1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   ...   27
KY0000391


KitabYurdu.az 
15
 

müddəalar  və  baxışlar  əsas  götürülür.  Məsələn,  müsəlman  hüququ  (fiqh)  islam 
dininin  tərkib  hissəsini  təşkil  edir.  Müsəlman  hüququnun  əsasında  Allahın  öz 
rəsulu və peyğəmbərlərin axırıncısı olan Məhəmmədə müraciətlə dediyi sözlərdən 
ibarət  olan  müqəddəs  Quran  və  Məhəmməd  peyğəmbərin  dedikləri  və 
hərəkətlərinə və s. aid olan ənənəvi qaydaların toplusu olan sünnə durur. 
Azərbaycan  Respublikasında  hüququn  mənbələrini  normativ  hüquqi  aktlar 
təşkil edir. 
1.  Respublikamızda  hüququn  mənbələrinə  hər  şeydən  əvvəl  qanunlar  aid 
edilir.  Qanun  dövlətin  ali  nümayəndəli  orqanı  tərəfindən  qəbul  edilən  və  yüksək 
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasında 
qanunlar  Azərbaycan  Respublikasının  parlamenti  -  Milli  Məclis  tərəfindən 
Konstitusiyaya  uyğun  olaraq  qəbul  olunur.  Qanun,  habelə  bilavasitə  xalq 
tərəfindən - referendum (ümümxalq səsverməsi) yolu ilə də qəbul edilə bilər. Belə 
ki,  Azərbaycan  Respublikasının  Konstitusiyası  -  dövlətin  ali  qanunu  12  noyabr 
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. 
Azərbaycan  Respublikasında  qanunlar  hüquqi  əhəmiyyətinə  görə  aşağıdakı 
qanunlara bölünür: 
a)  Azərbaycan  Respublikasının  Konstitusiyası  (Azərbaycan  Respublikası 
Konstitusiyasının  156-cı  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının 
Milli  Məclisi  tərəfindən  qəbul  olunan  Konstitusiya  qanunları  Konstitusiyanın 
tərkib hissəsi hesab olunduğuna və onların hüquqi qüvvəsi Konstitusiyanın hüquqi 
qüvvəsinə  bərabər  tutulduğuna  görə  ayrıca  qanunlar  kateqoriyası  kimi 
qanunvericilik sisteminə daxil edilməmişdir); 
b) referendum yolu ilə qəbul olunmuş qanunlar; 
c) Azərbaycan  Respublikasının  Konstitusiyasının  94-cü  maddəsinin  birinci 
hissəsində nəzərdə tutulmuş məsələlər üzrə Azərbaycan Respublikası Milli Məclisi 
tərəfindən qəbul olunan qanunlar. 
2.  Hüquq  mənbəyi  kimi  qanun  qüvvəli  aktlar  içərisində  Azərbaycan 
Respublikası  Prezidentinin  fərmanları  mühüm  yer  tutur.  Hüquq  mənbəyi  - 
prezidentin o fərmanları hesab olunur ki, onlar normativ xarakterli olaraq ictimai 
münasibətləri nizamlamağa xidmət edir. 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin 
qanunvericilik  sisteminin  tərkib  hissəsi  hesab  edilməsi  və  hüququn  mənbəyini 
təşkil  etməsi  Azərbaycan  Respublikası  Konstitusiyasının  148-ci  maddəsində  əks 
olunmuşdur.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  və  Azərbaycan 
Respublikasının  qanunvericilik  sisteminin  tərkib  hissəsini  təşkil  edən  beynəlxalq 
hüquqi  aktlarla  Azərbaycan  Respublikası  Konstitusiyasının  hüquqi  qüvvə 
baxımından qarşılıqlı əlaqəsi Azərbaycan Respublikası Konstitusiyasının müvafiq 
olaraq 12-ci və 151-ci maddələrində müəyyən olunur. 
 
4. Hüquq sahələri, anlayışı və sistemi 
Hüquq  sistemi  böyük  tərkib  hissələrinə  -  hüquq  sahələrinə  bölünür.  Bu 
bölgünün əsasında ölkədə mövcud olan ictimai münasibətlərin müxtəlifliyi dayanır 
ki,  bu  da  hüquqi  nizamlanmanın  predmetini  təşkil  edir.  Hüquq  sahələrini  təşkil 
edən  hüquq  normaları  aralarındakı  fərqlərə  baxmayaraq  bir-birilə  uzlaşır,  sıx 
qarşılıqlı əlaqədədirlər, vahid bir sistem yaradırlar. 
KitabYurdu.az 
16
 

İctimai münasibətlərin müəyyən növü (hakimiyyət, idarəçilik, əmlak, əmək 
və s.) nizamlanma predmetindən (ictimai münasibətlərin xarakterindən) asılı olaraq 
hüquq sahələrində qruplaşan müvafiq hüquq normaları ilə tənzimlənir. 
Hüquq  sahəsi  -  cəmiyyət  həyatının  müəyyən  sahələrində  mövcud  olan  və 
xaraktercə  bir-birinə  yaxın,  həmcins  olan  ictimai  münasibətləri  nizamlayan,  bir-
birilə qarşılıqlı əlaqədə olan normaların məcmusudur. 
Beləliklə,  hüquq  sahələrini  hər  şeydən  əvvəl  öz  nizamasalma  predmetinə 
görə fərqləndirirlər. 
Hər  sahənin  hüquqi  nizamasalma  predmetinin,  yəni  ictimai  münasibətlərin 
müəyyən  növünün  özünəməxsusluğu  var  ki,  bu  da  öz  növbəsində  bu 
münasibətlərin hüquqi xüsusiyyətlərini təyin edir. 
Ona görə də hüququn sahələr üzrə bölüşdürülməsi üçün hüquqi nizamasalma 
metodu hüququn predmeti ilə yanaşı digər əsası təşkil edir. 
Hüquqi  nizamlanma  metodu  -  elə  üsul  və  vasitələrin  məcmusudur  ki, 
bunların  vasitəsilə  hüquq  ictimai  münasibətlərə  təsir  edir.  Məsələn,  mülkiyyət 
əlaqələrinin  iştirakçıları  -  bu  bir-birindən  asılı  olmayan  öz  əmlaklarından  sərbəst 
istifadə  etməyə  malik  olan  şəxslərdir.  Onlar  aralarındakı  münasibətləri 
razılaşdırmaq  və  müəyyənləşdirmək  imkanı  əldə  etmək  üçün  öz  aralarında 
müqavilə bağlayırlar. Onların arasındakı mübahisələrə məhkəmələr baxır. 
Dövlət idarəetmə sahəsində meydana gələn münasibətlər başqa nizamasalma 
metodu tələb edir, belə ki, bu sahədə tərəflərin bərabərliyi yoxdur; burada əlaqələr 
tabeçilik  əsasında  qurulur.  Hakimiyyət  səlahiyyəti  hüquq  norması  vasitəsilə 
münasibət tərəflərindən birinə şamil edilir. 
Beləliklə, əgər hüquqi nizamasalma predmeti bu hüquq sahəsinin təsir etdiyi 
ictimai  münasibətlər  sferasını  aşkar  etməyə  imkan  verirsə,  hüquq  nizamasalma 
metodu  təsiretmə,  tənzimləmə  vasitəsi  kimi  çıxış  edir  ki,  bu  da  həmçinin 
(predmetlə yanaşı), bu hüquq sahəsini xarakterizə edir. 
Hüquq  sistemi  özündə  aşağıdakı  əsas  sahələri  birləşdirir:  konstitusiya 
hüququ, inzibati hüquq, maliyyə hüququ, aqrar hüququ, mülki hüquq, ailə hüququ, 
əmək hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq 
və s. 
Hüquq  sistemində  aparıcı  yeri  konstitusiya  hüququ  tutur.  Bu  onunla 
əlaqədardır  ki,  konstitusiya  hüquq  normalarında  elə  ilkin  başlanğıclar  təşəkkül 
tapır ki, onlar başqa hüquq sahələrinin əsasını təşkil edir. 
Azərbaycanın  Konstitusiya  hüquq  normalarının  əksər  hissəsi  Azərbaycan 
Respublikası  Konstitusiyasında,  habelə,  digər  qanunvericilik  aktlarında  (məsələn, 
vətəndaşlıq haqqında, yerli özünüidarələr haqqında və s. qanunlarda) ifadə olunur. 
Konstitusiya  hüquq  normaları  konstitusiya  quruluşunun  əsaslarını,  insan  və 
vətəndaşın  hüquqi  vəziyyətini,  dövlət  hakimiyyəti  və  yerli  özünüidarə  sistemini, 
Azərbaycanın  dövlət  quruluşunu,  hüquq  və  qanunvericilik  sistemini  və  başqa 
məsələləri təsbit edir. 
Konstitusiya  hüququ  ilə,  normaları  icra  hakimiyyəti  sahəsində  (hökumət, 
nazirlik  və  idarə,  idarəetmənin  yerli  orqanları)  təşəkkül  tapan  idarəçilik 
münasibətlərini nizamlayan inzibati hüquq bir-birilə sıx əlaqə təşkil edir. 
Maliyyə hüququ dövlətin maliyyə prosesi və büdcə fəaliyyətində, bankların 
və  digər  maliyyə  idarələrinin  fəaliyyətində  meydana  gələn  münasibətləri 
KitabYurdu.az 
17
 

nizamlayır. 
Aqrar hüququ təşkil edən hüquq normalar sistemi torpaqdan istifadə ilə bağlı 
münasibətləri  nizamlayır  (torpaqdan  səmərəli  istifadə,  torpaq  üzərində  mülkiyyət 
hüququnun qorunması və s.). 
Mülki  hüquq  -  əmlak  münasibətlərini,  bəzi  şəxsi  qeyri-əmlak 
münasibətlərini (məsələn, ad hüququ, müəlliflik hüququ və s.) nizamlayan hüquq 
sahəsidir. Onun mühüm hissəsini mülkiyyət münasibətləri, vərəsəlik münasibətləri 
və s. təşkil edir. 
Mülki hüquqla ailə hüququ da yaxın hüquq sahələri hesab olunur, hansı ki, o 
da  əmlak  və  qeyri-əmlak  münasibətlərini  yalnız  xüsusi  sahədə  -  ailə-nikah 
münasibətləri sahəsində tənzimləyir. 
Əmək hüququ əmək münasibətlərinin meydana gəlməsi, dəyişməsi və xitamı 
şərtlərini müəyyən edir, iş vaxtını və istirahət vaxtının müddətini təyin edir, əmək 
intizamı, əməyin mühafizəsi məsələlərini və s. nizamlayır. 
Cinayət hüquq normalarının köməyi ilə dövlət hansı ictimai-təhlükəli əməlin 
cinayət  kimi  tövsif  olunduğu  və  bu  əmələ  görə  hansı  cəzanın  təyin  olunmasını 
müəyyən 
edir. 
Cinayət 
hüquq 
normaları 
cinayət 
məcəlləsində 
konkretləşdirilmişdir. 
Yuxarıda sadalanan bütün hüquq sahələri maddi hüququn sahələrini özündə 
ifadə  etdirməklə  maddi  hüquq  sahələri  adlandırılır,  bununla  belə  hüquq  elmində 
prosessual  hüquq  sahələri  də  ayrılır.  Bunlara  mülki  prosessual  hüquq  və  cinayət 
prosessual hüququ aid etmək olar. 
Mülki  prosessual  hüquq  normaları  məhkəmələrin  mülki,  ailə,  əmək,  aqrar, 
maliyyə  münasibətləri  və  s.  sahələrdə  meydana  gələn  mübahisələrə  baxması  ilə 
əlaqədar fəaliyyəti nizamlayır. 
Cinayət  -  prosessual  hüququ  cinayət  işlərinin  təhqiqatı,  ibtidai  istintaqı  və 
onlara  məhkəmədə  baxılması  ilə  əlaqədar  hüquq-mühafizə,  istintaq,  prokurorluq 
orqanlarının fəaliyyətini tənzimləyir. 
 
 
5. Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri 
Məlum  olduğu  kimi,  insanlar  bütün  həyatı  boyu  müxtəlif  ictimai  əlaqələrə 
daxil  olurlar  ki,  bunların  da  əksər  hissəsini  hüquq  normaları  ilə  tənzim  edilən 
hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai 
münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində 
hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları, məhz hüquq münasibətlərinin 
köməyi ilə realizə olunur. 
Hüquq  münasibətləri  üçün  onun  iştirakçılarının  (subyektlərinin)  subyektiv 
hüquqları  və  vəzifələrinin  olması  xarakterikdir.  Hüquq  normaları  münasibət 
iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələr müəyyən edir. 
Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq 
və vəzifələrində ifadə olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və 
vəzifə  olmadan  hüquq  münasibətinin  özü  yoxdur.  Məsələn,  hər  bir  tələbə  ilə  ali 
məktəb  arasında  hüquq  münasibəti  vardır.  Tələbənin  təhsil  almaq  hüququ  vardır, 
ali məktəb isə, öz növbəsində təhsil proqramına uyğun olaraq ona müvafiq biliklər 
əldə  etmək  üçün  şərait  yaratmağa  borcludur.  Hüquq  münasibəti  iştirakçılarının 
hüquq və vəzifələri hüquq münasibətlərinin hüquqi məzmununu təşkil edir. 
KitabYurdu.az 
18
 

Hüquq  elmində  «hüquq  münasibətlərinin  tərkibi»  anlayışından  istifadə 
olunur ki, onun da elementləri aşağıdakılardır: 
a) hüquq subyekti; 
b) hüquq münasibətlərinin məzmunu; 
c) hüquq münasibətlərinin obyekti; 
Hüquq  münasibətlərinin  maddi  məzmununu  onun  subyektlərinə  tərəf  kimi 
məxsus  olan  qarşılıqlı  hüquq  və  vəzifələrin  reallaşması  ilə  əlaqədar  davranış  və 
hərəkətlər təşkil edir. 
Bu  mənada  hüquqi  əlaqələrin  hüquqi  məzmunu  -  hüquq  münasibətinin 
subyektlərinin  hüquq  və  vəzifələridir.  Hüquq  münasibətinin  obyekti  -  hüquq 
münasibəti  subyektlərinin  fəaliyyətlərinin  yönəldiyi  maddi  və  qeyri-maddi 
nemətlərdir. 
Hüquq münasibətinin iştirakçıları, əsasən fiziki və hüquqi şəxslərdir. Fiziki 
şəxslər  konkret  dövlətin  ərazisində  və  ya  onun  ərazisindən  kənarda  olan 
vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. 
Hüquqi  şəxslərə  aiddir:  bütünlükdə  dövlət,  dövlət  orqanları,  ictimai 
qurumlar,  təsərrüfat  birlikləri  və  s.  Hüquq  münasibəti  iştirakçısı  olmaq  üçün 
müəyyən  hüquqi  keyfiyyətlərə  malik  olmaq  vacibdir.  Söhbət  hüquq  qabiliyyəti, 
yəni  hüquqa  malik  olmaq  və  müəyyən hüquqi vəzifələri  daşımaq  qabiliyyətindən 
və  fəaliyyət  qabiliyyətindən,  başqa  sözlə  öz  hərəkəti  ilə  hüquqlar  əldə  etmək, 
həyata keçirmək və hüquqi vəzifələri icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq 
qabiliyyəti və fəaliyyət qabiliyyəti onların yarandığı andan meydana gəlir. 
Fiziki  şəxslərdə  hüquq  qabiliyyəti  anadan  olduğu  andan  meydana  gəlir; 
fəaliyyət  qabiliyyəti  isə  müəyyən  yaş  həddinə  çatdıqdan  sonra  əmələ  gəlir. 
Fəaliyyət  qabiliyyəti  insanların  psixi  fəaliyyəti  ilə  də  bağlıdır.  Bunun  üçün  psixi 
cəhətdən  sağlam  olmaq  zəruridir.  Qanunvericiliyə  görə  tam  fəaliyyət  qabiliyyəti 
əsasən 18 yaşdan başlayır. 
Məsələn, vətəndaş cinayət məsuliyyətinə 16 yaşdan, bəzi cinayət əməllərinə 
görə 14 yaşdan cəlb oluna bilər. Yaxud başqa bir misal: ayrı-ayrı istisna hallarda 
nikah  yaşı  kişilər  üçün  18  yaşdan  17  yaşa  endirilə  bilər.  Azərbaycan 
Respublikasında ailə və nikah məcəlləsinə görə, bu barədə qərarı müvafiq yerli icra 
hakimiyyəti orqanı qəbul edə bilər. 
Hüquq  münasibətlərinin  əmələ  gəlməsi,  dəyişdirilməsi  və  xitamı  yalnız 
yuxarıda göstərilən hüquqi şərtlərlə yox, həm də hüquqi faktlarla əlaqədardır. 
Hüquqi fakt qanunda nəzərdə tutulan, konkret hüquq münasibətlərinin əmələ 
gəlməsi  (həmçinin,  dəyişməsi  və  xitam  edilməsi)  üçün  əsas  olan  həyati  hallar  - 
hadisə və hərəkətlərdir. 
Hüquqi  faktları  insan  iradəsi  ilə  əlaqəsindən  asılı  olaraq  iki  qrupa  bölmək 
olar:  hadisələr  və  hərəkətlər,  bunlarla  qanun  hüquqi  nəticələrin  əmələ  gəlməsini 
əlaqələndirir. Hadisələr - bir qayda olaraq insanın iradəsindən asılı olmayaraq baş 
verən  hüquqi əhəmiyyətli  faktlardır.  Məsələn,  insanın  ölümü  vərəsəliklə  əlaqədar 
hüquq  münasibətlərinin  əmələ  gəlməsinə  səbəb  olur.  Hərəkətlər  insanın 
iradəsindən  bilavasitə  asılı  olan  hüquqi  faktlardır.  Hərəkətlər  qanunauyğun,  yəni 
hüquq  normalarını,  onların  tələblərini  pozmayan  (məsələn,  alqı-satqı  müqaviləsi) 
və  qanuna  zidd,  yəni  qanunu  pozan,  qanunla  düz  gəlməyən  hərəkətlərə  bölünür 
(məsələn, inzibati, cinayət hüquqpozmaları və s.). 
KitabYurdu.az 
19
 

6. Hüquq pozuntusunun anlayışı, tərkibi və növləri 
Ümumi  şəkildə  hüquq  pozuntusu  ictimai  təhlükəli  olan,  yəni  cəmiyyətə 
ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər. 
Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, 
bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla 
cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq 
pozuntusunun aşağıdakı əlamətləri vardır: 
Birincisi,  hüquq  pozuntusu  hüquq  normasındakı  göstərişlərin  yerinə 
yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər 
hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd 
olmasıdır.  Qanunun  tələblərindən  uzaqlaşmaq,  konkret  hüquqi  vəzifələri  yerinə 
yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə 
etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. 
İkincisi,  hüquq  pozuntusunun  subyekti  qanunla  müəyyən  edilmiş  yaş 
həddinə çatmış (bir qayda olaraq 14-16 yaş), hüquq qabiliyyətli, anlaqlı şəxslərdir 
ki,  onlarda  öz  hərəkətlərinə  hesabat  vermək,  öz  davranışına  rəhbərlik  etmək 
qabiliyyəti  vardır.  Beləliklə,  hüquq  pozuntusu  ağılla  hərəkət  etməyə  qadir  olan 
insanın iradəsinin ifadəsi kimi xarakterizə olunur. Ona görə də azyaşlıların və psixi 
cəhətdən  anlaqsız  olan  şəxslərin  törətdiyi  ictimai-təhlükəli  əməllər  hüquq 
pozuntusu  hesab  olunmur.  Azyaşlıların  törətdiyi  qanunvericilikdə  nəzərdə 
tutulmuş  ictimai  təhlükəli  əmələ  görə  müvafiq  tərbiyəni  və  nəzarəti  həyata 
keçirməməkdə təqsirkar olan şəxs cavab verməlidir. 
Üçüncüsü,  şəxsin  hər  hansı  bir  hüquqa  zidd  əməli  hüquq  pozuntusu  sayıla 
bilməz.  Müəyyən  yaş  həddinə  çatmış,  anlaqlı  şəxsin  yalnız  o  ictimai-təhlükəli, 
hüquqazidd  əməli  hüquq  pozuntusu  hesab  oluna  bilər  ki,  bu  əməl  şəxsin  təqsiri 
ucbatından baş vermiş olsun. Beləliklə, hüquq pozuntusunun vacib əlamətlərindən 
biri  -  təqsirin  olmasıdır.  Təqsir,  şəxsin  törətdiyi  əmələ  psixoloji  münasibəti  olub, 
qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. 
Yuxarıda  ifadə  olunanları  nəzərə  alaraq  hüquq  pozuntusuna  belə  bir  tərif 
vermək olar: hüquq pozuntusu dedikdə - şəxsin ictimai-təhlükəli xarakter daşıyan, 
təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməli başa düşülür. 
Hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət (məsələn, xuliqanlıq) və 
hərəkətsizlik  (məsələn,  vəzifəli  şəxsin  şüurlu  surətdə  məhkəmənin  qərarını, 
hökmünü, qərardadını, yaxud qətnaməsini icra etməməsi) formasında ola bilər. 
Hüquq  elmində  hüquq  pozuntusunun  obyektiv  və  subyektiv  elementləri 
fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. 
Hüquq pozuntusunun tərkibinə daxildir: 
1.  Hüquq  pozuntusunun  obyektini  hüquqla  tənzimlənən  və  mühafizə 
olunan  ictimai  münasibətlər  təşkil  edir  (məsələn,  mülkiyyət 
münasibətləri). 
2.  Hüquq  pozuntusunun  obyektiv  cəhətini  hüquqla  tənzimlənən  və 
mühafizə  olunan  ictimai  münasibətlərə  ziyan  vuran,  hüquqazidd  əməl 
(hərəkət  və  ya  hərəkətsizlik),  habelə  hüquqazidd  əməllə  onun  ictimai-
təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 
3.  Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə 
çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və 
qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu 
KitabYurdu.az 
20
 

halda cinayət hüququnda hüquq pozuntusunun subyekti qismində yalnız 
anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs çıxış edə bilər. 
4.  Hüquq  pozuntusunun  subyektiv  cəhətini  şəxsin  törətdiyi  hüquqazidd 
əmələ  psixoloji  münasibətini  ifadə  etməklə  xarakterizə  olunan  təqsiri 
təşkil edir. 
Hüquq  pozuntusunun  tərkibini  təşkil  edən  elementlərdən  hər  hansı  birinin 
(məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə 
gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. 
Bütün  hüquq  pozuntuları  ictimai  təhlükəlilik  dərəcəsindən  asılı  olaraq 
cinayətlərə və xətalara bölünür. 
Cinayət  -  cinayət  qanunvericiliyi  (cinayət  hüquq  normaları)  ilə  qadağan 
edilmiş ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan 
ibarətdir  ki,  o  cəmiyyətin  mövcud  olmaq  şərtlərinin  özünə,  vətəndaşların  əsas 
hüquq  və  azadlıqlarına  ziyan  vurur.  Cinayət  məcəlləsində  birbaşa  nəzərdə 
tutulmayan  hüquqazidd  əməllər  cinayət  hesab  olunmur.  Belə  ictimai  təhlükəli 
əməllər başqa növ hüquq pozuntularına aiddir. 
Xətalar  -    hüquq  pozuntusunun  subyektindən,  vurulmuş  ziyanın 
xarakterindən və həcmindən, habelə bunlara müvafiq olaraq tətbiq olunan hüquqi 
sanksiyaların  xüsusiyyətlərindən  asılı  olaraq  inzibati,  intizam  və  mülki 
hüquqpozmalara bölünür ki, bunlar da müəyyən hüquq sahələrinə aid olur. 
İnzibati  xətalar  -  ən  başlıcası  dövlət  idarəçiliyinə  qəsd  edən 
hüquqpozmalardır (küçə hərəkəti qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının, 
sanitar qaydalarının və s. pozulması). 
İntizam  xətaları  -  əmək,  xidməti,  yaxud  təhsil  intizamına  qəsd  edən  hüquq 
pozuntusudur. 
Mülki  hüquq  pozuntuları  (xətalar)  öhdəliklərin  icra  olunmaması,  yaxud 
lazımi qaydada icra olunmaması, hər hansı şəxsə bu və ya digər əmlak ziyanının 
vurulması (delikt), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir. 
 
 2. Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri və növləri 
Hüquqi  məsuliyyət  hüquq  pozuntusu  törətmiş  şəxs  üçün  arzuolunmaz 
nəticələrlə  ifadə  olunur.  Hüquqi  məsuliyyətin  əmələ  gəlməsinə  əsas  hüquq 
pozuntusunun  törədilməsi  faktıdır.  Hüquqi  məsuliyyət  dövlətlə,  hüquqla  sıx 
əlaqədardır.  Dövlət  hüquq  normalarını  (ümumməcburi  davranış  qaydaları) 
müəyyən  edərək,  həm  də  hüquqazidd  davranışa  görə  hüquqi  məsuliyyəti  də 
nəzərdə tutur. 
Hüquqi  məsuliyyətin  fərqli  əlaməti  -  hüququ  pozan  şəxsin  hüququn 
tələblərini  icra  etməsinə  dövlət  məcburiyyətidir.  Dövlət  məcburiyyəti  nədir? 
Əvvəla, bu vurulmuş ziyanın, dəbbə pulunun məcburi ödənilməsi, başqa şəxslərin 
pozulmuş hüququnun bərpası üzrə vəzifələrin qoyulmasıdır. 
Bu  halda  söhbət  hüquq  pozuntusuna  qarşı,  hər  şeydən  əvvəl,  əmlak 
münasibətləri sahəsində tətbiq olunan hüququn bərpası tədbirlərindən gedir. 
İkincisi,  dövlət  məcburetməsi  cəza  tədbirlərində  ifadə  oluna  bilər,  yəni 
hüquq  pozuntusuna  qarşı  cinayət  (məsələn,  azadlıqdan  məhrumetmə)  cəzası, 
inzibati cərimə, inzibati tənbeh tətbiq edilə bilər. 
Beləliklə,  hüquqi  məsuliyyət  dövlət  məcburiyyəti  xarakteri  daşıyır.  Dövlət 
KitabYurdu.az 
21
 

məcburetmə  tədbirləri  hüquq  normalarında,  onların  sanksiyalarında  müəyyən 
edilir. 
Sanksiya  -  müvafiq  hüquq  normalarında  nəzərdə  tutulan  hüquq 
pozuntusunun  arzuolunmaz  nəticəsi,  məhrumetmə  vasitəsidir.  Sanksiya 
səlahiyyətli dövlət orqanları (məsələn, məhkəmələr) tərəfindən tətbiq edilir. 
Hüquq pozuntularının növlərinə uyğun gələn hüquqi məsuliyyətin dörd əsas 
növü fərqləndirilir. Cinayət - cinayət məsuliyyəti, hüquq-pozmaların başqa növləri 
isə  -  müvafiq  olaraq  inzibati,  intizam  və  mülki-hüquq  məsuliyyəti  əmələ  gətirir. 
Son  dövr  hüquq  ədəbiyyatında  konstitusiya  hüquqi  məsuliyyət  anlayışına  da  rast 
gəlinir. 
1.  Cinayət  məsuliyyəti  törədilmiş  cinayətə  görə  yaranır.  Cinayət 
məsuliyyətinə  o  şəxs  cəlb  olunur  ki,  o  konkret  cinayət  törətmiş  olsun  və  ya 
cinayətin  törədilməsində  iştirakçı  olsun.  Cinayət  məsuliyyətinə  cəlbetmə 
səlahiyyəti olan yeganə dövlət orqanı məhkəmədir ki, hansı ki, öz hökmü ilə cəza 
növünü təyin edir. 
2.  Konkret  şəxsin  inzibati  məsuliyyəti  üçün  əsas  onun  inzibati  hüquq 
pozuntusu törətməsidir. 
İnzibati  məsuliyyət  səlahiyyətli  dövlət  orqanlarının  qoyduğu  inzibati 
tənbehlərin (xəbərdarlıq, cərimə, müsadirə, xüsusi hüquqlardan məhrumetmə və s.) 
tətbiqində ifadə olunur. 
3.  İntizam məsuliyyəti intizam qaydalarının pozulması nəticəsində baş verir. 
İntizam  xətaları  məzəmmət,  töhmət,  şiddətli  töhmət,  işdən  azadetmə  və  s.  kimi 
sanksiyaların verilməsinə gətirir. 
4.  Mülki-hüquqi  məsuliyyət  mülkiyyət,  əmlak  xarakteri  daşıyır.  Belə  ki, 
mülki-hüquqi mülkiyyət münasibətlərini nizamlayır. O əvəzetmə xarakteri daşıyır, 
ona  görə  ki,  məqsədi  -  pozulmuş  mülkiyyət  hüququnun  bərpasıdır.  Mülkiyyətin 
ölçüsü, adətən vurulmuş ziyanın ölçüsünə uyğun gəlməlidir. 
 
 
 
 
 
 
 
TƏKRAR ÜÇÜN SUALLAR 
1)   Hüququn anlayışını söyləyin. Obyektiv və subyektiv hüquq dedikdə nə nəzərdə 
tutulur? 
2)   Dövlət və hüququn qarşılıqlı əlaqəsi özünü nədə göstərir? 
3)   Hüquq norması nədir? Hüquq normaları hansı əlamətlərinə görə təsnif olunur? 
4)   Hüquq normasının ifadə olunma forması mövcuddur? 
5)   Azərbaycan Respublikasında hüququn mənbələrinə nələr daxildir? 
6)   Hüququn hansı əsas sahələri vardır? 
7)   Hüquq münasibətlərinin anlayışı və xüsusiyyətləri haqqında danışın. 
8)   Hüquq münasibətlərinin subyektlərinə nələr daxildir? 
9)   Hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti nə deməkdir?  
10)  Hüquq pozuntusu nədir? 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin