KitabYurdu.az
36
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli
Məclisi həyata keçirir;
- icra
hakimiyyəti
Azərbaycan
Respublikasının
Prezidentinə
mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri
həyata keçirir».
Hüquqi dövlətin növbəti prinsipləri - hər kəsin qanun qarşısında bərabərliyi
və insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü konstitusion
quruluşun humanist əsası kimi qəbul edilir.
Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və
azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların
realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini
daşıyır.
Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri
də onun sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının
sosial dövlət kimi siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun
ləyaqətli həyatının təmin edilməsi şərtləri təşkil edir ki, bu da Konstitusiyanın I
və II bölmələrində təsbit edilmişdir. Bu bölmələr Azərbaycan Respublikasının
sosial siyasətinin əsas istiqamətini müəyyən edir. Xüsusilə: insanların sağlamlığı
və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum məbləğdə müəyyən
edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı vətəndaşların
dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin,
yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s.
Dünyəvi dövlət.
Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki,
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı
fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən,
Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət
xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi,
qanuniləşdirilmiş dinin mövcud olmaması - heç bir din məcburi müəyyən
edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların
qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası
Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur.
Konstitusiyanın birinci bölməsində verilən bu ümumi müddəalar
Konstitusiyanın sonrakı - insan və vətəndaşların hüquq və azadlıqları bölməsində
və dini birliklər haqqında qanunda konkretləşir. Buna Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsi (Bərabərlik hüququ), 47-ci maddəsi (Fikir və söz
azadlığı), 48-ci maddəsi (Vicdan azad-lığı), 58-ci maddəsi (Birləşmək hüququ) və
s. maddələri misal göstərmək olar.
Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsinə görə,
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun
qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi
dünyəvi xarakter daşıyır.
Bununla belə, respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları
müəyyən edir:
-
dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir;
KitabYurdu.az
37
-
dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra
etmir;
-
dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak
etmir;
-
siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara
maliyyə və digər yardım göstərmir.
Respublika idarəetmə forması.
Dövlət və hüquq nəzəriyyəsi kursundan
məlum olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi
birləşdirir: idarəetmə forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi
rejim).
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin
başlıca əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika
kimi təsbit etmişdir. Respublikanın başlıca əlamətləri - dövlət başçısının seçkilər
vasitəsilə bu vəzifəni əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə
öz səlahiyyətlərini həyata keçirməsidir. Bu xüsusiyyətlər, respublikanı dövlət
başçısı vəzifəsini tutmağın irsi xarakter daşıdığı monarxiyadan fərqləndirir.
Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı
bir növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit
etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər
qolları, hər şeydən əvvəl parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli
respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir.
Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı,
həm də icra hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa
seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil,
prezident tərəfindən təşkil olunur, prezident qarşısında məsuliyyət daşıyır və
hesabat verir; hökumət parlament qarşısında deyil, prezident qarşısında istefa verir;
prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur; parlamentin prezidentə
impiçment tətbiq etmək səlahiyyəti var.
Unitar dövlət quruluş forması. Hər bir dövlətdə onun dövlət quruluşunun
forması əhəmiyyətli rol oynayır. Bu həmin dövlətin mahiyyəti, habelə dövlətlə
onun tərkib hissələri (inzibati - ərazi vahidləri, muxtar təsisatlar, federasiya
subyektləri) arasındakı münasibətlər ilə müəyyən edilir. Öz növbəsində dövlət
quruluşunun forması dövlət hakimiyyətini və onun həyata keçirilmə metodlarının
mövcudluğunu möhkəmləndirir.
Dövlət quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və onun
əsasında qəbul edilmiş digər normativ hüquqi akflarda təsbit olunur.
Azərbaycan Respublikası Konstitusiyası (7-ci maddə) dövlət quruluşuna
görə respublikamızı unitar dövlət kimi xarakterizə edir.
Dövlət rejimi. Dövlət rejimi - dövlət hakimiyyətinin həyata keçirilməsi
metodlarını səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət
rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür.
Azərbaycan Respublikasının Konstitusiyası bizim ölkəmizdə dövlət rejiminin
konkret növünü müəyyən etməklə dövlətimizin dünyanın demokratik
dövlətlərindən biri olduğunu sübut etdi. Konstitusiyanın 7-ci maddəsində birbaşa
olaraq Azərbaycan dövlətinin demokratikliyi təsbit edilir. Hakimiyyətlərin
bölünməsi prinsipi; dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə
orqanlarının seçilməsi və vaxtaşırı olaraq dəyişilməsi; insan hüquq və
azadlıqlarının ali dəyərlər kimi tanınması, onlara riayət edilməsi və təminatının
KitabYurdu.az
38
dövlətin vəzifəsi hesab olunması; siyasi plüralizm; qanunvericiliyin əsası kimi
Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin müəyyən edilməsi
dövlətimizin demokratikliyini sübut edən əsas amillərdən hesab olunur.
4. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri.
Vahid hüquqi statusa mənsub olan hər bir insanın hüquqlarının həcmi
müəyyən dərəcədə, bu fərdin insan yoxsa, vətəndaş kimi çıxış etməsindən asılıdır.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquq və azadlıqları
«insanın» və «vətəndaşın» hüquq və azadlıqlarına bölməklə fərqləndirir.
Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin
mənası nədir? Bu hər şeydən əvvəl vətəndaş cəmiyyətində şəxsiyyətin
özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən
muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.
Vətəndaş hüquqları fərdin dövlətlə münasibətlər sferasını əhatə edir. Burada
o, yəni fərd, təkcə öz hüquqlarının qanunsuz müdaxilədən müdafiə olunmasına
deyil, həmçinin də dövlət tərəfindən onların həyata keçirilməsinə aktiv dəstək
olunmasına ümid edir. Vətəndaşın statusu onun dövlətlə xüsusi hüquqi əlaqəsindən
-
vətəndaşlıq
institutundan
irəli
gəlir
(Azərbaycan
Respublikasının
Konstitusiyasının 52-ci maddəsi)
Vətəndaş hüquqlarından fərqli olaraq, insan hüquqları həmişə hüquqi
kateqoriya kimi çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir.
İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir:
1. Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və inkişaf
edir;
2. Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil;
3. İnsana doğulduğu andan məxsusdur;
4. Toxunulmazlıq, pozulmazlıq xarakterinə malikdir, təbii kimi qəbul edilir
(hava, torpaq və su kimi);
5. Birbaşa qüvvəyə malikdir;
6. Ali nemət kimi tanınır;
7. Hüququn zəruri hissəsi kimi çıxış edir;
8. İnsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və normalarını
özündə əks etdirir;
9. Onların tanınması, riayət edilməsi və müdafiəsi dövlətin başlıca vəzifəsi
hesab olunur.
Azərbaycan Respublikasının Konstitusiyasının «Əsas insan və vətəndaş
hüquqları və azadlıqları» adlanan III fəslinin bütün maddələri ardıcıl şəkildə
yuxarıda göstərilən prinsiplər üzrə hüquq və azadlıqları fərqləndirir. Bu öz əksini
ayrı-ayrı maddələrdə müxtəlif ifadələrin təsbitində tapır. İnsan hüquqları haqda
söhbət gedən yerlərdə Konstitusiya «hər kəsin... hüququ vardır», «hər kəsə...
təminat verilir», «hər kəs... bilər» və s. ifadələrdən istifadə edir. Bu cür ifadələrdən
istifadə onu göstərir ki, göstərilən hüquq və azadlıqlar Azərbaycan Respublikası
ərazisində olan, Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs olmasından asılı olmayaraq hər kəs üçün tanınır. Burada belə bir
formula diqqət yetirmək yerinə düşərdi: «hər bir vətəndaş insandır, hər bir insan
hələ vətəndaş deyil». Odur ki, vətəndaşlar insan hüquqlarından tam həcmdə
istifadə etdikləri halda, dövlətin vətəndaşı olmayan, lakin dövlət ərazisində
müvəqqəti olan və ya daimi yaşayan şəxslər, yəni əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş hüquqlarından
olmayan şəxslər yalnız qanunla nəzərdə tutulan hallarda vətəndaş hüquqlarından
KitabYurdu.az
39
istifadə edə bilərlər.
Bununla yanaşı, 52-57-ci maddələrdə göstərilmiş hüquqlar yalnız
Azərbaycan Respublikası vətəndaşlarına məxsusdur. Bunlar, əsasən siyasi
hüquqlardır - vətəndaşlıq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak
hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ, müraciət etmək hüququ
və sairədir.
Konstitusiyada yalnız Azərbaycan Respublikası vətəndaşlarının daşıdığı
vəzifələr də göstərilib - Vətənə sədaqət (maddə 74), Vətəni müdafiə (maddə 76),
Dövlət rəmzlərinə hörmət (maddə 75). Azərbaycan Respublikasından qovulmanın
və ya xarici dövlətə verilmənin (ekstradisiya) qadağan edilməsi yalnız Azərbaycan
Respublikası vətəndaşlarına şamil edilir (maddə 53)
İnsan hüquqlarının təmini üzrə vəzifəni öz üzərinə götürən dövlət, ondan,
hüquq normalarında öz əksini tapmış etalonlara uyğun davranışı tələb etmək
hüququna malikdir. Buna görə də dövlət fərdə qarşı öz tələblərini vəzifələr sistemi
şəklində irəli sürür və onların icra edilməməsinə görə hüquqi məsuliyyət tədbirləri
müəyyən edir.
Subyektiv mənada hüquq şəxsin öz iradəsilə həyata keçirə bildiyi mümkün
davranış variantı, imkanıdır. Vəzifə isə insanın obyektiv zəruri, məcburi
davranışıdır.
Cəmiyyətdə digərləri ilə qarşılıqlı əlaqədə olan insan həm cəmiyyət, həm də
öz həmvətənləri ilə münasibətdə vəzifələrə malik olmaya bilməz. Buna görə də,
vəzifə, hüquqi statusun hüquq və azadlıqlar qədər əhəmiyyətli elementidir. Onlar
qırılmaz şəkildə bir-birinə bağlıdırlar və bir-birindən asılı olmadan mövcud ola
bilməzlər. Bu cür asılılıq insanların əxlaqi qarşılıqlı fəaliyyətini yaradır. «İnsan
hüquqları haqqında ümumi bəyannamə»nin 1-ci maddəsi bəyan edir: «Bütün
insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və
vicdana malikdirlər və bir-birilə qardaşlıq ruhunda davranmalıdırlar».
Beləliklə, hüquq, azadlıq və vəzifələri ehtiva edən insan və vətəndaşın
hüquqi statusu, insanların bir-birilə qarşılıqlı əlaqəsinin tarazlaşdırılmış üsullarının
yaradılmasına və fərdin cəmiyyətin və dövlətin normal münasibətlərinin
qurulmasına məqsədyönlü şəkildə təsir göstərir.
İnsan və vətəndaşın hüquqlarından danışarkən, əlbəttə ki, birinci növbədə
onların bugünkü həyata keçirilməsi mexanizmləri və üsullarından danışmaq zərurəti
yaranır. Burada da insan hüquqlarının mövcudluğu və fəaliyyəti prinsiplərinə
toxunmaq çox vacibdir.
Bu prinsiplər, özünə demokratik xarici ölkələrdə insan və vətəndaş hüquq və
azadlıqlarının inkişafının mütərəqqi təcrübəsini, həmçinin də, «İnsan hüquqları
haqqında ümumi Bəyannamə»də, «Mülki və siyasi hüquqlar haqqında Pakt»da,
«İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt»da, «İnsan
hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında» və
bir Sıra digər universal və regional aktlarda əks olunmuş, insan hüquqları
müdafiəsinin beynəlxalq-hüquqi aspektlərini mənimsəyərək, öz əksini Azərbaycan
Respublikasının Əsas Qanununda - Konstitusiyada tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasmın 24-cü maddəsində (ümumilik,
ayrılmazlıq, pozulmazlıq və toxunulmazlıq prinsipləri), 25-ci maddəsində
(bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi),
71-ci maddəsinin 6-
CI
hissəsində (birbaşa qüvvədə olma prinsipi) insan və
vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunmuşdur.
KitabYurdu.az
40
İnsan və vətəndaşın hüquqi statusunun bütün bu konstitusion prinsipləri
Azərbaycan dövlətinin insan və vətəndaşın hüquq və azadlıqları sferasında
siyasətinin əsas istiqamətlərini müəyyən edir və onların hüquqi statusunun əsasını
təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasında bəyan edilir ki, əsas hüquq və
azadlıqlar toxunulmazdır və hər kəsə doğulduğu andan mənsubdur. Burada söhbət
ondan gedir ki, əsas hüquqları dövlət bağışlamır, şəxsin doğulma faktı onun
hüquqlara malik olmasına əsas verir.
İnsan və vətəndaşın hüquqi statusunun əsas prinsiplərdən başqa sair
prinsiplərə aşağıdakıları da aid etmək olar:
- insan hüquqları, dövlətin yurisdiksiyası altında olan hər kəsə zəmanət
verir;
- insan hüquqları ali sərvətdir, onlara hörmət, riayət və müdafiə isə
dövlətin vəzifəsidir;
- insan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi, insan hüquqları ilə
müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud
hakimiyyətinin məhdudlaşdırıcısıdır;
- insan və vətəndaşın hüquq və azadlıqlarının təmini hər hansı əlamət üzrə
diskriminasiya ilə bir araya sığa bilməz;
- insan hüquq və azadlıqlarının həyata keçirilməsi başqa şəxslərin hüquq
və azadlıqlarını pozmamalıdır;
- əsas hüquq və azadlıqlar bütün dövlət ərazisində eyni olmalıdır;
- şəxsi, siyasi, iqtisadi, sosial və mədəni hüquq və azadlıqlar dəyərinə
görə bərabər səviyyəlidirlər, bu hüquqların vahid sistemində ierarxiya
yoxdur;
- kollektiv hüquqlar fərdin hüquqlarıdan ayrılmazdırlar, onlar fərdi
hüquqlara
zidd
olmamalı,
şəxsiyyətin
hüquqi
statusunu
məhdudlaşdırmamalıdırlar;
- insan hüquqları universaldır.
İnsan və vətəndaş hüquq və azadlıqları mürəkkəb struktura malikdirlər.
Onları aşağıdakı kriteriyalar üzrə təsnifləşdirmək olar:
1. Bəyan edilməsindən asılı olaraq əsas hüquq və azadhqları üç
mərhələyə bölmək olar:
a) şəxsi və siyasi hüquq və azadlıqlar [şəxsi toxunulmazlıq hüququ (maddə
32), fikir və söz azadlığı (maddə 47) və s.];
b) sosial, iqtisadi və mədəni [əmək hüququ (maddə 35), sağlamlığın
qorunması hüququ (maddə 41) və s.];
c) beynəlmiləl [sağlam ətraf mühitdə yaşamaq hüququ (maddə 39), məlumat
azadlığı (maddə 50)və s.].
2. Məzmunundan asılı olaraq 5 yerə ayrılır:
a) şəxsi [yaşamaq hüququ (maddə 27), şəxsi toxunulmazlıq hüququ (maddə
32) və s.];
b) siyasi [cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ (maddə
54), dövlətin idarə olunmasında iştirak etmək hüququ (maddə 55), seçki
hüququ (maddə 56), və s.].;
c) iqtisadi [mülkiyyət hüququ (maddə 29), əmək hüququ (maddə
35), istirahət hüququ (maddə 37), azad sahibkarlıq hüququ (maddə 59) və
KitabYurdu.az
41
s.];
ç) sosial [nikah hüququ (maddə 34), sosial təminat hüququ (maddə 38),
sağlam ətraf mühitdə yaşamaq hüququ (maddə 39) və s.]
d) mədəni [mədəniyyət hüququ (maddə 40), təhsil hüququ (maddə 42),
yaradıcılıq azadlığı (maddə 51) və s.].
3. Tabeçiliyindən asılı olaraq:
a) əsas [cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ (maddə
54)və s.].
b) əlavə [seçki hüququ (maddə 56) və s.].
4. Şəxsin konkret dövlətə mənsubiyyətindən asılı olaraq:
a) Azərbaycan vətəndaşlarına aid hüquq və azadlıqlar;
b) xarici vətəndaşlara aid hüquq və azadlıqlar;
c) ikili vətəndaşlara aid hüquq və azadlıqlar;
ç) vətəndaşlığı olmayan şəxslərə aid hüquq və azadlıqlar.
5. Yayılması dərəcəsindən asılı olaraq:
a) ümumi (bütün vətəndaşlara aid);
b) xüsusi (sosial, xidməti, yaş və s. faktorlardan asılı olaraq).
6. Subyektlərin xarakterindən asılı olaraq:
a) fərdi;
b) kollektiv.
7. Onların həyata keçirilməsində dövlətin rolundan asılı olaraq:
a) neqativ (bu zaman dövlət fərdə münasibətdə konkret hərəkətdən
çəkinməlidir);
b) pozitiv (bu zaman isə dövlət şəxsi müəyyən nemətlərlə təmin etməli və
onlara hüquqların həyata keçirilməsi üçün köməklik göstərməlidir).
5. İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatı: şəxsi,
siyasi, sosial-iqtisadi və mədəni hüquqlar.
Şəxsi (mülki) hüquqların təyinatı vətəndaş cəmiyyətində fərdin azadlığını və
muxtariyyətini təmin etməkdən, hər-hansı kənar qanunsuz müdaxilədən onun
hüquqi müdafiəsini təşkil etməkdən ibarətdir. Mülki hüquqların üzvi əsası və əsas
vəzifəsi ondan ibarətdir ki, hər bir şəxsiyyətin inkişafının fərdi, daxili
oriyentirlərinin üstünlüyünü təmin etsinlər.
Bu kateqoriya hüquqlar onunla xarakterizə olunurlar ki, dövlət, müəyyən
münasibətlər sferasında şəxsiyyətin azadlığını tanıyır. O, neqativ adlandırılan
azadlığı təmin edir. Hər bir fərdin atributu olan bu hüquqların vəzifəsi şəxsi
maraqların fəaliyyət sahəsini müdafiə etməkdən, şəxsiyyətin fərdi özünü realizə
etməsinin təmin edilməsindən ibarətdir.
İnsanın şəxsi mülki hüquq və azadlıqlarına, adətən bunlar aid edilir: yaşamaq
hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, mənzil
toxunulmazlığı, hərəkət və yaşamaq yeri seçmək azadlığı, vicdan azadlığı, milli
mənsubiyyətin və ünsiyyət vasitəsi olan dilin sərbəst seçim hüququ. Mahiyyət
etibarilə hüquqların bu toplusu hər bir cəmiyyətin demokratik təşkilinin humanistik
prinsiplərini ifadə etməklə şəxsiyyət azadlığının fundamental aspektlərini əhatə
edir.
Siyasi hüquq və azadlıqlar vətəndaşın subyektiv hüquq və azadlıqlarının
mühüm kateqoriyasıdır. Onlar, insanın (həm fərdi, həm də kollektiv şəkildə)
dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi
KitabYurdu.az
42
başa düşülür. Bununla da dövlətin vətəndaşdan təcrid olunması aradan qaldırılır.
Vətəndaşların siyasi hüquqları bütün digər hüquqların həyata keçirilməsinin zəruri
şərtidir, çünki onlar demokratik sistemin üzvi əsasını təşkil edirlər və hakimiyyətin,
özünü məhdudlaşdırmalı olduğu dəyərlər kimi çıxış edirlər.
Dövlətin təbiətini müəyyən edən faktor, hakimiyyətə nəzarət vasitəsi,
demokratik rejimin qiymətləndirici meyarı kimi çıxış edən siyasi hüquq və
azadlıqlar mədəni cəmiyyətin məcburi elementləridir. Hüquq ədəbiyyatında onların
aşağıdakı bölgüsü həyata keçirilir:
1. Dövlətin və onun orqanlarının təşkili və fəaliyyətində nümayəndəli və
birbaşa demokratiyanın müxtəlif formaları ilə iştirak etmək üzrə hüquqlar
(seçki hüquqları, petisiya hüququ);
2. Cəmiyyətin həyatında aktiv iştirak üzrə hüquqlar (söz və mətbuat
azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ).
Şəxsi hüquqlardan fərqli olaraq siyasi hüquq və azadlıqların məqsədi insanın
muxtariyyətini təmin etməkdən deyil, siyasi prosesin aktiv iştirakçısı kimi təzahür
etməsini təmin etməkdən ibarətdir. Bu kateqoriya hüquqların dəyərliliyi ondan
ibarətdir ki, onlar dövlət və vətəndaş arasında münasibətlərin möhkəmləndirilməsi
üçün şərait yaradılmasına xidmət edirlər.
Sosial-iqtisadi hüquqlar (mədəni hüquqlarla yanaşı) fərdin sosial-iqtisadi
həyat şəraitinin saxlanılmasına və normativ şəkildə müəyyən edilməsinə aiddirlər,
insanın iş və məişət, məşğulluq, həyat səviyyəsi, sosial müdafiəsi sahəsində
vəziyyətini müəyyən edirlər. Onların həcmi, həyata keçirilməsi səviyyəsi xeyli
dərəcədə dövlətin iqtisadiyyatından və ehtiyatlarından asılıdır və buna görə də
onların həyata keçirilməsinin təminatları, siyasi hüquqlar və mülki hüquqlarla
müqayisədə daha az inkişaf etmişdilər.
İnsan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat
hüquqlarının xüsusiyyətləri aşağıdakılardır:
- insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi;
- əsas müddəalarda məsləhətverici, «qeyri-ciddi» təriflərin verilməsi
(məsələn, «layiqli həyat», «ədalətli və uyğun həyat şəraiti»);
- sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların
vəziyyətindən asılı olması.
Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin vəzifəsi ondan
ibarətdir ki, mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirsin, iqtisadi inkişafın
proses və faydasına öz xalqının iştirakını təmin etsin, öz resurslarını hamının bu
hüquqdan bərabər imkanlarla istifadəsini təmin etməklə istifadə etsin
İqtisadi hüquqlar insana təsərrüfat fəaliyyətinin əsas faktorlarına sərbəst
sərəncam vermək imkanını təmin edirlər. Bunlara aiddirlər: əmək hüququ,
mülkiyyət hüququ, təsərrüfatçılıq (azad sahibkarlıq) hüququ, tətil hüququ və s.
Bundan başqa, işə götürənlər və işçilər kollektiv müqavilə bağlamaq hüququna, öz
maraqlarının müdafiəsi üçün milli və beynəlxalq təşkilatlarda müstəqil birləşmək
hüququna malikdirlər.
Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin
edirlər. Bu kateqoriya hüquqlardan ən mühümü, sosial sığorta, pensiya təminatı və
tibbi xidməti ehtiva edən sosial təminata olan hüquqdur.
Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər fərdə siyasi,
mənəvi, sosial və mədəni tərəqqinin faydalı iştirakçısı olmağa kömək edir. Bu
hüquqlara aiddirlər: təhsil hüququ, cəmiyyətin mədəni həyatında sərbəst iştirak
Dostları ilə paylaş: |