1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
KY0000391


KitabYurdu.az 
137
 

götürülməsi barədə müəssisələrin iddiası da neqator iddia hesab oluna bilər. 
Neqator iddia mülkiyyət hüququnun həyata keçirilməsinə yönəldilən maneə 
təhlükəsinin olması imkanları olduqda da irəli sürülə bilər. Məsələn, neqator iddia 
mülkiyyətçi,  onun  əmlakdan  istifadə  səlahiyyətlərinə  mane  ola  biləcək  tikintinin 
inşasının layihələşdirilməsinə qarşı da qaldırıla bilər. 
Neqator  iddianın  əsasını  iddiaçının  əmlakdan  istifadə,  barəsində  sərəncam 
hüquqlarının  əsasları  və  bu  səlahiyyətlərin  həyata  keçirilməsinə  üçüncü  şəxsin 
fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir. 
İddia  hüquq  pozuntusunun  davam  etdiyi  və  onun  nəticələrinin  aradan 
qaldırılmadığı müddətdə qaldırıla bilər. Mülkiyyət hüququnun həyata keçirilməsinə 
olan  maneələr  aradan  qaldırıldıqdan  sonra  neqator  müdafiə  üçün  əsaslar  aradan 
qalxmış olur. 
Demək,  vindikasiya  iddiasından  fərqli  olaraq  neqator  iddia  üzrə  hüquq 
münasibətləri iddia müddətinin təsirinə məruz qalmır. Burada hüquq pozuntusunun 
baş vermə müddəti əhəmiyyət kəsb etmir, çünki iddia bu pozuntunun davam etdiyi 
vaxtda istənilən anda qaldırıla bilər. 
Əgər  üçüncü  şəxs  özünün  hərəkətlərinin  hüquqa  uyğun  olduğunu  sübut 
edərsə, neqator iddianın təmini rədd edilir. 
Vindikasiya  və  neqator  iddialardan  başqa  mülkiyyət  hüququnun  müdafiəsi 
daha  bir  əşya-hüquqi  vasitə  ilə  -  mülkiyyət  hüququnun  etiraf  edilməsi  haqqında 
iddia ilə təmin oluna bilər. Qeyd olunmalıdır ki, bu başlıq altında olan iddialar daha 
çox  məhkəmə  praktikasında  işlədilir  və  onların  böyük  əksəriyyəti  ya  öhdəlik-
hüquqi xarakter daşıyır, ya da tərəflərin nisbi hüquq münasibətlərindən əmələ gəlir. 
Belə  münasibətlər  müqavilə  öhdəlikləri,  vərəsəlik  hüququ  normaları  və  s.  ilə 
tənzimlənir. Nisbi hüquqi tellərlə bağlı olmayan, üçüncü şəxslərə yönələn iddialara 
da rast gəlinir. Belə hallara misal olaraq tikinti sahibinin onun tikintiyə mülkiyyət 
hüququnun  tanınmasını  təsdiqləyən  hüquq  müəyyənedici  sənədlərin  verilməsi 
barədə yerli idarəetmə orqanlarına tələbini göstərmək olar. 
Ədəbiyyatda belə tələblərin hüquqi təbiəti müxtəlif cür qiymətləndirilir. 
Bəzən müəlliflərin fikrinə görə, mülki qanunvericilik mülkiyyət hüququnun 
etiraf edilməsinə dair müstəqil iddia tanımır. Mülkiyyət hüququnun etiraf edilməsi 
tələbi, onların fikrincə, vindikasiya və neqator iddianın tərkibi kimi çıxış edir. 
Digər  müəlliflər,  tamamilə,  haqlı  olaraq  deyilən  iddiaya  müstəqil  əşya-
hüquqi vasitə kimi baxırlar. 
Həqiqətən  də,  deyilən  iddianı  müstəqil  iddia  kimi  qəbul  etmədikdə 
mülkiyyətçilərin bir çox konkret halda tələbinin hüquqi təsnifini vermək mümkün 
olmaz.  Məsələn,  mülkiyyətçi  maddi  köməklik  məqsədilə  öz  əşyasını  müvəqqəti 
olaraq əvəzsiz lombarda qoymaq üçün başqasına verir. Tərəflər razılığa gəlirlər ki, 
ssuda borcları verildikdən sonra əşya mülkiyyətçiyə qaytarılacaqdır. 
Belə müqavilə, hərçənd müqavilə tiplərinin hər hansı birinə uyğun gəlməsə 
də  hər  halda  öhdəliklər  yaradır.  Hesab  edək  ki,  əşyanı  mülkiyyətçidən  alan  şəxs 
ssuda  borclarının  ödənilməsinə  qədər  vəfat  edir.  Mülkiyyətçi  əşyaya  olan 
hüquqlarını  necə  müdafiə  edə  bilər?  Bu  halda  tələbin  vindikasiya  iddiası  üzrə 
yönəldilməsi  düz  olmazdı,  belə  ki,  lombardın  əşyaya  sahibliyini  qanunsuz  hesab 
etmək olmaz, çünki, girov qoyan mülkiyyətçinin iradəsinə əsasən hərəkət etmişdir. 
Bu  zaman  neqator  iddianın  köməyinə  də  arxalanmaq  olmaz,  çünki  mülkiyyətçi 
sahiblikdən  məhrum  olmuşdur.  Belə  olan  təqdirdə  mülkiyyətçi  yalnız  müstəqil 
tələblə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası ilə çıxış edə bilər. 
Beləliklə,  mülkiyyət  hüququnun  etiraf  edilməsi  iddiası  dedikdə,  mübahisəli 
əmlak  üzərində  iddiaçının  mülkiyyət  hüququ  faktının  üçüncü  şəxslər  qarşısında 
təsdiq edilməsi və tanınması ilə bağlı müqavilədən kənar tələbi başa düşülür. 
KitabYurdu.az 
138
 

İddia mülkiyyətçi tərəfindən, onunla mübahisə doğuran əşyaya görə öhdəlik 
və  sair  hüquq  münasibətində  olmayan,  mülkiyyətçinin  həmin  əmlak  üzərində 
hüquqlarını  bölən,  inkar  edən  və  tanımayan  üçüncü  şəxsə  qarşı  qaldırıla  bilər. 
Deyilən iddianı qaldırmaq hüququna eyni zamanda əmlak üzərində titul sahibliyi, 
xüsusilə  tam  təsərrüfatçılıq  aparan  və  operativ  idarəçilik  edən  subyektlər  də 
malikdir. 
Cavabdeh  kimi  belə  hallarda  əşyaya  öz  hüquqlarını  elan  edən  və  ya 
etməməklə iddiaçının həmin əşyaya mülkiyyət hüququnu tanımayan üçüncü şəxslər 
çıxış edir. 
Mülkiyyət  hüququnun  etiraf  edilməsi  haqqında  iddianın  predmeti 
cavabdehdən  hər  hansı  bir  öhdəliyin  icrasını  tələb  etməyən,  yalnız  iddiaçının 
mülkiyyət hüququnun və başqa əşya hüquqlarının tanınması faktının təsdiqi hesab 
olunur.  Mülkiyyət  hüququnun  etiraf  edilməsi  hüquqda  şübhələri  dağıdır,  hüquqda 
lazım  olan  inamı  təmin  edir,  tərəflər  arasında  hüquq  münasibətlərinə  aydınlıq 
gətirir,  əmlak  üzərində  sahiblik,  ondan  istifadə  və  barəsində  sərəncam 
səlahiyyətlərinin həyata keçirilməsinin əsaslarına xidmət edir. 
İddianın əsasını iddiaçının əmlak üzərində mülkiyyət və s. əşya hüquqlarının 
olmasını təsdiq edən hallar təşkil edir. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  onun  etiraf  edilməsi  yolu  ilə  təmin 
olunmasının əsas şərti iddiaçının əmlaka öz hüquqlarının təsdiq etməsidir. Bu onun 
əmlaka  mülkiyyət  hüququnu  təsdiq  edən  hüquq  təsdiqedici  sənədlərdən,  habelə 
mübahisəli  əşyanın  ona  məxsus  olmasını  təsdiq  edən  digər  vasitələrdən  irəli  gələ 
bilər. 
Neqator iddiada olduğu kimi mülkiyyət hüququnun etiraf edilməsi haqqında 
iddia üzrə hüquq münasibətlərinə də iddia müddəti təsir etmir. 
Belə  ki,  iddia  müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş  hüququn 
müdafiə  edilməsinə  dair  tələb  istənilən  vaxt  baxılmaq  üçün  məhkəmə  tərəfindən 
qəbul edilir. 
Bütün  yuxarıda  göstərilənlərdən  belə  nəticəyə  gəlmək  lazımdır  ki, 
mülkiyyətin  və  digər  əşya  hüquqlarının  müdafiəsi  üçün  qanunvericilik  tərəfindən 
lazımi  və  təsirli  üsullar  müəyyən  edilmişdir.  Bu  üsullar  ölkəmizdə  mülkiyyətin 
Konstitusiya  ilə  təsbit  edilmiş  formalarının  möhkəmlənməsinə  və  onun  inkişaf 
etməsinə xidmət edir. 
 
 
 
TƏKRAR ÜÇÜN SUALLAR 
 
 
1)  Mülkiyyət və mülkiyyət hüququ institutunun anlayışını verin. 
2)  Mülki  hüquq  elmində  mülkiyyət  hüququ  hansı  mənalarda  başa  düşülür? 
Mülkiyyət hüququnun məzmununu açın.  
3)    Azərbaycan  Respublikası  qanunvericiliyində  mülkiyyətin  hansı  formaları 
göstərilir? 
4)  Dövlət və bələdiyyə mülkiyyət hüququnu xarakterizə edin.  
5)  Xüsusi mülkiyyət hüququnun əsasını nə təşkil edir?  
6)  Ümumi mülkiyyət hüququ haqqında danışın.  
7)  Mülkiyyət hüququ hansı üsullarla əldə edilir.  
8)    Mülki  qanunvericilikdə  mülkiyyət  hüququnun  itirilməsinin  (xitamının)  hansı 
növləri göstərilir?  
9)  Mülkiyyət hüququnun müdafiə olunması vasitələri hansılardır?  
KitabYurdu.az 
139
 

10)  Vindikasiya və neqator iddia haqqında bildiklərinizi danışın. 
 
Mövzu 7.     ƏMƏK HÜQUQUNUN ƏSASLARI
 
 
P L A N 
 
1. Əmək hüququnun anlayışı və mənbələri. 
 2. Kollektiv müqavilə və saziş.  
 3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi. 
 4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu. 
  
5.  Əmək  müqaviləsinin  bağlanması  qaydası  və  əmək  müqaviləsinə  xitam 
verilməsinin əsasları 
 6. İş vaxtının və istirahət vaxtının
 
anlayışı və növləri. 
 7. Əmək intizamı və maddi məsuliyyət. 
 8. Əməyin mühafizəsi. 
 
1. Əmək hüququnun anlayışı və mənbələri. 
Ümumi  hüquq  nəzəriyyəsindən  məlum  olduğu  kimi,  hüququn  sahələrə  və 
institutlara  bölünməsi,  hüquqi  tənzimetmənin  predmet  və  metodları  nəzərə 
alınmaqla həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin 
normaları  ilə  nizama  salınan  ictimai  münasibətlərin  təyin  edilməsi  və  onların 
müəyyən qruplarda təsnifləşdirilməsi deməkdir. 
Əmək  hüququ  -  milli  hüququn  aparıcı  sahələrindən  biridir.  O,  mülkiyyətin 
və  təsərrüfatçılığın  formalarından  asılı  olmayaraq  işçilərlə  işəgötürən  arasındakı 
muzdlu  əmək  münasibətlərinin  tənzimlənməsində  mühüm  rol  oynayır.  Özünün 
Konstitusiya  hüququ  olan  əmək  hüququnu  həyata  keçirən  hər  bir  vətəndaş  əmək 
müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. 
Əmək  hüququnun  predmetini  təşkil  edən  münasibətlər  arasında  işçilərlə 
işəgötürən  arasındakı  muzdlu  əmək  münasibətləri  əsas  yer  tutur.  Əmək 
qanunvericiliyinə  uyğun  olaraq  bu  münasibətlər,  işçilərin  əməyinin  təşkilinə  dair 
müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. 
Hal-hazırda  əmək  münasibətlərinin  iki  əsas  qrupu  göstərilir:  əmək 
müqaviləsi  üzrə  işləyənlərin  muzdlu  əmək  münasibətləri  və  əmək  proseslərində 
iştirak  etmək  üçün  müəssisənin  əmlakının  mülkiyyətçilərinin  iştirak  etdikləri 
münasibətlər. 
Əmək müqaviləsi əsasında muzdlu əmək münasibətləri, vətəndaşın (işçinin) 
KitabYurdu.az 
140
 

müəssisənin  daxili  əmək  qaydalarına,  əmək  rejiminə  və  əməyin  təşkilinin  digər 
xüsusiyyətlərinə  tabe  olmaqla  müəyyən  ixtisas,  peşə  və  vəzifə  üzrə  əmək 
funksiyasını  yerinə  yetirmək  məqsədilə  müəssisənin  əmək  kollektivinə  daxil 
olması ilə əmələ gəlir. 
Əmək  münasibətlərinin  tənzimlənməsi  ilə  əmək  hüquq  münasibətləri 
yaranır.  Əmək  hüquq  münasibətlərinin  məzmununu  subyektlərin  (tərəflərin)  bu 
hüquq münasibətlərinin yarandığı andan əldə etdikləri konkret hüquq və vəzifələr 
təşkil  edir.  Bir  tərəfin  (işçinin)  hüququ  digər  tərəfin  (müdiriyyətin)  konkret 
vəzifələrinə  uyğundur  və  ya  əksinə.  Məsələn,  işçinin  əmək  haqqı  almaq  hüququ 
müdiriyyətin işçiyə əmək haqqını ödəmək vəzifəsilə həyata keçir. 
Lakin  əmək  hüququnun  predmeti  yalnız  muzdlu  əmək  münasibətlərindən 
ibarət  deyildir.  Bura  əməklə  sıx  bağlı  olan  və  törəmə  adlanan  aşağıdakı  ictimai 
münasibətlər də daxildir: 
1)  məşğulluq və işədüzəltmə üzrə münasibətlər; 
2)  təşkilati-idarəçilik münasibətləri; 
3)  istehsalatda  kadrların  peşə  hazırlığı  və  ixtisasının  artırılması  üzrə 
münasibətlər; 
4)  əmək  müqaviləsi  tərəflərinin  bir-birinə  vurduqları  maddi  ziyanın 
ödənilməsi ilə bağlı münasibətlər; 
5)  əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər; 
6)  əmək 
mübahisələrinə 
baxılması 
üzrə 
münasibətlər 
və 
s. 
Beləliklə,    əmək      qanunvericiliyi    ilə    tənzimlənən    sosial-ictimai 
münasibətlərin 
dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar: 
Əmək hüququ milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən 
arasında  yaranan  əmək  münasibətlərini,  habelə  onlarla  sıx  bağlı  olan  digər 
törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur. 
Əmək hüququ Azərbaycanın hüquq sistemində xüsusi yer tutur. O, işçilərin 
işə  qəbul  olunma,  başqa  işəkeçirmə  və  işdənçıxarılma  qaydalarını,  əməyin 
ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərinə görə həvəsləndirməni, 
əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, 
fərdi və kollektiv əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir. 
Əmək  hüquq  normalarının  təsbit  edildiyi  normativ  hüquqi  aktlar  əmək 
hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək 
qanunvericiliyinin  müəyyən  normativ  aktlarda  ifadəsinin  formasıdır.  Bu  cür 
normativ  aktlarda  isə  həm  əmək  hüquq  normaları,  həm  də  kompleks  hüquq 
normaları mövcud ola bilər. 
Əmək  hüququnun  mənbələri  içərisində  əsas  yeri  Azərbaycan 
Respublikasının  12  noyabr  1995-ci  il  Konstitusiyası  tutur.  Konstitusiya  yüksək 
hüquqi  qüvvəyə  malik  olub,  qanunvericiliyin  əsasını  təşkil  etdiyinə  görə  bütün 
qanunlar  və  digər  dövlət  orqanlarının  aktları  onun  əsasında  və  ona  müvafiq 
qaydada  qəbul  edilir.  Burada  əməyin  hüquqi  tənzimləməsinin  başlıca  əsas 
prinsipləri  müəyyən  edilib.  Konstitusiyanın  35-ci  (əmək  hüququ),  36-cı  (tətil 
hüququ),  37-ci  (istirahət  hüququ),  38-ci  (sosial  təminat  hüququ),  41-ci 
(sağlamlığın  qorunması  hüququ),  59-cu  (azad  sahibkarlıq  hüququ)  və  s. 
KitabYurdu.az 
141
 

maddələrində  təsbit  edilən  bu  prinsiplər  milli  əmək  qanunvericiliyimızin  əsas 
mahiyyəti və məzmununu təşkil edir. 
Əmək  hüququnun  mənbələri  sistemində  konstitusiyadan  sonra  başlıca  yeri 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  tutur.  Azərbaycan  Respublikasının 
1999-cu  il  1  fevral  tarixli  qanunu  ilə  təsdiq  edilən  və  1999-cu  il  iyulun  1-dən 
qüvvəyə minən bu məcəllə 13 bölmə, 48 fəsil və 317 maddədən ibarətdir. 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  respublika  ərazisində  əmək 
münasibətlərini  nizamlayan  hüquq  normalarını  birləşdirən  və  sistemləşdirən 
qanunvericilik  aktıdır.  Əmək  Məcəlləsinin  ümumi  normalar  adlanan  birinci 
bölməsi (maddə 1-21, birinci və ikinci fəsillər) əmək hüququnun ümumi hissəsinə 
aiddir.  Məcəllənin  digər  hissəsi  isə,  əmək  hüququnun  xüsusi  hissəsinin  bütün 
institutlarının müvafiq ardıcıllıqla düzülüşündən ibarətdir. 
İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla 
müvafiq  dövlət  hakimiyyəti  orqanları,  hüquqi  şəxslər  arasında  həmin 
münasibətlərdən  törəyən  digər  hüquq  münasibətlərini  tənzim  edən  bu  Məcəllə 
fiziki  şəxslərin  əmək  hüquqlarının  və  bu  hüquqların  həyata  keçirilməsini  təmin 
edən qaydaların minimum normalarını müəyyən edir. Məcəllənin 2-ci maddəsinin 
3-cü  hissəsinə  əsasən,  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  əmək 
münasibətlərində tərəflərin: 
-  hüquq bərabərliyinin təmin edilməsi; 
-  mənafelərinin  haqq-ədalətlə  və  qanunun  aliliyinin  təmin  olunması  ilə 
qorunması; 
-  maddi,  mənəvi,  sosial,  iqtisadi  və  digər  həyati  tələbatlarını  ödəmək 
məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin 
təmin edilməsi; 
-  əsasən  əmək  müqaviləsi  (kontrakt)  üzrə  öhdəliklərinin  icrasına  hüquqi 
təminat yaradılması prinsiplərinə əsaslanır. 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  respublikamızın  bazar 
iqtisadiyyatına keçdiyi dövrdə əmək məhsuldarlığının artmasına, işin keyfiyyətinin 
yaxşılaşmasına,  ictimai  məhsuldarlığın  effektli  dərəcədə  yüksəlməsinə  və  bunun 
əsasında  işçilərin  maddi  və  mənəvi  həyat  səviyyəsinin  yüksəlməsinə,  əmək 
intizamının  möhkəmləndirilməsinə  və  əməyin  hər  bir  əmək  qabiliyyətli  insanın 
həyati ehtiyacına çevrilməsinə təkan verir. 
Əmək hüququnun mənbələri içərisində qanunlar, Azərbaycan  Respublikası 
Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, 
Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin, 
həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi 
yer tuturlar. 
Əmək  münasibətlərinin  nizama  salınmasında  lokal  normativ  aktların  - 
kollektiv müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm 
əhəmiyyəti vardır. Hal-hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin 
təsərrüfat  müstəqilliyinin  genişlənməsi,  iqtisadiyyatın  idarə  edilməsinin  inzibati-
amirlik metodlarından imtina olunması ilə əlaqədar olaraq lokal normativ aktların 
rolu və çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. 
 
KitabYurdu.az 
142
 

2. Kollektiv müqavilə və saziş.  
Kollektiv  müqavilə  və  saziş  hal-hazırda  əmək  münasibətlərinin  tənziminin 
müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir. 
Əmək  Məcəlləsinin  3-cü  maddəsinə  görə  kollektiv  müqavilə  işəgötürənlə 
əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan 
əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. 
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, 
habelə müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan 
digər məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir. 
Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ 
başlıca  yer  tutur.  Kollektiv  müqavilənin  istənilən  tərəfi  kollektiv  danışıqların 
təşəbbüsçüsü  ola  bilər.  Təşəbbüskar  tərəf  danışıqların  başlanması  haqqında  digər 
tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq 
danışıqlara  başlamağa  borcludur.  Əgər  müəssisədə  həmkarlar  ittifaqları  təşkilatı 
yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya 
yaradır. 
Əmək  Məcəlləsinin  26-cı  maddəsinə  əsasən  kollektiv  müqavilənin  və 
sazişin və ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar 
aparmaq 
üçün 
tərəflər 
müvafiq 
səlahiyyətlər 
verilmiş 
bərabərsaylı 
nümayəndələrdən  ibarət  komissiya  yaradırlar.  Komissiyanın  tərkibi,  danışıqların 
gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir. 
Tərəflər  kollektiv  müqavilənin  və  sazişin  məzmununa  aid  məsələlərin 
seçilməsi və müzakirə edilməsində sərbəstdirlər. 
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri 
olan  məlumatları  beş  gün  müddətində  təqdim  etməlidirlər.  Danışıqlar  zamanı 
tərəflər  razılığa  gelə  bilmədikdə,  fikir  ayrılığı  haqqında  protokol  tərtib  edilir. 
Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, 
habelə danışıqların yenidən başlanması müddəti göstərilir. 
Kollektiv  müqavilənin  tərəfləri  -  işəgötürən  və  həmkarlar  ittifaqları 
təşkilatıdır. Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi 
çıxış edir. 
Kollektiv  müqavilənin  layihəsi  tərəflərin  bərabər  saylı  nümayəndələrindən 
ibarət olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün 
həmkarlar  ittifaqları  təşkilatının  (əmək  kollektivinin)  ümumi  yığıncağının 
(konfransının)  müzakirəsinə  verilir.  Ümumi  yığıncaqda  işçilərin  50  %-dən  çoxu 
iştirak etdikdə səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə 
edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır. 
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər. 
Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı  məsələlər üzrə tərəflərin 
qarşılıqlı öhdəlikləri daxil edilir: 
-  əməyin  ödənilməsi  qaydaları  və  miqdarının,  pul  mükafatlarının, 
müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi; 
-  məşğulluq,  kadr  hazırlığı  və  ixtisasartırma,  işçilərin  sərbəstləşdirilməsi 
şərtləri; 
-  qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı 
KitabYurdu.az 
143
 

miqdarının tənzimlənmə mexanizmi; 
-  iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər; 
-  işçilərə  və onların ailə üzvlərinə  mədəni  və  məişət  xidmətlərinin,  sosial 
təminatlar və güzəştlərin müəyyən edilməsi; 
-  qadınların, 
18 
yaşına 
çatmamış 
işçilərin 
əmək 
şəraitinin 
yaxşılaşdırılması; 
-  əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən 
edilməsi; 
-  əmək  vəzifələrini  yerinə  yetirməklə  əlaqədar  işçilərə  dəyən  ziyanın 
ödənilməsi; 
-  işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi; 
-  kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti 
və s. 
Kollektiv  müqavilədə  müəssisənin  iqtisadi  imkanları  nəzərə  alınmaqla 
digər,  daha  güzəştli  əmək  və  sosial-iqtisadi  şərtlər  də  nəzərdə  tutula  bilər. 
Məsələn,  əlavə  məzuniyyətlər,  pensiyalara  əlavələr,  nəqliyyat  və  ezamiyyət 
xərclərinin ödənilməsi və digər güzəşt və əvəzlər. 
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır. Kollektiv müqavilə 
imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir. 
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra 
hakimiyyəti orqanı həyata keçirir. 
Həmkarlar  ittifaqları  təşkilatı  kollektiv  müqaviləni  pozmağa  görə  maddi 
məsuliyyət  daşımır.  Kollektiv  müqaviləni  pozmağa  görə  müəssisənin  (idarənin) 
vəzifəli  şəxsləri  intizam  məsuliyyətinə  cəlb  edilir.  Qanunda  nəzərdə  tutulmuş 
hallarda  təqsirli  vəzifəli  şəxslər  inzibati  qaydada  cərimə  oluna  bilər,  müvafiq 
hallarda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər. 
Sazişlər  öz  məzmununa,  iştirakçıların  dairəsinə,  əmək  haqqında  olan 
normativ  aktlar  sistemində  yerinə,  əmək  münasibətlərinin  nizamlama 
əhəmiyyətinə  görə  müəssisələrdə  bağlanan  kollektiv  müqavilələrdən  əhəmiyyətli 
dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək 
şəraitinin  yaradılması,  məşğulluq,  sosial  müdafiə  üzrə  öhdəlikləri  özündə  əks 
etdirir. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv 
sazişlər bağlanıla bilər. 
Sazişlərdən  ən  əhatəlisi  Baş  kollektiv  sazişdir.  Baş  kollektiv  saziş  - 
respublikada  sosial-iqtisadi  siyasətin  aparılmasının  razılaşdırılmış  ümumi 
prinsiplərini  müəyyən  edir.  Bu  saziş,  müvafiq  icra  hakimiyyəti  orqanının 
səlahiyyətlərini  həyata  keçirən  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  və 
həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır. 
Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə 
(tarif)  kollektiv  sazişi  -  müvafiq  sahənin  sosial  -  iqtisadi  inkişafı  istiqamətlərini, 
peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları 
müəyyən  edir.  O,  əsasən  müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətlərini 
həyata  keçirən  Azərbaycan  Respublikasının  nazirlikləri,  dövlət  komitələri,  dövlət 
konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin