KitabYurdu.az
131
cinayətlərdə əlavə cəza növü kimi baxır. Müsadirə yalnız məhkəmə tərəfindən və
qanunda nəzərdə tutulmuş hallarda tətbiq olunur. Müsadirə müqəssirin həyatı üçün
zəruri olan və onun himayəsində olanın əmlakına yönəldilə bilməz. Belə əmlakın
siyahısı qanunvericiliklə müəyyən olunur.
Mülki-hüquqi müsadirə sanksiya kimi etibarsız əqdlər zamanı da tətbiq edilir.
Müsadirənin milliləşdirmə ilə oxşarlığı var, hər ikisində əmlak məcburi,
dəyəri ödənilmədən dövlət mülkiyyətinə daxil edilir. Bunların bir-birindən fərqi
ondadır ki, milliləşdirmədə əmlakın alınması normativ qaydada həyata keçirilir,
müsadirədə isə konkret hüquq pozuntusuna görə.
Mülkiyyətçidən dövlət mənafeyi və ya ictimai mənafe üçün (təbii fəlakətlər,
texnoloji qəzalar, epidemiyalar və s.) dəyəri ödənilməklə əmlakın dövlət tərəfindən
alınması həcz və yaxud rekvizisiya adlanır.
Rekvizisiya aşağıdakı cəhətlərinə görə müsadirədən fərqlənir:
1. Rekvizisiyada əmlakın dövlət mülkiyyətinə keçməsi, ancaq dəyəri
ödənilməklə mümkündür;
2. Əmlakın dövlət mülkiyyətinə qatılmamaqla müəyyən müddətdə alınması.
Məsələn, təbii fəlakət zamanı yerli icra hakimiyyəti və bələdiyyə orqanları əhaliyə
məxsus olan nəqliyyat vasitələrindən istifadənin vacibliyi haqqında qərar çıxara
bilər.
3. Rekvizisiyada əmlakın alınması hüquq pozuntusuna görə deyil, dövlət və
ictimai maraqların təmini məqsədilə həyata keçirilir.
Əmlakı üzərində qanunsuz rekvizisiya və müsadirəyə məruz qalmış şəxs ona
dəymiş zərərin dövlət hesabına ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış edə
bilər.
Törəmə üsullardan biri də müqavilə üzrə əmlak əldə edənin mülkiyyət
hüququnun əmələ gəlməsidir. Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ
(əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə
tutulmamışdırsa, əşyanın verildiyi vaxtdan əmələ gəlir.
Mülki Məcəllənin 181-ci maddəsində daşınar əşyalara mülkiyyət hüququnun
əldə edilməsi əsasları göstərilmişdir. Həmin maddəyə əsasən, daşınar əşyaya
mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi
həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə
edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə
verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər;
mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya
yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə
nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ isə həmin
əmlakın mülkiyyətçisinə məxsusdur.
Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-
satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninləşdirilməsinə
dair digər əqd əsasında əldə edilə bilər. Fiziki şəxs öldükdə, ona mənsub olmuş
əmlaka mülkiyyət hüququ onun vərəsələrinə, hüquqi şəxs yenidən təşkil edildikdə
isə yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə keçir.
Mülki qanunvericilik daşınmaz əşyalara mülkiyyət hüququnun əldə
edilməsində bir sıra qaydalar müəyyən etmişdir. Həmin qaydalardan biri də
daşınmaz əmlakın satılmasına (verilməsinə) dair əqdlərin dövlət reyestrində qeydə
alınmasıdır. Belə ki, bu cür əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz
əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər daşınmaz
əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə alınanın
əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız
KitabYurdu.az
132
sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz edilə bilməz.
Mülkiyyətçisi olmayan daşınmaz əmlakın əldə edilməsində isə mühüm tələb
qanunvericiliklə müəyyən edilmiş əldəetmə müddətinin şərtlərinə riayət
edilməsidir.
Konstitusiya
və
mülki
qanunvericiliyin
mülkiyyət
hüququnun
toxunulmazlığını təsbit etməsi, bu və ya digər əmlak üzərində bütün hallarda fiziki
və hüquqi şəxslərin mülkiyyət hüququnun təsdiq olunmasını təmin etməsi demək
deyildir.
Biz, bir şəxsdə mülkiyyət hüququna xitam verilməsinin digər şəxsdə
mülkiyyət hüququnun əldə edilməsi ilə nəticələnməsi barədə çoxlu misallar
gətirmişik. Lakin ola bilər ki, mülkiyyət hüququna xitam verilməsi onun digər
şəxsdə əmələ gəlməsi ilə nəticələnməsin. Bu əşyanın mülkiyyətçi tərəfindən
istifadə olunması hallarından başqa, mülkiyyətçinin onu məhv etməsi zamanı da
baş verə bilər. Məsələn, ona lazım olmadıqda və ya səlahiyyətli dövlət orqanının
tapşırığı ilə xəstə mal-qaranın məhv edilməsi və s.
Deyilən səbəblər bəzən, ümumiyyətlə, hüquqi cəhətdən tənzimlənmə tələb
etmir (mülkiyyətçi öz əmlakmı məhv edərkən, əgər bu hərəkət başqalarının
maraqlarına toxunmursa), bəzən də bu səbəblər təkcə mülkiyyət hüququ
normalarının deyil, digər hüquq normalarının təsirinə düşmüş olur. Məsələn,
sığorta, zərərvurma nəticəsində yaranan öhdəliklər və s.
Mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququnun itirilməsinin (xitamının)
aşağıdakı növləri fərqləndirilir:
1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi,
habelə daşınmaz əmlakın tamamilə məhv olması;
2. Daşınar əşyanın mülkiyyətçisinin mülkiyyət hüququndan imtina etməsi,
əşyanın məhv olması və ya sonralar hər hansı başqa şəxsin bu əşyaya mülkiyyət
hüququnu əldə etməsi;
3. Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
4. Qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakım
özgəninkiləşdirilməsi;
5. Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
6. Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
7. Rekvizisiya;
8. Müsadirə.
Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə
nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə
özgəninkiləşdirilir.
Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və
cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun
dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər.
4. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi.
Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən
mühüm problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan
cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır.
Bu öz əksini respublikanın yeni qəbul edilmiş Konstitusiyasında da tapmışdır.
Mülkiyyət toxunulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin
yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət
KitabYurdu.az
133
hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə
Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm
vəzifələrindən biri hesab edir.
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu
hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş
hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki
qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən
vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.
Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya
hüquqi iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə bağlı
deyildir, vəzifələri ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və
barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən
həyata keçirilməsində maneələri və ya şübhələri yox etməkdir. Müvafiq olaraq
əşya-hüquqi iddialara başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi
tərəfindən tələb edilməsi (vindikasiya iddiası), pozulmuş hüquqlar sahiblikdən
məhrumedilmə ilə əlaqədar olmadıqda da öz hüquqlarının bərpa edilməsi (neqator
iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında iddialardır. Daha
dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət hüququ qeyd etdiyimiz
iddialarla müdafiə olunur.
Mülkiyyət hüququnun müdafiəsinin ikinci, mülki-hüquqi vasitələr qrupu
öhdəlik-hüquq xarakterli vasitələrdir. Onlara, məsələn, mülkiyyətçiyə dəymiş
zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları və s.
aiddir. Bütün bunlar üçün xarakterik cəhət odur ki, onları təşkil edən tələblər
mülkiyyət hüququndan deyil, digər hüquq institutlarından və bu institutlara uyğun
olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi əmlakı icarəyə
verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir.
Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi vasitələrinin üçüncü
qrupunu onlar təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli
vasitələr deyildir, mülki hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn,
xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizəsi, qanunun tələblərinə müvafiq
olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi belələrindəndir.
Nəhayət, xüsusi, mülki-hüquqi vasitələrin dördüncü qrupuna qanunla
müəyyən olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı
mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitələr daxildir.
Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət
hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul
olunması nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə
Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilir.
Dövlət idarəetmə orqanları və ya yerli orqanlar tərəfindən qanuna uyğun
gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin onlara
məxsus əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları
pozularsa, həmin akt mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin iddiasına
əsasən, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Dövlət orqanının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən
qərarı ilə əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda
və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və
ya dəymiş zərərin əvəzi tam həcmdə ödənilir.
Mülkiyyətçi, mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda,
məhkəmə mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz.
Mülkiyyət hüququnun müdafiə olunmasının mülki-hüquqi vasitələrindən biri
kimi başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb
KitabYurdu.az
134
edilməsi - vindikasiya iddiasını göstərmək olar.
Böyük nəzəri və praktik əhəmiyyət kəsb edən vindikasiya qaydaları çox vaxt
öyrənilən institutun hüdudlarından kənara çıxır.
Vindikasiya iddiası dedikdə (lat. Vim dicere - güc tətbiq etmək haqqında
xəbərdarlıq etmə) əmlakın, ona sahiblik etməyən mülkiyyətçinin faktiki sahiblik
edəndən, naturada qaytarılması haqqında müqavilədən kənar tələbi başa düşülür.
Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün
müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. Hər şeydən əvvəl mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum
olunmalıdır. Əgər əmlak mülkiyyətçidədirsə, lakin ona sahiblik və
üzərində sərəncam hüquqlarını başqaları mənimsəyir və ya bu hüquqların
həyata keçirilməsinə mane olursa, onda mülkiyyət hüququnun
müdafiəsinin digər üsulları, konkret misalda mülkiyyət hüququnun etiraf
edilməsi və ya mülkiyyətçinin hüquqlarının sahiblikdən məhrum
edilməklə əlaqədar olmayan pozuntulardan müdafiəsi tətbiq edilir.
2. Vindikasiya iddiasının irəli sürülməsi üçün mühüm şərtlərdən biri də
odur ki, mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki
sahibliyində natura halında qalmış olsun.
Əgər əmlak məhv edilmiş, başqa hala salınmış və ya istifadə edilmişdirsə,
ona olan mülkiyyət hüququna xitam verilir. Bu halda mülkiyyətçi ona dəymiş
zərərin ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Vindikasiya iddiası, bu
iddianın mahiyyətinə uyğun olaraq yalnız fərdən müəyyən edilən əşyaya – yəni
mülkiyyətçinin əilndən çıxan və onun qaytarılmasına yönələn əmlaka yönələ bilər.
Bu zaman yadda saxlamaq lazımdır ki, fərdən müəyyən edilən əşya ilə
cinsən müəyyən edilən əşya arasındakı fərqlər nisbidir və mülki dövriyyənin
konkret şəraitindən asılı olur. Buna görə də vindikasiya iddiası həmin növ üçün
ümumi xassələrə malik olan bütün əşyalara, məsələn, taxıl, tikinti materialı və s.
irəli sürülə bilər.
Əgər əmlakı faktiki sahibliyində olanın cinsən müəyyən edilən əşyalarından
(əmlakından) ayırmaq mümkün deyilsə, onda vindikasiya iddiası deyil, əmlakı
əsassız əldə etməkdən və ya saxlamaqdan əmələ gələn öhdəliklərə görə iddia irəli
sürülməlidir.
3. Nəhayət, vindikasiya iddiası müqavilə öhdəliklərindən irəli gəlmir, o,
mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir.
Vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
Bununla yanaşı olaraq, vindikasiya tələbi mülkiyyətçi olmasa da qanuna və
müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka titul
sahibliyi edən belə şəxslər kirayəçi, komisyonçu, podratçı və s. qismində çıxış edə
bilərlər. Burada əmlakı başqasının qanunsuz sahibliyindən mülkiyyətçi deyil,
əmlaka müvəqqəti sahib olan şəxs tələb edir. Əmlakın mülkiyyətçi tərəfindən deyil,
müvəqqəti sahib tərəfindən geri tələb edilməsi üçün şəxs qanuna və ya müqaviləyə
əsasən, əmlakın müvəqqəti sahibi olmasını sübut etməlidir. Bu zaman həmin şəxs
tərəfindən istər vindikasiya, istərsə də neqator iddia verildikdə bu cür iddia, həm
onun, həm də mülkiyyətçinin mənafeyinə uyğun olur.
Vindikasiya iddiası zamanı cavabdeh qismində vindikasiya prosesində
əmlaka qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur.
Hüquq ədəbiyyatında vindikasiya iddiasının predmeti haqqında müxtəlif
fikirlər, mülahizələr mövcuddur. Bəzi hüquqşünaslar qeyd edirlər ki, vindikasiya
iddiasının predmetini mübahisəli əmlak təşkil edir. Lakin bu fikirlə razılaşmaq
olmaz. Belə ki, əmlak mülki hüququn obyekti hesab edildiyindən, mübahisəli əmlak
da vindikasiya iddiasının ancaq obyektini təşkil edə bilər. Vindikasiya iddiasının
KitabYurdu.az
135
predmeti isə qanunsuz sahiblikdən əmlakın qaytarılması tələbidir.
Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi
tələbini irəli sürürsə, o, öz hüquqlarını müdafiənin dəymiş ziyana görə iddia
üsulları ilə təmin edə bilər.
Mülkiyyətçi iddianın predmeti ilə yanaşı olaraq cavabdehə qarşı tələbləri ilə
bağlı olan hüquqi faktların əsaslarını da göstərməlidir. Əmlakın tələbinə dair
iddianın əsasını əmlakın sahiblikdən çıxması səbəbləri, əmlakın cavabdehə çatması
şərtləri, mübahisəli əmlakın naturada olması, iddiaçı ilə cavabdeh arasında tələb
olunan əmlaka dair öhdəlik xarakterli əlaqələrin olmaması təşkil edir. Göstərilən
səbəblərin məcmusu ilə mübahisəli məsələyə iddia hüququ və onun vindikasiya
iddiası ile tələb edilməsi imkanları təsdiq olunur.
Qeyd etmək lazımdır ki, vindikasiya iddiası irəli sürən təkcə əmlaka və
sahiblik imkanından məhrum olmasını deyil, eyni zamanda bu hüquqi imkanın
konkret subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir.
Mülkiyyətçi tərəfindən əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb
edilməsində cavabdehin vicdanlı və ya vicdansız sahib olması məsələsinin
müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.3-cü maddəsinə əsasən,
əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və
əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu
əmlakı əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü
tərəfindən və ya mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya
onların hər hansı birindən oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı
olmayaraq başqa yolla onların sahibliyindən çıxmış olsun. Əmlak onu
özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzsiz əldə edildikdə mülkiyyətçi
əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq mülkiyyətçinin vicdanlı
sahibindən əmlakını geri tələbetmə məsələsi bir qədər mürəkkəbdir. Mülkiyyətçi
əmlakı vicdanla əldə edən şəxsdən aşağıdakı 3 şərtlərdən biri mövcud olduqda tələb
edə bilər:
1. Əmlak mülkiyyətçi tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş
şəxs tərəfindən itirilmiş olduqda.
2. Əmlak hər birindən oğurlanmış olduqda.
3. Əmlak onların iradəsindən asılı olmayaraq sair yollarla onların
sahibliyindən çıxmış olduqda.
Göstərilən bu üç şərtdən biri mövcud olarsa mülkiyyətçi öz əmlakını vicdanlı
sahibindən geri tələb edə bilər. Əgər əmlak mülkiyyətçinin kobud diqqətsizliyi
nəticəsində onun sahibliyindən çıxmışdırsa, burada əmlakın geri tələb edilməsi
məsələsi bir qədər mürəkkəbləşir. Mülkiyyətçi öz əmlakını saxlamaq üçün
başqasına vermişsə və həmin şəxs mülkiyyətçinin etibarından sui-istifadə edərək
onu vicdanlı əldə edənə satırsa, bu halda vindikasiya iddiası vicdanlı əldə edənə
qarşı qaldırıla bilməz. Bu hallarda qanun əmlakı vicdanlı əldə edənin hüquqlarını
qoruyur və o mürəkkəb hüquqi tərkiblər əsasında əldə etdiyi əmlakın mülkiyyətçisi
olur.
Mülkiyyətçinin əlindən əmlakın onun iradəsilə çıxdığı halda əmlakı əvəzli
surətdə vicdanlı əldə edən mülkiyyətçiyə dəyən ziyanın əvəzini ödəməli olur. Bu
zaman mülkiyyətçidən fərqli olaraq əmlakı əldə edən əmlakı satan haqqında daha
çox təsəvvürə malik olur. Buna əsasən, əmlak mülkiyyətçiyə qaytarılır, əmlakı
əvəzli surətdə vicdanlı əldə edən ona dəymiş ziyanın satıcı tərəfindən ödənilməsi
tələbini irəli sürmək imkanı əldə edir.
Mülkiyyət formasından və növündən asılı olmayaraq əmlak vindikasiyasının
ümumi şərtləri belədir.
Lakin qanunvericilik əmlak vindikasiyasında bir müstəsna hala yol verir.
KitabYurdu.az
136
Mülki Məcəllənin 157.3-cü maddəsinə əsasən, pul, habelə adsız qiymətli kağızlar
vicdanlı əldə edəndən geri tələb oluna bilməz.
Başqasının qanunsuz sahibliyində olan əmlak tələb olunarkən, çox vaxt
həmin əmlakın gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır.
Qanun burada əmlakın vicdanlı və ya vicdansız yolla əldə olunmasını
fərqləndirir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb
edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli
olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun
götürdüyu və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin
ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin
qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın
qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan
götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin
ödənilməsini tələb edə bilər.
Söhbət o gəlirdən gedə bilər ki, o qanunsuz sahiblikdə olan əmlakdan əmələ
gəlsin. Bununla əlaqədar verilən iddialar mülkiyyətçi tərəfindən əsaslandırılmalıdır.
İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə, öz növbəsində əmlakdan
gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin
əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
Zəruri məsrəflər dedikdə, əmlakın qorunmasına, saxlanmasına, cari və əsaslı
təmirinə sərf olunan məsrəflər başa düşülməlidir.
Gəlir və məsrəflərin hesablanması ilə yanaşı, qanunvericilik əmlakın
yaxşılaşdırılması üçün edilən əlavələrin taleyini də həll edir.
Başqasının qanunsuz sahib olduğu əmlakı tələb etmək hüququ ilə yanaşı,
pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da
mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə
bilər. Belə bir hüquq neqator iddia ilə təmin olunur (lat actio neqotoria - inkar etmə
iddiası). Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə
və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan
pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar
tələbi başa düşülür. Vindikasiya iddiası kimi, neqator iddia da mülkiyyət hüququnun
müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia mübahisə doğuran
əşyaya görə mülkiyyətçi və üçüncü şəxslər öhdəlik və sair münasibətlərdə
olmadıqda və baş vermiş hüquq pozuntusu subyektiv mülkiyyət hüququnun
xitamına səbəb olmadıqda irəli sürülür.
Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka
sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından
məhrum olduqda malik olur.
Mülkiyyət hüququnun həyata keçirilməsinə özünün qanunazidd hərəkətləri
ilə mane olan şəxs cavabdeh qismindədir.
Neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan
pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda
üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə
əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Məsələn, qonşu
tərəfindən torpaq sahəsinin qanunsuz çəpərlənməsi aparılan tikintiyə mane ola bilər
və ya bilavasitə tikinti anbarlarına yaxın ağacların əkilməsi və s.
Elə hallar ola bilər ki, maneələr mülkiyyətçinin əmlaka sərəncam
səlahiyyətlərinin həyata keçirilməsinə imkan verməsin. Məsələn, borclunun
əmlakına həbs qoyularkən, ola bilsin ki, əmlakın içində üçüncü şəxsə məxsus əşya
olsun və bu zaman o, bu əşya üzərində sərəncam səlahiyyətlərini yerinə yetirə
bilməsin və s.
Maliyyə, vergi orqanları tərəfindən əmlakına qoyulmuş məhdudiyyətlərin
Dostları ilə paylaş: |