1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
KY0000391


5. İddia müddəti.
 
Mülki  hüquqda  müddətlərin  xüsusi  qrupunu  mülki  hüquqların  müdafiəsi 
müddətləri  təşkil  edir.  Mülki  hüquqların  müdafiəsi  müddəti  dedikdə  elə  müddət 
başa  düşülür  ki,  həmin  müddət  ərzində  hüququ  pozulmuş  şəxs  öz  hüquqlarının 
müdafiəsini  və  yaxud  məcburi  qaydada  həyata  keçirilməsini  tələb  edə  bilər. 
Pozulmuş  mülki  hüquqların  müdafiəsinin  əsas  vasitəsini  iddialar  təşkil  etdiyinə 
görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar.
 
Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün 
müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddəti qanunla elə hallar 
üçün  müəyyən  edilmişdir  ki,  həmin  hallarda  konkret  şəxsə  məxsus  olan  maddi 
hüquq pozulur və bu hüququn müdafiəsi üçün hüququ pozmuş şəxsə məcburedici 
tədbirlərin  tətbiq  edilməsi  lazımdır.  Məcburetmə  tədbirləri  qanunla  mülki 
hüquqların  müdafiəsi  üçün  səlahiyyəti  olan  orqanlar  (məhkəmə  və  s.)  tərəfindən 
tətbiq edilir. Maraqlı tərəfin tələbi üzrə məcburetmə tədbirlərinin tətbiqinə həmişə 
deyil, yalnız iddia müddəti hüdudları daxilində yol verilir.
 
Pozulmuş  subyektiv  mülki  hüquqların  məcburi  həyata  keçirilməsi  imkanı 
maddi  mənada  iddia  hüququ,  bu  hüquqların  müdafiəsi  üçün  məhkəməyə  müraciət 
etmək  hüququ  isə  prosessual  mənada  iddia  hüququ  adlanır.  İddia  müddətinin 
ötürülməsi  məhkəməyə  iddia  ilə  müraciət  etmək  hüququnu  aradan  qaldırmır. 
Subyektiv  mülki  hüququn  pozulmasından  nə  qədər  vaxt  keçərsə  keçsin,  maraqlı 
şəxs  istənilən  vaxt  iddia  qaldıra  bilər.  İddia  müddətinin  keçməsindən  asılı 
KitabYurdu.az 
113
 

olmayaraq,  pozulmuş  hüququn  müdafiə  edilməsinə  dair  tələb  baxılmaq  üçün 
məhkəmə  tərəfindən  qəbul  edilir.  Beləliklə,  hətta  maddi  mənada  iddia  hüququ 
aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır.
 
Mülki  Məcəllənin  373-cü  maddəsinə  əsasən,  ümumi  iddia  müddəti  on  il 
təşkil  edir.  Müqavilə  tələbləri  üzrə  iddia  müddəti  üç  il,  daşınmaz  əşyalarla  bağlı 
müqavilə  tələbləri  üzrə  iddia  müddəti  isə  altı  ildir.  Vaxtaşırı  icra  edilməli 
öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
 
Tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya 
uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
 
İddia  müddətinin  axımı  iddia  hüququ  əmələ  gələn  gündən  başlanır.  İddia 
hüququ  isə  şəxsin  öz  hüququnun  pozulmasını  bildiyi  və  bilməli  olduğu  gündən 
əmələ  gəlir.  Bəzən  elə  hallar  olur  ki,  iddiaçı  özündən  asılı  olmayaraq  qanunla 
müəyyən  edilmiş  müddətdə  iddia  verə  bilmir.  Belə  hallarda  iddia  müddətinin 
dayandırılması müəyyən edilmişdir.
 
İddia  müddətinin  dayandırılmasının  mahiyyəti  ondan  ibarətdir  ki,  şəxs 
qanunda  göstərilən  səbəblərə  görə  iddia  qaldıra  bilmək  və  ya  öz  hüquqlarını 
müdafiə  etmək  imkanından  məhrum  olduğuna  görə  iddia  qaldıra  bilmədiyi  vaxt 
kəsiyi  iddia  müddətinə  daxil  edilmir.  İddia  müddətinin  dayandırılması  üçün  əsas 
olan halların  mövcud  olduğu vaxt kəsiyi  iddia  müddətinə hesablanmır.  Göstərilən 
hallar aradan çıxdıqdan sonra iddia müddəti öz axımını davam etdirir.
 
Mülki  Məcəllənin  379.1-ci  maddəsinə  əsasən,  iddia  müddətinin  axımı 
aşağıdakı hallarda dayandırılır:
 
1)  iddianın  irəli  sürülməsinə  fövqəladə  və  həmin  şəraitdə  qarşısı  alına 
bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 
2)  iddiaçı  və  ya  cavabdeh  hərbi  vəziyyətə  keçirilmiş    silahlı  qüvvələrin 
tərkibində olduqda; 
3)  müvafiq  icra  hakimiyyəti  orqanı  öhdəliklərin  icrası  üçün  möhlət 
(moratorium) müəyyənləşdirdikdə; 
4)  fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 
5)  müvafiq  münasibəti  tənzimləyən  qanunun  və  ya  digər  normativ-hüquqi 
aktın qüvvəsi dayandırıldıqda. 
İddia  müddətinin  axımı  bir  şərtlə  dayandırılır  ki,  bu  maddədə  göstərilmiş 
hallar  iddia  müddətinin  son  altı  ayında,  həmin  müddət  altı  aya  bərabər  və  ya  altı 
aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda 
davam etsin. Müddətin dayandırılması üçün əsas olan maneələr aradan götürüldüyü 
gündən  müddətin  axımı  davam  edir  və  müddətin  qalan  hissəsi  altı  aya  qədər 
uzadılır.  Iddia  müddəti  altı  aydan  az  olduqda  isə  iddia  müddəti  həmin  müddətə 
çatdırılır.
 
Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu 
etiraf  etməsini  göstərən  hərəkətlər  etdikdə  iddia  müddətinin  axımı  kəsilir. 
Fasilədən  sonra  iddia  müddəti  yenidən  başlanır.  Fasiləyə  qədər  keçmiş  vaxt  yeni 
müddətə daxil edilmir.
 
Borclu  öz  öhdəliyini  iddia  müddəti  keçdikdən  sonra  icra  edibsə,  icraedici 
etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da icra etdiyini geri tələb 
etməyə haqlı deyildir.
 
KitabYurdu.az 
114
 

İddia  qaldırılana  qədər  iddia  müddətinin  keçməsi  iddianı  rədd  etmək  üçün 
əsasdır.  Məhkəmə  iddia  müddətinin  keçməsi  səbəbini  üzrlü  hesab  etdikdə 
pozulmuş  hüquq  müdafiə  edilməlidir.  Üzrlü  səbəblərə  ağır  xəstəlik,  köməksiz 
vəziyyət, savadsızlıq və i.a. aiddir. Əgər vəziyyət obyektiv xarakter daşıyırsa və o, 
iddianın vaxtında qaldırılmasına mane olmuşsa, onda onlar üzrlü səbəb hesab edilə 
bilər. Əgər iddia müddətinin buraxılmasında öz təsərrüfatsızlığına, səhlənkarlığına, 
diqqətsizliyinə  görə  vaxtında  iddia  qaldırmayan  maraqlı  şəxs  özü  təqsirkardırsa, 
onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir.
 
Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi, 
əmanətçilərin  banka  qoyulmuş  əmanətlərinin  verilməsi,  fiziki  şəxsin  həyat  və 
sağlamlığına  vurulmuş  zərərin  əvəzinin  ödənilməsi,  mülkiyyətçinin  və  ya  digər 
sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması və s. bu kimi 
tələblər istisna olmaqla iddia müddəti bütün əmlak tələblərinə aid edilir. 
 
 
TƏKRAR ÜÇÜN SUALLAR 
1)  Mülki hüququn anlayışını verin, onun predmet və metodu haqqında danışın. 
2)  Mülki qanunvericilik öz ifadəsini hansı normativ hüquqi aktlarda tapmışdır? 
3)  Mülki hüquq münasibətlərinin xüsusiyyətləri nədən ibarətdir?  
4)  Mülki hüquq münasibətləri hansı əsaslara görə təsnifləşdirilir? 
5)  Mülki  hüquq  münasibətlərinin  subyektlərinə  nələr  daxildir?  Hüquqi  şəxslər 
nədir? Onun əlamətləri və növləri haqqında danışın. 
6)  Hüquqi şəxslər necə xitam olunur? 
7)  Mülki  hüquq  münasibətlərinin  obyektləri  necə  müəyyən  olunur  və  hansı 
növlərə bölünür? 
8)  Əşyaların hüquqi vəziyyətini izah edin. 
9)  Əqdlərin anlayışı və əlamətlərini söyləyin. 
9)  Əqdlərin təsnifatını verin.
 
10) Əqdlərin etibarsız sayılması hansı nəticələrə səbəb olur?
 
1 l) Mülki hüquqda təmsilçiliyin anlayışı və növləri haqqında danışın.
 
12) Müddətlər haqqında nə bilirsiniz? 
 
 
 
 
 
Mövzu 6
.      MÜLKİYYƏT   HÜQUQU,   ONUN   ƏLDƏ EDİLMƏSİ,   
İTİRİLMƏSİ VƏ MÜDAFİƏSİ. 
 
P L A N 
KitabYurdu.az 
115
 

1. Mülkiyyət hüququnun anlayışı və məzmunu.  
2. Mülkiyyət hüququnun formaları  və növləri. 
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı). 
4. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. 
 
 
1. Mülkiyyət hüququnun anlayışı və məzmunu 
Mülkiyyətçilik  elə  anlayışlara  aiddir  ki,  onun  ətrafında  uzun  əsrlər  boyu 
insanların  düşüncələri  qarşı-qarşıya  gəlmişdir.  Lakin,  təkcə  nəzəri  döyüşlərlə  iş 
bitmir.  İnsanların  mülkiyyətçilik  münasibətlərinin  dəyişdirilməsi,  bu  sahədə  yeni 
münasibətlərin  bərqərar  olunması  uğrunda  mübarizələri  bütün  dünyada  həmişə 
sosial  təbəddülatların  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Bu  mübarizələr  bəzən 
müvəffəqiyyətli,  bəzən  də  çox  uğursuz  nəticələrə  səbəb  olmuşdur.  Olmuşdur  ki, 
cəmiyyət, həqiqətən, öz inkişafının yeni, daha yüksək pilləsinə qalxmışdır. Lakin, 
mülkiyyətçilik  münasibətlərinin  dağıdılması  nəticəsində  cəmiyyətin  çox  geri 
düşməsi və bu gerilikdən uzun müddət çıxa bilməməsi halları da olmuşdur. 
XX  əsrdə  bizim  ölkəmizdə  mülkiyyətçilik  münasibətlərinin  iki  dəfə 
dağıdılması  prosesi  baş  vermişdir.  Birinci  dəfə  bu  fəlakətlə  nəticələnmiş  və 
nəticələri neçə-neçə nəsli korlamış olan 1920-ci ilin aprelində başlanmışdır. İkinci 
dəfə  isə  bizim  günlərdə  baş  verir.  Onun  əsas  məqsədi  mülkiyyətçilik 
münasibətlərini  onun  əsl  mahiyyətinə  qaytarmaq,  indiki  rejimin  sosial  dayağı  ola 
biləcək  xüsusi  mülkiyyətçilərin  geniş  təbəqəsini  yaratmaqdan  ibarətdir.  Beləliklə, 
nə deməkdir mülkiyyət? 
Bu, ilk növbədə şəxsin və yaxud kollektivin ona mənsub əmlaka öz  əmlakı 
kimi  münasibət  bəsləməsi  kimi  başa  düşülə  bilər.  Mülkiyyət  «mənimki»  və 
«səninki»  olanların  fərqləndirilməsinə  əsaslanır.  Hər  hansı  bir  konkret  məqamda 
hansı mülkiyyət forması və ya növünün daha yüksəkdə olmasından asılı olmayaraq 
mülkiyyətçilik  o  vaxt  meydana  gələ  bilər  ki,  istehsalın  nəticələrinə  və  şərtlərinə 
kimsə  «özününkü»,  kimsə  «özgəninki»  kimi  münasibət  bildirə  bilsin.  Bunsuz, 
ümumiyyətlə,  mülkiyyət  yoxdur.  Bu  nöqteyi-nəzərdən  hansı  ideoloji  niyyətə 
xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir. 
Mülkiyyətin elementar izahından belə bir nəticəyə gəlmək olar ki, o, insanın 
əşyaya  münasibəti  deməkdir.  Lakin  bu  mülkiyyətin  məzmununun  açılmasında 
kifayət edici deyildir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə 
də münasibətdə olur. Buna görə de mülkiyyət təkcə insanın əşyaya münasibətində 
deyil,  həmin  əşya  barəsində  insanlar  arasındakı  münasibətlərdə  özünü  göstərir. 
Münasibətlərin bir qütbündə əşyaya öz əşyası kimi münasibət göstərən mülkiyyətçi, 
digər  qütbündə  isə  həmin  əşyaya  yad  münasibət  göstərməyə  borclu  olan  digər, 
üçüncü şəxslər çıxış edir. Bu o deməkdir ki, bütün üçüncü şəxslər özgə əşyasına, o 
cümlədən  bu  əşyada  təcəssüm  edən  mülkiyyətçinin  iradəsinə  hər  cür  təcavüzdən 
imtina etməyə borcludurlar. 
KitabYurdu.az 
116
 

Mülkiyyətin  müəyyən  olunması  o  deməkdir  ki,  o,  əşya  qismində  olanın 
maddi qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə ki, 
məhz  mülkiyyətçinin  suveren  iradəsi  ona  mənsub  olan  əşyanın  məişət  təyinatını 
müəyyən edir. 
Mülkiyyət  -  ictimai  münasibətdir.  Əgər  özgə  şəxslərdə  mülkiyyətçinin 
əşyasına  «özgəninki»  münasibəti  olmasaydı,  mülkiyyətçinin  də  həmin  əşyaya 
«özününkü»  münasibəti  olmazdı.  İctimai  münasibət  kimi  mülkiyyətin  məzmunu 
mülkiyyətçinin maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi 
prosesində digər şəxslərlə çıxış etməsi labüd olan əlaqə və münasibətlərdə açılır. 
Mülkiyyət  maddi  və  iradəvi  məzmuna  malik  olan  ictimai  münasibətdir  və 
əmlak  münasibətlərində  başlıca  yer  tutur.  Lakin  bu,  mülkiyyətin  xarakteri  üçün 
kifayət  hesab  oluna  bilməz.  Bunun  üçün  mülkiyyətçinin  ona  mənsub  əmlaka  hər 
hansı  bir  konkret  formada  ifadə  oluna  bilən  iradəvi  aktını  göstərməsi  lazımdır. 
Mülkiyyətçi  öz  əmlakıyla  bağlı  istənilən  münasibətə  girə  bilər,  bir  şərtlə  ki,  bu 
qanunvericiliklə  qadağan  edilməsin  və  yaxud  mülkiyyətin  sosial  təbiətinə  zidd 
olmasın.  Mülkiyyətçinin  iradəsi  ona  mənsub  əmlaka  sahiblik,  istifadə  və 
sərəncamda  ifadə  olunur.  Mülkiyyətçinin  əşyaya  (əmlaka)  münasibətdə  konkret 
aktı, nəticə etibarilə bunlarla məhdudlaşır. 
Sahiblik  dedikdə,  mülkiyyətçinin  əmlak  (əşya)  üzərində  faktiki  sahibliyi, 
yəni  təsərrüfat  ağalığı  başa  düşülür.  Sahiblikdə  mülkiyyətçilik  münasibətlərinin 
tarazlığı, əmlakın fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı 
təbii  xassələrinin  hasil  edilməsi,  habelə  ondan  fayda  götürülməsi  istifadə  adlanır. 
İstifadədən  fayda  -  gəlir,  artım,  bəhər,  törəmə  şəklində  və  başqa  formalarda  ola 
bilər. Sərəncam dedikdə isə mülkiyyətçi tərəfindən əmlakın hüquqi müqəddəratının 
təyin  edilməsi  başa  düşülür.  Bu,  əmlakın  özgəninkiləşdirilməsi,  kirayə  verilməsi, 
girov  qoyulması  və  s.  üsullarla  ola  bilər.  Əmlakdan  istifadə  edilməsi  və  onun 
üzərində sərəncam verilməsində, artıq mülkiyyət münasibətlərinin dinamikası ifadə 
olunur. 
İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olmuşdur. 
Əlbəttə,  insanların  hələ  təbiətdən  ayrılmadığı,  öz  ehtiyaclarını  sadə  vasitələrlə 
ödədiyi  bəşər  cəmiyyətinin  ilk  başlanğıc  mərhələsi  istisna  olunur.  Cəmiyyətin 
inkişafının müxtəlif dövrlərində əmlak münasibətləri də müxtəlif olmuşdur. İctimai 
formasiyalara  uyğun  olaraq  mülkiyyətin  müxtəlif  tipləri  -  ibtidai  icma,  quldarlıq, 
feodal  -  təhkimçi  və  kapitalist  tiplərini  bir-birindən  ayırmaq  olar.  Yaxın  keçmişə 
qədər  mülkiyyətin  bir  tipi  kimi  sosialist  mülkiyyəti  də  kifayət  qədər  əsaslar 
olmadan  qeyd  edilirdi.  Sosializm  birliyinə  daxil  olan  dünyanın  heç  bir  ölkəsində 
sosializm  əslində  qurula  bilmədi.  Bilavasitə  istehsalçılar  istismara  məruz  qalır, 
istehsal  vasitələrinin  istehsalçılara  verilməsi  həqiqətdə  baş  vermədi.  Bu  ölkələrin 
totalitar  rejimləri  mülkiyyətin  o  tipini  təsdiq  etdi  ki,  o,  mülkiyyətin  xarakterik 
əlamətlərinə, tamamilə, yabancı idi. 
İstər  iqtisad,  istərsə  də  hüquq  elmi  müxtəlif  münasibətlərin  olmasına 
baxmayaraq  mülkiyyətə  xüsusi  və  həm  də  dəyişkən  bir  iqtisadi  kateqoriya  kimi 
baxır. 
Beləliklə, iqtisadi mənada mülkiyyət dedikdə, maddi nemətlərin və ən əvvəl 
istehsal  vasitələrinin  mənimsənilməsi  və  onlar  üzərində  sahiblik,  istifadə  və 
sərəncam  verməklə  əlaqədar  olaraq  insanlar  arasında  tarixən  müəyyən  edilmiş 
iqtisadi  münasibətlər  başa  düşülür.  Bu  münasibətlər  hüquqla  mühafizə  edildikdə 
mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, 
yəni  iqtisadi  münasibətləri  möhkəmləndirir  və  mühafizə  edir.  Mülki  Məcəllənin 
152.1-ci  maddəsinə  əsasən,  mülkiyyət  hüququ  -  subyektin  ona  mənsub  əmlaka 
KitabYurdu.az 
117
 

(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam 
vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 
Mülki  hüquq  elmində  mülkiyyət  hüququ  iki  mənada  başa  düşülür:  obyektiv 
və subyektiv mənada. 
Obyektiv  mənada  mülkiyyət  hüququ  dedikdə,  mülkiyyət  münasibətlərini 
nizama salan hüquq normalarının məcmusu, subyektiv mənada mülkiyyət hüququ 
dedikdə  isə  mülkiyyətçinin  öz  mülahizələrinə  görə,  heç  kimdən  asılı  olmayaraq 
qanunla müəyyən edilmiş hüdudlarda müəyyən əmlaka sahiblik, ondan istifadə və 
üzərində  sərəncam  hüququ  başa  düşülür.  Demək,  mülkiyyət  hüququnun 
məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam 
hüququnun məcmusu təşkil edir. 
Sahiblik  hüququ  -  əmlaka  (əşyaya)  faktiki  sahibliyi  həyata  keçirməyin 
hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Söhbət əgər faktiki sahiblikdən gedirsə, 
bu  o  demək  deyildir  ki,  sahibkar  əşya  ilə  bilavasitə  təmasda  olsun.  Məsələn, 
uzunmüddətli  məzuniyyətdə  olan  şəxs  onun  evində  olan  əmlakın  sahibi  olaraq 
qalır.  Deməli,  əşyaya  faktiki  sahib  olmağa  mahiyyətcə  müvəqqəti  iqtidarsızlıq  və 
ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir. 
Əgər  sahib  əşyanı  məhdud  əşya  və  ya  şəxsi  sahiblik  hüququnun  həyata 
keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər.  Onlardan  birincisi 
vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 
Əmlak  üzərində  sahiblik  qanuni  və  qanunsuz  ola  bilər.  Əşya  üzərində 
sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul 
sahibliyi  deyilir.  Hüquqi  əsasları  olmayan  sahiblik  qanunsuz  və  yaxud  titulsuz 
sahiblik adlanır. Əmlak, ümumi qayda üzrə o adamların sahibliyində olur ki, bunun 
üçün  bu  və  ya  digər  hüquqlara  malik  olsun.  Belə  hallarda  mübahisəli  məsələlərə 
faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə baxılır. Başqa sözlə, 
əmlakın  faktiki  sahibinin  əmlak  üzərindəki  sahibliyinin  əksi  sübuta  yetirilməzsə, 
tanınır. 
Sahibin  iradəsi  olmadan  sahiblikdən  məhrumetmə  və  onu  pozma  qadağan 
edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə 
üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc 
hərəkətlərindən  çəkinməlidir.  Sahiblikdən  məhrum  olan  onun  üçün  qanunsuz 
sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki 
sahib  və  ya  onun  hüquq  sələfi  barəsində  səhv  addım  olduqda  və  sahiblik 
məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (Mülki Məcəllənin 
164-cü maddəsi). 
Qanunsuz  sahiblik  öz  növbəsində  iki  yerə,  vicdanlı  və  vicdansız  sahibliyə 
ayrılır. Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal 
edilməsindən  bəhs  edilir.  Həmin  maddəyə  uyğun  olaraq  daşınar  əşyanın  sahibi 
haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı 
əvvəlki  sahib  haqqında  ehtimal  edilir  ki,  öz  sahibliyi  zamanı  o,  mülkiyyətçi 
olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər 
ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik 
hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya 
üzərində  məhdud  əşya  hüququna  və  ya  şəxsi  hüquqa  iddia  edən  daşınar  əşya 
sahibinin  bu  cür  hüququnun  olduğu  ehtimal  edilir.  Lakin  o  həmin  əşyanı  aldığı 
şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. 
Əşyanın  vicdansız  sahibi  onu  mülkiyyətçisinə  qaytarmalı  və  əşyanı 
saxlaması ilə bağlı bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini 
ödəməlidir. 
Əşyanın  vicdanlı  sahibi  isə  öz  ehtimal  edilən  hüququna  uyğun  olaraq 
KitabYurdu.az 
118
 

əşyadan  fayda  götürdüyünə  və  ondan  istifadə  etdiyinə  görə  ixtiyarlı  şəxsə  zərərin 
əvəzini ödəməyə borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən 
şeyin əvəzini ödəməyə borclu deyildir. 
İstifadə  hüququ  -  əmlakdan  (əşyadan)  onun  faydalı  təbii  xassələrini  hasil 
etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 
Ola bilsin ki, bəzi əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə istifadə edilsin. 
Məsələn, tikiş maşını ilə nəinki ailə üzvləri üçün, habelə haqqı ödənilməklə digər 
şəxslər  üçün  də  paltar  tikilə  bilər.  İstifadə  hüququ,  adətən  sahiblik  hüququna 
söykənir. Lakin sahibi olmadığın əşyadan da istifadə etmək olar. Bu, müqaviləyə və 
yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak kirayəsi müqaviləsinə görə 
kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o, həmçinin, əmlakın istifadəçisi hesab 
edilir. 
İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 
Əgər  əşyanın  tətbiq  edilməsi  və  ya  ona  qulluq  olunması  ictimai  mənafelərə  qəsd 
edirsə, istifadə  və ya qulluq və  saxlama  vəzifəsi  müəyyənləşdirilə  bilər.  Bu  halda 
mülkiyyətçinin  üzərinə  həmin  vəzifələri  özü  icra  etmək  və  ya  müvafiq  muzd 
müqabilində əşyanın başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 
Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər. 
Sərəncam  hüququ  -  əmlakın  (əşyanın)  hüquqi  müqəddəratını  təyin  etməyin 
hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını satmaq, kirayə 
vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edir. 
Bir  qayda  olaraq,  əmlak  üzərində  sərəncam  mülkiyyətçiyə  məxsus  olur. 
Mülkiyyətçi  olmayanın  əmlak  üzərində  sərəncam  verməsi  yalnız  qanunda 
göstərilən  hallarda  ola  bilər.  Bu,  kreditorun  borcunu  ödəmək  məqsədilə 
mülkiyyətçinin  əmlakının  məcburi  satılmasında  ve  s.  hallarda  özünü  göstərir. 
Məsələn, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda almaq 
məqsədilə  lombardlara  təhvil  verirlər.  Əgər  onlar  göstərilən  müddətdə  aldıqları 
pulu  geri  qaytarmasalar  lombardlara  verilən  əmlak  satılır.  Sonra  verilmiş  ssuda 
götürülür, qalan hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə edildikdə 
onlar  öz  varlığını  itirir,  məhv  olurlar.  Bununla  əlaqədar  olaraq  mülkiyyət  hüququ 
xitam  edilir.  Deməli,  mülkiyyətçi  tərəfindən  əmlakın  məhv  edilməsi  də  sərəncam 
hesab  edilir.  Lakin  əmlakını  məhv  edən  mülkiyyətçinin  fəaliyyətinin  hüquqi 
tənzimini vermək nəzərə çarpacaq dərəcədə mürəkkəbdir. Əgər mülkiyyətçi əmlakı 
məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını birtərəfli qaydada əqdin baş 
verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin iradəsi mülkiyyət 
hüququnun  xitamına  və  yaxud  bu  hüquqdan  imtina  olunmasına  yönəldilmişdir. 
Yox,  əgər  əmlakdan  bir  dəfə  istifadə  olunmaqla  (məsələn,  meyvəni  yemək  və  s.) 
mülkiyyət  hüququna  xitam  verilirsə,  onda  mülkiyyətçinin  iradəsi  mülkiyyət 
hüququnun  xitamına  deyil,  əmlakdan  faydalı  xassələrin  hasil  edilməsinə  yönəlir. 
Deyilən  misalda  əmlak  üzərində  sərəncam  hüququnun  deyil,  istifadə  hüququnun 
həyata keçirilməsi baş vermiş olur. 
Mülkiyyət  hüququnun  anlayışının  açılması  mülkiyyətçinin  malik  olduğu 
səlahiyyətlərlə başa çatmır. İş ondadır ki, eyni səlahiyyətlərə həm mülkiyyətçi, həm 
də  digər  şəxslər  (məsələn,  mülkiyyətçinin  əmlakına  tam  təsərrüfatçılıq  aparmaq 
hüququ  olan  şəxs  və  s.)  malik  ola  bilər.  Bunun  üçün  məhz  mülkiyyətçinin 
səlahiyyətlərini  əks  etdirən  spesifik  əlamətlər  müəyyən  olunmalıdır.  Bu  əlamətlər 
ondan  ibarətdir  ki,  mülkiyyətçi  öz  səlahiyyətlərini  öz  mülahizəsinə  görə  həyata 
keçirir.  Bu  zaman  mülkiyyətçi  öz  mülahizəsinə  görə  səlahiyyətlərini  həyata 
keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin 
əmlak  üzərində  iradəsindən  asılı  olmayaraq  bilavasitə  qanuna  əsaslanaraq  həyata 
keçirir.  Digər  şəxslərin  əmlak  üzərində  iradəsi  isə  təkcə  qanuna  söykənmir,  eyni 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin