KitabYurdu.az
137
götürülməsi barədə müəssisələrin iddiası da neqator iddia hesab oluna bilər.
Neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə
təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Məsələn, neqator iddia
mülkiyyətçi, onun əmlakdan istifadə səlahiyyətlərinə mane ola biləcək tikintinin
inşasının layihələşdirilməsinə qarşı da qaldırıla bilər.
Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, barəsində sərəncam
hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin
fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.
İddia hüquq pozuntusunun davam etdiyi və onun nəticələrinin aradan
qaldırılmadığı müddətdə qaldırıla bilər. Mülkiyyət hüququnun həyata keçirilməsinə
olan maneələr aradan qaldırıldıqdan sonra neqator müdafiə üçün əsaslar aradan
qalxmış olur.
Demək, vindikasiya iddiasından fərqli olaraq neqator iddia üzrə hüquq
münasibətləri iddia müddətinin təsirinə məruz qalmır. Burada hüquq pozuntusunun
baş vermə müddəti əhəmiyyət kəsb etmir, çünki iddia bu pozuntunun davam etdiyi
vaxtda istənilən anda qaldırıla bilər.
Əgər üçüncü şəxs özünün hərəkətlərinin hüquqa uyğun olduğunu sübut
edərsə, neqator iddianın təmini rədd edilir.
Vindikasiya və neqator iddialardan başqa mülkiyyət hüququnun müdafiəsi
daha bir əşya-hüquqi vasitə ilə - mülkiyyət hüququnun etiraf edilməsi haqqında
iddia ilə təmin oluna bilər. Qeyd olunmalıdır ki, bu başlıq altında olan iddialar daha
çox məhkəmə praktikasında işlədilir və onların böyük əksəriyyəti ya öhdəlik-
hüquqi xarakter daşıyır, ya da tərəflərin nisbi hüquq münasibətlərindən əmələ gəlir.
Belə münasibətlər müqavilə öhdəlikləri, vərəsəlik hüququ normaları və s. ilə
tənzimlənir. Nisbi hüquqi tellərlə bağlı olmayan, üçüncü şəxslərə yönələn iddialara
da rast gəlinir. Belə hallara misal olaraq tikinti sahibinin onun tikintiyə mülkiyyət
hüququnun tanınmasını təsdiqləyən hüquq müəyyənedici sənədlərin verilməsi
barədə yerli idarəetmə orqanlarına tələbini göstərmək olar.
Ədəbiyyatda belə tələblərin hüquqi təbiəti müxtəlif cür qiymətləndirilir.
Bəzən müəlliflərin fikrinə görə, mülki qanunvericilik mülkiyyət hüququnun
etiraf edilməsinə dair müstəqil iddia tanımır. Mülkiyyət hüququnun etiraf edilməsi
tələbi, onların fikrincə, vindikasiya və neqator iddianın tərkibi kimi çıxış edir.
Digər müəlliflər, tamamilə, haqlı olaraq deyilən iddiaya müstəqil əşya-
hüquqi vasitə kimi baxırlar.
Həqiqətən də, deyilən iddianı müstəqil iddia kimi qəbul etmədikdə
mülkiyyətçilərin bir çox konkret halda tələbinin hüquqi təsnifini vermək mümkün
olmaz. Məsələn, mülkiyyətçi maddi köməklik məqsədilə öz əşyasını müvəqqəti
olaraq əvəzsiz lombarda qoymaq üçün başqasına verir. Tərəflər razılığa gəlirlər ki,
ssuda borcları verildikdən sonra əşya mülkiyyətçiyə qaytarılacaqdır.
Belə müqavilə, hərçənd müqavilə tiplərinin hər hansı birinə uyğun gəlməsə
də hər halda öhdəliklər yaradır. Hesab edək ki, əşyanı mülkiyyətçidən alan şəxs
ssuda borclarının ödənilməsinə qədər vəfat edir. Mülkiyyətçi əşyaya olan
hüquqlarını necə müdafiə edə bilər? Bu halda tələbin vindikasiya iddiası üzrə
yönəldilməsi düz olmazdı, belə ki, lombardın əşyaya sahibliyini qanunsuz hesab
etmək olmaz, çünki, girov qoyan mülkiyyətçinin iradəsinə əsasən hərəkət etmişdir.
Bu zaman neqator iddianın köməyinə də arxalanmaq olmaz, çünki mülkiyyətçi
sahiblikdən məhrum olmuşdur. Belə olan təqdirdə mülkiyyətçi yalnız müstəqil
tələblə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası ilə çıxış edə bilər.
Beləliklə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası dedikdə, mübahisəli
əmlak üzərində iddiaçının mülkiyyət hüququ faktının üçüncü şəxslər qarşısında
təsdiq edilməsi və tanınması ilə bağlı müqavilədən kənar tələbi başa düşülür.
KitabYurdu.az
138
İddia mülkiyyətçi tərəfindən, onunla mübahisə doğuran əşyaya görə öhdəlik
və sair hüquq münasibətində olmayan, mülkiyyətçinin həmin əmlak üzərində
hüquqlarını bölən, inkar edən və tanımayan üçüncü şəxsə qarşı qaldırıla bilər.
Deyilən iddianı qaldırmaq hüququna eyni zamanda əmlak üzərində titul sahibliyi,
xüsusilə tam təsərrüfatçılıq aparan və operativ idarəçilik edən subyektlər də
malikdir.
Cavabdeh kimi belə hallarda əşyaya öz hüquqlarını elan edən və ya
etməməklə iddiaçının həmin əşyaya mülkiyyət hüququnu tanımayan üçüncü şəxslər
çıxış edir.
Mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddianın predmeti
cavabdehdən hər hansı bir öhdəliyin icrasını tələb etməyən, yalnız iddiaçının
mülkiyyət hüququnun və başqa əşya hüquqlarının tanınması faktının təsdiqi hesab
olunur. Mülkiyyət hüququnun etiraf edilməsi hüquqda şübhələri dağıdır, hüquqda
lazım olan inamı təmin edir, tərəflər arasında hüquq münasibətlərinə aydınlıq
gətirir, əmlak üzərində sahiblik, ondan istifadə və barəsində sərəncam
səlahiyyətlərinin həyata keçirilməsinin əsaslarına xidmət edir.
İddianın əsasını iddiaçının əmlak üzərində mülkiyyət və s. əşya hüquqlarının
olmasını təsdiq edən hallar təşkil edir.
Mülkiyyət hüququnun müdafiəsinin onun etiraf edilməsi yolu ilə təmin
olunmasının əsas şərti iddiaçının əmlaka öz hüquqlarının təsdiq etməsidir. Bu onun
əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq təsdiqedici sənədlərdən, habelə
mübahisəli əşyanın ona məxsus olmasını təsdiq edən digər vasitələrdən irəli gələ
bilər.
Neqator iddiada olduğu kimi mülkiyyət hüququnun etiraf edilməsi haqqında
iddia üzrə hüquq münasibətlərinə də iddia müddəti təsir etmir.
Belə ki, iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn
müdafiə edilməsinə dair tələb istənilən vaxt baxılmaq üçün məhkəmə tərəfindən
qəbul edilir.
Bütün yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək lazımdır ki,
mülkiyyətin və digər əşya hüquqlarının müdafiəsi üçün qanunvericilik tərəfindən
lazımi və təsirli üsullar müəyyən edilmişdir. Bu üsullar ölkəmizdə mülkiyyətin
Konstitusiya ilə təsbit edilmiş formalarının möhkəmlənməsinə və onun inkişaf
etməsinə xidmət edir.
TƏKRAR ÜÇÜN SUALLAR
1) Mülkiyyət və mülkiyyət hüququ institutunun anlayışını verin.
2) Mülki hüquq elmində mülkiyyət hüququ hansı mənalarda başa düşülür?
Mülkiyyət hüququnun məzmununu açın.
3) Azərbaycan Respublikası qanunvericiliyində mülkiyyətin hansı formaları
göstərilir?
4) Dövlət və bələdiyyə mülkiyyət hüququnu xarakterizə edin.
5) Xüsusi mülkiyyət hüququnun əsasını nə təşkil edir?
6) Ümumi mülkiyyət hüququ haqqında danışın.
7) Mülkiyyət hüququ hansı üsullarla əldə edilir.
8) Mülki qanunvericilikdə mülkiyyət hüququnun itirilməsinin (xitamının) hansı
növləri göstərilir?
9) Mülkiyyət hüququnun müdafiə olunması vasitələri hansılardır?
KitabYurdu.az
139
10) Vindikasiya və neqator iddia haqqında bildiklərinizi danışın.
Mövzu 7. ƏMƏK HÜQUQUNUN ƏSASLARI
P L A N
1. Əmək hüququnun anlayışı və mənbələri.
2. Kollektiv müqavilə və saziş.
3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi.
4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu.
5. Əmək müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam
verilməsinin əsasları
6. İş vaxtının və istirahət vaxtının
anlayışı və növləri.
7. Əmək intizamı və maddi məsuliyyət.
8. Əməyin mühafizəsi.
1. Əmək hüququnun anlayışı və mənbələri.
Ümumi hüquq nəzəriyyəsindən məlum olduğu kimi, hüququn sahələrə və
institutlara bölünməsi, hüquqi tənzimetmənin predmet və metodları nəzərə
alınmaqla həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin
normaları ilə nizama salınan ictimai münasibətlərin təyin edilməsi və onların
müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir.
Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin
və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı
muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün
Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək
müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə
işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək
qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair
müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir.
Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək
müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində
iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri
münasibətlər.
Əmək müqaviləsi əsasında muzdlu əmək münasibətləri, vətəndaşın (işçinin)
KitabYurdu.az
140
müəssisənin daxili əmək qaydalarına, əmək rejiminə və əməyin təşkilinin digər
xüsusiyyətlərinə tabe olmaqla müəyyən ixtisas, peşə və vəzifə üzrə əmək
funksiyasını yerinə yetirmək məqsədilə müəssisənin əmək kollektivinə daxil
olması ilə əmələ gəlir.
Əmək münasibətlərinin tənzimlənməsi ilə əmək hüquq münasibətləri
yaranır. Əmək hüquq münasibətlərinin məzmununu subyektlərin (tərəflərin) bu
hüquq münasibətlərinin yarandığı andan əldə etdikləri konkret hüquq və vəzifələr
təşkil edir. Bir tərəfin (işçinin) hüququ digər tərəfin (müdiriyyətin) konkret
vəzifələrinə uyğundur və ya əksinə. Məsələn, işçinin əmək haqqı almaq hüququ
müdiriyyətin işçiyə əmək haqqını ödəmək vəzifəsilə həyata keçir.
Lakin əmək hüququnun predmeti yalnız muzdlu əmək münasibətlərindən
ibarət deyildir. Bura əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai
münasibətlər də daxildir:
1) məşğulluq və işədüzəltmə üzrə münasibətlər;
2) təşkilati-idarəçilik münasibətləri;
3) istehsalatda kadrların peşə hazırlığı və ixtisasının artırılması üzrə
münasibətlər;
4) əmək müqaviləsi tərəflərinin bir-birinə vurduqları maddi ziyanın
ödənilməsi ilə bağlı münasibətlər;
5) əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər;
6) əmək
mübahisələrinə
baxılması
üzrə
münasibətlər
və
s.
Beləliklə, əmək qanunvericiliyi ilə tənzimlənən sosial-ictimai
münasibətlərin
dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar:
Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən
arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər
törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.
Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin
işə qəbul olunma, başqa işəkeçirmə və işdənçıxarılma qaydalarını, əməyin
ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni,
əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini,
fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir.
Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək
hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək
qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır. Bu cür
normativ aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq
normaları mövcud ola bilər.
Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiya yüksək
hüquqi qüvvəyə malik olub, qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün
qanunlar və digər dövlət orqanlarının aktları onun əsasında və ona müvafiq
qaydada qəbul edilir. Burada əməyin hüquqi tənzimləməsinin başlıca əsas
prinsipləri müəyyən edilib. Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil
hüququ), 37-ci (istirahət hüququ), 38-ci (sosial təminat hüququ), 41-ci
(sağlamlığın qorunması hüququ), 59-cu (azad sahibkarlıq hüququ) və s.
KitabYurdu.az
141
maddələrində təsbit edilən bu prinsiplər milli əmək qanunvericiliyimızin əsas
mahiyyəti və məzmununu təşkil edir.
Əmək hüququnun mənbələri sistemində konstitusiyadan sonra başlıca yeri
Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur. Azərbaycan Respublikasının
1999-cu il 1 fevral tarixli qanunu ilə təsdiq edilən və 1999-cu il iyulun 1-dən
qüvvəyə minən bu məcəllə 13 bölmə, 48 fəsil və 317 maddədən ibarətdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək
münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən
qanunvericilik aktıdır. Əmək Məcəlləsinin ümumi normalar adlanan birinci
bölməsi (maddə 1-21, birinci və ikinci fəsillər) əmək hüququnun ümumi hissəsinə
aiddir. Məcəllənin digər hissəsi isə, əmək hüququnun xüsusi hissəsinin bütün
institutlarının müvafiq ardıcıllıqla düzülüşündən ibarətdir.
İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla
müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin
münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edən bu Məcəllə
fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin
edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 2-ci maddəsinin
3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək
münasibətlərində tərəflərin:
- hüquq bərabərliyinin təmin edilməsi;
- mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə
qorunması;
- maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək
məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin
təmin edilməsi;
- əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi
təminat yaradılması prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublikamızın bazar
iqtisadiyyatına keçdiyi dövrdə əmək məhsuldarlığının artmasına, işin keyfiyyətinin
yaxşılaşmasına, ictimai məhsuldarlığın effektli dərəcədə yüksəlməsinə və bunun
əsasında işçilərin maddi və mənəvi həyat səviyyəsinin yüksəlməsinə, əmək
intizamının möhkəmləndirilməsinə və əməyin hər bir əmək qabiliyyətli insanın
həyati ehtiyacına çevrilməsinə təkan verir.
Əmək hüququnun mənbələri içərisində qanunlar, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,
həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi
yer tuturlar.
Əmək münasibətlərinin nizama salınmasında lokal normativ aktların -
kollektiv müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm
əhəmiyyəti vardır. Hal-hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin
təsərrüfat müstəqilliyinin genişlənməsi, iqtisadiyyatın idarə edilməsinin inzibati-
amirlik metodlarından imtina olunması ilə əlaqədar olaraq lokal normativ aktların
rolu və çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır.
KitabYurdu.az
142
2. Kollektiv müqavilə və saziş.
Kollektiv müqavilə və saziş hal-hazırda əmək münasibətlərinin tənziminin
müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə
əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan
əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini,
habelə müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan
digər məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir.
Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ
başlıca yer tutur. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların
təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər
tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq
danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı
yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya
yaradır.
Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və
sazişin və ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar
aparmaq
üçün
tərəflər
müvafiq
səlahiyyətlər
verilmiş
bərabərsaylı
nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tərkibi, danışıqların
gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir.
Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin
seçilməsi və müzakirə edilməsində sərbəstdirlər.
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri
olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqlar zamanı
tərəflər razılığa gelə bilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir.
Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri,
habelə danışıqların yenidən başlanması müddəti göstərilir.
Kollektiv müqavilənin tərəfləri - işəgötürən və həmkarlar ittifaqları
təşkilatıdır. Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi
çıxış edir.
Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən
ibarət olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün
həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının
(konfransının) müzakirəsinə verilir. Ümumi yığıncaqda işçilərin 50 %-dən çoxu
iştirak etdikdə səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə
edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır.
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər.
Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin
qarşılıqlı öhdəlikləri daxil edilir:
- əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının,
müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
- məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi
şərtləri;
- qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı
KitabYurdu.az
143
miqdarının tənzimlənmə mexanizmi;
- iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
- işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial
təminatlar və güzəştlərin müəyyən edilməsi;
- qadınların,
18
yaşına
çatmamış
işçilərin
əmək
şəraitinin
yaxşılaşdırılması;
- əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən
edilməsi;
- əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın
ödənilməsi;
- işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
- kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti
və s.
Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla
digər, daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də nəzərdə tutula bilər.
Məsələn, əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyət
xərclərinin ödənilməsi və digər güzəşt və əvəzlər.
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır. Kollektiv müqavilə
imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.
Həmkarlar ittifaqları təşkilatı kollektiv müqaviləni pozmağa görə maddi
məsuliyyət daşımır. Kollektiv müqaviləni pozmağa görə müəssisənin (idarənin)
vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilir. Qanunda nəzərdə tutulmuş
hallarda təqsirli vəzifəli şəxslər inzibati qaydada cərimə oluna bilər, müvafiq
hallarda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Sazişlər öz məzmununa, iştirakçıların dairəsinə, əmək haqqında olan
normativ aktlar sistemində yerinə, əmək münasibətlərinin nizamlama
əhəmiyyətinə görə müəssisələrdə bağlanan kollektiv müqavilələrdən əhəmiyyətli
dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək
şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks
etdirir. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv
sazişlər bağlanıla bilər.
Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş -
respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi
prinsiplərini müəyyən edir. Bu saziş, müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti və
həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır.
Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə
(tarif) kollektiv sazişi - müvafiq sahənin sosial - iqtisadi inkişafı istiqamətlərini,
peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları
müəyyən edir. O, əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət
konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə
Dostları ilə paylaş: |