1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı


 Əqdlər   Əqdlərin anlayışı və əlamətləri



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
KY0000391


4. Əqdlər
 
Əqdlərin anlayışı və əlamətləri. Əqdlər hüquqi faktların ən geniş yayılmış 
növlərindən  biridir.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  324.1-ci 
maddəsində əqdin anlayışı verilmişdir:
 
«Əqd  mülki  hüquq  münasibətinin  əmələ  gəlməsinə,  dəyişdirilməsinə  və  ya 
xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir». Əqdlər 
aşağıdakı əlamətlərlə xarakterizə olunur:
 
1)  əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 
2)  əqd hüquqauyğun hərəkətdir; 
3)  əqd  xüsusi  olaraq  mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsinə, 
dəyişməsinə və xitamına yönələn hərəkətdir; 
4)  əqd 
müəyyən 
hüquqi 
nəticələr 
əmələ 
gətirən 
hərəkətdir.             
          Hər  bir  əqd  iradəvi  akt  kimi  bir  sıra  psixoloji  amillərlə  bağlıdır.  Əqdin 
bağlanması  üçün  hər  şeydən  əvvəl  tərəflərin  arzusu,  istəyi  olmalıdır.  Mülki 
hüquqda  bu,  daxili  iradə  adlanır.  Lakin  təkcə  daxili  iradənin  mövcudluğu  əqdin 
bağlanması  üçün  kifayət  deyildir.  Bunun  üçün  həm  də  daxili  iradənin  digər 
şəxslərə  bildirilməsi,  elan  olunması  lazımdır.  Buna,  iradə  ifadəsi  deyilir.  Demək, 
KitabYurdu.az 
106
 

əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini 
özündə  birləşdirir.  Hüquqi  nəticələr  iradə  ifadəsi  ilə  bağlıdır.  Onun  sayəsində 
əqdlərə aydınlıq və dəqiqlik gətirilir. 
Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür:
 
1)  düzünə iradə ifadəsi. Bu, şifahi və yaxud yazılı formada yerinə yetirilir. 
Məsələn,  müqavilənin  bağlanması,  zərərin əvəzinin  ödənilməsi haqqında razılığın 
bildirilməsi və s. 
2)  dolayı iradə ifadəsi. Əgər şəxsin hərəkətlərindən onun iradəsini müəyyən 
etmək  mümkündürsə  bu,  dolayı  iradə  ifadəsi  adlanır.  Mülki  hüquqda,  adətən  buna 
konklyudent  (latınca  concludere  -  nəticə  çıxartmaq,  nəticəyə  gəlmək  mənasını 
bildirir)  iradə  ifadəsi  deyilir.  Məsələn,  elektrik  qatarında  getməyə  bilet  almaq  və 
yaxud  mağazaların  piştaxtalarında  qoyulmuş  mallar  şəxslərin  əqd  bağlamaq 
arzularını özündə əks etdirir və s. 
3)  susmaq  nəticəsində  iradə  ifadəsinin  bildirilməsi.  Bu  üsulla  iradənin 
bildirilməsinə yalnız qanunvericiliklə müəyyən edilən hallarda və yaxud tərəflərin 
razılığı  ilə  yol  verilir.  Məsələn,  iştirakçılarından  birinin  müqavilənin  şərtlərinin 
dəyişdirilməsi  haqqında  verilmiş  təklifinə  digər  tərəfin  susması  onun  razılığını 
göstərir.
 
Əqdlər  üçün  ən  mühüm  əhəmiyyət  kəsb  edən  psixoloji  amillərdən  biri  də 
motivdir.  Motivi,  əqdin  əsasından  fərqləndirmək  lazımdır.  Əqdin  əsasını  hüquqi 
məqsəd,  hüquqi  nəticə  təşkil  edir.  Məsələn,  alqı-satqı  müqaviləsində  məqsəd 
əşyanı  alıcının  mülkiyyətinə  verməkdir.  Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki, 
əqdin  əsası  təsadüfi  məqsəd  olmayıb,  həmin  əqd  üçün  tipik  və  daimi  xarakter 
daşıyır. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan vaxt 
əqdin  məqsədi  həyata  keçirilə  bilən  deyildirsə,  onda  o,  hüquqi  əhəmiyyət  kəsb 
etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd 
etibarsızdır.
 
Motiv  isə  şəxsi  hər  bir  halda  müqavilə  bağlamağa  sövq  edən  psixoloji 
amildir.  Buna  görə  də  əqdin  motivləri  çoxsaylı,  əsas  isə  bir  dənədir.  Motivlər 
əqddən kənarda qalır, onun məzmununda öz ifadəsini tapmır və hüquqi fakt mənası 
daşımır.  Məsələn,  əgər şəxs ad günündə  hədiyyə vermək üçün hər hansı  bir əşya 
alırsa, onda bu motiv alqı-satqı müqaviləsinin hüquqi tərkibinə daxil edilmir.
 
Əqdlərin  növləri.  Mülki  hüquqda  əqdlər  müxtəlif  əsaslara  görə 
təsnifləşdirilir.
 
İştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli 
əqdlərə bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, 
bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri  və  yetərli  olduğu  əqd  birtərəfli 
əqddir.  Vəsiyyətnamənin  tərtib  edilməsi,  etibarnamənin  verilməsi  və  s.  birtərəfli 
əqdlərə  misal  ola  bilər.  Adətən,  birtərəfli  əqd  bir  şəxs  tərəfindən  bağlanılır. 
Birtərəfli əqddə iradə bir neçə şəxs tərəfindən ifadə oluna bilər. Məsələn, ümumi 
etibarnamənin verilməsi və s.
 
Bəzən  birtərəfli  əqdin  hüquqi  nəticələr  yaratması  üçün  iradə  ifadəsinin 
ünvanlanmış  şəxs  tərəfindən  qəbul  edilməsi  lazım  olur.  Əgər  bu  şəxs,  belə  iradə 
ifadəsinin  mövcudluğunu  bilmirsə,  onda  birtərəfli  əqd  hüquqi  əhəmiyyət  kəsb 
etmir.  Belə  ki,  əgər  müqavilənin  pozulması  haqqında  xəbərdarlıq  digər  tərəfə 
çatmayıbsa, onda o, hüquqi nəticələr yarada bilməz.
 
İki  tərəfin  qarşılıqlı  iradə  ifadəsinin  razılaşdırılması  ilə  yaranan  əqdlərə 
ikitərəfli  əqdlər  deyilir.  İkitərəfli  əqdlər  müqavilə  adlanır.  İkitərəfli  əqdlər,  əqdin 
KitabYurdu.az 
107
 

ən geniş yayılmış növüdür. Ikitərəfli əqdlərə, alqı-satqı, əmlak kirayəsi, sığorta və 
s. müqavilələr misal ola bilər.
 
Üç  və  ya  daha  çox  tərəf  arasında  iradə  ifadəsinin  razılaşdırılmasından 
yaranan  əqdlərə  çoxtərəfli  əqdlər  deyilir.  Məsələn,  bir  neçə  hüquqi  şəxsin  yeni 
binalar tikməsi üçün müqavilə bağlaması.
 
Əqdlər əvəzli və əvəzsiz olmaqla iki yerə bölünürlər. Əvəzli əqddə bir tərəfin 
etdiyi hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də qarşılıqlı olaraq 
müəyyən  hərəkət  edir  və  yaxud  əmlakın  dəyərini  ödəyir.  Məsələn,  alqı-satqı 
müqaviləsində  satıcının  vəzifəsi  əşyanı  vermək,  alıcının  vəzifəsi  isə  müqavilədə 
şərtləşdirilmiş qiyməti ödəməkdir.
 
Mülki-hüquqi əqdlərin əksəriyyəti əvəzlidir.
 
