1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
KY0000391


KitabYurdu.az 
125
 

4)  qanunvericilikdə 
nəzərdə 
tutulmuş 
digər 
şərtlərlə. 
          Bələdiyyə  mülkiyyətində  olan  su  təsərrüfatı obyektlərindən,  əsasən  əhalinin 
həyat və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq, onları içməli 
su ilə təchiz etmək, təsərrüfat-məişət ehtiyaclarını ödəmək, habelə kütləvi istirahət 
(rekreasiya), müalicə, turizm, idman və başqa məqsədlər üçün istifadə edilir. 
 
Mülkiyyət  hüququnun  növləri.  Mülkiyyət  hüququnun  formaları  öz 
növbəsində  növlərə  bölünə  bilər.  Məsələn,  vətəndaşların  və  ya  hüquqi  şəxslərin 
mülkiyyəti  növ  kimi  müvafiq  mülkiyyət formalarının tərkibində  nəzərdən  keçirilə 
bilər. 
Mülkiyyətin  növlərə  ayrılmasının  müxtəlif  səbəbləri  ola  bilər.  Növlər  bir 
mülkiyyət  formasının  hüdudlarından  çıxmaya  da  bilər  (dövlət  -  bələdiyyə),  eyni 
zamanda,  mülkiyyətin  formasından  asılı  olmaya  da  bilər.  Məsələn,  ümumi 
mülkiyyət hüququnun iki növü - paylı mülkiyyət və birgə mülkiyyət hüququ iki və 
daha artıq şəxsə məxsusdur. Burada payçılar qismində həm dövlət, həm də xüsusi 
mülkiyyətçilər çıxış edə bilər. 
Mülkiyyətin  növlərə  bölünməsi  konkret  əmlakdan  da  asılı  ola  bilər.  Bu 
nöqteyi-nəzərdən  mülkiyyət  hüququnu  daşınar  və  daşınmaz  əmlaka  görə  də 
fərqləndirmək olar. 
Mülkiyyət  hüququnun  növləri  eyni  zamanda  yarımnövlərə  də  ayrıla  bilər. 
Məsələn,  xüsusi  mülkiyyətin  növü  kimi  hüquqi  şəxslərin  mülkiyyətini  öz 
növbəsində  təsərrüfat  ortaqlıqları  və  cəmiyyətləri,  istehsal  və  istehlak 
kooperativləri, ictimai və dini təşkilatların mülkiyyətinə və s. bölmək olar. 
Mülki  qanunvericilikdə  mülkiyyət  hüququnun  xüsusi  bir  növü  olan  ümumi 
mülkiyyət hüququna geniş yer verilir. 
İki  və  ya  bir  neçə  şəxsin  (mülkiyyətçilərin)  eyni  bir  əmlak  üzərində 
mülkiyyəti ümumi mülkiyyət adlanır. Ümumi mülkiyyət hüququ dedikdə, eyni bir 
əmlakın  bir  neçə  şəxsə  məxsus  olduğunu  təsbit  və  mühafizə  edən,  həmin  əmlak 
üzərində  ümumi  mülkiyyətçilər  tərəfindən  birlikdə  sərəncam  verilməsini, 
sahibliyini və istifadə etmələrini  nizama  salan  hüquq  normalarının məcmusu başa 
düşülür. Ümumi mülkiyyət hüququ aşağıdakı əlamətləri ilə xarakterizə edilir: 
1.  Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada 
subyektlərin sayı həmişə ikidən artıq olur; 
2.  Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə 
olunur. 
Ümumi  mülkiyyət  iştirakçıları  mülkiyyət  hüququnu  bütün  mülkiyyətçilərin 
razılığı  ilə  həyata  keçirirlər.  Onlardan  heç  biri  digər  mülkiyyətçilərin  razılığı 
olmadan əmlak üzərində sərəncam verməyə haqlı deyildir. 
Ümumi  mülkiyyət  hüququ  qanundan,  müqavilədən,  vərəsəlikdən  və  digər 
əsaslardan əmələ gələ bilər. 
Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir: 
1.  Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət); 
2.  Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət). 
 
Ümumi mülkiyyətin növləri arasındakı fərq ondan ibarətdir ki, paylı ümumi 
mülkiyyətdə iştirak edən hər bir şəxsin payı əvvəlcədən məlum olur. Birgə ümumi 
mülkiyyətdə isə iştirakçıların payı məlum olmur. 
Paylar  məlum  olan  ümumi  mülkiyyətin  iştirakçılarının  payları  bərabər  və 
yaxud  qeyri-bərabər  ola  bilər.  Mülki  Məcəllənin  214-cü  maddəsinə  əsasən,  əgər 
paylı  mülkiyyət  mülkiyyətçilərinin  payları  bu  Məcəlləyə  əsasən,  təyin  edilə 
bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar 
bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi 
mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan 
KitabYurdu.az 
126
 

asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin 
edilə bilər. 
Paylı  mülkiyyətin  mülkiyyətçisi  ümumi  mülkiyyətdən  istifadənin 
müəyyənləşdirilmiş  qaydasına  əməl  etməklə  öz  hesabına  bu  əmlakı  yaxşılaşdıran 
əlavələr  etmişsə  və  həmin  əlavələr  əmlakdan  ayrıla  bilməzsə,  ümumi  mülkiyyət 
hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 
Paylı  mülkiyyətdə  olan  əşyaya  sahiblik  və  ondan  istifadə  onun  bütün 
mülkiyyətçilərinin  razılaşması  əsasında,  razılaşma  əldə  edilmədikdə  isə 
məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 
Paylı mülkiyyətdə hər bir iştirakçı öz payını bağışlama, mübadilə, satma yolu 
ilə  özgələşdirmək  hüququna  malikdir.  Lakin  pay  satılarkən  qalan  iştirakçılara 
həmin payı almaq üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər bir iştirakçısı 
öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Əmlakı onun təsərrüfat 
təyinatına zərər yetirmədən bölmək mümkün olmadıqda payın əvəzi pulla verilir. 
Ümumi  mülkiyyətin  ikinci  növü  birgə  mülkiyyətdir.  Birgə  mülkiyyət 
dedikdə,  əmlak  üzərində  bir  neçə  şəxsin  paylar  məlum  olmayan  mülkiyyəti  başa 
düşülür. Birgə mülkiyyətin də iki növü fərqləndirilir: 
1.  Ər-arvadın birgə mülkiyyəti; 
2.  Kəndli  (fermer)  təsərrüfatı  üzvlərinin  birgə  mülkiyyəti.  Ər-arvad  və 
yaxud kəndli (fermer) təsərrüfatı üzvləri mülkiyyət hüququnu - sahiblik, istifadə və 
sərəncam  hüququnu  öz  aralarında  razılığa  əsasən,  həyata  keçirirlər.  Birgə 
mülkiyyət  hüququna  əşyanın  (əmlakın)  özgəninkiləşdirilməsi  və  ya  birgə 
mülkiyyətin  əmələ  gəlməsinə  əsas  vermiş  ümumiliyin  mövcudluğuna  son 
qoyulması ilə xitam verilir. 
 
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı). 
 
 
Mülkiyyət  hüququ  elə  subyektiv  hüquqlara  aiddir  ki,  o  müəyyən  hüquqi 
faktların olması və yaxud onların məcmusu zamanı əldə edilir. Belə hüquqi faktlar 
mülkiyyət hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır. 
Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə 
bölünür. İlkin və törəmə üsulların fərqləndirici kriteriyalarına gəlincə, birincisində 
kriteriya kimi iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür. 
İradəvi  kriteriya  tərəfdarları  hesab  edirlər  ki,  mülkiyyət  hüququnun  əldə 
edilməsinin ilkinə elə üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı 
olmayaraq  əldə  edilir.  Törəmədə  isə  mülkiyyət  hüququ  mülkiyyətçi  sələfin 
iradəsindən asılı olaraq əldə edilir. 
Hüquq  varisliyi  üsullarının  tərəfdarları  isə  ilkinə  o  üsulları  aid  edirlər  ki, 
onun  əsasında  hüquq  varisliyi  yoxdur,  törəmədə  isə  üsullar  hüquq  varisliyinə 
söykənir. 
Bu  mübahisələr  həm  nəzəri,  həm  də  praktiki  əhəmiyyət  daşıyır.  Məsələn, 
iradəvi kriteriyanın tərəfdarları milliləşdirməni sözsüz olaraq mülkiyyət hüququnun 
əldə  edilməsinin  ilkin  üsullarına  şamil  edirlər.  Dövlət  bu  zaman  əvvəlki 
mülkiyyətçinin  iradəsi  ziddinə  olaraq  mülkiyyətçi  olur.  Əksinə,  hüquq  varisliyi 
üsullarının  tərəfdarları  isə  milliləşdirməni  mülkiyyət  hüququnun  əldə  edilməsinin 
törəmə üsulu hesab edirlər. 
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə üsulları qüvvədə olan 
qanunvericiliklə  birbaşa  olaraq  təsbit  edilməmişdir.  Lakin  bu  üsullar  qanunun 
təfsirində öz əksini tapır. 
İlkin üsulla mülkiyyət hüququnun əldə edilməsi o deməkdir ki, əşya üzərində 
KitabYurdu.az 
127
 

mülkiyyət hüququ əvvəllər heç kəsə məxsus olmamışdır və ilk dəfə əldə edilir. 
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsuluna aşağıdakılar aid edilir: 
yeni  hazırlanmış  əşya  üzərində  mülkiyyət  hüququnun  əldə  edilməsi;  emal; 
yığılması  hamıya  müyəssər  olan  əmlakın  mülkiyyətə  götürülməsi;  sahibsiz  əmlak 
üzərində  mülkiyyət  hüququ;  tapıntı;  nəzarətsiz  heyvanlar;  dəfinə;  əldə  etmə 
müddəti;  özbaşına  (icazəsiz)  tikilmiş  tikililər  üzərində  mülkiyyət  hüququnun  əldə 
edilməsi və s. 
Mülkiyyət  hüququnun  törəmə  üsulla  əldə  edilməsinə  aiddir:  milliləşdirmə; 
özəlləşdirmə;  hüquqi  şəxsin  ləğvi  və  yenidən  təşkili  zamanı  onun  əmlakına 
mülkiyyət  hüququnun  əldə  edilməsi;  rekvizisiya  və  müsadirə;  vərəsəlik  hüququ 
əsasında mülkiyyət hüququnun əldə edilməsi və s. 
Bu üsulların bəziləri (məsələn, rekvizisiya, müsadirə və s.) həm də mülkiyyət 
hüququnun itirilməsi (xitamı) üsullarına aiddir. Çünki bazar iqtisadiyyatı dövründə 
şeylərin mülki dövriyyədə dolanmasının yüksəlməsi, onlara sahiblik hüququnun da 
tez-tez  dəyişməsi  ilə  səciyyələnir.  Bu  isə  bir  şəxsdə,  mülkiyyət  hüququnun  əldə 
edilməsi, digər şəxsdə isə belə hüquqların itirilməsinə səbəb olur. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  elə  üsulları  var  ki,  onlar  həm  ilkin, 
həm də törəmə kimi çıxış edirlər. Məsələn, bəhər və gəlirə mülkiyyət hüququ və s. 
Mülkiyyət  hüququnun  əldə  edilməsi  üsulları  mülkiyyət  hüququnun  bütün 
növləri  üçün  və  yaxud  mülkiyyət  hüququnun  bir  növü  üçün  səciyyəvi  ola  bilər. 
Məsələn, alqı-satqı müqaviləsi mülkiyyət hüququnun hər bir növünün əldə edilməsi 
üçün  əsas  ola  bilər.  Elə  üsullar  da  var  ki,  onlar  mülkiyyət  hüququnun  yalnız  bir 
növünün əldə edilməsi üçün səbəb ola bilər. Məsələn, milliləşdirmə, müsadirə və s. 
ancaq  dövlət  mülkiyyət  hüququnun  əldə  edilməsi  üçün  əsasdır.  Belə  üsullara 
qanunla müəyyən edilmiş hallarda fiziki və hüquqi şəxslərdən alınan vergi, rüsum, 
gömrük və s. aid etmək olar. 
Mülkiyyət hüququnun əldə edilməsinin ayrı-ayrı üsullarını nəzərdən keçirək. 
Yeni yaradılmış və ya hazırlanmış əşya üzərində mülkiyyət hüququnun əldə 
edilməsi ilkin üsuldur, belə ki, mülkiyyət hüququ əvvəllər olmayan əmlak üzərində 
yaranır. Əmlakı yaradan və ya hazırlayan (qanuni yolla) onun mülkiyyətçisi hesab 
olunur. Belə əmlak daşınar və daşınmaz əmlak ola bilər. Daşınmaz əmlak üzərində 
mülkiyyət hüququ dövlət qeydiyyatına alman vaxtdan əldə edilir. 
Emal və spesifikasiya mülkiyyət hüququnun əldə edilməsi üsulu kimi onunla 
xarakterizə olunur ki, əmlak başqasının materialı üzərində şəxsin əməyi nəticəsində 
yaranır.  Əgər  müqavilədə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  əşya  üzərində 
mülkiyyət hüququnu material sahibi əldə edir. 
Elə  hallar  olur  ki,  emal  və  spesifikasiya  edən,  özgə  materialından 
mülkiyyətçi  ilə  müvafiq  müqavilə  olmadan  istifadə  edir.  Bu  zaman  emal  edən  üç 
halda yeni yaradılan əmlakın sahibi ola bilər: 
1)  əməyin  dəyəri  materialın  dəyərindən  əhəmiyyətli  dərəcədə  yüksək 
olduqda; 
2)  emal  edən  vicdanlı  olduqda,  yəni  o  işi  başa  çatdırana  qədər  materialın 
başqasına məxsus olduğunu bilməmiş olduqda; 
3)  spesifikator (emal edən) əşyanı kommersiya məqsədi üçün deyil, öz şəxsi 
məqsədi  üçün  düzəltmiş  olduqda.  Bu  əlamətlərdən  hər  hansı  biri  olmayanda 
mülkiyyətçi materialın sahibi olur. 
Əgər  müqavilədə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  əşyanın  sahibi  olan 
material  mülkiyyətçisi  spesifikatorun  (ustanın  və  s.)  haqqını  ödəməlidir;  əgər 
mülkiyyətçi spesifikator olsa materialın dəyərini ödəməlidir. Belə qayda müqavilə 
olmayanda da tətbiq olunur. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsullarından  biri  də  yığılması 
KitabYurdu.az 
128
 

hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi üsuludur. Qanunvericiliyə, 
mülkiyyətçinin  verdiyi  ümumi  icazəyə  və  ya  yerli  adətə  uyğun  olaraq  meşələrdə, 
sututarlarda və ya başqa ərazidə gilə-meyvə yığılmasına, balıq tutulmasına, heyvan 
ovuna və ya hamıya müyəssər olan digər əmlakın yığılmasına yol verildiyi hallarda 
müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan və ya ovlayan şəxs eldə edir. 
Hüququn obyekti kimi mülki dövriyyədə olan əmlak, eyni zamanda subyektə 
-  məxsus  olduğu  sahibkara  malikdir.  Ola  bilər  ki,  bəzən  əmlak  bu  və  ya  digər 
hüquqi faktlar nəticəsində sahibsiz olur. Sahibsiz əmlak dedikdə, sahibi olmayan və 
ya sahibi naməlum olan əmlak başa düşülür. Mülkiyyətçinin imtina etdiyi daşınar 
əşya da sahibsiz əmlak hesab olunur. Mülki Məcəllənin 185-ci maddəsinə əsasən, 
mülkiyyət  hüququndan  imtina  etmək  məqsədilə  mülkiyyətçinin  atdığı  və  ya  digər 
şəkildə  əl  çəkdiyi  daşınar  əşyanı  (atılmış  əmlakı)  başqa  şəxslər  öz  mülkiyyətinə 
yönəldə bilər. 
Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya 
başqa  obyekt  olan  şəxs,  əgər  orada  dəyəri  şərti  maliyyə  vahidi  miqdarının  elli 
mislindən aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, 
faydalı  qazıntıların  çıxarılması  zamanı  əmələ  gələn  təpəciklər,  istehsal  tullantıları 
və  başqa  tullantılar  varsa,  həmin  əmlakdan  istifadəyə  başlamaqla  və  ya  əmlakı 
mülkiyyətə  yönəltdiyini  göstərən  digər  hərəkətlər  etməklə,  onu  öz  mülkiyyətinə 
yönəltmək hüququna malikdir. 
Atılmış  başqa  əmlak  onu  sahibliyə  başlamış  şəxsin  mülkiyyətinə  o  zaman 
daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab 
edilir. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsullarından  biri  de  tapıntıdır. 
Tapıntı o əşyalar hesab olunur ki, mülkiyyətçinin və ya onun səlahiyyətlərini həyata 
keçirən  şəxsin  iradəsindən  asılı  olmayan  səbəblər  üzündən  onun  sahibliyindən 
çıxmış və kimsə tərəfindən tapılmış olsun. 
İtirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə (mülkiyyətçisinə), 
əgər mülkiyyətçi məlum deyilsə, onda polisə dərhal xəbər verməli və həmin əşyanı 
təhvil  verməlidir.  Əşyanı  tapan  şəxsə  mülkiyyətçinin  məlum  olduğu  və  ya 
mülkiyyətçinin  əşyaya  hüququnun  artıq  polisə  bildirildiyi  hallar  istisna  olmaqla, 
əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan birillik müddət keçdikdən sonra 
tapıntıya  mülkiyyət  hüququ  əldə  edir.  Mülkiyyət  hüququnun  əldə  edilməsi  ilə  bir 
vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir. 
Əşyanı  tapan  şəxs,  onu  mülkiyyətçisinə  verdiyi  zaman  tapılmış  əşyanın 
dəyərinin 5 %-i miqdarında bəxşiş tələb edə bilər. 
Tapıntı ilə dəfinənin müəyyən oxşarlığı var. Bu hər ikisində gözlənilmədən 
özgə əmlakının tapılmasıdır. Bununla bərabər dəfinənin özünün xüsusiyyətləri var. 
Dəfinə, yəni müəyyən niyyətlə torpağa basdırılmış və ya sair üsullarla gizlədilmiş 
elə pul və ya qiymətli əşyalardır ki, onun mülkiyyətçisini müəyyən etmək olmur və 
ya  mülkiyyətçi  qanuna  əsasən,  bu  əşyalara  mülkiyyət  hüququnu  itirmiş  olur. 
Mülkiyyətçinin  iradəsindən  asılı  olmayaraq  itirilmiş  tapıntıdan  fərqli  olaraq, 
dəfinəni düşünülmüş qaydada gizlədilən qiymətli əşya hesab etmək olar. 
Dəfinənin aşkar edilməsi üsulları müxtəlifdir. Əgər dəfinənin mülkiyyətçisini 
müəyyənləşdirmək  mümkün  olmasa,  onda  dəfinə,  onun  gizlədildiyi  torpaq 
sahəsinin  və  yaxud  tikilinin  mənsub  olduğu  şəxslə  dəfinəni  aşkar  etmiş  şəxsin 
mülkiyyətinə,  bərabər  paylar  şəklində  daxil  olur.  Dəfinənin  aşkar  edilməsi  şəxsin 
əmək və ya qulluq vəzifələrindən irəli gəlmirsə, həmin şəxs dövlətə təhvil verdiyi 
qiymətli əşyanın dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdir. 
Mülkiyyət hüququnun əldə edilməsi üsullarından olan nəzarətsiz heyvanların 
hüquqi  rejimindən  Mülki  Məcəllənin  192-ci  maddəsində  bəhs  edilir.  Həmin 
KitabYurdu.az 
129
 

maddəyə  uyğun  olaraq,  nəzarətsiz  və  ya  otlamağa  buraxılmış  mal-qaranı  və  ya 
digər  nəzarətsiz  heyvanları  tutan  şəxs  onları  mülkiyyətçisinə  qaytarmalıdır, 
heyvanların  mülkiyyətçisi  və  ya  onun  olduğu  yer  bilinmədikdə  isə  onları  tutduğu 
andan  ən  geci  üç  gün  keçənədək  aşkar  etdiyi  heyvanlar  barədə  polisə  xəbər 
verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir. 
Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay 
müddətində  onların  mülkiyyətçisi  aşkar  edilməzsə  və  ya  özü  onlara  hüququnu 
bildirməzsə,  heyvanları  saxlayan  və  onlardan  istifadə  edən  şəxs  onlara  mülkiyyət 
hüququ əldə edir. Həmin şəxs saxladığı heyvanları mülkiyyətə götürməkdən imtina 
etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur. 
Nəzarətsiz  heyvanlar  mülkiyyətçisinə  qaytarıldıqda,  onları  saxlamış  şəxs, 
heyvanlardan  istifadə  nəticəsində  götürdüyü  mənfəəti  çıxmaq  şərtilə,  onların 
saxlanması  ilə  bağlı  çəkdiyi  zəruri  xərclərin  əvəzinin  heyvanların  mülkiyyətçisi 
tərəfindən  ödənilməsi  hüququna  malikdir.  Nəzarətsiz  heyvanları  tutmuş  şəxs 
onların mülkiyyətçisindən tutduğu heyvanların dəyərinin 5 %-i miqdarında bəxşiş 
tələb edə bilər. Bundan başqa, nəzarətsiz heyvanları tutan şəxs səlahiyyətli şəxsdən 
həmin  heyvanlar  saxlanması  xərclərinin  əvəzini  ödəməyi  de  tələb  edə  bilər.  Əgər 
heyvanları  tutan  şəxs  bu  barədə  məlumat  verməmişsə  və  ya  onu  gizlətməyə  cəhd 
göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir. 
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından bırı də mülkiyyətin 
əldəetmə  müddətidir.  Müddəti  əldə  edənin  mülkiyyət  hüququ  əvvəlki 
mülkiyyətçinin iradəsindən asılı olmayaraq əmələ gəlir. Həm fiziki, həm də hüquqi 
şəxslərin əldəetmə müddətinə görə mülkiyyət hüququ yarana bilər. 
Əldəetmə  müddətinə  görə  mülkiyyət  hüququnun  yaranması  üçün  qanunda 
nəzərdə tutulan müəyyən şərtlərin (rekvizitlərin) olması vacibdir. 
Birinci,  qanunda  nəzərdə  tutulmuş  əldəetmə  müddətinin  vaxtı  başa 
çatmalıdır.  Bu  zaman  daşınmaz  (məsələn,  ev  və  s.)  və  daşınar  (avtomobil  və  s.) 
əmlaka  mülkiyyət  hüququnun  əldə  olunması  bir-birindən  fərqlənir.  Daşınmaz 
əmlakın  mülkiyyətçisi  olmayan,  lakin  on  il  ərzində  ona  öz  əmlakı  kimi  vicdanla, 
açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ 
əldə edir (Mülki Məcəllənin 179.1-ci maddəsi). 
İkinci,  müddətli  əldə  edən  əmlakı  öz  şəxsi  əmlakı  kimi  əldə  edərkən  onun 
digər mülkiyyətçisinin olmamasını nəzərə almalıdır, əks halda müddətli əldəetmənin 
rekvizitləri yox olmuş olur, həm də sahibliyin vicdanlılıq və aşkarlığı şübhə altına 
alınmış olur. 
Üçüncü,  o  əmlakı  vicdanlı  əldə  etməlidir.  Bu  o  deməkdir  ki,  əmlakı  əldə 
edən  həmin  əmlak  üzərində  mülkiyyət  hüququna  malik  olmamasını  bilmir  və 
bilməməlidir.  Belə  ki,  hüquq  təsdiqedici  sənədlərin  olmaması  (məsələn,  yaşayış 
evinə) hələ əldə edənin vicdansız olmasına dəlalət etmir. 
Dördüncü, əmlakı əldə edən onu açıq əldə etməli, gizlətməməlidir. Əks halda 
onun  həm  vicdanlı,  həm  də  qanunla  tələb  olunan  rekvizitlərinin  olmasına  şübhə 
yaranar. 
Beşinci, müddətli əldəetmə yuxarıda deyilən şərtlərə cavab verməklə həm də 
daimi  (fasiləsiz)  olmalıdır.  Müddətli  əldəetmə  üzrə  mülkiyyət  hüququnun  əmələ 
gəlməsinin  axma  müddəti  əldə  edənin  əmlakı  sahibinə  qaytarmaq  barədə 
öhdəliklərinin  etiraf  olunması  və  ya  ona  səlahiyyətli  şəxs  tərəfindən  əmlakın 
qaytarılması barədə təqdim olunan iddia ilə kəsilmiş olur. 
Mülki  qanunvericilik  özbaşına  tikinti  və  onun  nəticələrini  də  mülkiyyət 
hüququnun  əldə  edilməsinin  ilkin  üsullarına  şamil  edir.  Tikinti  məqsədləri  üçün 
ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma 
və  tikinti  normalarını  və  qaydalarını  ciddi  surətdə  pozmaqla  tikilmiş  yaşayış  evi, 
digər  tikili,  qurğu  və  ya  başqa  daşınmaz  əmlak  özbaşına  tikinti  sayılır.  Özbaşına 
KitabYurdu.az 
130
 

tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam 
vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı 
yoxdur. Belə özbaşına tikilmiş tikintilər məhkəmənin qətnaməsinə əsasən, əvəzsiz 
olaraq alınıb bələdiyyə fonduna verilə bilər və ya yerli orqanların qərarına əsasən, 
onları tikdirən şəxs tərəfindən və ya onun hesabına sökülə bilər. 
Belə  tikintilərə  mülkiyyət  hüququ  məhkəmə  tərəfindən  o  şəxs  üçün  tanına 
bilər  ki,  tikinti  aparılmış  torpaq  sahəsi  onun  mülkiyyətində  olsun.  Əgər  tikintinin 
saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və 
ya  fiziki  şəxslərin  həyatı  və  sağlamlığı  üçün  təhlükə  yaradırsa,  göstərilən  şəxsin 
özbaşına  tikintiyə  mülkiyyət  hüququ  tanına  bilməz  (Mülki  Məcəllənin  180.3-cü 
maddəsi). 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  mühüm  üsullarından  biri  də  törəmə 
üsuldur.  Törəmə  üsulla  mülkiyyət  hüququnun  yaranması dedikdə, əmlak  üzərində 
mülkiyyət hüququnun əvvəlki mülkiyyətçinin hüququndan törəməsi başa düşülür. 
Ölkəmizdə  vaxtilə  -  sosialist  inqilabı  nəticəsində  mülkiyyətin  hökmran 
növünün  əmələ  gəlməsində  milliləşdirmə  mühüm  rol  oynamışdır.  Milliləşdirmə 
dedikdə,  istehsal  vasitələrinin  normativ  qaydada  məcburi  dəyəri  ödənilmədən 
dövlətin xeyrinə olaraq alınması başa düşülür. 
Milliləşdirmə üçün aşağıdakılar səciyyəvidir: 
1)  əsas istehsal vasitələrinin dövlətin xeyrinə məcburi alınması; 
2)  əmlakın dəyəri ödənilmədən dövlət mülkiyyətinə keçməsi; 
3)  maddi dəyərlərin normativ qaydada, başqa sözlə, rəhbərliyin qərarı ilə və 
başqa aktlarla alınması. 
Təəssüf  ki,  ölkəmizdə  milliləşdirmə  əvəzsiz  olaraq  aparılmış,  əvvəlki 
sahiblərə  heç  bir  kompensasiya  verilməmişdir.  Onilliklər  sübut  etdi  ki,  böyük 
istehsal potensialını öz əlində cəmləşdirməklə dövlət artıq, onun idarə olunmasının 
öhdəsindən gələ bilməmişdir. 
Artıq,  fiziki  və  hüquqi  şəxslərin  əmlakının  məcburiyyət  yolu  ilə  dövlətin 
müsadirə  etməsi  imkanları  əsaslı  dəyişikliklərə  uğramışdır.  Belə  ki,  Azərbaycan 
Respublikasında  «Mülkiyyət  haqqında»  Qanunun  23-cü  maddəsində  göstərilir  ki, 
Azərbaycan  Respublikası  və  Naxçıvan  Muxtar  Respublikası  mülkiyyət  hüququna 
xitam  verən  qanunvericilik  aktları  qəbul  etdikdə  həmin  aktların  qəbul  olunması 
nəticəsində  mülkiyyətçiyə dəyən zərərin əvəzi  məhkəmənin qərarı ilə Azərbaycan 
Respublikası və Naxçıvan MR tərəfindən mülkiyyətçiyə tam həcmdə ödənilir. 
Hazırda  ölkəmizdə  özəlləşmə,  yəni  dövlət  əmlakının  fiziki  və  hüquqi 
şəxslərin  mülkiyyətinə  verilməsi  prosesi  gedir.  Bu  zaman  dövlət  mülkiyyətinə 
xitam verilməsi və bunun əsasında fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun 
əldə edilməsi hüquq varisliyi qaydasında baş verir. 
Törəmə üsullardan biri də hüquqi şəxsin ləğvi və ya yenidən təşkili zamanı 
mülkiyyət hüququnun əldə edilməsidir. 
Yenidən  qurulması  zamanı  hüquqi  şəxsin  əmlakı  hüquqi  varislərə  keçir. 
Müəssisə ləğv edildikdə isə kreditorlarla haqq-hesab çəkildikdən sonra yerdə qalan 
hissə  hüquq  varisləri  arasında  bölünür.  Bu  zaman  müəssisənin  təsis  müqaviləsi 
nəzərə  alınır.  Əgər  ləğv  olunan  hüquqi  şəxs  ictimai  təşkilatdırsa,  onun  əmlakı  ilə 
nizamnaməsində  nəzərdə  tutulmuş  qaydada  rəftar  olunur.  Bütün  bu  sahədə 
mübahisəli məsələlər məhkəmə qaydasında həll olunur. 
Rekvizisiya  və  müsadirə  də  mülkiyyət  hüququnun  əldə  edilməsinin  törəmə 
üsullarındandır. 
Hüquq  pozuntusu  üçün  sanksiya  olaraq  dövlət  tərəfindən  əmlakın  məcburi, 
dəyəri  ödənilmədən  alınmasına  müsadirə  deyilir.  Belə  hallarda  dövlət  həmin 
əmlaka görə mülkiyyətçinin öhdəliklərindən ötrü cavabdeh deyildir. 
Cinayət  hüququ  müsadirəyə  tamah  məqsədilə  edilmiş  ağır  və  xüsusilə  ağır 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin