KitabYurdu.az
29
Bir ictimai formasiyadan digərinə keçid bütövlükdə cəmiyyət həyatının
müxtəlif sferalarında köklü dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da
Azərbaycan Respublikasının 12 noyabr 1995-ci Konstitusiyasına ilk konstitusion
dəyişikliklərin edilməsini zəruri etdi. 24 avqust 2002-ci ildə ümumxalq səsverməsi
- referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının 24 maddəsində
əhəmiyyətli dəyişiklik və əlavələr edildi. Bu əlavə və dəyişikliklərin edilməsi
respublikamızda həyata keçirilən demokratik islahatların tələblərindən irəli
gəlmişdir.
3. Azərbaycan dövlətinin konstitusiya statusu.
Konstitusiya
quruluşunun
əsasları
Azərbaycan
Respublikasının
Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun
əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir.
Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas
Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında»,
Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s.
Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin
fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar
olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit
olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd
normaları, vəzifə-normaları hesab olunur.
Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır:
xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının
üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial
və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin
tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən
ayrılması.
Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada
Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə
inkişaf etdirilən dövlətin təşkili üsullarıdır.
Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə
orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət
arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya
normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin
məcmusudur.
Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən
və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur.
Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını
təşkil edir.
Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion
təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya, sonra
isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır.
Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-
ci il 18 oktyabr tarixli «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının
qəbulundan sonra atılmış oldu.
Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm
prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, «Azərbaycan Respublikasında
suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur» (10-cu maddənin I hissəsi);
«Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır» (12
KitabYurdu.az
30
maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət hakimiyyəti
hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissə-si) və s.
Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab
olunurdu.
Konstitusiya quruluşunun elementləri Konstitusiyanın birinci bölməsində
aşağıdakı qaydada öz əksini tapmışdır:
1. Xalq hakimiyyəti (1 -ci maddə);
2. Xalq suverenliyi (2-ci maddə);
3. Hakimiyyət bölgüsü (7-ci maddənin III hissəsi);
4. İnsan və vətəndaşın hüquq və azadlığının üstünlüyü (12-ci maddə);
5. İqtisadi plüralizm (13 və 15-ci maddələr);
6. Dünyəvi dövlət prinsipi (7, 18 və 48-ci maddələr);
7. Konstitusiya quruluşunun zəruriliyi (Azərbaycan Respublikası
Konstitusiyasının preambulasının müddəaları).
Ərazisində bütün dövlət və ictimai proseslərin baş verdiyi Azərbaycan
dövlətinin normal fəaliyyət göstərməsi şərtləri cəmiyyətin iqtisadi əsaslarının
Konstitusiyada təsbit edilməsindən ibarətdir. Azərbaycan Respublikasında vahid
iqtisadi məkana, malların sərbəst dövriyyəsinə, xidmət və maliyyə vəsaitlərinə,
rəqabətə kömək göstərilməsinə, sərbəst iqtisadi fəaliyyətə təminat verilir. Bazar
iqtisadiyyatı sisteminin təşəkkül tapması yönümündə göstərilən parametrlərin
həyata keçirilməsi əmtəə-bazar münasibətlərinin inkişafına səbəb olur.
Azərbaycanın yeni iqtisadi sistemi üçün mülkiyyət formalarının müxtəlifliyi
xarakterikdir. Bu forma Konstitusiyada təsbit edilməklə əldə edilmişdir.
Azərbaycan Respublikasında dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə
mülkiyyəti və mülkiyyətin digər formaları bərabər surətdə tanınır və müdafiə
olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə
üstünlük verilmir. Torpaq və digər təbii ehtiyatlar, həmçinin dövlət, xüsusi və
bələdiyyə mülkiyyətində ola bilər.
Mülkiyyət münasibətləri konkret olaraq mülki qanunvericiliklə, torpaq
münasibətləri və torpaqdan istifadə qaydaları isə torpaq qanunvericiliyi ilə nizama
salınır.
Demokratik
dövlət.
Azərbaycan
Respublikasının
Konstitusiyası
Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin
mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir:
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya
quruluşunun aşağıdakı struktur elementlərində tapır:
a) xalq hakimiyyəti;
b) hakimiyyətin bölgüsü;
c) siyasi plüralizm;
ç) yerli özünüidarəetmə.
Konstitusiya hüququ elmində, adətən xalq, millət və dövlət suverenliyi
anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan
anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi,
sosial və mənəvi məişətini müəyyən etməsi olub,
dövlətin suverenliyinin əsasında
durur. Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və
sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür
KitabYurdu.az
31
edir.
Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət
özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır:
suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya
onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi
statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və
dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir.
Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit
etmişdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında
dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:
- Bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət
hakimiyyətini bilavasitə həyata keçirir.
- Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət
göstərən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə
həyata keçirilir.
Konstitusiya hüququ elmində mövcud olan fundamental problemlərdən biri də
bilavasitə demokratiya institutları sistemidir. Bilavasitə demokratiya institutları
sisteminin kataloqunu müasir konstitusya hüququ elmi aşağıdakı kimi təsnifləşdirir:
- referendum;
- ümumi seçkilər;
- qanun layihələrinin və dövlət həyatının mühüm məsələlərinə dair
ümumxalq müzakirəsi;
- vətəndaşların yığıncaqlar, ictimai təşkilatlar, yerli özünüidarə orqanları
vasitəsilə cəmiyyətin işlərinin idarə olunmasında iştirakı;
- dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına fərdi və kollektiv
müraciət (petitsiya) hüququ.
Referendum və azad seçkilər xalq hakimiyyətinin ali, birbaşa təzahür
formalarıdır.
Azərbaycan Respublikasında seçkilərə - Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və yerli özünüidarəetmə
orqanlarının seçkiləri aiddir.
Seçki dedikdə dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə
orqanlarının təşkil olunması üçün seçki komissiyalarının, seçki dairələri və seçki
məntəqələrinin təşkili, seçici siyahılarının tərtibi, namizədlərin irəli sürülməsi və
qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, səsvermə və ona yekun vurulması
üzrə Azərbaycan Respublikası vətəndaşlarının fəaliyyəti başa düşülür. Seçkiləri
başqa formada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təşkil
olunması üsulu kimi də xarakterizə etmək olar. Seçkilər cəmiyyətin siyasi
barometridir.
Seçkilərin hüquqi əsasını Respublika Konstitusiyası, Azərbaycan
Respublikasının Seçki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ
hüququ aktları təşkil edir.
Referendum və seçkilər - birbaşa demokratiya institutları kimi məqsəd və
subyektlərinə görə çox oxşar, obyektlərinə və nəticələrinə görə, bir-birindən
fərqlənirlər. Onların məqsədi eynidir - xalqın iradəsini ifadə etmək; subyektlərinə
görə də fərqlənmirlər. Başqa sözlə, referendumda iştirak etmək hüququ olan
vətəndaşlar seçkilərdə də iştirak edə bilər.
KitabYurdu.az
32
Referendum demokratiya və dövlət quruculuğu tarixində ən maraqlı
formalardan biridir. «Referendum» latın sözü olub, bildirilməsi zəruri olan, xəbər
verilməli fakt mənasını verir və zəngin tarixə malikdir. Referendum keçirilməsi
şərtləri və üsulu (prosedurası) müvafiq ölkələrin və ya federasiya subyektlərinin
konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Respublikası
Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində referendum
və ümumxalq səsverməsi anlayışları sinonim anlayışlar kimi işlədilir. Azərbaycan
Respublikasının Seçki Məcəlləsinin 1.1.1-ci maddəsində göstərilir: «Referendum -
Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə
Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi»dir.
Referendum xalq hakimiyyətinin bariz nümunəsidir
Azərbaycan Respublikası Konstitusiyanın 3-cü maddəsinin 2-ci hissəsinə
görə aşağıdakı məsələlər yalnız referendum yolu ilə həll oluna bilər:
1. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona
dəyişikliklər edilməsi;
2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
Bu məsələlərin həlli üçün yalnız referendum keçirilməsi nəzərdə tutulub,
başqa qayda yoxdur. Belə referendum məcburi referendum adlanır.
Bundan əlavə, Konstitusiyanın 155-ci maddəsinə əsasən aşağıdakı məsələləri
müəyyən edən maddələrə dəyişikliklər və ya onların ləğv edilməsi referenduma
çıxarıla bilməz:
1) maddə 1 - Hakimiyyətin mənbəyi - maddəsinə dəyişikliklər və ya onların
ləğv edilməsi;
2) maddə 2 - Xalq suverenliyi - maddəsinə dəyişikliklər və ya onların ləğv
edilməsi;
3) maddə 6 - Hakimiyyətin mənimsənilməsinin yolverilməzliyi - maddəsinə
dəyişikliklər və ya onların ləğv edilməsi;
4) maddə 7 - Azərbaycan dövləti - maddəsinə
5) maddə 8 - Azərbaycan dövlətinin başçısı - maddəsinə dəyişikliklər və ya
onların ləğv edilməsi;
6) maddə 21 - Dövlət dili;
Bununla yanaşı Konstitusiyanın III fəslində nəzərdə tutulmuş insan və
vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə
məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz (maddə 155).
Referendumun təsnifatı müxtəlif meyarlara görə aparılır.
I. Predmetinə görə:
1) konstitusion referendum - Konstitusiyanın qəbulu və ona dəyişikliklər
edilməsi ilə əlaqədardır;
2) qanunverici referendum - qanunların qəbul edilməsi ilə əlaqədardır;
3) beynəlxalq-hüquqi;
4) inzibati-hüquqi.
II Məcburiliyinə görə:
1) məcburi referendum - burada hər hansı bir məsələnin yalnız
referendumla həlli nəzərdə tutulur;
2) fakultativ referendum - müvafiq məsələlər üzrə referendum keçirilə də
bilər, keçirilməyə də.
Hər iki halda referendumun nəticəsi mütləq hüquqi nəticə hesab olunur.
KitabYurdu.az
33
III. Keçirilmə müddətinə görə:
1) parlamentə qədərki - qanun layihəsinə parlamentdə baxılana qədər
keçirilən referendum (məşvərətçi referendum);
2) parlamentdən sonrakı - qanun layihəsinə parlamentdə baxılandan sonra
keçirilən referendum.
IV. Məkana görə:
1) ümummilli referendum;
2) regional referendum;
3) yerli referendum.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik,
icra və məhkəmə hakimiyyətinə əsaslanan hakimiyyət bölgüsü prinsipi təsbit
edilmişdir ki, bu da dövlət hakimiyyətinin normal fəaliyyət göstərməsinin vacib
ilkin şərtidir. Hakimiyyətin bu üç qolunun hər biri müstəqildir. Hakimiyyətin
bölgüsü prinsipi, həmçinin hakimiyyətin səmərəli tarazlığını yaradır ki, bunun
nəticəsində hakimiyyət budaqlarından heç biri digərinin səlahiyyətlərinin həyata
keçirilməsinə qarışmır. Buna görə də mövcud prinsipin müntəzəm olaraq həyata
keçirilməsi bütün dövlət mexanizminin səmərəli fəaliyyət göstərməsinin zəruri
şərtidir. Ümumiyyətlə isə, qeyd etmək lazımdır ki, hakimiyyətin bölünməsi
prinsipinin dövlət idarəetmə formasına müvafiq olaraq Konstitusiyada necə təsbit
olunmasından asılı olmayaraq, artıq demokratiyaya doğru atılmış addım kimi
qiymətləndirilməlidir
Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən,
mövcud sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır.
Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının
1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanması haqqında müddəa əks
olunmuşdur. Məhz bu aktda da ilk dəfə olaraq Azərbaycan Respublikasında
hakimiyyətin bölgüsü təsbit olunmuşdur.
Yeni Konstitusiyanın II fəsli «Dövlətin əsasları» adlanır və 7-ci maddədə
Azərbaycan dövləti xarakterizə edilir, habelə dövlət hakimiyyətinin təşkili əsasları
göstərilir. 7-ci maddənin III hissəsinə görə, dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis
həyat keçirir, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur,
məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir.
Bu prinsipin davamı kimi Konstitusiyanın III bölməsi «Dövlət hakimiyyəti»,
tamamilə hakimiyyətin bölünməsi prinsipi üzərində qurulmuşdur. V fəsildə
qanunvericilik, VI fəsildə icra, VII fəsildə isə məhkəmə hakimiyyətindən bəhs
edilir, onların təşkili və fəaliyyəti əsasları, hüquqi vəziyyəti, qəbul etdiyi aktların
hüquqi qüvvəsi və s. kimi məsələlər müəyyən edilir. Yuxarıda qeyd edilənlərə bir
qədər dəqiqliklə yanaşılsa, hər bir hakimiyyət budağının hakimiyyətin bölgüsü
çərçivəsində eyni sayda orqanlarla təmsil olunmadığı, bu orqanların bölgüdə iştirak
dərəcəsinin və onların öz aralarında münasibətlərinin müxtəlif olması aydın olar.
Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir. İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla
belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra
hakimiyyəti bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan bütün orqanlar
tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası
məhkəmələri ədalət mühakiməsi yolu ilə həyata keçirir. Qanunverici hakimiyyət
KitabYurdu.az
34
yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur. İcra hakimiyyəti
çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif orqanlara
malikdir. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü (hər bir məhkəmə) geniş
muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir
məhkəmə digər məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə
ayrılıqda məhkəmə hakimiyyətinin daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində
hər üç hakimiyyət budağı arasında tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı
şəkildə realizə olunur. Həm Milli Məclis, həm də prezident, həm də Konstitusiya
Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə təsir edir. Hakimiyyət
budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu orqanlardan
sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və
ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada
söhbət mərkəzi icra hakimiyyəti orqanlarından gedir.
Azərbaycan Respublikasının Konstitusiyasında demək olar ki, bütün
hakimiyyət orqanları hakimiyyətin bölünməsi prizmasından nəzərdən keçirilir və
eyni şəkildə də təsbitlənir.
Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən biri də burada plüralizmin
mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır.
İdeoloji müxtəliflik o deməkdir ki, heç bir ideologiya, dövlət səviyyəsində
məcburi ideologiya kimi müəyyən edilmir. Əlbəttə, bu o demək deyil ki,
cəmiyyətdə, ümumiyyətlə, heç bir əsas ideologiya olmamalıdır. Belə ideologiyanın
Azərbaycan cəmiyyətinin əksər sosial təbəqələri və qrupları tərəfindən bəyənilməsi
və himayə edilməsi lazımdır. Bəzən cəmiyyətdə mövcud olan ideoloji mühit
cəmiyyətin möhkəmliyinə kömək etmir, çox vaxt mənəvi, mədəni əsasları sarsıdır,
hərc-mərciliyə və ideoloji nihilizmə aparıb çıxarır.
Siyasi müxtəliflik özünü aşağıdakılarda göstərir: birincisi, çoxpartiyalılıq;
ikincisi, ictimai birliklərin qanun qarşısında bərabərliyi; üçüncüsü, ictimai
birliklərin sərbəst fəaliyyəti; dördüncüsü, məqsəd və fəaliyyəti Azərbaycan
Respublikasının konstitusiya quruluşunun məcburi dəyişdirilməsi və onun
bütövlüyünün pozulmasından, dövlətin təhlükəsizliyinin sarsıdılması, silahlı
birləşmələr yaradılması, sosial, irqi, milli və dini düşmənçiliyin qızışdırılmasından
ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyətinin qadağan olunması
Hüquqi dövlət. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların
məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi
mexanizmlərinin işlənib hazırlanmasıdır.
Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi
niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün
fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin
olunmasını özünün başlıca məqsədi hesab edir. Hələ XX əsrin əvvəllərində qeyd
olunurdu ki, müasir mədəni dövlət - hüquqi dövlətdir.
Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında
mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin
üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış
olarıq.
Bu prinsiplər əsasən, aşağıdakılardır:
1. Hüququn aliliyi prinsipi;
2. Hakimiyyətin bölgüsü prinsipi;
KitabYurdu.az
35
3. Hamının qanun qarşısında bərabərliyi;
4. Hüquq və azadlıqların üstünlüyü prinsipi;
5. İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi.
6. Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında
məsuliyyəti;
7. Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.
Bu prinsiplərin dairəsini genişləndirmək də olar. Lakin, hüquqi dövlət
quruculuğunun hüquqi əsaslarını bu prinsiplər təşkil edir. Digər prinsiplər bu
prinsiplərdən törəmədir.
Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan - «Azərbaycan
hüquqi dövlətdir» formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi
və istiqaməti kimi baxmaq lazımdır.
Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz
təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın
bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil,
yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi
qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox,
eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya -
dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan
Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun
kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir.
«I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında
ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə
malikdir.
III. Azərbaycan
Respublikasının
Konstitusiyası
Azərbaycan
Respublikasının qanunvericilik sisteminin əsasıdır».
Konstitusiyanın 7-ci maddəsinin I hissəsinə görə «Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır». Həmin maddənin II hissəsində
isə dövlət hakimiyyətinin hədləri hüququn aliliyi prinsipinə əsaslanaraq müəyyən
olunur: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız
hüquqla məhdudlaşır», III hissədə isə «Azərbaycan Respublikasında dövlət
hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir» müddəaları
təsbit olunmuşdur. Yaxşı olardı ki, elə bu arada hüququn aliliyi prinsipinə yaxın
digər prinsipləri qeyd edək. Çünki Konstitusiyanın digər institutlarında hüququn
aliliyi prinsipinin həyata keçirilməsi üçün aşağıdakı prinsiplər hüquqi praktiki
əhəmiyyət daşıyır:
a) mərkəzi qanunvericilik sisteminin mövcudluğu prinsipi;
b) sosial ədalət prinsipi;
c) dövlət
orqanlarının
cəmiyyətin
ayrı-ayrı
hissələrinə
deyil,
bütün cəmiyyətə xidmət etməsi;
ç) bütün qanunların dərc olunmasının zəruriliyi..
Digər mühüm prinsip hakimiyyətlərin bölünməsi prinsipidir.
Bu prinsip öz təsbitini Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsində tapmışdır: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti,
hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
Dostları ilə paylaş: |