlər üzrə
(MM-in işinin təşkili, prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis
olunması, inzibati ərazi bölgüsü, dövlətlərarası müqavilələrin təsdiqi, dövlət
büdcəsinin təsdiqi) qanunlar qəbul edilir. Bu məsələlərin qanun qəbul olunmaqla
həll olunması fikrimizcə onların əhəmiyyətindən irəli gəlir. 95-ci maddənin 8-ci
bəndində göstərilir ki, Milli Məclis konstitusiya ilə nəzərdə tutulan hallarda
prezident fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və
fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanlar Milli Məclisin təsdiqinə
verilir. Öz-özlüyündə təsirli olan, lakin başqa maddə ilə əhəmiyyəti azaldılan təsir
vasitələrindən biri də 9-cu bənddə nəzərdə tutulan Baş nazirin vəzifəyə təyin
edilməsinə razılıq verilməsidir. Ancaq 118-ci maddəyə görə Baş nazirin vəzifəyə
təyin olunmasına 3 dəfə razılıq verilməzsə, prezident Baş naziri Milli Məclisin
razılığı olmadan təyin edə bilər. Bəzən bu normaya belə haqq qazandırılır ki,
Dostları ilə paylaş: |