KitabYurdu.az
8
tərəfindən parlamentin vaxtından əvvəl buraxılması mümkündür və s.)
əlamətlərinin mövcud olduğu ölkələrdir. Qarışıq idarəetmə forması olan ölkələrə
Fransanı, Rusiya Federasiyasını aid etmək olar.
Bir sıra Latın Amerikası ölkələri, Tropik Afrika dövlətləri üçün
idarəetmənin başqa forması - super prezidentli respublika xarakterikdir. Onun əsas
əlaməti həddən artıq böyüdülmüş və mahiyyət etibarilə nəzarət edilməyən
prezident hakimiyyətidir (prezident əhali tərəfindən seçilir, parlamenti buraxmaq,
referendum keçirmək və s. hüququ var).
2. Dövlət quruluşunun forması dedikdə, dövlətin ərazi və ya milli-ərazi
təşkili başa düşülür, yəni bu dövlətin ərazisi necə qurulub, hansı hissələrdən
ibarətdir və onların hüquqi vəziyyəti necədir.
Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin
birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur.
Unitar dövlət (latın dilində «unus» - «vahid», «tək» deməkdir) – sadə, bəsit,
vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati - ərazi vahidlərindən
(vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan,
Yaponiya, Fransa, İtaliya, Efiopiya misal ola bilər. Belə dövlətlərdə federasiyadan
fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli
orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə - kredit və pul sistemi
və s. olur. Ayrı-ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar
dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi
vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin
unitarizminə heç bir xələl gətirmir.
Federativ dövlət (latın dilində «fedus» - «ittifaq» deməkdir) - mürəkkəb
ittifaq dövləti olub, bir sıra dövlətlərin və dövlət qurumlarının -
federasiya
subyektlərinin birliyinin nəticəsidir.
Federasiya subyektləri (ştat, torpaq, dövlət) öz xüsusi inzibati-ərazi
bölgüsünə malikdirlər.
Unitar dövlətdən fərqli olaraq federasiya ali hakimiyyət orqanının iki
sisteminə - federal orqanlar və federasiya subyektlərinin müvafiq hakimiyyət
orqanlarına, iki növ hüquqi aktlara - federasiya və federasiya subyektlərinin hüquqi
aktlarına, həmçinin federasiyanın subyektlərinin vətəndaşlığına malikdir. Federativ
dövlətlərə Rusiya Federasiyası, ABŞ, Almaniya və s. aiddir.
Konfederasiya (latın dilində «konfederasio» - «birlik» deməkdir) -
federasiya ilə müqayisədə dövlətlərin bu və ya digər məqsədlərlə müvəqqəti
olaraq birləşdiyi, çox da möhkəm olmayan birliyidir ki, burada dövlətlər tam
şəkildə müstəqilliklərini saxlayırlar. Federasiya ittifaq dövləti, konfederasiya isə
dövlətlər ittifaqıdır. Federasiyanın hüquqi statusu milli qanunvericiliklə müəyyən
olunduğu halda, konfederasiyanın hüquqi statusu bir qayda olaraq beynəlxalq
hüquqla müəyyən olunur, lakin burada milli qanunvericiliyin, xüsusilə konstitusiya
hüquqi müddəalarında əhəmiyyəti az deyildir. Konfederasiyanın tərkibinə daxil
olan dövlətlər beynəlxalq hüququn müstəqil subyekti olaraq qalır və öz
dövlət suverenliyini saxlayır. Konfederasiyada federasiyadan fərqli olaraq vahid
ərazi yoxdur, onun ərazisi konfederasiya üzvlərinin - ayrı-ayrı dövlətlərin
ərazilərindən ibarətdir. Konfederasiyada vahid vətəndaşlıq da yoxdur. İttifaqa daxil
KitabYurdu.az
9
olan hər bir ayrıca dövlətin öz vətəndaşlığı var. Konfederasiya subyektlərinin
ittifaqdan sərbəst çıxmaq, habelə ittifaq hakimiyyətinin qəbul etdiyi aktları qəbul
etməkdən imtina etmək və ya tanımaq hüququ var. Odur ki, konfederasiyanın
dövlət
quruluş
forması
hesab edilməsi məqsədə müvafiq deyil.
Konfederasiya müəyyən məsələlərlə bağlı formalaşdırıldığına görə onun həll
etdiyi işlərin predmeti çox da genişsahəli məsələləri əhatə etmir (xarici siyasət,
müharibə və sülh məsələləri, vahid ordunun formalaşdırılması, vahid iqtisadi
məkanın yaradılması və s.). Konfederasiyanın büdcəsi üçün məcburi surətdə
üzvlük haqlarının yığılması imkanı kimi, konfederasiyanın bilavasitə vergi
qoymaq hüququ da yoxdur. Onun büdcəsi konfederasiya subyektlərinin könüllü
ödəmələri əsasında təşkil olunur. Bir qayda olaraq konfederasiyada vahid pul
dövriyyəsi mövcud deyil.
Başqa sözlə, bir neçə dövlətin konfederasiyada (federasiyadan fərqli olaraq)
birləşməsi bir qayda olaraq yeni dövlətin yaranmasına gətirib çıxarmır.
Konfederasiyada dövlətlər, adətən müəyyən məqsədə çatmaq üçün birləşir. Bu
zaman onlar öz fəaliyyətlərini əlaqələndirmək üçün xüsusi birgə orqanlar
yaradırlar. Bir qayda olaraq onların qərarları konfederasiyaya daxil olan ayrı-ayrı
ölkələrin vətəndaşları üçün bu dövlətlərin orqanları tərəfindən təsdiq edildikdən
sonra məcburi xarakter daşıyır. Məsələn, 1848-ci ilədək İsveçrə konfederasiya
olmuşdur. 1982-ci ildə konfederativ ittifaqda Qambiya və Seneqal birləşmiş,
bununla da Seneqambiya konfederasiyası meydana gəlmişdi ki, o da bir neçə ildən
sonra süqut etdi. Azərbaycan Respublikası bu gün MDB-yə daxildir ki, bu birliyə
konfederasiyanın bir sıra əlamətləri məxsusdur.
Yuxarıda deyilənlərlə bərabər dövlətin idarə olunmasının demokratikliyi və
ya antidemokratikliyi nöqteyi-nəzərindən dövlətin formasını xarakterizə etmək
olar. Belə dövlət formasının mahiyyəti «siyasi rejim» adlanır.
Siyasi rejim cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi
vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi olan metod və üsullarla
(demokratik, antidemokratik) xarakterizə olunur.
Demokratik rejim vətəndaşlara məxsus geniş hüquq və azadlıqların
tanınmasını, müxalifət partiyalarının leqal fəaliyyətini, hökumətin müvafiq
seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasını və s. nəzərdə tutur.
Antidemokratik rejim şəraitində insanların hüquq və azadlıqlarının
boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferalarına müdaxilə etməsi,
hakimiyyətin ali nümayəndəli orqanının (parlamentin) ləğv edilməsi və ya onun
oyuncaq idarəyə çevrilməsi, hökumətin hakimiyyəti ələ alan ordu tərəfindən təşkil
olunması və s. istisna edilmir.
Dövlət formasını, onun siyasi rejimini xarakterizə etmək üçün
«demokratiya» (xalq hakimiyyəti) anlayışı mühüm əhəmiyyət kəsb edir. Bu
anlayışla dövlət quruluşu məlum olur, buna görə idarəetmə əksəriyyətin iradəsi ilə
həyata keçirilir, hakimiyyətin yeganə mənbəyi xalq sayılır. Demokratik dövlətdə
qanunvericilik hakimiyyəti əhalinin seçdiyi nümayəndəli orqan (xalq məclisi,
parlament) tərəfindən həyata keçirilir. Nümayəndəli orqanlara seçkilər ümumi,
bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir.
KitabYurdu.az
10
Demokratik dövlətdə insanların hüququ beynəlxalq hüquqla müəyyənləşdirilmiş
prinsip və normalara, həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq
həyata keçirilir.
Xalq hakimiyyətinin təzahür forması kimi «bilavasitə (birbaşa)
demokratiya» və «nümayəndəli demokratiya» anlayışlarını fərqləndirmək lazımdır.
Bilavasitə demokratiya o deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir,
məsələn, referendum yolu ilə - qanun layihəsi, yaxud başqa mühüm əhəmiyyətli
problemlər üzrə öz iradəsini ifadə edir. Nümayəndəli demokratiya - xalqın,
dövlətin idarə olunmasında iştirakının elə formasıdır ki, bu zaman o, özünə məxsus
olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri vasitəsilə həyata
keçirir.
TƏKRAR ÜÇÜN SUALLAR
1) Dövlət nədir? O necə meydana gəlmişdir?
2) Dövlət hansı əlamətlərə malikdir?
3) Dövlətin funksiyaları haqqında danışın.
4) «Vətəndaş cəmiyyəti» anlayışına nələr daxildir?
5) Monarxiya respublikadan nə ilə fərqlənir?
6) Unitar və federativ dövlətin fərqli cəhətləri nədən ibarətdir?
7) Demokratik dövlətin, demokratik rejimin hansı əlamətləri vardır?
Mövzu 2.
HÜQUQUN ANLAYIŞI VƏ ONUN PREDMETİ.
P L A N
1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi.
2. Hüquq normaları.
3. Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar.
4. Hüquq sahələri, anlayışı və sistemi.
5. Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri.
6. Hüquq pozuntusunun anlayışı, tərkibi və növləri.
7
. Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri və növləri
1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara
riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində,
insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq
mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq
KitabYurdu.az
11
elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və
hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur.
Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq
nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı
vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud
olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.
Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib
hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar
şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq
xalqın tarixi həyatı müəyyən edir.
Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini
cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası
ilə izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi
baxılır.
Marksist-Leninçi hüquq nəzəriyyəsi hüququn sinfi mahiyyətini - onun qanun
səviyyəsinə qaldırılmış hakim sinfin iradəsi olduğunu xüsusi qeyd edir.
Hüququn tərifinə, onun təbiətini sosial hadisə kimi başa düşən digər
yanaşmalar da mövcuddur.
Aşağıdakı tərif hüquq ədəbiyyatında geniş yayılmışdır.
Hüquq - dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü
ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların)
məcmusudur.
Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki
mənada işlədilir:
a) obyektiv hüquq və ya obyektiv mənada hüquq;
Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış
qaydalarının məcmusu kimi hüquq obyektiv hüquqa aiddir;
b)
subyektiv
hüquq
və
ya
subyektiv
mənada
hüquq.
Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə
məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ).
Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının
mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən
təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan
əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və
ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
və ya muzdla işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə
yekdildirlər ki, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi
davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi
tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr
etmək lazımdır. Məsələn, onlar müəyyən sosial rifahlardan istifadə etmək
imkanını, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, habelə dövlət
orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq
imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən
başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq - qanun çərçivəsində hərəkət etmək,
öz davranış növünü və həddini seçmək imkanıdır.
Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək
imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən
KitabYurdu.az
12
olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə
tutur.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə
hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli,
başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.
Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının
məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu
qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:
1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki,
dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış
qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin
müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.)
hüquqyaratma fəaliyyətinin nəticəsidir.
2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ
qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət
məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən
digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.
3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa
ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət
göstərə bilməz.
Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn
möhkəmləndirilməsini tələb edir. Söhbət dövlət orqanları sisteminin daha əlverişli
təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və
prinsiplərinin müəyyən edilməsindən gedir.
Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib
şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş
arasında qarşılıqlı əlaqənin əsasıdır.
2. Hüquq normaları
Hüquq normasını hüququn özünəməxsus ilkin hüceyrəsi kimi təsəvvür
etmək olar. «Norma» latın dilindən tərcümədə - qayda, nümunə mənasını verir.
Hər bir normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış
modeli görünür.
Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar
icra olunmalıdır. Normanın bu hissəsi hüquq elmində hipoteza adlanır. Məsələn,
pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir
(kişilər üçün - 62 yaş həddi və 25 ildən az olmayan əmək stajı; qadınlar üçün
müvafiq olaraq 57 yaş və 20 il).
İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin
hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir. Məsələn, ailə hüquq
normalarına müvafiq olaraq valideynlər öz uşaqlarını tərbiyə etməyə, onların fiziki
inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar.
Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki,
dövlət orqanları buna müvafiq olaraq normadakı göstərişləri yerinə yetirməyən və
ya lazımi qaydada yerinə yetirməyənlərə qarşı bu məcburi təsir vasitələrini
(sanksiya) tətbiq etmək iqtidarında olur. Bunlar intizam xarakterli (töhmət,
KitabYurdu.az
13
işdənçıxarma və s.), inzibati (cərimə və s.) və cinayət xarakterli (azadlıqdan
məhrumetmə və s.) sanksiyalar ola bilər.
Başqa sözlə hüquq normaları aşağıdakıları müəyyən edir:
a) kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza);
b) bu icra nədən ibarət olmalıdır (dispozisiya);
c) normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya).
Lakin heç də bütün normalar bu cür üç elementli struktura malik deyil.
İnsanların davranışını müəyyən edən hüquq normaları onların fəaliyyətini
subyektiv hüquqların verilməsi ilə, yaxud üzərilərinə vəzifələrin qoyulması ilə
tənzimləyir.
Ona görə də hüquq normalarına belə bir ümumi qayda kimi baxmaq olar ki,
bu normalar insanların, onların kollektivlərinin davranışını onlara subyektiv
hüquqların verilməsi və üzərilərinə müvafiq hüquqi vəzifələrin qoyulması yolu ilə
tənzimləyir.
Rəsmi elan (dərc) olunmuş hüquq norması dövlət məcburetmə xarakterini
daşıyır, yəni bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar
üçün icrası məcburidir.
Daha vacib hüquq normaları qanunlarda təsbit olunur. Lakin qanunlarla
yanaşı digər normativ aktlar da mövcuddur (prezidentin fərmanları, hökumətin
qərarları və s.).
Hüquq normaları həmişə ümumi xarakter daşıyır, yəni o, bütün analoji
hallara aid olur, dəfələrlə tətbiq etmək imkanını nəzərdə tutur. O, qeyri-müəyyən
sayda hüquq subyektlərinə yönəlir ki, onlar bu məqamda, yaxud gələcəkdə bu
hüquq normaları ilə tənzimlənən münasibətlərin iştirakçısı ola bilsinlər.
Hüquq normalarının müxtəlif əlamətlərə görə təsnifatını vermək olar.
Normadakı göstərişin xüsusiyyətlərindən asılı olaraq hüquq normalarını aşağıdakı
kimi təsnifləşdirmək olar:
-
səlahiyyətverici normalar (norma - icazələr, nəyi etmək olar).
Məsələn, AR Konstitusiyasının 26-cı maddəsində müəyyən olunub ki, hər
kəs qanunla qadağan edilməyən bütün vasitələrlə öz hüquq və
azadlıqlarını müdafiə etmək hüququna malikdir;
-
məcburedici normalar (nəyi etmək lazımdır). Azərbaycan
Respublikası Konstitusiyasının IV fəsli belə normaları təsbit etmişdir.
-
qadağanedici normalar (nəyi etmək olmaz). Məsələn, Azərbaycan
Respublikası Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq Azərbaycan
xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs
hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
Normadakı göstərişin müəyyənlik dərəcəsinə görə hüquq normalarının iki
növü fərqləndirilir:
1. Dispozitiv normalar (belə normalarda hüquq subyektinin alternativ
davranmaq imkanı nəzərdə tutulur). Məsələn, Azərbaycan Respublikası
Konstitusiyasının insan və vətəndaşın hüquq və azadlıqlarını nəzərdə
tutan üçüncü fəslində təsbit olunmuş maddələrdə müəyyən olunan
hüquq normaları.
2. İmperativ normalar (belə normalarda vahid davranış qaydası müəyyən
olunmaqla hüquq subyektinə alternativ davranmaq imkanı verilmir).
Məsələn, qadağanedici xarakterli bütün normalar (Azərbaycan
KitabYurdu.az
14
Respublikası Konstitusiyasının 6-cı, 155-ci maddələri), habelə
məcburedici normaların əksəriyyəti (Azərbaycan Respublikası
Konstitusiyasının dördüncü fəslində nəzərdə tutulan normalar).
Hüquq normalarının digər meyarlara görə də təsnifatı aparıla bilər.
3. Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar
Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya
salınmalıdır. Bu dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun
köməyi ilə qanunvericinin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya
digər hüquqi aktlarda tapır.
Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik
fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən,
səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür.
Belə orqanlara məsələn, - Azərbaycan Respublikasının Milli Məclisi,
Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir.
Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq
mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks
etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Məsələn,
prezidentin müxtəlif fəxri adların konkret elm, incəsənət xadimlərinə və
başqalarına verilməsi haqqındakı sərəncamları hüququn mənbəyi hesab olunmur,
baxmayaraq ki, onun dövlət-hüquq xarakteri göz qabağındadır. Onlar hüquq
mənbələri kimi çıxış edə bilməzlər, ona görə ki, onlarda ümumi qaydalar, yəni
hüquq normaları yoxdur. Belə fərdi, konkret məsələləri müəyyən edən aktlar fərdi
aktlar adlanır. Onlar öz səlahiyyətləri daxilində bütün dövlət orqanları tərəfindən
verilir (məsələn, hakimiyyətin müvafiq strukturu vətəndaşa mənzil sahəsinin
verilməsi, təqaüdün təyin olunması və s. barədə qərar qəbul edir), lakin bunlar
hüquq mənbəyi ola bilməzlər.
Bu hüquq mənbələri məsələsinə bir yanaşmadır. Dünyəvi və tarixi təcrübə
sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da
mövcuddur. Bir sıra ölkələrdə (məsələn, Böyük Britaniya) hüquq mənbələrinə
yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq
presedentləri daxil edilir.
Hüquqi adəti (adət hüququ) belə anlamaq lazımdır ki, o, dövlətdən asılı
olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət
kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır.
Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların
çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur
(məsələn, ticarət məsələləri ilə bağlı və s.). Adət hüququ qanuna zidd olmamalıdır.
Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş
üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə
ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları
mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad
edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır.
Bizim ölkədə məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var
ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq
yox, mövcud normaları tətbiq etməkdir. Bəzi ölkələrdə hüquq mənbəyi kimi dini
Dostları ilə paylaş: |