KitabYurdu.az
57
prezident bu halda eyni bir adamı yox, 3 müxtəlif şəxsin namizədliyini irəli sürür.
Amma bunu da nəzərə almaq lazımdır ki, əvəzində hakimiyyətlərin bölgüsü
mexanizmində mühüm rol oynaya biləcək bir səlahiyyətin əhəmiyyəti azaldılır. 12-
ci bənddə prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılmasından
söhbət gedir.
Amma məhkəmə hakimiyyətinin bölgü sistemindəki yerindən bəhs
edəndə görəcəyik ki, bu səlahiyyət heç də Milli Məclisin təkbaşına həyata
keçirdiyi səlahiyyət deyil və yalnız ona məxsus olan səlahiyyət kimi qəbul edilə
bilməz. Milli Məclisin icra hakimiyyətinə sanballı təsir etməsinə imkan verən
səlahiyyətlərdən biri də AR Nazirlər Kabinetinə etimad məsələsinin həll
edilməsidir (95-ci maddənin 14-cü bəndi). Bu, əslində prezidentli respublikalar
üçün xas olmayan bir əlamətdir və onun konstitusiya ilə əlaqədə nəzəri əsası
yoxdur. Ancaq bu səlahiyyət özüylə birgə uzun bir proseduranın da olmasını tələb
edir ki, o da Konstitusiyada əksini tapmayıb və nəticədə bu səlahiyyətdən istifadə
etmək imkanı çox azdır. Başqa sözlə bu səlahiyyət sona qədər işlənməyib. Burada
etimadın kim tərəfindən qoyulması, hansı müddətdə baxılması və nəticələri və s.
bu kimi məsələlər üzrə suallar ortaya çıxır. Məsələn, Rusiya Federasiyasının
Konstitusiyasının 111, 117-ci maddələrində nazirlər kabinetinə etimadsızlıq
votumundan söhbət gedir və tam olmasa da bu məsələ müəyyən qədər nizamlanır.
Hüquqi nöqteyi-nəzərdən maraq doğuran məsələlərdən biri də
Konstitusiyada Milli Məclisin hakimiyyət bölgüsü ilə səlahiyyətlərinin formulə
olunmasıdır. Belə ki, Milli Məclis icra hakimiyyətinin bəzi təyinatlarını təsdiq edir
(məsələn, hakimlərin təyini), bəzi təyinatları ilə bağlı razılıq verir (məsələn, Baş
nazirin təsdiqi). Bəzi səlahiyyətlərlə əlaqədar isə, ümumiyyətlə, nə təsdiq, nə də
razılıq sözü işlədilmir.
İcra hakimiyyətinin Milli Məclisin fəaliyyətinə müdaxilə etməsinə imkan
verən əsas səlahiyyət promulqasiya - qanunları imzalamaq və dərc etmək, habelə
veto qoymaq hüququdur. Prezidentin veto hüququ Konstitusiyada birbaşa
göstərilməsə də 110-cu maddənin I hissəsində deyilir ki, qanun prezidentin etirazını
doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə Milli Məclisə qaytara bilər. Bu
maddənin II hissəsində isə nəzərdə tutulur ki, Milli Məclis 83 səs çoxluğu ilə qəbul
olunan qanunları 95 səs çoxluğu, 63 səs çoxluğu ilə qəbul olunan qanunları isə 83
səs çoxluğu ilə qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə
minir. Bu normanı bir növ 118-ci maddənin III hissəsində nə-zərdə tutulan
müddəaya müvafiq olaraq (3-cü dəfə təsdiq edilmədikdə Baş nazirin Milli Məclisin
razılığı olmadan təyin edilməsi) hakimiyyətin bölgüsü sistemində tarazlığın
pozulmaması üçün müəyyən edildiyini qeyd etmək olar. Bu bir növ həm icra
hakimiyyəti başçısı, həm də qanunverici orqanın öz səlahiyyətlərindən sui-istifadə
etməməsi üçün nəzərdə tutulmuş «əlavə gediş vasitəsi», ehtiyat üsulu, texniki üsul,
vasitə kimi qiymətləndirilə bilər. Amma bu səlahiyyətlərin həyata keçirilməsi
arasında kəskin fərqlər vardır ki, bu da məqsədyönlü deyildir. Belə ki, prezident 3-
cü dəfədən sonra heç bir maneəsiz Baş naziri təyin edə bildiyi halda, Milli Məclisə
öz səlahiyyətlərindən istifadə etmək üçün, öz fəaliyyətinin nəticəsi olan qanunların
hüquqi qüvvə alması üçün təsnif olunmuş səs çoxluğu gərəkdir. Başqa sözlə,
Konstitusiyada nəzərdə tutulmuş yüksək kvorum, səs çoxluğu toplanmazsa, qanun
qəbul olunmur. Bu isə o deməkdir ki, ya qanunverici orqan qanunu icra
KitabYurdu.az
58
hakimiyyətinin tələb etdiyi formaya salmalıdır (maddələr dəyişdirilməli, fəsillər
çıxarılmalı və ya tamam yeni layihə qəbul olunmalı...), ya da qanun, ümumiyyətlə,
qəbul olunmamalıdır. Nəzərə alsaq ki, heç bir qeyd-şərt qoyulmadan Baş naziri
təyin etmək böyük əksəriyyətin səsini toplamaqla qanun qəbul etməkdən (125
deputatdan müvafiq olaraq 83 və 95 deputat səs verməlidir) dəfələrlə asandır, onda
artıq konkret bu iki vasitə ilə (Baş nazirin razılıqsız vəzifəyə təyin edilməsi və
qanunun prezident imzalamadan qüvvəyə minməsi) hakimiyyət budaqları arasında
tarazlaşdırmanın zəif olması aydın olar. Qanunverici orqanın belə bir imkanının
olması bu nəticəyə əsas verir ki, prezident formal olaraq nisbi veto hüququna
malikdir. Əslində isə bu, nisbi veto hüququ ilə mütləq veto hüququ arasında keçid
mövqedə duran bir hüquqdur. Bu cür mürəkkəblik isə ancaq veto hüququna etiraz
olunması prosesinin çətinliyindən doğur. Bu səlahiyyətlərin tətbiqolunma imkanı
kifayət qədər fərqlidir. Vəzifəli şəxslər qanunların qəbul olunduğu intensivliklə
təyin olunmur. Fövqəladə və hərbi vəziyyət yalnız zəruri hallarda tətbiq olunur,
əsas nəzarət vasitəsi olan büdcənin təsdiqi isə ildə, ancaq bir dəfə həyata keçirilir.
Qanunlar isə Milli Məclisin hər sessiyası zamanı qəbul olunur və hər biri də mütləq
prezident tərəfindən imzalanmalıdır. Bu isə icra hakimiyyətinə böyük imkanlar
verir. Bundan başqa icra hakimiyyətinin bölgü sistemində əsas səlahiyyəti olan
qanunların imzalanması və veto birbaşa qanunverici orqanın fəaliyyətinə, onun
nəticələrinə - qanunlara yönəlib. Əksinə, Milli Məclis icra hakimiyyətinin
fəaliyyətinə əsasən, investitura fəaliyyətinə müdaxilə etməklə nəzarət edir.
Prezidentin bilavasitə özünün fəaliyyətinə, öz hərəkətlərinə təsir isə onun qeyd
etdiyimiz fərmanlarının təsdiq edilməsi yolu ilə gerçəkləşdirilir. Müəyyən
şəxslərin vəzifəyə təyin edilməsinə razılıq verilməsi qanunların imzalanması ilə
müqayisədə o qədər də təsirli deyil. Çünki qanun imzalanarkən, o analiz edilir ki,
onun tətbiqindən ortaya çıxacaq nəticələr, qanunun icra hakimiyyətinə toxunması
və s. faktorlar nəzərə alınsın. Şəxsləri vəzifəyə təsdiq edərkən isə onların bütün
şəxsi keyfiyyətləri analiz edilə, gələcək davranışları tam müəyyənləşdirilə bilməz.
Heç kim onların nə vaxtsa bürokrata çevrilməyəcəyinə təminat vermir. İcra
hakimiyyətinin roluna təsir edən mühüm faktorlardan biri də 109-cu maddənin 32-
ci bəndidir. Bu bənddə müəyyənləşdirilir ki, Konstitusiya ilə Milli Məclisin və
məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri prezident
icra qaydasında həll edir. Bu bəndin nəzərdə tutulmasına belə haqq qazandırılır ki,
icra hakimiyyəti ilə bağlı mümkün səlahiyyətlər dairəsi çox genişdir, onları,
tamamilə, nəzərə almaq obyektiv cəhətdən mümkün deyil və belə normalar,
əslində, sonradan onların da nəzərə alınması üçün müəyyən edilir.
Azərbaycan Respublikası Milli Məclisinin hakimiyyətin digər qolu -
məhkəmə hakimiyyəti ilə də qarşılıqlı əlaqəsi vardır.
Məhkəmə hakimiyyətinin fəaliyyəti müəyyən mənada qanunverici
hakimiyyətdən asılıdır. Məhz qanunverici hakimiyyət məhkəmə quruluşu,
hakimlərin statusu, məhkəmə icraatı və s. ilə bağlı məsələləri nizama salır. Belə
hüquqi tənzimlənmənin əsasını isə Konstitusiya təşkil edir. Məhz konstitusiyalarda
məhkəmə hakimiyyətinin Konstitusiya əsasları yığcam şəkildə təsbit olunur.
Qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri eyni zamanda
hakimlərin təyinində və amnistiya aktlarının tətbiqində özünü göstərir.
KitabYurdu.az
59
Lakin qanunverici hakimiyyətin məhkəmə hakimiyyətinə təsiri birtərəfli
deyildir. Məhkəmə hakimiyyəti də qanunverici orqanın qəbul etdiyi aktların
Konstitusiyaya zidd olduğu barədə qərar qəbul etməklə qanunverici hakimiyyətə
qarşılıqlı təsir göstərir. Bu təsir eyni zamanda Milli Məclis deputatlarının
seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqində də özünü göstərir.
Konstitusiyanın 86-cı və 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının
Seçkilər Məcəlləsi»nin 171-ci maddəsinə görə Milli Məclis deputatları seçkilərinin
nəticələrini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq
edir.
3. Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 7 və 81-ci maddələrinə görə
Azərbaycan
Respublikasında
qanunvericilik
hakimiyyəti
Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis 125
deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Milli Məclisin deputatları majoritar
seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və
gizli səsvermə yolu ilə seçilirlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət
müddəti 5 ildir. Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı
prinsipləri üstün tutur:
- aşkarlıq;
- siyasi plüralizm, çoxpartiyalılıq;
- məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.
Milli Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır.
Milli Məclis hər il iki növbəti sessiyaya yığılır:
1) yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir;
2) payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir.
Növbədənkənar sessiyaları isə Milli Məclisin sədri Azərbaycan Respublikası
Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Əgər bu
sessiyalar deputatların tətil dövründə cağırılarsa, bu zaman tətil dayandırılır və
deputatlar məzuniyyətdən geri çağırılır. Növbəti və növbədənkənar sessiyalar
dövründə Milli Məclis iclaslar keçirir. Növbəti çağırışın I iclasını ən qocaman
deputat açır, seçilmiş deputatların siyahısını oxuyur. O, sədr seçilənədək I iclası
aparır. I iclasda hesablayıcı komissiya, sonra isə sədr seçilir və bununla da I iclas
işini bitirir. Sədrin seçilməsi üçün onun 63 deputatın səsini alması tələb olunur.
Daxili nizamnaməyə görə Milli Məclisin iclasları ayda 2 dəfədən az
olmayaraq keçirilir. İclasların günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər
83 deputat iclasda iştirak edirsə, iclas səlahiyyətli hesab olunur. Milli Məclisin
iclasları açıq, aşkarlıq şəraitində keçirilir və kütləvi informasiya vasitələri ilə
işıqlandırılır. İclaslar qapalı keçirilə bilər. Bu haqda qərar qəbul olunmalıdır.
Bunun üçün deputatların sadə səs çoxluğu tələb olunur. Milli Məclisin iclaslarında
Respublika Prezidenti, kütləvi informasiya vasitələrinin nümayəndələri və sədrin
dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və
stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları
dərc olunur. Amma qapalı iclas stenoqramı dərc oluna bilməz. Stenoqram dərc
KitabYurdu.az
60
olunanadək deputat öz çıxışının mətni ilə tanış ola bilər. Bununla əlaqədar
mübahisə yaranarsa, məsələni intizam komissiyası həll edir. Milli Məclisin
iclaslarında çıxışların vaxtı və ardıcıllığı onun daxili nizamnaməsi ilə müəyyən
olunur. İclaslarda deputatların iştirakı məcburidir. Əgər deputat üzrlü səbəbdən
iclasda iştirak etmirsə, əvvəlcədən Milli Məclisin katibliyinə məlumat verməlidir.
Daxili nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır.
Daxili Nizamnamədə Milli Məclisin orqanları kimi Milli Məclisin daimi
komissiyalarının, hesablama palatası, hesablayıcı komissiya və intizam
komissiyasını adı çəkilir.
Hesablama palatası - Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən
dövlət büdcə nəzarəti orqanıdır. Bu orqan sədr, sədr müavini və 7 auditordan
ibarətdir. Onlar Milli Məclis tərəfindən təyin olunurlar.
Hesablayıcı komissiya - elektron sistemindən istifadə etmədən açıq və gizli
səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız
Milli Məclisin iclaslarında fəaliyyət göstərir. Bu orqan bir il müddətinə 7 üzvdən
ibarət tərkibdə seçilir. Hesablayıcı komissiyanın iclası onun azı 4 üzvü iştirak
etdikdə səlahiyyətli hesab olunur. Hesablayıcı komissiyanın bütün qərarları onun
üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
İntizam komissiyası - deputatların parlamentdaxili məsuliyyətə cəlbetmə
işlərinə, deputat toxunulmazlığına xitam verilməsi və səlahiyyətlərinin itirilməsi
işlərinə baxır və həll edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə
seçilir.
Parlament Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili
Nizamnaməsi əsasında fəaliyyət göstərir. Milli Məclisin Daxili Nizamnaməsi 17
may 1996-cı il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilib. Bu
nizamnamə 4 fəsil və 53 maddədən ibarətdir:
I fəsil - Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi
qaydaları.
II fəsil - Milli Məclisin orqanları.
III fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti.
IV fəsil - Keçid və yekun müddəaları.
Nizamnamənin 50-ci maddəsində göstərilir:
Milli Məclisin Daxili Nizamnaməsi Milli Məclis tərəfindən qanunla təsdiq
edildikdən və Prezident tərəfindən imzalandıqdan sonra dərc olunduğu gündən
qüvvəyə minir. Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası qanunları
üçün nəzərdə tutulmuş qaydada edilir. Milli Məclisin deputatları Daxili
Nizamnaməyə riayət etməlidir. Bu işə Milli Məclisin rəhbərliyi nəzarət edir.
Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını
yaradır.
Milli Məclisin hər cağırışının I sessiyasında daimi komissiyaları yaradılır.
Daimi komissiyalar «Daimi komissiyalar haqqında» Qanun əsasında fəaliyyət
göstərirlər.
Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:
- siyasi plüralizm;
- fikir plüralizmi;
KitabYurdu.az
61
- aşkarlıq;
- məsələlərin sərbəst müzakirəsi.
Daimi Komissiyaların say tərkibi Milli Məclis tərəfindən müəyyən olunur,
azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır. 15 üzvdən çox tərkibə malik daimi
komissiya köməkçi komissiya yarada bilər. Hər bir deputat daimi komissiyalardan
birinin üzvü olmalıdır. Daimi komissiyanın sədri, müavini və üzvləri azı 63
deputatın səs çoxluğu ilə seçilirlər. Daxili Nizamnaməyə görə deputat heç bir
daimi komissiyanın üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla
həmin deputatı daimi komissiyaların birinə daxil edir.
Daimi komissiyalar iclaslar keçirir. Əgər komissiyanın üzvlərinin yarısı
iştirak edirsə, iclas səlahiyyətli hesab olunur. İclası daimi komissiyanın sədri, o,
olmadıqda və ya onun tapşırığı ilə müavin aparır. Milli Məclisin sədrinin tələbi ilə
Milli Məclisin daimi komissiyasının növbədənkənar iclası çağırılır. İclas haqqında
komissiya üzvü, iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir. Komissiya
üzvlərinin daimi komissiyanın iclasında iştirakı məcburidir. Amma üzrlü səbəbdən
icazə almaq şərtilə iştirak etməmək olar.
Nizamnaməyə görə 2 və ya daha çox komissiya birgə iclas keçirə bilər.
Daimi komissiyaların fəaliyyət forması qərar və rəydir. Azərbaycan
Respublikasının Milli Məclisi aşağıdakı daimi komissiyaları yaradır:
1) Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası;
2) Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası;
3) İqtisadi siyasət daimi komissiyası;
4) Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası;
5) Aqrar siyasəti daimi komissiyası;
6) Sosial siyasət daimi komissiyası;
7) Regional məsələlər daimi komissiyası;
8) Elm və təhsil məsələləri daimi komissiyası;
9) Mədəniyyət məsələləri daimi komissiyası;
10) İnsan hüquqları daimi komissiyası;
11) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi
komissiyası.
Daxili nizamnaməyə görə Milli Məclisin deputatlarından müvəqqəti
komissiyalar yaradıla bilər. Müvəqqəti komissiyaların fəaliyyəti Milli Məclisin
qəbul etdiyi qərarlarla müəyyənləşdirilir.
4. Milli Məclis deputatının hüquqi statusu
Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət
parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür
adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-da yalnız aşağı palatanın üzvləri
parlament üzvü hesab olunur. Onlar ABŞ-da konqresmen adlandırılır.
Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili
adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının
deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi
göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində
iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Sual yaranır:
KitabYurdu.az
62
bu fünksiyanı həyata keçirən zaman deputat kimin mənafelərini ifadə edir, xalqın,
yoxsa yalnız onu seçənlərin, öz elektoratının? Bu barədə ikili fikir mövcuddur.
Belə ki, Russo deyirdi: «Deputat xalqın nümayəndəsi hesab olunmalıdır. O,
seçicilərin müvəkkil olunmuş, səlahiyyətli nümayəndəsidir». Yəni xalq deputatı
seçir və o, xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir. Bu fikirdən «imperativ
mandat» prinsipi meydana gəlir ki, bu, deputatın hüquqi statusunu müəyyən edir.
Bu prinsipə görə, deputat onu seçən şəxslərin - seçicilərin qarşısında məsuliyyət
daşıyır. Əgər deputat onların mənafeyinə uyğun hərəkət etməzsə, seçicilər onu geri
çağıra bilər. Əslində imperativ mandat məqsədəuyğun deyil. Çünki parlamentdə
qanun qəbul olunarkən deputat heç də bütün seçicilərin ayrı-ayrılıqda mənafeyini
nəzərə ala bilməz.
Başqa bir prinsip «azad mandat» prinsipidir. Bu prinsip alman
hüquqşünasları tərəfindən irəli sürülüb. Mahiyyəti ondan ibarətdir ki, hansı
dairədən seçilməsindən asılı olmayaraq deputat bütün xalqın nümayəndəsidir.
Yəni, deputat konkret seçicilərin deyil, xalqın mənafeyini təmsil edir. Prelo azad
mandatın məzmununu aşağıdakı qaydada ümumiləşdirib:
1) bu mandat ümumi hesab olunur. Yəni deputatlar ayrı-ayrı dairələrdən
seçilməsinə baxmayaraq, onlar bütün xalqı təmsil edir;
2) bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən
uzaqdır, onu konkret olaraq nəyisə etməyə məcbur etmək qadağan
olunur, deputat seçicilər qarşısında məsuliyyət daşımır;
3) bu mandat geri çağırıla bilməz;
4) bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur
Bu dörd xüsusiyyət azad mandatın əsas əlamətləridir və müxtəlif
Konstitusiya normalarında öz əksini tapır. Əksər dövlətlərdə, o cümlədən
Azərbaycanda da bu mandat tətbiq olunur.
Bəzi müəlliflərə görə imperativ mandat deputatı verdiyi vədlərə əməl
etməyə sövq edir. Çünki deputat vədlərə əməl etməzsə; bir sözlə, onun üzərinə
qoyulan öhdəlikləri yerinə yetirməzsə, seçicilər onu geri çağıra bilər. Ona görə bir
qrup müəlliflər imperativ mandatı, daha üstün tuturlar. Amma təcrübədə isə əksər
hallarda hakim qüvvələr öz mənafeyinə uyğun gəlməyən şəxsləri bu üsulla «xalqın
mənafeyi» adı altında mandatdan məhrum edirlər.
Bəzi müəlliflər deyirlər ki, azad mandat prinsipi deputata öz səlahiyyəti
dövründə istədiyi kimi hərəkət etmək imkanı verir. Burada deputatın üzərinə
öhdəlik qoyulmadığı və onun geri çağırılması mümkün olmadığı üçün o, verdiyi
vədləri yerinə yetirmir. Amma bu fikir səhvdir. Çünki deputat öz vədlərini yerinə
yetirməzsə, ikinci dəfə seçilmə ehtimalı azalır. Ona görə də o, öz fəaliyyətini elə
qurmalıdır ki, xalq onu yenidən seçsin. Bütün bunlar majoritar qaydaya aiddir.
Proporsional qaydaya gəldikdə isə, burada bir fikir var: proporsional
qaydada seçilmiş deputat partiyadan çıxarsa, partiya rəhbərliyinin göstərişlərinə
riayət etməzsə, onun mandatı əlindən alınır. Yəni bu zaman deputat mandatı özü
qazanmır, partiya qazanır.
Hazırda dünya praktikasında parlamentarizmlə bağlı lobbi anlayışı da
mövcuddur. Əsas etibarilə lobbiçilik funksiyasını iri maqnatlar əldə edirlər.
Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan
KitabYurdu.az
63
Respublikası Konstitusiyanın 84-cü maddəsinə görə, deputatın səlahiyyət müddəti
Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə
məhdudlaşır. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Deputatlıqdan çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın
səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.
87-ci maddəyə görə, deputatların səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk
iclas günü bitir. Milli Məclisin deputatlıqdan çıxanların yerinə yeni seçkilər Milli
Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa,
keçirilmir. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli
hesab olunur.
«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-
cı il 17 may tarixli qanunun 4 və 5-ci maddələrində deputatın səlahiyyətləri və
fəaliyyət formaları göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var:
- Milli Məclisin iclaslarında iştirak etmək;
- Milli Məclisin orqanlarına seçmək və seçilmək;
- qanunvericilik təşəbbüsünü həyata keçirmək;
- deputat sorğusu vermək;
- məlumat almaq və yaymaq;
- toxunulmaz olmaq;
- Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə
verməkdən imtina etmək;
- vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir:
1) Milli Məclisin iclaslarında iştirak edir;
2) komissiyaların işində iştirak edir;
3) Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir;
4) deputat sorğuları verir;
5) seçicilərlə iş aparır.
Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin deputatı aşağıdakı
hallarda mandatdan məhrum edilir:
- seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
- Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa
dövlətin vətəndaşlığını qəbul etdikdə;
- cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü
olduqda;
- dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq,
kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi,
pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
- özü imtina etdikdə.
Deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə
tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda qərarın qəbul
olunma qaydası qanunla müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna
görə bu barədə intizam komissiyası rəy verir. Rəyə Milli Məclis növbəti iclasında
baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq səlahiyyətlərinin itirilməsi
Dostları ilə paylaş: |