Bundan  fərqli  olaraq  əvəzsiz  əqdlərdə  tərəfiər  bir-birilərindən  qarşılıqlı 
təminat  almırlar.  Məsələn,  bağışlama,  əmlakdan  əvəzsiz  istifadə  müqavilələri 
əvəzsizdir.  Bəzi  əqdlər  həm  əvəzli,  həm  də  əvəzsiz  olurlar.  Saxlama  müqaviləsi 
belə əqdlərə misal ola bilər. Əvəzsiz əqdlər əsasən, fiziki şəxslər arasında bağlanır. 
Hüquqi şəxslər arasında bağlanan əqdlər bir qayda olaraq əvəzlidir.
 
Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual (latınca 
consensus - razılaşma, saziş) əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin 
iradə  ifadələri  və  razılığı  kifayətdir.  Qeyd  etmək  lazımdır  ki,  mülki  dövriyyədə 
bağlanan  əqdlər  konsensual  xarakter  daşıyır.  Məsələn,  alqı-satqı,  podrat 
müqavilələri və s.
 
Real əqdlərin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın 
verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır. Məsələn, borc 
müqaviləsi, bağışlama müqaviləsi və s.
 
Hüquqi əsasından asılı olaraq əqdlər kauzal və mücərrəd əqdlərə bölünürlər. 
Həqiqiliyi  (etibarlılığı)  əqdin  əsasından  asılı  olan  əqdlərə  kauzal  (latınca  causa  
səbəb) əqdlər deyilir. Mülki hüquqda əqdlərin əksəriyyəti kauzal xarakter daşıyır. 
Kauzal  əqdin  əsas  cəhəti  onun  hər  hansı  bir  hüquqi  məqsəd  güdməsindədir. 
Məsələn,  əmlak  kirayə  müqaviləsinin  məqsədi  əşyanı  istifadəyə  qoymaq,  borc 
müqaviləsinin  məqsədi  isə  pulu  və  ya  əşyanı  verməkdir.  Kauzal  əqdlərin 
hüquqiliyi onun məqsədindən irəli gəlir.
 
Həqiqiliyi  əqdin  əsasından  asılı  olmayan  əqdlərə  mücərrəd  əqdlər  deyilir. 
Mücərrəd latınca abstrakt sözündəndir, «qoparma», «ayırma» deməkdir. Mücərrəd 
əqd öz məqsədindən ayrılmış olur. Bu əqdlərə vekseli misal göstərmək olar.
 
Mülki  qanunvericilikdə  əqdlər  müddətli  və  şərti  əqdlərə  bölünürlər.  Əksər 
hallarda əqdlərdə müddət göstərilir. Belə hallarda əqdin hüquqi nəticələri müəyyən 
vaxtın kəsilməsi ilə bağlı olur. Əqddə müddət üç məna daşıyır. Başlanğıc müddət 
əqdin  tərəflərinin  hüquq  və  vəzifələrinin  yarandığı  anı,  icra  müddəti  əqdin  yerinə 
yetirilməsi vaxtını, sonuncu müddət isə əqdin xitam olunduğunu göstərir.
 
Əqddə  müddət  müəyyən  və  qeyri-müəyyən  ola  bilər.  Əgər  vaxt  dəqiq 
göstərilməyibsə, onda vəzifəli şəxs (kreditor) istənilən vaxt əqdin icrasını tələb edə 
bilər.  Əgər  tərəflər  hüquq  və  vəzifələrin  əmələ  gəlməsini  baş  verib-verməyəcəyi 
məlum  olmayan  hallardan  asılı  etmişlərsə,  əqd  şərtlə  bağlanmış  sayılır.  Əqdlər 
aşağıdakı şərtlərlə bağlana bilər:
 
a) pozitiv şərt; 
b) neqativ şərt; 
KitabYurdu.az 
108
 

c) təxirəsalıcı şərt;  
   
ç) ləğvedici şərt. 
Pozitiv  şərt  o  deməkdir  ki,  əqd  hansısa  hadisənin  müəyyən  müddətdə  baş 
verəcəyi  şərti  ilə  bağlanmışdır.  Əgər  həmin  müddət  bitmiş  və  hadisə  baş 
verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə 
şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü 
aydın  olduqda  şərt  qüvvədən  düşmüş  sayıla  bilər  (Mülki  Məcəllənin  328.4-cü 
maddəsi).
 
Neqativ  şərt  o  deməkdir  ki,  əqd  hansısa  hadisənin  müəyyən  müddətdə  baş 
verməyəcəyi  şərtilə  bağlanmışdır.  Əgər  həmin  müddət  bitənədək  hadisə  baş 
verməzsə  və  ya  həmin  hadisənin  baş  verməsinin  mümkünsüzlüyü  müddət 
bitənədək  aydın  olarsa,  şərt  yerinə  yetirilmiş  sayılır.  Əgər  müddət 
müəyyənləşdirilməyibsə,  şərt  yalnız  hadisənin  baş  verməyəcəyinin  aydın  olduğu 
vaxt yerinə yetirilmiş sayılır (Mülki Məcəllənin 328.5-ci maddəsi).
 
Əqdlərin  formaları.  Əqd  bağlanarkən  iradənin  ifadə  üsulu  əqdin  forması 
adlanır.  Əqdin  etibarlı  olması  üçün  qanunvericiliklə  müəyyənləşdirilmiş  formaya 
riayət  edilməsi  zəruridir.  Belə  forma  müəyyənləşdirilməyibsə,  tərəflər  onu  özləri 
müəyyənləşdirə  bilərlər.  Əqdlər  şifahi  və  ya  yazılı  formada  bağlanır.  Şifahi 
bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun 
rəftarından məlum olur.
 
Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, bu Məcəllə ilə və ya tərəflərin 
razılaşması ilə yazılı forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər. Əgər 
tərəflərin  razılaşmasında  ayrı  qayda  müəyyənləşdirilməyibsə,  bağlanarkən  icra 
edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması müəyyənləşdirilmiş 
əqdlər və sadə yazılı formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər 
istisna təşkil edir.
 
Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər 
və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi 
yolu ilə bağlanmalıdır.
 
Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır:
 
1.      Yazılı  formada  bağlanması  şifahiyə  nisbətən  əqdin  məzmununu  daha 
geniş açır;
 
2.  Mülki  dövriyyənin  işirakçılarına  öz  iradələrini  dəqiq  ifadə  etməyə  və 
müqaviləni dəqiq yerinə yetirməyə imkan verir; 
3.  Əqddən  irəli  gələn  öhdəliklərin  tərəflərdən  birinin  yerinə  yetirməməsi 
hallarını aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir. 
Yazılı  əqdlər  də  iki  cür  olur:  sadə  əqdlər  və  notarial  qaydasında  təsdiq 
edilməli olan əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün lazım 
olan  bütün  rekvizitlər  -  tərəflərin  adları,  əqdin  məzmunu,  iştirakçıların  imzaları 
göstərilməlidir.  Bu  cür  əqdlərin  etibarlı  olması  üçün  əqddə  iştirak  edən  şəxslərin 
mütləq  imzaları  olmalıdır.  Əgər  fiziki  şəxs  bədən  qüsuruna,  xəstəliyinə  və  ya 
savadsızlığına  görə  əqdi  özü  imzalaya  bilmirsə,  əqdi  onun  xahişi  ilə  başqa  fiziki 
şəxs  imzalaya  bilər.  Başqa  fiziki  şəxsin  imzası  əqdi  bağlayanın  özünün  imza  edə 
bilməməsinin  səbəbləri  göstərilməklə,  notarius  tərəfindən  və  ya  bu  cür  notarial 
hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir.
 
KitabYurdu.az 
109
 

Elə  dövlət  hüquqi  şəxsləri  var  ki,  onların  bağladığı  əqdlər  iki  imza  ilə  - 
müdirin  (direktorun,  rəisin  və  s.)  və  baş  mühasibin  imzası  ilə  təsdiq  olunmalıdır. 
Məktub və ya teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi 
də sadə yazılı əqdlərə aiddir.
 
Əqdin  sadə  yazılı  formasına  riayət  edilməməsi  mübahisə  halında  əqdi  və 
onun  şərtlərini  təsdiq  etmək  üçün  tərəfləri  şahid  ifadələrinə  istinad  etmək 
hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan 
məhrum  etmir.  Qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  əqdin  sadə  yazılı 
formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.
 
Notarial  formanın  sadə  yazılı  formadan  fərqi  ondan  ibarətdir  ki,  əqdin 
notariat  qaydasında  təsdiqlənməsi  yazılı  sənəddə  notariusun  və  ya  bu  cür  notarial 
hərəkəti  yerinə  yetirməyə  hüququ  çatan  digər  vəzifəli  şəxsin  təsdiqləyici  qeyd 
etməsi yolu ilə həyata keçirilir.
 
Mülki Məcəllənin 334.3-cü maddəsinə əsasən, əqdlərin notariat qaydasında 
təsdiqlənməsi aşağıdakı hallarda məcburidir:
 
1)   bu Məcəllədə göstərilmiş hallarda; 
2)  bu  Məcəllə  ilə  həmin  növlü  əqdlər  üçün  bu  forma  nəzərdə  tutulmuş 
olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə. 
Hər  şeydən  əvvəl  yaşayış  evinin  və  s.  daşınmaz  əmlakın  alqı-satqı 
müqaviləsi  bağlanarkən,  vəsiyyətnamə  tərtib  edilərkən  bu  qaydalara  riayət 
olunmalıdır.
 
Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. 
Bu cür əqd əhəmiyyətsiz sayılır.
 
Bir  sıra  hallarda  yazılı  formaya  riayət  etməkdən  başqa,  həm  də  əqdin 
müəyyən dövlət orqanında qeydiyyata alınması tələb olunur. Qeydiyyatdankeçmə 
başlıca olaraq əqdin məzmununun qanuniliyini yoxlamaq, həmçinin, əqddən əmələ 
gələn  hüquqların  qeydiyyata  alınması  məqsədi  daşıyır.  Əqddən  irəli  gələn 
hüquqların  dövlət  qeydiyyatına  alınması  tələbinə  riayət  edilməməsi  onun 
etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
 
Əgər  əqd  lazımi  formada  bağlanmışsa,  lakin  tərəflərdən  biri  əqddən  əmələ 
gələn  hüquqların  qeydiyyatından  boyun  qaçırırsa,  digər  tərəfin  tələbi  ilə 
məhkəmənin  həmin  hüquqların  qeydə  alınması  barədə  qərar  çıxarmaq  ixtiyarı 
vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə 
alınır (Mülki Məcəllənin 336.2-ci maddəsi).
 
Əqdlərin  etibarsızlığı.  Mülki  qanunvericilikdə  əqdin  etibarsız  hesab 
olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir:
 
1) subyekt tərkibinə görə; 
2)  məzmununa görə; 
3)  formasına görə; 
4)  iradə və iradə ifadəsinə görə. 
Subyekt  tərkibinə  görə  bağlanan  əqdlərin  etibarsızlığı  onunla  şərtlənir  ki, 
əqd  onu  bağlayan  şəxslərin  hüquq  və  fəaliyyət  qabiliyyətinə  uyğun  gəlmir.  Belə 
əqdlərin  etibarsızhğı  çox  zaman  onların  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya 
fəaliyyət  qabiliyyəti  məhdudlaşdırılmış  şəxslər  tərəfindən  bağlanılması  ilə  izah 
olunur.  Mülki  Məcəllənin  342.1-ci  maddəsinə  əsasən  psixi  pozuntu  nəticəsində 
KitabYurdu.az 
110
 

fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə 
əqdin  tərəflərindən  hər  biri  aldıqlarının  hamısını  digər  tərəfə  eynilə  qaytarmalı, 
alınanları  eynilə  qaytarmaq  mümkün  olmadıqda  isə  onun  dəyərini  pulla 
ödəməlidir.  Bundan  başqa,  əgər  fəaliyyət  qabiliyyətli  tərəf  digər  tərəfin  fəaliyyət 
qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini 
də ödəməlidir. 
Spirtli  içkilərdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadə  etməsi,  habelə 
qumara  qurşanması  nəticəsində  fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən 
məhdudlaşdırılmış  fiziki  şəxsin  öz  himayəçisindən  razılıq  almadan  əmlaka  dair 
sərəncam  verilməsi  barədə  bağladığı  əqd  himayəçinin  iddiası  ilə  məhkəmə 
tərəfindən  etibarsız  sayıla  bilər.  Belə  qayda  yetkinlik  yaşına  çatmayanlar 
tərəfindən  bağlanmış  əqdlərə  də  şamil  edilir.  Bu  şəxslər  yalnız  qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər. 
Hüquqi  şəxslərin  bağladığı  əqdlər  aşağıdakı  əsaslara  görə  etibarsız  hesab 
olunur: 
1)  hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı əqdlər; 
2)  hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər. 
Hüquqi  şəxsin  öz  nizamnaməsində  müəyyənləşdirilmiş  fəaliyyət 
məqsədlərinə  zidd  olaraq  bağladığı  əqd  və  ya  müvafiq  fəaliyyətlə  məşğuliyyət 
üçün xüsusi icazəsi (lisenziyası) olmayan hüquqi şəxsin bağladığı əqd, əgər əqddə 
iştirak  edən  digər  tərəfin  onun  qanunsuz  olduğunu  bildiyi  və  ya  bilməli  olduğu 
sübuta  yetirilərsə,  həmin  hüquqi  şəxsin,  onun  təsisçisinin  və  ya  hüquqi  şəxsin 
fəaliyyətinə  nəzarət  edən  orqanın  iddiası  ilə  məhkəmə  tərəfindən  etibarsız  sayıla 
bilər (Mülki Məcəllənin 349-cu maddəsi). 
Məzmununa görə əqdlərin etibarsızlığı onun şərtlərinin qanunun tələblərinə 
uyğun  gəlməməsi  ilə  müəyyən  olunur.  Burada  «qanun»  dedikdə,  respublikanın 
qanun  və  qanun  qüvvəli  aktları,  xüsusilə  mülki  qanunvericiliyi  nəzərdə  tutulur. 
Belə etibarsız əqdlər obyektiv və subyektiv əlamətlərlə xarakterizə olunur. Əqdin 
hüquqazidd (qanunazidd) xarakteri onun obyektiv əlamətidir. Subyektiv əlamət isə 
-  tərəflərin  əqdin  hüquqazidd  (qanunazidd)  olduğunu  başa  düşdükləri  halda,  onu 
bağlamaq və icra etmək niyyətləri olması ilə əlaqədardır. 
Formasına  görə  bağlanan  əqdlərin  etibarsızlığı  onunla  şərtlənir  ki,  qanunla 
müəyyən  olunmuş  formaya  riayət  edilmir.  Formanı  pozmaqla  bağlanmış  əqdlər 
bilavasitə qanunda göstərilmiş hallarda etibarsız sayılır. 
İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: 
1)  daxili  iradənin  deyil,  yalnız  iradə  ifadəsinin  mövcudluğu.  Bunlara 
zorakılıq,  hədə  təsiri  altında  bağlanan  əqdlər,  habelə  öz  hərəkətlərinin 
mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən 
şəxslərin bağladıqları əqdlər aiddir. 
2)  iradə  ifadəsinin  daxili  iradənin  düzgün  əks  etdirməməsi.  Məsələn,  bir 
tərəfin  nümayəndəsinin  digər  tərəflə  pis  niyyətlə  razılığa  gəlməsi 
nəticəsində bağlanmış əqdlər və s. 
3)  daxili  iradənin,  qeyri-normal  amillərin  təsiri  altında  formalaşması.  Bu 
cür  etibarsız  əqdlərə  aldatma,  yanılma  və  ya  ağır  vəziyyətə  düşmə 
KitabYurdu.az 
111
 

nəticəsində bağlanan əqdləri misal göstərmək olar. 
4)  iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir: 
uydurma və yalan əqdlər. 
Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi 
nəticələr  yaratmaq  niyyəti  olmadan  yalnız  görünüş  üçün  bağlanmış  əqddir. 
Uydurma  əqd  əhəmiyyətsizdir.  Yalan  əqd  isə  başqa  əqdi  pərdələmək  məqsədilə 
bağlanan  əqddir.  Yalan  əqd  etibarsızdır.  Yalan  əqdə  onun  mahiyyəti  nəzərə 
alınmaqla,  tərəflərin  həmin  əqdi  bağlayarkən  əslində  nəzərdə  tutduqları  əqdə  aid 
olan qaydalar tətbiq edilir. 
Ümumiyyətlə,  əqdin  etibarsızlığı  o  deməkdir  ki,  əqd  formasında  həyata 
keçirilən  hərəkətlər  hüquqi  fakt  əlamətinə  malik  olmur.  Etibarsız  əqd  onun 
etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu 
cür əqd bağlandığı andan etibarsızdır. 
Hüquq  normasına  uyğun  gəlməyən  əqdlər  bağlandığı  andan  buna  aid 
iddianın  qaldırılmasından  və  məhkəmə  tərəfindən  etibarsız  sayılıb-
sayılmamasından  asılı  olmayaraq  özlüyündə  əhəmiyyətsiz  əqdlərdir.  Bu  cür 
əqdlərin etibarsızlığı nəticələrinin tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli 
sürə  bilər.  Məhkəmənin  bu  cür  nəticələri  öz  təşəbbüsü  ilə  tətbiq  etmək  ixtiyarı 
vardır.
 
Bağlandığı  andan  tərəflər  üçün  hüquq  və  vəzifələr  yaradan,  lakin  etiraz 
nəticəsində  məhkəmə  qaydasında  etibarsız  hesab  edilən  əqdlər  mübahisəli  əqdlər 
adlanır.  Bu  əqdlər  məhkəmədə  mübahisələndirilməmişsə  və  onlar  tərəfindən 
etibarsız  sayılmamışdırsa,  qüvvədə  qalır.  Əqdi,  həmin  hissə  daxil  edilmədən 
bağlamağın  mümkünlüyü  güman  edilərsə,  əqdin  bir  hissəsinin  etibarsız  sayılması 
onun qalan hissələrinin etibarsızlığına səbəb olmur.
 
Əgər  mübahisəli  əqdi  məhkəmə  etibarsız  sayırsa  o,  bağlandığı  andan  belə 
hesab  edilir,  məhkəmənin  qətnaməsi  geriyə  qüvvəyə  malik  olur.  Əqdin  etibarsız 
sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir.
 
Əgər  belə  əqd  tərəflərdən  biri  və  yaxud  hər  ikisi  tərəfindən  icra  edilmişsə 
onda məsələ bir qədər mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio – 
bərpa deməkdir) tətbiq olunur.
 
Mülki  hüquqda  əqd  etibarsız  sayıldıqda,  əqd  bağlamış  tərəflərin  əvvəlki 
vəziyyətlərinə qaytarılması restitusiya adlanır.
 
Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur:
 
1)  ikitərəfli restitusiyanın tətbiq edilməsi; 
2)  birtərəfli restitusiyanın tətbiq edilməsi; 
3)  restitusiyanın rədd edilməsi. 
Mülki  Məcəllənin  337.5-ci  maddəsinə  uyğun  olaraq,  əqd  etibarsız  olduqda, 
əgər  bu  Məcəllədə  onun  etibarsızlığının  ayrı  nəticələri  nəzərdə  tutulmayıbsa, 
tərəflərdən  hər  biri  əqd  üzrə  aldıqlarının  hamısını  digər  tərəfə  qaytarmağa, 
alınanları  eyni  ilə  qaytarmaq  mümkün  olmadıqda  isə  (o  cümlədən  alınanlar 
əmlakdan  istifadədə,  görülmüş  işdə  və  ya  göstərilmiş  xidmətdə  ifadə  olunduqda) 
onun  dəyərini  pulla  ödəməlidir.  Bir  sözlə,  tərəflər  müqavilə  bağlayanadək 
olduqları  əvvəlki  vəziyyətlərinə  qaytarılır.  Belə  nəticələr  ikitərəfli  restitusiya 
adlanır. Yetkinlik yaşına çatmayan, fəaliyyət qabiliyyəti olmayan, habelə fəaliyyət 
qabiliyyəti  məhdudlaşdırılmış  fiziki  şəxslərin  bağladıqları  əqdlər  üzrə  məhz 
KitabYurdu.az 
112
 

ikitərəfli  restitusiyaya  yol  verilir.  Mülki  hüquqda  bir  qayda  olaraq,  ikitərəfli 
restitusiya tətbiq olunur.
 
Əqd  bağlayarkən  tərəflərdən  biri  qəsdən  digər  tərəfin  zərərinə,  onun 
hüquqlarını  və  qanuni  mənafeyini  pozmaqla  və  yaxud  dövlətin  və  cəmiyyətin 
mənafeyinə  zidd  hərəkət  etdiyi  halda  yalnız  birtərəfli  restitusiya  tətbiq  edilir. 
Birtərəfli restitusiyaya zərər çəkən barəsində yol verilir. Aldatma, zorakılıq, hədə 
təsiri altında, habelə bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa 
gəlməsi  və  ya  şəxsin  ağır  vəziyyətə  düşməsi  nəticəsində  bağlanmış  əqdlər  üçün 
məhz  birtərəfli  restitusiya  nəzərdə  tutulur.  Bu  zaman  yalnız  təqsirli  tərəf  aldığını 
bütünlüklə qaytarır və çəkilmiş xərcləri ödəyir, zərərçəkənin təqsirli tərəfdən aldığı 
isə dövlət mədaxilinə tutulur.
 
Əqdin  etibarsız  sayılmasının  xüsusi  bir  nəticəsini  restitusiyanın  rədd 
edilməsi  və  yaxud  restitusiyaya  yol  verilməməsi  təşkil  edir.  Restitusiyanın  rədd 
edilməsi  dedikdə,  tərəflərdən  heç  birinin  əvvəlki  vəziyyətə  qaytarılmaması  başa 
düşülür.  Bu  zaman  hər  iki  tərəfin  icra  etdiyi  və  ya  icra  etməli  olduğu  dövlət 
mədaxilinə  keçir.  Bu  qayda  əsasən,  tərəflərin  hər  ikisinin  hərəkətlərində  qəsd 
olduğu hallarda tətbiq olunur.
 
Bəzi  hallarda  əqdin  etibarsız  sayılması,  əqdin  etibarsızlığında  təqsirli  tərəf 
üçün digər tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir.
 
Göründüyü  kimi  mülki  hüquqda  əqdin  etibarsız  sayılmasının  mühüm 
əhəmiyyəti vardır. Bu, hüquq qaydalarının qorunmasına, qanunazidd olan hüquq və 
vəzifələrin yaranmasının qarşısını almağa yönəldilməklə mülki dövriyyənin normal 
inkişafına şərait yaradır.
 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin