1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   10   ...   27
KY0000391


KitabYurdu.az 
43
 

etmək  hüququ,  yaradıcılıq  hüququ,  elmi  tərəqqi  və  onun  praktiki  tətbiqi 
nəticələrindən istifadə etmək hüququ.
 
6.  Azərbaycan Respublikası vətəndaşlığı . 
Vətəndaşlıq  məfhumu  hələ  qədim  Afina  və  Romada  tətbiq  olunmuşdur. 
Burada  vətəndaşlıq  azad  insanlara  məxsus  idi.  Orta  əsrlərdə  isə  vətəndaşlıq 
məfhumu təbəəliklə əvəz olundu.  
Konstitusiyamızın  52-ci  maddəsində  və  «Azərbaycan  Respublikasının 
vətəndaşlığı haqqında» 1998-ci il 30 sentyabr qanununun 1-ci maddəsində göstərilir: 
«Azərbaycan  dövlətinə  mənsub  olan,  onunla  siyasi  və  hüquqi  bağlılığı,  habelə 
qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır».
 
Bəzi müəlliflər hesab edirlər ki, şəxs dövlətə yalnız totalitar rejimdə mənsub 
ola bilər. Amma bu fikir düzgün deyil. Çünki şəxsin dövlətə mənsubluğu dedikdə, 
onun dövlətin yurisdiksiyasında olması başa düşülür.
 
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi 
əlaqədən irəli gəlir.
 
Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi 
hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır.
 
Vətəndaşla dövlət arasında hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı 
olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, 
həm  də  vətəndaşları  müdafiə  edir.  Lakin  vətəndaşları  əcnəbilərdən  onun  dövlətlə 
siyasi  əlaqəsinin  olması  fərqləndirir.  Əcnəbilərin  siyasi  sahədə  hüquqları 
məhdudlaşdırılır. Deməli, vətəndaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə 
dövlət  arasında  onların  qarşılıqlı  hüquq  və  vəzifələrində  ifadə  olunan  daimi 
siyasi hüquqi əlaqə başa düşülür.
 
Azərbaycan  Respublikasında  vətəndaşlıq  Konstitusiyada  və  qanunda 
müəyyən  olunmuş  prinsiplərə  əsaslanır.  Bu  prinsiplər  vətəndaşlıqla  bağlı 
münasibətləri tənzimləyən, qanunvericiliklə müəyyən olunan rəhbər müddəalardır.
 
Azərbaycan Respublikası vətəndaşlığının prinsiplərinə daxildir.
 
I.  Vətəndaşlığın  müstəqil  müəyyən  olunması.  Bu  prinsipin  mahiyyəti 
ondan 
ibarətdir 
ki, 
şəxslər 
özləri 
öz 
vətəndaşlıqlarını 
müəyyən 
edirlər.  Şəxs  istənilən  vaxt  vətəndaşlıqdan  imtina  edə  bilər.  «Azərbaycan 
Respublikası 
vətəndaşlığı 
haqqında 
qanun»un 

maddəsinə 
görə 
aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:
 
1)  bu  qanunun  qüvvəyə  mindiyi  günədək  Azərbaycan  Respublikasının 
qeydiyyatında olan vətəndaşlar; 
2)  1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan 
şəxslər. Burada şərt var. Həmin şəxslər qanun qüvvəyə mindiyi gündən 
bir il müddətində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək 
haqqında ərizə ilə müraciət etsinlər; 
3)  1988-ci  ildən  1992-ci  ilədək  Azərbaycan  ərazisində  məskunlaşmış 
qaçqınlar; 
 4)  bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər. 
II.  Vahid  vətəndaşlıq  prinsipi.  Bu  prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki, 
Azərbaycan Respublikası öz vətəndaşının digər dövlətlər qarşısında vətəndaşlıqdan 
irəli gələn öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək 
hüququnu  tanıyır.  Böyük  dövlətlər  çox  vaxt  ikili  vətəndaşlıq  prinsipini  tanıyır. 
Məsələn,  Rusiya  Federasiyasının  vətəndaşlıq  haqqında  qanunvericiliyi  ikili 
KitabYurdu.az 
44
 

vətəndaşlığı  tanıyır.  Amma  o  şərtlə  ki,  həmin  dövlətlə  Rusiya  arasında  müqavilə 
bağlansın. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər 
ki, bu böyük dövlətlərə onların daxili işlərinə qarışmasına imkan yarada bilər.
 
III. Bərabər vətəndaşlıq prinsipiBu prinsipin mahiyyəti ondan ibarətdir ki, 
vətəndaşlığın  əldə  edilməsi  üsulundan  və  əldə  olunması  müddətindən  asılı 
olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludur. 
IV. 
Vətəndaşlıqdan 
məhrumetmənin 
yolverilməzliyi 
prinsipi. 
Vətəndaşlıqdan  məhrumetmə  əslində  insan  və  vətəndaş  hüquqlarının 
məhdudlaşdırılması deməkdir. SSRİ dövründə cinayət törədən şəxs həm məhkum 
olunur,  həm  də  vətəndaşlıqdan  məhrum  edilirdi.  Amma  indi  bu  Azərbaycan 
Respublikası Konstitusiyasının 53-cü maddəsinə müvafiq olaraq yolverilməzdir. 
V.  Azərbaycan  Respublikası  vətəndaşlarının  Azərbaycan  Respublikası 
ərazisindən  qovulmasının  və  ya  xarici  dövlətə  verilməsinin  yolverilməzliyi.  Bu 
prinsip vətəndaşın dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç 
kəs Azərbaycan Respublikası vətəndaşını dövlət ərazisindən qova bilməz.  
VI. Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan 
Azərbaycan 
Respublikası 
vətəndaşlarına 
Azərbaycan 
Respublikasının 
himayəçilik  prinsipi.  Bu  prinsip  qismən  formal  xarakter  daşıyır.  Çünki  yalnız 
böyük  dövlətlər  bu  imkana  malikdirlər.  Faktiki  olaraq,  xırda  dövlətlər  böyük 
dövlətlər ərazisində yaşayan vətəndaşlarına himayəçilik edə bilmir.  
VII.Vətəndaşlığın  saxlanması.  Bu  prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki, 
şəxs  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  hansı  müddətə 
yaşamasından asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır. 
VII.  Vətəndaşlıqla  bağlı  beynəlxalq  normaların  üstünlüyü.  ni 
Azərbaycan  Respublikası  xarici  dövlətlərlə  vətəndaşlıqla  əlaqədar  müqavilələr 
bağlaya  bilər.  Bu  müqavilələrlə  milli  hüquq  arasında  ziddiyyət  yaranarsa, 
beynəlxalq müqaviləyə üstünlük verilir. 
«Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında  qanun»a  görə, 
Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır: 
-  doğulduqda; 
-  vətəndaşlığa qəbul edildikdə; 
 -      beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda. 
Vətəndaşhğm əldə edilməsi yollarına aşağıdakılar daxildir: 
 
1) filiasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi). 
 
Burada iki prinsip var: 
1)    ius sanquini - qan hüququ; 
2)   ius soli - torpaq hüququ. 
 
Avropa  dövlətlərində  ius  sanquini  əsas  götürülür.  Yəni  burada  vətəndaşlıq 
şəxsin  mənşəyi  ilə  əlaqələndirilir.  Şəxs  hansı  dövlətin  vətəndaşından  doğulubsa 
həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Azərbaycan 
Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının 
vətəndaşlarından  -  doğulmuş  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşıdır. 
Deməli,  bizdə  də  ius  sanquini  əsas  götürülür.  Lakin  Konstitusiya  həmçinin  ius 
solini vətəndaşlığın əldə olunması üsulu kimi tanıyır. 
 2)  naturalizasiya  (vətəndaşlığın  şəxsi  vəsatətlə  əldə  edilməsi).  Bu 
bir 
qədər 
mürəkkəb 
qaydadır. 
Burada 
müxtəlif 
şərtlər 
var 
ki, 
onlara əsasən, şəxs dövlətin vətəndaşlığını əldə edir. Azərbaycan Respublikasının 
KitabYurdu.az 
45
 

vətəndaşlığını əldə etmək üçün şəxs: 
-  ən azı 5 il Azərbaycanda daimi yaşamalı; 
-  Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli; 
-  Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir. 
             3)  optasiya (yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi). 
             4  )transfert  (ərazilər  dəyişərkən,  yəni  bir  dövlətdən  digərinə  keçərkən 
həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması). 
Optasiya  bir  şəxsin  yaranmış  ikili  vətəndaşlığını  müəyyən  edirsə,  transfert 
hamıya aid edilir. 
5)   vətəndaşlığın  bərpası  -  reinteqrasiya.  Yəni  şəxs  müəyyən  səbəbdən 
öz  vətəndaşlığını  itirib,  sonra  bərpa  etmək  istəyirsə,  vətəndaşlıq  bərpa  olunur. 
Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan 
fərqlənir.  Naturalizasiya  yeni  vətəndaşlığın  əldə  olunmasıdır.  Reinteqrasiya  isə 
itirilmiş 
vətəndaşlın 
bərpasıdır. 
Reinteqrasiya 
daha 
tez  baş  verir,  şəxsin  vəsatət  qaldırması  əsas  götürülür.  Naturalizasiyada  isə  artıq 
qeyd etdiyimiz kimi müxtəlif şərtlər var. 
Vətəndaşlıq aşağıdakı üsullarla xitam oluna bilər: 
1)  vətəndaşlıqdan çıxma; 
2)  vətəndaşlığı itirmə və s. 
Vətəndaşlıqdan  çıxmaya  denaturalizasiya  da  deyirlər.  Bu  zaman  şəxs 
vətəndaşlıqdan  çıxmaq  barədə  vəsatət  qaldırır  və  prezidentin  sərəncamı  ilə 
vətəndaşlıqdan  çıxır.  Bununla  vətəndaşlıq  xitam  olunur.  Şəxs  bu  hərəkətinin 
səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri 
varsa,  cinayət  məsuliyyətinə  cəlb  olunaraq,  məhkum  olunubsa,  mülki  hüquqi 
şəxslər və dövlət qarşısında öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün 
bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır. 
Hüquq  ədəbiyyatında  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslərlə  bağlı  üç 
rejim fərqləndirilir: 
1)  milli rejim; 
2)  daha əlverişli rejim; 
3)  xüsusi rejim. 
Hazırda əcnəbi hər hansı bir dövlətin vətəndaşı olub, başqa dövlət ərazisində 
yaşayan şəxslərə deyilir. Vətəndaşlığı olmayan şəxs isə vətəndaşlığını təsdiq edən 
sənədi olmayanlardır. Əcnəbi və vətəndaşlığı olmayanların hüquqi statusu təqribən 
üst-üstə  düşür.  Yalnız  bir  fərq  var:  əcnəbini  yarana  biləcək  mübahisədə  himayə 
edəcək dövlət var, vətəndaşlığı olmayan şəxsi isə yoxdur.
 
7.  Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun 
əsasları. 
Demokratik  cəmiyyətdə  siyasi  sistemin  fəaliyyət  göstərməsi  siyasi 
plüralizmdən,  yəni  insanların  mənafe  və  fikirlərinin  rəngarəngliyindən,  ayrı-ayrı 
siyasi  qüvvələrin  fəaliyyətinin  müxtəlifliyindən,  xüsusilə  seçki  kampaniyaları 
dövründə  onların  rəqabətindən,  siyasi  mübarizələrindən  başlanır.  Bütün  bunlar, 
ancaq qanun çərçivəsində və hədlərində olmalıdır.
 
Totalitar  rejimin  cəmiyyətimizin  siyasi  səhnəsindən  getməsindən  sonra 
Azərbaycan  cəmiyyətində  demokratiya  şəraitində  siyasi  plüralizm,  çoxpartiyalılıq 
təşəkkül  tapdı.  Müxtəlif  ictimai  birliklər,  partiyalar  yaranmağa  başladı.  Ölkə 
parlamenti  müxtəlif  siyasi  partiyaların  seçkilərdə  iştirakı  nəticəsində  təşkil 
KitabYurdu.az 
46
 

olunmağa  başladı.  Dövlət  orqanları  ictimai  birliklərin,  assosiasiyaların  daxili 
işlərinə  qarışmamağı  üstün  tuturlar.  Ancaq  bu  o  demək  deyil  ki,  dövlət,  qeyri  - 
hökumət təşkilatlarının təşkili və fəaliyyəti ilə bağlı məsələləri qanunun köməyi ilə 
nizama  sala,  onlar  tərəfindən  hüquq  normalarına  riayət  edilməsinə  nəzarət  edə 
bilməz.
 
İctimai 
birliklər 
haqqında 
qanunvericiliyin 
əsasını 
Azərbaycan 
Respublikasının  Konstitusiyası,  «Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər) 
haqqında»  Azərbaycan  Respublikasının  13  iyun  2000-ci  il  tarixli  qanunu,  «Siyasi 
partiyalar  haqqında»  3  iyun  1992-ci  il  Azərbaycan  Respublikası  qanunu  və  digər 
normativ hüquqi aktlar təşkil edir.
 
«Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər)  haqqında»  qanunun  2-ci 
maddəsində ictimai birliklərin anlayışı verilmişdir. Həmin maddənin 1-ci hissəsinə 
görə,  ictimai  birlik  təsis  sənədlərində  müəyyən  olunmuş  məqsədlərlə  ümumi 
maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə 
yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə 
etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-
hökumət  təşkilatıdır.  İctimai  birliklərə  siyasi  partiyalar,  kütləvi  hərəkatlar,  dini 
birliklər,  həmkarlar  ittifaqları,  vətəndaşların  digər  assosiasiyaları  (qadınlar, 
veteranlar, gənclər təşkilatları, yaradıcılıq ittifaqları və i.a.) aiddir.
 
Kütləvi  ictimai  hərəkatlar  -  siyasi  və  yaxud  digər  məqsədlər  güdən,  qəti 
müəyyən edilmiş üzvlüyə malik olmayan birliklərdir. Üzvlüyün olmaması ictimai 
hərəkatları  digər  birliklərdən  fərqləndirir  və  onun  tərkibində  kollektiv  üzvlərin, 
məsələn, partiyaların iştirakına imkan yaradır.
 
Cəmiyyətdə  həmkarlar  ittifaqlarının  da  böyük  rolu  vardır.  Onlar  dövlət 
orqanları,  təsərrüfat  təşkilatları,  kooperativlərlə  qarşılıqlı  əlaqədə  istehsal,  sosial-
iqtisadi  və  mədəni  sahələrdə  öz  üzvlərinin  mənafelərini  təmsil  edir  və  müdafiə 
edirlər. Həmkarlar ittifaqları qəti müəyyən edilmiş fərdi üzvlüyə malikdirlər. Bütün 
həmkarlar ittifaqları qanun qarşısında bərabərdirlər.
 
Bütün siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi hərəkatlar Azərbaycan 
Respublikası  Konstitusiyası  və  qanunları  çərçivəsində  fəaliyyət  göstərməlidir. 
Azərbaycan  Respublikasında  məqsəd  və  fəaliyyəti  konstitusiya  quruluşunun 
əsaslarının zorla dəyişdirilməsi və ya dövlətin ərazi bütövlüyünün pozulması, dövlət 
təhlükəsizliyinin  sarsılması,  hərbi  birləşmələrin  yaradılması,  sosial,  irqi,  milli  və 
dini  ədavətin  qızışdırılmasından  ibarət  olan  ictimai  birliklərin  təşkil  edilməsi  və 
fəaliyyəti qadağandır. Bu barədə Azərbaycan Respublikası Konstitusiyasının 58-ci 
maddəsinin IV hissəsində birbaşa göstəriş vardır.
 
İctimai  birlik  onun  qanunla  nəzərdə  tutulan  subyektlər  tərəfindən  təsis 
edilməsi  nəticəsində,  habelə  mövcud  olan  ictimai  birliyin  yenidən  təşkili 
nəticəsində yaradıla bilər.
 
İctimai  birliyin  təsis  edilməsi  nəticəsində  yaradılması  təsisçilərin  qərarı  ilə 
həyata  keçirilir.  Bu  halda  təsis  yığıncağı  çağırılır  və  birliyin  nizamnaməsi  qəbul 
olunur.
 
İctimai birliyin nizamnaməsində birliyin adı və yerləşdiyi yer, fəaliyyətinin 
məqsədləri  və  idarə  olunması  qaydası,  üzvlərin  hüquq  və  vəzifələri,  üzvlüyə 
qəbulun  və  ondan  çıxmanın  şərtləri  və  qaydası,  ictimai  birliyin  əmlakının 
formalaşma  mənbələri,  nizamnamənin  qəbulu,  ona  əlavə  və  dəyişikliklərin 
edilməsi  qaydası,  birliyin  ləğv  edilməsi  və  ləğv  edildiyi  halda  əmlakdan  istifadə 
qaydası müəyyən edilir.
 
KitabYurdu.az 
47
 

İctimai birliklərin əmlakının formalaşdırılma mənbələri aşağıdakılardır:
 
1)  təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik 
üzvlük haqları; 
2)  könüllü əmlak haqları və ianələri; 
3)  malların  satışından,  xidmətlər  göstərilməsindən,  işlər  görülməsindən 
daxilolmalar; 
4)  səhmlər,  istiqrazlar,  başqa  qiymətli  kağız  və  əmanətlər  və  dividentlər, 
gəlirlər; 
5)  öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər; 
6)  qrantlar; 
7)  qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər. 
İctimai  birliklərin  idarə  olunmasının  əsasları  «Qeyri-hökumət  təşkilatları 
haqqında»  Azərbaycan  Respublikası  qanununun  25-ci  maddəsində  göstərilmişdir. 
İctimai  birliyin  strukturu,  tərkibi,  idarəetmə  orqanlarının  səlahiyyəti, 
formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai 
birliyin  adından  çıxış  etmə  qaydaları  qanunlara  müvafiq  olaraq  ictimai  birliyin 
nizamnaməsi ilə müəyyən edilir.
 
Siyasi partiyalar - daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati 
quruluşa malik birliklərdir. Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə 
edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi 
dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının  təşkilində  və  habelə  dövlət 
orqanlarına  seçilən  nümayəndələri  vasitəsilə  hakimiyyətin  həyata  keçirilməsində 
iştirak  etməkdən  ibarət  olan  ictimai  birliklərin  bir  növüdür.  Azərbaycan 
Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər.
 
Siyasi  partiyaları  başqa  ictimai  birliklərdən  fərqləndirən  əsas  cəhət  ondan 
ibarətdir  ki,  siyasi  partiyalar  parlament  və  hökumətdə  yer  əldə  etmək  üçün  açıq 
şəkildə mübarizə aparır. Siyasi partiyalar siyasi sistemin əsas komponentidir. Onlar 
siyasi  prosesin  bütün  mərhələlərində  (seçkilərdə,  dövlət  orqanlarının  təşkilində, 
siyasi  və  dövlət  qərarlarının  qəbulunda  və  onların  həyata  keçirilməsində)  fəal 
iştirak edir. 
Ümumiyyətlə,  siyasi  partiyaların  yaradılması  cəmiyyətdə  siyasi  plüralizm 
prinsipinin bərqərar olmasının nəticəsidir. Belə ki, hər cəmiyyətdə müxtəlif siyasi 
əqidələrin mövcudluğunu Konstitusiya elan və təmin edir. Belə təminatlardan biri 
də Konstitusiyanın 58-ci maddəsində (Birləşmək hüququ) ifadə olunur. Bu maddə 
vətəndaşa  öz  siyasi  əqidə  və ideyasına görə könüllü olaraq istənilən  birliyə daxil 
olmaq  hüququ  verir.  1992-ci  il  3  iyun  tarixli  «Siyasi  partiyalar  haqqında» 
Azərbaycan Respublikasının Qanununun 1 - ci maddəsində deyilir: «Siyasi partiya 
dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak 
edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur». 
Deməli, siyasi partiya anlayışının tərkib elementləri aşağıdakılardır: 
-  vahid siyasi ideya və məqsəd (siyasi partiyada mütləq vahid siyasi ideya 
və məqsəd olmalıdır, ictimai birliklərdə də ideya və məqsəd olur, amma 
onlar siyasətdə iştirak edə bilməzlər) 
-  ölkənin siyasi həyatında iştirak. 
-  könüllü birlik; 
-  partiyaya  üzv  olmaq  hüququnun,  yalnız  Azərbaycan  Respublikası 
vətəndaşlarına mənsub olması. 
Əsas tərkib elementlərindən başqa, köməkçi tərkib elementləri də var. 
KitabYurdu.az 
48
 

-  hər bir siyasi partiya cəmiyyətin müəyyən hissəsinin avanqardı, aparıcı 
qüvvəsidir; 
-  hər bir partiya cəmiyyətin müəyyən hissəsinin ideoloji daşıyıcısıdır. Hər 
bir  partiya  onun  ətrafında  birləşən  insanların  ideologiyalarının 
daşıyıcısıdır. 
Dünya praktikasında siyasi partiyaların meydana gəlməsinin iki yolu var:
 
1)  Elektoral yol 
2)  Milli-azadlıq hərəkatı nəticəsində partiyaların yaranması. 
Qeyd  olunduğu  kimi,  siyasi  partiyaların  əsas  məqsədi  hakimiyyətə 
gəlməkdir.  Seçkilər  isə  hakimiyyətə  gəlməyin  yeganə  qanuni  yoludur.  Yəni 
istənilən partiya seçkilər vasitəsilə - elektoral yolla hakimiyyətə gələ bilər.
 
Milli  azadlıq  hərəkatı  zamanı  hərəkatın  idarə  edilməsi  üçün  bir  quruma 
ehtiyac yaranır. Belə qurum da bir qayda olaraq siyasi partiya olur.
 
Siyasi partiyaların mahiyyəti onların məqsəd və funksiyalarında özünü büruzə 
verir. Partiyanın funksiyaları onun qarşısında duran vəzifələrdir. Siyasi partiyaların 
funksiyalarına aşağıdakılar daxildir:
 
1)  elektoral funksiya; 
2)  kortəbii  qüvvələrin  vahid  istiqamətə  yönəldilməsi  funksiyası.  Məsələn,  
azadlıq  hərəkatının  iştirakçısı  olan  kütlələrin  fəaliyyəti  nəticəsində  xaos  yarana 
bilər.  Ona  görə  də  onları  istiqamətləndirən  bir  qurum  olmalıdır  ki,  bu  da  siyasi 
partiyadır. 
3)  kompromis  (barışdırıcı)  funksiya.  Yəni  siyasi  partiya  münaqişəyə 
müdaxilə  etməməli,  heç  bir  tərəfi  qızışdırmamalı,  tərəflər  arasında  kompromisin 
əldə olunmasına çalışmalıdır; 
4)  parlament vasitəsilə hakimiyyətin fəaliyyətinə nəzarət funksiyası. 
 
 
«Siyasi  partiyalar  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  5-ci 
maddəsinə  əsasən,  respublikamızda  partiyalar  aşağıdakı  yolla  siyasi  fəaliyyət 
göstərirlər:
 
-  nizamnamələrinə  uyğun  olaraq  ictimai  rəyin  fomalaşmasına  təsir 
göstərmək; 
-  öz üzvlərinin siyasi fəallığına rəvac vermək; 
-  vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək; 
-  nizamnamələrinə 
uyğun 
olaraq 
Azərbaycan 
Respublikasının 
qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinə  təsir 
göstərmək; 
-  siyasi  və  sosial  proqramlar  hazırlamaq  yolu  ilə  Azərbaycan 
Respublikasının  daxili  və  xarici  siyasətinin  formalaşmasına  təsir 
göstərmək. 
Siyasi partiyaların təsnifatı müxtəlif meyarlara əsasən aparılır.
 
I. Siyasi rejimə görə:
 
a)  avtoritar partiyalar - bir şəxsin nüfuzu üzərində qurulan partiyalar; 
b)  demokratik partiyalar. 
II.  Siyasi sistemdəki yerinə görə:
 
a) iqtidar partiyaları; 
b) muxalifət partiyaları. 
III. İdeoloji əlamətinə görə:
 
a) inqilabçı partiyalar; 
b) islahatçı partiyalar; 
KitabYurdu.az 
49
 

c) mühafizəkar partiyalar;  
d) ç) mürtəce partiyalar. 
IV. Açıq və ya gizli fəaliyyət göstərməsindən asılı olaraq:
 
a) leqal partiyalar; 
b) qeyri-leqal partiyalar. 
V. Üzvlərin sayı və təşkilati strukturuna görə:
 
a) kadr partiyaları 
b) kütləvi partiyalar.. 
VI. Sinfi xarakterindən asılı olaraq:
 
a) fəhlə partiyaları; 
b) burjua partiyaları; 
c) kəndli partiyaları. 
Respublikamızda  dini  birliklərin  fəaliyyəti  xüsusi  olaraq  «Dini  etiqad 
azadlığı  haqqında»  Azərbaycan  Respublikasının  20  avqust  1992-ci  il  Qanunu  ilə 
tənzimlənir.
 
Bu qanun dövlətlə dini birliklərin qarşılıqlı münasibətlərini tənzimləyərkən 
müəyyən edir ki, dövlət:
 
-  vətəndaşların,  özlərinin  dini  mənsubiyyətini  müəyyənləşdirməsinə, 
valideynlərin  uşaqlarmı  öz  dini  əqidələrinə  və  dinə  münasibətlərinə  uyğun 
tərbiyə etmələrinə müdaxilə etmir; 
-  dini  birliklərin  üzərinə  dövlət  orqanlarının  və  yerli  özünüidarəetmə 
orqanlarının funksiyalarının həyata keçirməsi vəzifəsini qoymur; 
-  mövcud  qanuna  zidd  olmayan  dini  birliklərin  fəaliyyətinə  müdaxilə 
etmir; 
-  dövlət və bələdiyyə tədris müəssisələrində təhsilin dünyəvi xarakterini 
təmin edir; 
Bu qanunda təsbit olunmuşdur ki, dini birlik:
 
-    özünün xüsusi quruluşuna və mövcud qanunvericiliyə uyğun yaradılır;
 
-  dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak 
etmir; 
-  siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara 
maddi və digər köməkliklər göstərmir. 
Qanuna  görə  dini  birliklər  vətəndaşlar  tərəfindən  öz  dini  tələbatlarını 
ödəmək  üçün  könüllü  olaraq  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada,  azı  10 
nəfər üzvlərin ərizəsinə əsasən yaradılan dini təşkilatlardır. Lazımi qaydada qeydə 
alınmış  dini  cəmiyyət  öz  daxili  işlərini  idarə  etmək  üçün  icra  orqanı  və  nəzarət 
komissiyasını  seçir,  dindarlar  qrupu  isə  öz  rəhbərini  seçir.  Dini  mərkəzlər,  dini 
idarələr  və  dini  təhsil  müəssisələri  dini  birliklərin  könüllü  ianəsi  hesabına 
saxlanılır və öz nizamnamələrinə uyğun fəaliyyət göstərirlər.
 
Dini 
birliklərin 
nizamnaməsində 
(əsasnaməsində) 
aşağıdakılar 
göstərilməlidir:
 
-  dini birliyin növü, dini mənsubiyyəti və yeri; 
-  dini birliyin əmlak vəziyyəti; 
-  dini birliyin nizamnaməsinə dəyişikliklər və əlavələr etmək qaydası; 
-  dini birliyin fəaliyyətinə xitam verildikdə əmlak məsələlərinin və başqa 
məsələlərin həlli qaydası və s. 
Qanunvericiliyi  mütəmadi  şəkildə  pozduqda  dini  birliklərin  fəaliyyətinə 
müəyyən edilmiş qaydada xitam verilə bilər.
 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin